Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
  1   2   3   4   5   6   7   8   9   ...   24



 

 
 
BBK 


 

F-43 
 
 
Elmi redaktor:  
 
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,  
tarix elmləri doktoru, professor 
 
Rəyçilər: 
Vasim Məmmədəliyev, 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 
 
Fuad Qasımzadə
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 
 
Bəkir Nəbiyev, 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 
 
Anar İskəndərov, 
tarix elmləri doktoru, professor 
 
Dizayn: 
Mübariz Xəlilov 
 
 
F-43 
Adil Abdulla Əl-Fəlah. HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR. 
Bakı, Qismət, 2007, 108 səh. (şəkilli) 
 
F
07
51
085
0403000000



M
 
 
 
 
 
 
 
 
 
ISBN10 9952-8082-2-4 
 
 
 
 
ISBN13 978-9952-8082-2-3 
© Qismət, 2007 
  


 

 
 
Bismillahir-Rəhmanir-Rəhim! 
 
Müasir Azərbaycan tarixinin yaradıcısı, dünya miqyaslı siyasətçi Heydər 
Əliyevin çoxşaxəli siyasi, ictimai və diplomatik fəaliyyəti istər ölkə daxilində, 
istərsə  də xarici ölkələrdə bir çox tədqiqatların mövzusuna çevrilir, bu dahi 
şəxsiyyətlə ünsiyyətdə olanlar onunla görüşlərinin təəssüratlarını uzun illər 
unutmurlar. 
Həmin insanların sırasında Azərbaycanın sadiq dostu, Küveyt dövlətinin İslam 
işləri və  Vəqflər Nazirinin I müavini, Asiya Müsəlmanları Komitəsinin sədri, 
doktor Adil əl-Fəlahın da adını xüsusi çəkmək olar. 
Onun H.Əliyev şəxsiyyətinə həsr etdiyi əsərinin ilk səhifələrindən bəlli olur ki, 
A. Əl-Fəlah Ulu Öndərimizi şəxsən tanımaqla bərabər, onun haqqında yazılmış 
əsərləri, müxtəlif səpkili çıxışlarını və nitqlərini də yaxından öyrənmişdir. 
Əsərin  əhəmiyyətini artıran cəhətlərdən biri də onun ərəbcə olmasıdır, çünki, 
çoxmilyonlu ərəb oxucusu məhz bu kitab vasitəsilə H.Əliyevin titanik fəaliyyəti 
ilə tanış olmaq imkanı əldə edir. 
Bir neçə kəlmə müəllifin özü haqqında demək yerinə düşərdi. Doktor Adil əl-
Fəlah ölkəmizin müstəqilliyinin ilk günlərindən Azərbaycanı  dəstəkləmiş, 
üzləşdiyimiz Qarabağ problemi ilə bağlı doğma ölkəsi - Küveytin bizim haqq 
işimizi ədalətli şəkildə müdafiə etməsinə öz töhfəsini vermiş, qaçqın və məcburi 
köçkünlərimizə öz dövlətinin bu günədək davam edən təmənnasız yardımını 
təşkil etmişdir. 
A.Əl-Fəlah Azərbaycanda və Gürcüstanda, habelə, müstəqil respublikalarda 
İslamın müasir problemləri ilə bağlı keçirilmiş bir neçə beynəlxalq konfrans və 
simpoziumların təşkilində bilavasitə yaxından iştirak etmiş, həmin 
konfranslardakı dərin məzmunlu çıxışları ilə də yadda qalmışdır. 


 

Zəngin həyat təcrübəsinə malik olan, obyektiv fikir və mülahizələri ilə seçilən 
bu  şəxsiyyətə, təkcə öz vətənində deyil, Azərbaycanda da böyük rəğbət və 
ehtiram bəslənilir. 
 Təqdim edilən bu əsərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Qurani-
Kərimə və İslam elmlərinə dərin hörmət və ehtiramla yanaşan dahi siyasi xadim 
kimi təqdim olunur, onun müxtəlif münasibətlərlə çıxışlarında İslam dini, islam 
əxlaqı və dəyərləri ilə bağlı fikirlərini müəllif böyük məharətlə Qurani-Kərimin 
müvafiq ayələri ilə bağlayır və H.Əliyevin nadir düha sahibi olduğunu xüsusi 
vurğulayır. 
Heydər  Əliyevin çoxsaylı  tədbirlərdə, o cümlədən, Bakıda keçirilmiş nüfuzlu 
beynəlxalq forumlarda, Beynəlxalq təşkilatların yığıncaqlarında, habelə 
dünya dövlətlərinin başçıları ilə görüşlərində söylədiyi fikirləri bir-bir 
araşdırıb, təhlil edən A. Əl-Fəlah, onun öz torpağına, xalqına, dininə olan 
misilsiz məhəbbətini xüsusi qeyd edir, bu dahi şəxsiyyətin, istər sovet 
dövründə, istərsə  də müasir mərhələdə  bəzi dövlətlərin mövcud problemlərə 
ikili standartlarla yanaşdıqlarını qətiyyətlə pislədiyini qələmə alır. 
A.Əl-Fəlah bu kitabda Heydər  Əliyevin daha çox dini-mənəvi, dini-fəlsəfi 
baxışlarına xüsusi yer ayırır, onun fikir və ideyalarını  təhlil edərək belə 
qənaətə  gəlir ki, Azərbaycan xalqının böyük oğlu, siyasi hakimiyyət 
zirvəsində yüksək məqamlara sahib olan, ömrünü ölkəsinin çiçəklənməsinə 
sərf edən bu böyük dövlət xadimi, təkcə İslam tarixinə, Azərbaycan xalqının 
islami dəyər və  mənəviyyatına deyil, eyni zamanda səmavi dinlərin tarixinə, 
onların ehkamlarına və  mənəvi dəyərlərinə  də  dərindən bələddir. O, başqa 
mövzularda olduğu kimi, dini mövzuda da, istər sadə insanlarla söhbətlərində, 
istərsə də rəsmi çıxışlarında dinşünas alim təsiri bağışlayır. 
Müəllif xüsusi bir şövqlə H.Əliyevin  İslama təmayülçü, terrorçu, ekstremist 
damğası vurmağa səy göstərənlərə  İslamın və Qurani-Kərimin hər cür zora, 
zülmü və güc işlətməyi rədd etdiyinə dair bu müqəddəs Kitaba istinadən 
verdiyi cavablardan tutarlı misallar gətirərək, bu böyük dövlət xadiminin 
İslama olan məhəbbətinə və inamına öz heyranlığını ifadə edir. 
A.Əl-Fəlahın Heydər  Əliyev  şəxsiyyətini yaxından tanımasına dəlalət edən 
cəhətlərdən biri də, kitabda onun müxtəlif dini bayram və  tədbirlər 
münasibətilə möminlərlə görüşməsindən, "Təzəpir" və "Bibiheybət" 
məscidlərini ziyarət etməsindən, həmin görüşlərdə söylədiyi fikirlərdən 
nümunələr verməsidir. 
Müəllifin qənaətinə görə, Azərbaycanı  İslam aləminin ayrılmaz bir hissəsi, 
İslam sivilizasiyasını Yer üzündə sülhün, əmin-amanlığın və  ədalətin carçısı 
hesab edən H.Əliyevin bu ideyası Azərbaycanda keçirilmiş bütün konfrans və 
simpoziumların əsas qayəsini təşkil etmişdir. 
H.Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar prinsipial mövqeyinə 
böyük yer ayıran, Qərbin siyasi dairələrinin münaqişənin həlli ilə bağlı ikili 
standartlarla yanaşmaları haqda onun müxtəlif beynəlxalq forumlarda 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə