Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 
50 
 


 
51 
 
 
İslam dünyanın zəngin və mükəmməl sivilizasiya modeli kimi tanınır və  İslam bəşər 
tarixində öz tükənməz əxlaqı-mənəvi dəyərləri baxımından seçilir. Bütün dünya dinlərində
xristianlıq və buddizmdə insanın  əxlaqi təkamülü önəmli yer tutur. Bu baxımdan  İslam 
daha geniş  və önəmli məsələləri ehtiva edir, insan şəxsiyyətinin ləyaqət və  şərafətini önə 
çəkməklə ümumbəşəri ideyaları  təbliğ edir. Dünyanın böyük tarixi şəxsiyyətləri, qeyri-
müsəlman olan filosoflar, alimlər və ilahiyyatçılar İslamı böyük insanlıq və əxlaq məktəbi 
adlandırmışlar.  İstər fərdi  əxlaqi keyfiyyətlərin tərbiyəsində  və ev-ailə münasibətlərinin 
tənzimlənməsində, istərsə  də  əxlaqi-mənəvi baxımdan sağlam cəmiyyətin təşəkkülündə 
İslamın böyük əhəmiyyəti vardır. Quran və Peyğəmbər (s) sünnətindən qaynaqlanan İslam 
əxlaqı öz bütövlüyü, kamilliyi və gözəlliyi ilə əksər ideoloji məktəblərdən üstündür. İslam 
əxlaq məktəbi minillik tarixi sınaqlardan keçmiş, çoxsaylı siyasi-ideoloji və psixoloji 
hücumlara məruz qalmış, fiziki və mənəvi zorakılıqlarla üzləşmiş, lakin yenə də zamanla 
səsləşən ədalətli və sağlam bir əxlaqi-mənəvi model olmaqla yaşamını davam etdirmişdir. 
Sovet  əxlaq məktəbi siyasi-ideoloji qüdrətinə, ictimai-sosial dayaqlarına, güclü xəfiyyə-
təhlükəsizlik sisteminə  və total təbliğat maşınına baxmayaraq, tezliklə iflasa uğradı  və 
SSRİ-nin çökməsi, eyni zamanda, onun formal əxlaqi ideallarının da ictimai şüurdan 
silinməsi ilə tamamlandı. Tarix boyu bütün mədəniyyət və sivilizasiyalar üçün ən ümdə 
məsələ insanların fərdi  əxlaqi-mənəvi keyfiyyətləri və onların yaşadığı  cəmiyyətlərin 
doğurduğu mühitin nə dərəcədə sağlam olmasıdır. Rifah və əmin-amanlıqda yaşamaq bəşəri 
həmişə düşündürür. İnsanlar öz həyati təlabat 
  
 
 
larını ödəmək üçün yeni-yeni ixtiralar etmiş, iqtisadi və texniki tərəqqi sahəsində böyük 
nailiyyətlər qazanmışlar. Müasir dünya ilə orta əsrləri və bir qədər də  qədim keçmişi 


 
52 
müqayisə etsək, bəşəriyyətin hansı inkişaf zirvələrinə yüksəldiyini çox asanlıqla anlaya 
bilərik. 
 
Bu yüksəliş və inkişaf məişətdən və sosial vəziyyətdən tutmuş ictimai institutlara, siyasi 
hakimiyyət formalarına qədər və fərdi həyatın bütün sahələrini əhatə edir. Bütün bu inkişafa 
baxmayaraq, bəşəriyyət  əxlaqi-mənəvi yönümdə böyük çətinliklərlə üzləşib. Belə bir 
paradoksal vəziyyət ortaya çıxır: heç bir maddi və elmi-texnoloji tərəqqi cəmiyyətin və 
insanların  əxlaqi mənəvi sağlamlığını  təmin edə bilmir. Ayrı-ayrı  cəmiyyətlərdə  təbliğ 
olunan qanunlar və cəza tədbirləri də insanları pis əməldən çəkindirə bilmir. Ancaq batini 
saflıq və vicdani məsuliyyət insanı belə əməllərdən çəkindirir. İslamda insanın məsuliyyəti 
təkcə başqa insanlar, cəmiyyət və hökumət qarşısında cavab verməklə bitmir, o, eyni 
zamanda, haqqın  ədalət divanında cavab verməli olur. Deməli, bəşər cəmiyyətdə  və 
dünyəvi həyatda maddi məsuliyyət daşıyırsa, Allah qarşısında da mənəvi məsuliyyət 
daşıyır. Quran və İslam bəşər həyatını maddi dünya ilə məhdudlaşdırmır, onun üçün daha 
önəmli olan, insanın başqa varlıqlardan üstünlüyünü şərtləndirən  əqli-mənəvi həyatın 
olduğunu təsdiqləyir. Həmin  əqli-mənəvi yaşam insan qəlbini maddi həvəslərin törətdiyi 
fəsadlardan qoruya bilir. İnsan nəfsinin tələbləri tükənmir, o, öz ehtiyaclarından milyon qat 
artıq maddi-iqtisadi imtiyazlar əldə etsə də, nəfs onu yenə daha çox qazanc toplamaq üçün 
qeyri-əxlaqi vasitələrə əl atmağa vadar edir. İslam mədəniyyətində bəşərin nəfsi sağlamlığı 
önə  çəkilir, bunun üçün nəfsi istəkləri öldürmək yox, onları mötədil  şəkildə 
tərbiyələndirmək lazıım gəlir. Bəzən İslama qarşı qərəzli münasibət bəsləyənlər belə iddia 
edirlər ki, guya İslam insanları maddi-iqtisadi inkişafdan və dünya həyatından məhrum 
edir. Bu yanlış düşüncədir. Quran və Peyğəmbər sünnəti bütün insanları Allahın yaratdığı 
halal və  təmiz nemətlərdən bəhrələnməyə, dünya həyatından öz payını götürməyə  dəvət 
edir. Lakin burada çox önəmli bir xəbərdarlıq zəngi çalınır: bəşər hər bir məsələdə ölçü və 
həddi gözləməli, başqalarının haqqına təcavüz etməkdən çəkinməli,  əldə etdiyi qazancla 
çarəsizlərə, kimsəsizlərə yardım etməli, Allahın ədalət qanununu pozmamalıdır. 
 
Qərbin bir sıra ideoloji-psixoloji cərəyanları insanın öz maddi-dünyəvi istəklərinə 
çatması üçün heç bir hədd-hüdud tanımır, bunun üçün hər bir vasitədən, hətta qeyri-əxlaqi 
yollardan istifadə etməyi zəruri sayır. İslamda isə bir şey  əldə etmək üçün əxlaqi-mənəvi 
meyarları gözləmək, kimsənin haqqına toxunmamaq tövsiyə edilir. 
 
İslamda insan hər hansı bir əməli edərkən onun qarşısında, təkcə polisin, hakimin və 
hökmdarın qadağaları deyil, həm də Allahın və vicdanın səddi  
  


 
53 
dayanır. Nəfs insanı polis və hakim qarşısında yalan danışmağa vadar edir,  ancaq haqqın 
dərgahında belə yalana yer yoxdur.  
 
Hər bir dini təlimin başlıca vəzifəsi insanları  bəyənilmiş  dəyərlərlə    
tərbiyələndirməkdir.  İslam bu yöndə özəlliklə seçilir.  Peyğəmbərimiz Həzrəti Məhəmməd 
(s) bəşər qarşısında öz missiyasını belə bir yığcam ifadə ilə açıqlayıb: 
 
"Mən bəşər əxlaqını kəramətləndirmək və şərafətləndirmək üçün göndərilmişəm". 
 
Qurani-Kərimin bütün ayələri Allahın hikmət, qüdrət və elm nişanələri olmaqla bir 
hədəf vurğulayır: bu ayələr bəşəri düz-doğru yola, yüksək mənəviyyata hidayət edir. İslam 
və Quran əzəmətli insaniyyət və  əxlaqi-mənəvi dəyərlər xəzinəsidir,  ən yüksək  ədalət 
məktəbidir: Hər kəs öz əməlinə görə cavabdehdir ("əl-Bəqərə", 134, 139), hər kəsin 
qazandığı günahı özünə aiddir ("ən-Nisa", 111, "əl-Ənam", 164). 
 
İslam əxlaqı insanları yaxşı işlərə (saleh əmələ) dəvət edir, pis işlərdən çəkindirir, insan 
şəxsiyyətini  şərəfləndirir, ona səbr, dözüm, mətanət, səxavət, təvazökarlıq, başqalarının 
dərdlərinə  şərik olmaq, abır-həya, namus, qeyrət,  şücaət, mərdlik, bağışlamaq kimi 
keyfiyyətlər aşılayır.  İslam yüksək bəşəri  əxlaqi-mənəvi və insani dəyərlərinə görə 
Ərəbistan yarımadası ilə  məhdudlaşmadı, Qərbdə  İspaniyaya qədər,  Şərqdə Filippinədək 
yayıldı, Avropaya və Amerikaya yol açdı. 
 
Heydər  Əliyev məhz  İslamın  əxlaqi-mənəvi dəyərlərinin nə  qədər yüksək, bəşəri və 
kamil olduğunu nəzərə alaraq xalqının həmin dəyərlərdən faydalanmasını zəruri sayırdı. O, 
çox yaxşı bilirdi ki, İslam azərbaycanlıların ruhi-mənəvi bütövləşməsində mühüm rol 
oynamış, oynamaqdadır və oynayacaqdır. Azərbaycan rəhbəri  İslamı milli mədəniyyətin 
ayrılmaz tərkib hissəsi saymışdır. 
 
O, ölkəsinin müstəqilliyinin ilk illərində sovet ideologiyasının iflasından sonra İslama 
qayıdışın ümumi istiqamətlərini göstərdi. 5 sentyabr 1993-cü ildə "Təzə pir" məscidində 
Peyğəmbər əleyhissəlamın mövlud günü münasibətilə etdiyi çıxışında belə söylədi: 
 
"İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan insanların və məxluqun 
ən yüksək mənəviyyat mənbəyidir". 
 
Bu tezisdə  İslamın ümumbəşəri mənəvi  əhəmiyyəti önə  çəkilir, yəni bu mədəniyyət 
təkcə azərbaycanlılar və başqa müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün yüksək 
mənəvi dəyərlər xəzinəsi hesab edilir. Azərbaycan İslam aləminin, İslam dünyası isə bütün 
bəşəriyyətin bir parçasıdır və bunlar arasında üzvi bağlılıq vardır. Məsələyə qlobal 
yanaşsaq, görərik ki, Heydər  Əliyev islam mənəviyyatını bütün bəşəriyyət üçün nümunə 
sayır. 
  
  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə