Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   26

müharibəni  davam  etdirirdilər.  III  əsrdə  Sasani  Şahı  I  Şapur  (241-272)  Roma 

ordusunu  məğlubiyyətə  uğratdı  (260-cı  il)  və  Roma  imperatoru  Valerian  əsir 

düşdü. Albanlar və iberlər bu dövrdə Sasani şahını müdafiə etmirdilər və Romaya 

meyl  edərək  Valerianı  əsirlikdən  azad  etmək  üçün  vədlər  verirdilər.  Bu  zaman 

Albaniyada hakimiyyətə I Vaçe gəlmişdi (255-262-ci illər) və o, Arşaki sülaləsinin 

nümayəndəsi  kimi  Roma  ilə  ittifaqa  meyl  edirdi.  Lakin  262-ci  ildə  Albaniya  da 

Sasanilər dövlətinin tərkibinə daxil oldu. I Şapurun 262-ci ildə Nəqşi-Rüstəmdəki 

məbəd divarında həkk etdirdiyi yazıda Sasani dövlətinə daxil olan ölkələr arasında 

Adərbayqan,  Albaniya  və  onun  vilayətinə  çevrilmiş  Balasakan  (Kürlə  Arazın 

qovuşduğu ərazi nəzərdə tutulur) da yad edilir. I Şapurun ölümündən sonra (272-ci 

il)  Albaniya yenə də müstəqil xarici siyasət yürüdürdü. Albaniya bu dövrdə Roma 

meylli siyasət aparırdı.   

 

 

 



 

 

 



 

 

randa II Şapur (309-379) hakimyyətə gələn zaman Albaniyada daxili şərait 



mürəkkəbləşmişdi.  Albaniyaya  xristian  dini  yol  açmışdı.IV  əsrin    30-cu  illərində 

Albaniyanın  Raytakaran  vilayətində  Sanatürk  (298-338)  özünü  hökmdar  elan 

etmişdi.O,Albaniyanın müstəqilliyini qoruyub saxlamaq, Armeniyanın və ona arxa 

olan Romanın işğalçılıq niyyətlərinin və xristian dininin Albaniyada yayılmasının 

qarşısını almaq məqsədini güdürdü.  Sanatürk  337-ci  ildə  Armeniyaya  yürüş  etdi 

və  bir  il  oranı  əlində  saxladı.  Lakin  338-ci  ildə  Sanatürk  məğlub  olur  və 

Paytakarana sıxışdırılır. IIŞapur albanların köməyinə hərbi dəstələr göndərmişdi. II 

Ş

apur Albaniya ilə ittifaqı bərpa etdi. Bu dövrdə Albaniyanı II Şapurun bacısı ilə 



evlənmiş Urnayr (359-371) idarə edirdi. II Şapur Armeniyaya havadarlıq edən və 

Sasinilərə  qarşı  onu  sipər  sayan  romalılara  qarşı  yürüş  təşkil  etdi.    359-cu  ildə 

Amid  döyüşündə  Sasanilər  qələbə  çaldı.  Armeniya  çarı  II  Arşak  zindana  salındı. 

Arsax,  marların  ölkəsi,Kaspiana,  iberiya  vilayətləri  və  s.  yenə  də  Sasanilərin 

hakimyyəti altına keçdı.371-ci ildə Sasinilər Dzirav döyüşündə yenidən Roma və 

erməni  dəstələrinə  qarşı  çıxış  etdilər.Döyüşün  nəticələri  Azərbaycan  üçün  ağır 

oldu. Albaniya Uti, Şakaşen, Girdiman vadisi, Kolt və qonşu vilayətlərdən məhrum 

oldu.  Lakin  387-ci  ildə  Armeniya  Roma  və  Sasani  ranı  arasında  bölüşdürüldü. 

Albaniya yenidən öz vilayətlərinə sahib oldu. 

 

 



 

 

 



 

 

 



 

  15. Azərbaycanda Sasani işğallarına qarşı üsyanlar 

V  əsrin  əvvəlində  Albaniya  daxili  müstəqilliyni  saxlıyırdı,  lakin 

Sasanilərdən  asılı  vəziyyətə  düşmüşdü.  Mənbələrdə  Urnayrdan  sonrakı  alban 

hökmdarları barədə məlumat verilmir. 

 

 

 



 

 

 



II  Yezdəgirdin  (438-457)  vaxtında  Ön  Qafqazı  idarə  edən  Sasani 

mərzbanları  xristianlığa  qarşı  mübarizəni  gücləndirdilər.  O,  Albaniyanın  və  digər 

Qafqaz ölkələrinin xristian dini pərəstişkarı olan hakimlərini Ktesifona çağırtdırdı 

və  onları  atəşpərəstliyi  qəbul  etməyə  vadar  etdi.  Vilayət  hakimləri  öz  ölkələrinə 

qayıtdılar və bir müddət atəşpərəstlik inamına xidmət etdilər.    

 

 



V əsrin ortalarında Albaniyada hakimyyətə II Vaçe gəldi (440-463). II Vaçe 

qaynı  II  Yezdəgirdin  təkidi  ilə  xristianlıqdan  imtina  etmiş  və atəşpərəstliyi  qəbul 

etmişdi. Lakin Sasanilərin dini siyasətinə qarşı gizli mübarizə gedirdi. Armeniyada 

bu mübarizəyə Vardan Mamikonyan başçılıq edirdi. Alban çarı II Vaçe Sasanilərə 

qarşı  mübarizəyə    qoşulmadı.  Lakin  Sasanilərə  qarşı  mübarizəyə  alban 



xristianlarının  dini  başçısı  katalikos  və  hərbi  rəislərdən  biri  qoşulmuşdu.  450-cı 

ildə Xalxal şəhəri yanında döyüşdə Sasani dəstələri məğlub oldu. Albaniya Vardan 

Mamikonyanın  başçılığı  altında  Sasanilərə  qarşı  aparılan  mübarizəyə  qoşulmadı. 

Albaniyada  Sasani  hakimyyətinə  meyl  güclü  idi.  Ancaq  xristianpərəst  alban 

ə

yanları Sasani hakimyyətinə qarşı mübarizəyə qalxmışdılar.    



 

IIYezdəgird Ön Qafqaza Mihr Nersenin başçılı altında ordu göndərdi. Eyni 

zamanda o, xristianlığa qarşı təqibini dayandırdı,  müxtəlif dinlərin  azad ibadədini 

elan etdi. 451-ci il mayın 26-da Avarayr çölündə Vardanın başçılıq etdiyi dəstələr 

ilə Sasani ordusu arasında döyüş oldu. Vardan öldürüldü, üsyançılar məğlub oldu. 

Xristian dininin tərəfdarları Aranı tərk edib dağlarda məskən saldılar.  

randa 

2  il  davam  edən  hakimiyyət  uğrunda  mübarizə  zamanı  (457-459)  Albaniyada  II 



Vaçe daxili siyasətini dəyişdi. 457-ci ildə II Vaçe qaynı II Yezdəgirdin vəfatından 

sonra  zərdüştlük  dinindən  imtina  etdi.  II  Vaçe  randa  baş  vermiş  siyasi 

hadisələrdən istifadə edərək Albaniyada xristianlığı yaymaq məqsədilə Sasanilərin 

tabeliyindən  çıxdı.  randa  Firuz  (459-484)  hakimiyyətə  gəldikdən  sonra  II  Vaçe 

Cora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi və Qafqazın on bir hökmdarı ilə 

ittifaqa girdi. II Vaçe Sasanilərlə müharibəyə başladı. Bu müharibə 460-cı ildə baş 

vermişdi, çünki  əvvəlki dövrlərdə Firuz xoşluqla II Vaçeni yola gətirmək istəyirdi 

və  ona  qarşı  ciddi  tədbirlər  görmürdü.  Lakin  münasibətlər  kəskinləşəndə  Firuz 

hunları alban hökmdarına qarşı müharibəyə qaldırdı. Haylandur hunları 462-ci ildə 

Albaniyaya  soxuldular.  Bir  il  uzanan  bu  müharibə  II  Vaçenin  463-cü  ildə 

hakimyyətdən  əl  çəkməsilə  başa  çatdı.    II  Vaçedən  sonra  30  il  ərzində  Albaniya 

müstəqilliyini itirdi və Sasanilərin təyin etdiyi mərzban tərəfindən idarə olunmağa 

başladı.                

 

 



 

16. Azərbaycanda Ərəb Xilafəti dövründə mülkiyyətiformaları, vergilər. 

 

Ə

rəblərin hakimiyyəti dövründə Azərbaycanda  torpaq üzərində mülkiyyətin  



beş forması mövcud idi.  Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət 

torpaqları  idi.  Belə  torpaqlar  divan  və  ya  xəlifə  torpağı  adlanırdı.  Varisi  ölən 

şə

xslərin,  əməllərinə  görə  vəzifəsindən  qovulan  məmurların  torpağı  divan 



torpağına qatılırdı. Geniş  yayılmış  torpaq  mülkiyyəti  formalarından  biri  iqta  idi.  

qtanın  iki  forması  mövcud  idi.  Onlardan  biri  bağışlanan  iqta  idi  ki,  o,  sahibinin 

şə

xsi mülkiyyətinə çevrilə bilir və nəsildən-nəslə keçirdi. Bağışlanan (xüsusi) iqta 



ş

airlərə  və  xüsusi  istedadlı  şəxlərə  və  dövlət  qarşısında  böyük  xidməti  olan 

adamlara  verilirdi.  qtanın  formalarından  biri  də  icarə  edilən  iqta  idi  ki,  onu 

hərbiçilərə  verirdilər. Bu cür torpaqlar irsən keçə bilməz, lazım gəldikdə isə geri 

alına  bilərdı.  Azərbaycanda  yerli  feodalların  irsi  mülkiyyətində  olan  torpaq 

mülkləri  qalmaqda  idi.  Ərəb  mənbələrində  belə  torpaqlar  mülk,  onun  sahibi  isə 

malik  adlanırdı.  Torpaq  üzərindəki  mülkiyyət  formalarından  biri  vəqf  torpaqları 

idi.  Bu  torpaqlar  Məkkə  və  Mədinə  kimi  müqəddəs  şəhərlər  üçün,  din  uğrunda 

mübarizlər  və  şəhidlər  üçün  nəzərdə  tutulurdu.  Həmin  torpaqlarda  məscidlər  və 

müqəddəslərin    şərəfinə  türbələr  tikilirdi.Vəqf  torpaqları  müsəlman  dini 

idarələrinin ixtiyarında idi. “Allahın mülkiyyəti” hesab edilən vəqf torpağı icarəyə 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə