Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

 
67 
 
uydurma və böhtanlara cavab olaraq müsəlmanların sülhsevər və haqq tərəfdarı olduqlarını 
bir daha diqqətə çatdırır: 
 
"İslam dini bizi heç vaxt işğaçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. 
Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Bu 
müharibənin səbəbkarı da nə Azərbaycan xalqı, nə müsəlman, nə də İslam dinidir. Bu bizə 
qarşı olan qəsbkar işğalçılıq müharibəsidir. Biz torpaqlarımızı müdafiə edirik". 
 
Müasir dünyada gedən mühüm proseslərdən biri demokratik dəyişikliklər və insan 
haqlarının qorunmasıdır. Demokratiyada məqsəd hakimiyyətin sivil qaydada xalqın seçimi 
əsasında formalaşması, qanunlarla idarə olunan hüquqi dövlətin qurulması, azadlıq və insan 
haqlarının təmin edilməsi - bir növ hər bir fərdin ləyaqətlə və dolğun yaşaması üçün sağlam 
ictimai mühitin yaradılmasıdır. 
 
Yeni dünya düzənində iqtisadi inkişaf, sosial rifah və ictimai ədalət demokratik 
cəmiyyətin  əsas hədəflərindəndir. Təbiidir ki, demokratiya məfhumu ilə bağlı olan bütün 
müsbət dəyərlər  əksər ölkələr və xalqlar tərəfindən rəğbətlə qarşılanır. Ancaq bu 
dəyərlərdən sui-istifadə halları və həmin bəhanə altında yeni müstəmləkəçilik, istismar və 
hərc-mərclik kimi mənfi meyillərin güclənməsi yenicə müstəqillik  əldə etmiş ölkələrdə 
narahatlıq doğurur. Başqa bir tərəfdən, azadlıq və demokratiya məfhumlarının yanlış təfsiri 
insanların və cəmiyyətin əxlaq və mənəviyyatında mənfi təmayüllərin yer almasına səbəb 
olur. 
Azərbaycan xalqının rəhbəri güclü siyasətçi olmaqla yanaşı, həm də dərin 
  
  


 
68 
 
düşüncəli sosioloq və psixoloq idi. Ona görə o, gerçək demokratiyanı bu ad altında gedən 
oyunlardan dəqiqliklə ayırd edə bilirdi. Heydər Əliyev müasir dünyada baş verən prosesləri, 
demokratik dəyişiklikləri, azadlıq və insan haqlarının təmin edilməsi yolunda beynəlxalq 
səviyyədə görülən işləri zəruri sayır, lakin buradakı nöqsanları  və ziddiyyətli məqamları, 
bəşəriyyətin qarşılaşdığı yeni problemləri də  nəzərdən qaçırmırdı. O, özünəxas bir tərzdə 
məsələyə bütöv, kompleks şəkildə yanaşırdı. Bu baxımdan onun "Müasirlik və milli-
mənəvi dəyərlər" adlı beynəlxalq konfransdakı çıxışı diqqətə layiqdir. Həmin çıxışının bir 
yerində belə deyilir: 
 
"XX  əsrin sonunda bəşəriyyət böyük təhlükələrlə, böyük münaqişələrlə, çətinliklərlə 
rastlaşıbdır. Dünyada gedən ictimai-siyasi proseslər, demokratiyanın inkişafı, insan 
haqlarının qorunması sahəsində görülən işlərlə yanaşı, mənfi meyillər də mövcuddur. 
Bunların çoxu da insanın mənəviyyatı ilə bağlıdır". 
 
Müasir dünyada gedən proseslərin mənzərəsini göz önündə canlandıran Azərbaycan 
rəhbəri burada baş verən mənfi meyillərdən keçirdiyi narahatlığı ifadə edir. Bir tərəfdən 
demokratiya və insan haqları  məsələsinin gündəmə  gətirilməsi müsbət haldırsa, o biri 
tərəfdən baş verən qanlı müharibə  və münaqişələr mənfi haldır. Başqa bir tərəfdən 
demokratiya və azadlıq məfhumunun təhrif edilməsi və bu ideyalardan bəhanə kimi istifadə 
olunması halları da mövcuddur. Belə ki, bir sıra güclü dövlətlər həmin bəhanələr altında 
zəif ölkələri özünə tabe etdirir, onların təbii-milli sərvətlərinə sahib olmaq istəyirlər. Başqa 
bir tərəfdən, eyni motivlərlə adı hələ ictimai-siyasi cəhətdən müstəqil şəkildə 
  


 
69 
  
tam təşkilatlana bilməyən, lakin öz milli bütövlüyünü və dövlətçiliyini möhkəmləndirmək 
əzmində olan ölkələrdə ictimaiyyətin, xüsusilə gənclərin başını yüngül əyləncələrlə qatmaq 
siyasəti yeridilir və azadlıq adı altında əxlaq və mənəviyyata zidd proseslərə rəvac verilir. 
 
