Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 
46 
 
 
daşıyan məfhumlardan bəhrələnməsidir. O, belə fikirlərin son vaxtlar geniş yayıldığını da 
nəzərdən qaçırmır: 
 
"İndi dünyadakı  bəzi mərkəzlərdə "islam fundamentalizmi, islam ekstremizmi və 
fanatizmi" haqqında fikirlər söylənilir. Hesab edirəm ki, bizim müqəddəs kitabımız Qurani-
Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Biz islam mədəniyyətini, islam 
mənəvi dəyərlərini müqqədəs kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların 
təhrif olunması, əgər dini dildə desək, günahdır". 
 
Bu müdrik və uzaqgörən  şəxsiyyət  İslama qarşı yönələn ittihamların arxasında hansı 
siyasi-ideoloji hədəflərin gizləndiyini çox yaxşı  dərk edirdi. Bəlli olduğu kimi, bu sayaq 
təbliğat son 20-30 ildə daha geniş miqyasda, daha doğrusu, qlobal səviyyədə aparılırdı. 
İslam dünyasında müşahidə edilən siyasi-ideoloji oyanış  və öz haqqı yolunda mübarizə 
cəhdləri müstəmləkəçilik niyyətlərindən əl çəkmək fikrində olmayan bir sıra dairələri ciddi 
düşündürürdü. Eyni zamanda, bir çox müsəlman ölkələrində xalqın özünə güvənc 
psixologiyasının və milli özünü dərk  şüurunun təşəkkülündə islam amili böyük rol 
oynayırdı. Bunlarla yanaşı,  İslam bir çox Şərq, Afrika və Asiya ölkələri arasında 
yaxınlaşma və birliyin möhkəmlənməsində mühüm tənzimləyici kimi çıxış edirdi. Ona görə 
də,  Şərq və  İslam sivilizasiyasına qarşı  qərəzli mövqe nümayiş etdirən dairələr belə bir 
mənfi təbliğata  əl atmaqla beynəlxalq aləmdə müsəlmanlar  əleyhinə  mənfi ictimai rəy 
formalaşdırmaq istəyirlər. 
  
  


 
47 
 
 
Azərbaycan rəhbəri bu məsələdə çox prinsipial və qətiyyətli bir mövqe nümayiş etdirdi 
və öz fikirlərini  əsaslandırmaq üçün Qurani-Kərimə istinad etdi. Belə ki, müsəlmanların 
müqəddəs kitabında heç vaxt fundamentalizm məsələsi olmayıb. Deməli,  İslama iftira və 
böhtan atılır. O, eyni zamanda vurğuladı ki, islam dəyərləri və mədəniyyəti dedikdə Qurani-
Kərimin gətirdiyi dəyərlər və  mədəniyyət nəzərdə tutulur. Kimsə bunları  təhrif edib öz  
subyektiv, qərəzli niyyətləri baxımından başqa səmtə yozursa, Qurana iftira atırsa, günah 
işlətmiş olur. 
 
Allah-təala Qurani-Kərimdə buyurur: 
 
"Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman 
gətirənlərdir,      onu inkar edənlər (dəyişdirənlər) isə dünyada və axirətdə özlərinə zərər 
yetirənlərdir" (əl-Bəqərə, 21). 
 
2001-ci il 11 sentyabr hadisələrindən sonra İslama qarşı ittihamlar daha da gücləndi və 
müsəlmanların heysiyyətinə toxunan terrorizm məfhumu siyasi təbliğat dövriyyəsinə 
buraxıldı. Bu məsələdə də Azərbaycan Prezidenti öz ardıcıl və elmi-dini əsaslara söykənən 
mövqeyini bəyan etdi və bildirdi ki, İslam ilə terrorizm bir araya sığan məfhumlar deyil, 
əksinə, İslam və Quran hər sayaq zorakılığı, haqsızlığı rədd edir. O, bir daha dünyada və 
hətta beynəlxalq aləmdə müsəlmanlara qarşı yönələn ikili münasibəti pislədi. Azərbaycan 
İslam dünyasının bir parçası olduğuna görə ona qarşı irəli sürülən əsassız ittihamları rədd 
etməli oldu. Bakıda bir neçə elmi konfrans, seminar və dəyirmi masa təşkil edildi. Həmin 
tədbirlərdə ziyalılar və ilahiyyatçılar, siyasətçilər və qələm sahibləri islam 
  
 sivilizasiyasının sülh, əmin-amanlıq, ədalət və ümumbəşəri dəyərlər qaynağı olduğunu önə 
çəkdilər. Bütün bu sayaq tədbirlərin  əsasında Heydər  Əliyevin konseptual tezisləri 


 
48 
dayanırdı. O, hələ öncələr və  dəfələrlə Azərbaycanın etnik separatizm və terrorizmlə 
üzləşdiyini, lakin beynəlxalq qurumların bu məsələyə biganə yanaşdığını  bəyan etmişdi. 
Azərbaycan rəhbəri terrorizm və zorakılıq məsələsində ikili standartın yol verilməz 
olduğunu təkidlə vurğulayırdı. O, bir sıra xarici qurumların Azərbaycanda insan haqları və 
demokratiya barəsindəki iradlarını  həmin ikili standart müstəvisindən izah edərək, 
məsələyə obyektiv, hərtərəfli və prinsipial şəkildə yanaşılmasının zəruriliyini önə çəkirdi. 
Onun qoyduğu məntiqi sualın qarşısında çox vaxt beynəlxalq institutların nümayəndələri 
susmağa məcbur olurdu. Heydər Əliyevin, əgər söhbət insan haqlarından gedirsə, nə üçün 
bu və ya digər təşkilat və qurumlar öz yurd-yuvasından zorla didərgin salınmış bir milyon 
azərbaycanlının-müsəlmanın haqqının tapdandığını görmür, onların hüquqlarının təmin 
edilməsi üçün yetərli bir iş görmür? - sualı cavabsız qalırdı. O, öz xalqının, öz millətinin 
haqqını ardıcıl surətdə qorumaqla yanaşı,  İslam dünyasına qarşı edilən haqsızlıqları  və 
yürüdülən ikili siyasəti də pisləyirdi. 
  


 
49 
III BÖLÜM 
 
 
 
İSLAM  
ƏXLAQI-MƏNƏVİ DƏYƏRLƏR QAYNAĞI KİMİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müstəqil Azərbaycan dövlətinin həyatında çox əlamətdar hadisədir ki, 
xalqımız dininə öz münasibətini sərbəst ifadə edir və uzun illərin 
həsrətindən sonra ölkəmizin istənilən vətəndaşı tamamilə 
sərbəst olaraq İslam aləminin müqəddəs 
yerlərini ziyarət edə bilir. 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
 
 
  
 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə