38
zor və məhvetmə, nə də siyasi-ideoloji təbliğat maşını insanların etiqadını sındıra
bilmişdir.
Heydər Əliyev 1-2 oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-
Dini Şurasının keçirdiyi " Müasirlik və dini-mənəvi dəyərlər" adlı Beynəlxalq konfransda
bu barədə bəhs edərək belə söyləmişdir:
"Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada 8-ci əsrdə həzrəti Hökümənin qəbri
olmuşdur. İmam Rzanın bacısı həzrəti Hökümənin qəbri üzərində vaxtilə insanlar məscid
qurmuşdular və ora ziyarətgaha çevrilmişdi. Ancaq o müqəddəs yer, müsəlmanların, tək
Azərbaycandan yox, dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarət etdiyi
müqqədəs ocaq 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, dağıdıblar,
yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkməyiblər. Həmişə "Bibiheybət"
piri-bizdə ona pir deyirlər - müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlar gedib orada, o
yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblər və o yeri yaşadıblar".
Heydər Əliyev həmin konfransda bu tipli başqa faktları da yada salır. Belə ki, Sovetlər
zamanı İslama qarşı aparılan mübarizə nəticəsində yüzlərlə məscid və ziyarətgah məhv
edilmişdi. Azərbaycan müstəqillik əldə edərkən ölkədə cəmi 18 məscid fəaliyyət göstərirdi.
Lakin qısa bir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədə
sözlərini belə yekunlaşdırır:
"İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamısının qəlbində
məscid intizarı, məscid arzusu (məscid Allah evidir) o qədər yaşayıb ki, qısa bir zamanda
hökumətin, dövlətin heç bir köməyi, vəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim
dediklərimə əyani sübutdur".
Prezident Sovetlər İttifaqının başqa bir antiislam siyasətini də diqqətə çatdırır. Belə ki,
son vaxtlar burada yaşayan xalqların dini, milli-mənəvi özəlliklərini əritmək xətti həyata
keçirilirdi. Onun dediklərinə görə "Sovet xalqı" məfhumu bu məqsədlə işlənilirdi, yəni
hamı Sovet xalqı adlanırdı və bu yeni, qurama xalq insanların yeni qurama tarixi-ictimai
birliyi kimi şüurlara hopdurulurdu.
39
II BÖLÜM
İKİLİ STANDART VƏ AYRI-SEÇKİLİK
Əgər Ermənistan silahlı birləşmələrinin
işğal olunmuş Azərbaycan ərazisindən qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi
yerinə yetirilməmiş qalırsa, onda hansı ədalətdən danışmaq olar?
HEYDƏR ƏLİYEV
40
41
“ İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpoziumun iştirakçıları ilə
Sovet İttifaqının dinlə bağlı siyasətinin birinci tərəfi ateizm təbliğatı olmuşsa da, ikinci
tərəfini müsəlmanlara qarşı ikili münasibət və ayrı-seçkilik təşkil etmişdir. Heydər Əliyev
həmin məsələ ilə bağlı maraqlı faktlar gətirir və göstərir ki, sovet ideologiyası, əsasən,
İslama qarşı yönəldilmişdi.
Dövlət başçısı 9-11 dekabr 1998-ci ildə " İslam sivilizasiyası Qafqazda" adlı
Beynəlxalq konfransda çıxış edərkən sözü gedən məsələyə toxunaraq belə demişdir:
"Ancaq o illər kommunist ideologiyasında, ümumiyyətlə, dinə qarşı təbliğat aparıldığı
zaman İslam dininin əleyhinə xüsusi təbliğat aparılırdı".
Heydər Əliyev daha sonra həmin dövrlərdə canlı şahidi olduğu proseslər barəsində
düşüncələrini belə bölüşür:
"Bilirsiniz ki, o vaxtlar mən böyük bir dövlətin işləri ilə məşğul olurdum. Bəzən
düşünürdüm: din dindir, nə üçün bir dinə müəyyən qədər loyal münasibət bəslənir, o biri
dinə isə həddindən artıq düşmən münasibəti göstərilir? Bu, həqiqətdir".
Hər bir məsələyə bütöv, hərtərəfli yanaşan və hər bir hərəkətin məntiq və məqsədini
dərindən araşdıran bu siyasi-ictimai xadim sovetlərin İslam və müsəlmanlara bu sayaq
qərəzli mövqeyinin köklərini üzə çıxardır. İslama qarşı ikili münasibət və ayrı-seçkiliyin
ictimai-siyasi, əxlaqi-mənəvi və psixoloji motivlərini göstərir. O, öz fikrini davam etdirərək
məsələnin mahiyyətini belə açıqlayır:
"Mərkəzdə Kommunist Partiyası Mərkəzi Komitəsinin ateizm təbliğatında
İslam dininə qarşı təbliğat xüsusi bir istiqamət təşkil edir və bu, xususi nəzarət altında idi.
Sovet hakimiyyəti dövründə belə bir təsəvvür yaranırdı ki, sovet quruluşuna təhlükə
42
törədən yalnız islam dinidir, xristian dini, yaxud sovetlər ölkəsində olan başqa dinlər bu
quruluşa o qədər də təhlükə yaratmır".
Maraqlı cəhət burasındadır ki, Sovet İttifaqı Kommunist Partiyasının bir çox siyasi-
ideoloji direktivləri gizli saxlanılırdı. Yəni, ümumi ateist təbliğatı bütün plenum və qurultay
materiallarında əks olunur, respublika partiya komitələrinə müvafiq göstərişlər verilirdi.
Ancaq rəsmi sənədlərdə İslama qarşı xüsusi təbliğat aparmaq açıq şəkildə yazılmırdı.
Qapalı sovet sistemində bu sayaq məsələlər gizli göstərilir və tam məxfi qərarla həyata
keçirilirdi. Həmin məxfi sənədlər isə partiya hakimiyyət iyerarxiyasında yüksək yer tutan
tək-tək şəxslərə bəlli idi. Heydər Əliyev də Kommunist Partiyasının nüfuzlu şəxslərindən
biri kimi belə gizli və sirli məsələlərdən xəbərdar idi və özü də bunu təsdiqləyir:
"Bunlar, o dövrdə mənim gözümlə gördüyüm və bir çox ideoloji sənədlərdə oxuduğum
həqiqətlərdir ki, siza çatdırıram".
Doğrudur, bu deyilənlər barədə camaat arasında söz-söhbətlər dolaşırdı, lakin Prezident
həmin hadisə və proseslərin canlı şahidi kimi tarixi gerçəkliyi indiki nəslə çatdıraraq öz
fikirlərini belə tamamlayır:
"Kommunist ideologiyasında dinlərə münasibətdəki bu ayrı-seçkilik, dinləri bir-
birindən fərqləndirmək xətti göstərirdi ki, demək, belə çıxır: din var-yaxşı dindir, din də
var-çox pisdir, bu pis din də, guya, İslam dinidir".
Buradan bir neçə nəticə və həqiqət ortaya çıxır:
Birincisi, sovet hökuməti ateist təbliğatı adı altında əsasən İslamı məhv etməyə çalışıb.
İkincisi, İslam olduqca güclü ictimai-əxlaqi, dini və psixoloji-mənəvi qüdrətə malikdir,
ona görə də kommunist ideoloqları İslamın gücündən qorxaraq onun ictimai şüurda özünə
yer tutmasını əngəlləmişdilər.
Üçüncüsü, İslama qarşı ayrı-seçkilik siyasəti aparıldığını ictimaiyyət açıq və tam
şəkildə olmasa da bilirdi.
İslama qarşı mənfi münasibət elmi-tədqiqat işlərində də özünə yer tutmuşdu. İslam
mədəniyyəti haqqında elmi işlər əsasən mərkəzdə-Moskvada aparılırdı. Klassik irsi
araşdıranlar dini mövzulardan yan keçir və ya burada təhriflərə yol verirdilər, hətta bir sıra
müsəlman filosof, ədib və şairlərinin əsərlərində süni surətdə dinə qarşı yönələn motivlər
axtarılırdı.
Maraqlı haldır ki, Qurani-Kərim sovet dövründə təkcə rus dilinə tərcümə edilmişdi,
başqa müsəlman xalqları bu müqəddəs kitabı orijinalda, yaxud öz dillərin
Dostları ilə paylaş: |