Ən başlıcası budur ki, Heydər  Əliyev müasir dünyada bəşəriyyətin qarşılaşdığı bütün 
mənfi təmayüllərin səbəbini mənəviyyatda axtarır və belə hesab edir ki, mənəviyyat sağlam 
və  təmiz olarsa, mənfi meyillər də bir o qədər azalar. Başqalarının haqqını tapdalamaq, 
başqa ölkələrin ərazisini zəbt etmək, sərvətlərini ələ keçirmək məqsədilə aparılan savaşlar 
da nəfs ilə bağlıdır. Ona görə də Peyğəmbər əleyhissəlam nəfs ilə mücadiləni böyük cihad 
adlandırmışdır. 
 
Müasir dünyanın problemlərini insan mənəviyyatındakı boşluqla  əlaqələndirən bu 
müdrik şəxsiyyət həmin boşluğu doldurmaq üçün İslama üz tutmağı tövsiyə edir: 
 
"Bu mədəniyyət dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların 
mənəvi cəhətdən yüksəlməsinə, eyni zamanda dünyada inkişafa, sülhün, əmin-amanlığın 
təmin edilməsinə xidmət göstərmişdir". 
 
Bu tezisdə  İslamın bəşər sivilizasiyasında tarixi xidmətləri vurğulanır ki, həmin 
xidmətin üç önəmli parametri vardır:  
-bəşərin mənəvi təkamülü;  
-dünyada gedən tərəqqi və inkişaf;  
-sülh və əmin-əmanlığın təminatı. 


 
70 
 
Bunların hamısı müasir dünya üçün olduqca əhəmiyyətlidir və belə bir nəticə çıxarmaq olar 
ki, müasirlik və İslam bir-birinə zidd olan məfhumlar deyil, əksinə, islam dəyərləri müasir 
dünyanın problemlərini prinsipial və ədalətli qaydada həll etməyə qadirdir. Heydər Əliyev 
öz fikrini belə davam etdirir: 
 
"Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da inkişaf etməsi üçün istifadə 
etməliyik. Dini-mənəvi dəyərlər bizi geriyə  çəkmir, irəli aparır.  İslam dininin mənəvi 
dəyərləri insanları  həmişə inkişafa aparmışdır, insanlara həmişə qarşıdakı uzaq və  işıqlı 
yolu göstərmişdir". 
Bir sıra ideoloqlar və siyasətçilər Şərq ölkələrinin texnologiya, iqtisadiyyat və ictimai-
siyasi sahədə Avropa və  Qərbdən geridə qalmasının səbəbini  İslamda görürlər. Belələri, 
istər Qərb, istərsə  də  Şərq ölkələrində vardır. Həmin yanlış  və  qərəzli təbliğat  Şərq 
xalqlarını, xüsusilə müsəlmanları öz mədəniyyətindən ayırmaq, onların özlərinə olan 
inamını  sındıraraq başqalarından asılı  vəziyyətdə saxlamaq və bir növ İslamı gözdən 
salmaq məqsədilə aparılır. Bu təbliğatın kökündə belə bir məkrli fikir var: əgər müasir 
dünya inkişafından geridə qalmaq istəmirsinizsə, onda İslamdan üz döndərməlisiniz. 
 
İslamın təhrif edilməsində, gercək  İslam dəyərlərinin  əvəzinə müsəlman ölkələrində 
xurafatın yer almasında və içtimaiyyətin qəflətdə saxlanmasında müstəmləkəçilik siyasəti 
yürüdən  əcnəbilərin təbliğat maşını  hələ XVIII əsrdən bu işə girişmiş, zaman keçdikcə 
dövrün tələblərinə uyğun bu siyasətin təbliğat metoduna düzəlişlər etmişdir. 
  
  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə