Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   16   17   18   19   20   21   22   23   24

 
75 
 
 
xalqımızın, gənclərin əxlaqına sirayət etməsinə yol verməyək". 
 
Bu, çox önəmli bir məsələ idi. Belə ki, cavanlar, adətən, müasir dünya ilə 
ayaqlaşmaqdan ötəri, onun texnoloji-iqtisadi tərəqqisindən daha çox yüngül əyləncə 
mərkəzlərinə meyillənirlər. Ona görə Azərbaycan Prezidenti gecə klubları, kazinolar və bu 
sayaq digər  əyləncə yerlərinin bağlanması haqqında qərar verməklə  gənclərin 
mənəviyyatını böyük təhlükədən qorudu. O, bu qərarını belə izah etdi: 
"Mənim bu qərarlarımın hamısı, yalnız və yalnız xalqımızın, cəmiyyətimizin 
sağlamlığını qorumağa yönəlibdir. Mən bütün bu qərarlarımla, bütün bu fəaliyyətimlə 
çalışıram ki, xalqımız, xüsusilə siz gənclər sağlam əxlaq tərbiyəsi alasınız". 
 
Məlum olduğu kimi, müasir dünyada gərgin rəqabət və mücadilə gedir, ölkələr və 
xalqlar inkişafdan qalmamaq üçün praqmatik iqtisadi maraqlara xüsusi əhəmiyyət verirlər. 
İqtisadi maraqların üstünlük təşkil etdiyi müasir dünyada əxlaqi-mənəvi dəyərlər bir qədər 
arxa plana keçir. Bəzən isə daha çox fayda götürmək, daha çox gəlir  əldə etmək 
psixologiyası insanları  əxlaqi-mənəvi ölçülərdən kənara çıxmağa vadar edir. Bu çox 
təhlükəli bir meyildir, belə ki, freydizm və makkiavellizm psixologiyası insanları öz 
praqmatik maraqlarını təmin etmək üçün qeyri-əxlaqi vasitələrə əl atmağa sürükləyir. Belə 
zümrə üçün iqtisadi qazanc əxlaqdan üstün sayılır və vaxtı ilə  Qərb dünyasında vəhşi 
kapitalizm həmin psixologiyanın təsiri altında yaranmışdır. 
  
 
 
 
Keçid dövrü yaşayan və yenicə müstəqilliyə qovuşan Azərbaycanda    bazar 
iqtisadiyyatının sağlam bir istiqamətdə formalaşması olduqca zəruri  məsələ idi. Heydər 
Əliyev bu məsələdə də mənəviyyatın nəzərə alınmasını vacib sayır. 


 
76 
 
Bazar iqtisadiyyatının və sahibkarlığın ölkənin inkişafında müsbət  əhəmiyyətli 
cəhətlərini önə çəkən Prezident, eyni zamanda, bunların cəmiyyətdə doğura biləcəyi mənfi 
meyilləri haqqında xəbərdarlıq edir, sonra isə belə bir tövsiyə verir: 
 
"Bazar iqtisadiyyatını inkişaf etdirərək, sərbəst iqtisadiyyata geniş yer verərək, 
Azərbaycanda sahibkarlıq təbəqəsi yaradaraq biz hamısını öz mənəvi dəyərlərimizin 
üzərində qurmalıyıq". 
 
Burada söhbət azərbaycanlıların milli-dini ənənələrinə xas olan ictimai ədalətin təmin 
edilməsindən, cəmiyyətin imkanlı  təbəqəsi tərəfindən xeyriyyəçilik fəaliyyətinin 
təşkilindən, varlılar ilə kasıbların arasında kəskin təbəqələşmənin qarşısının alınmasından 
gedir. Təbiidir ki, bu cür məsələlər İslamda daha çox təkidlə vurğulanır. 
  


 
77 
V BÖLÜM 
 
 
 
 
DÖVLƏT-DİN, 
İSLAM-DEMOKRATİYA MÜNASİBƏTLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müqəddəs Mədinə şəhərini, İslamın müqəddəs abidələrini, 
Həzrət Məhəmməd Peyğəmbərin məqbərəsini, məscidini 
ziyarət etdiyim üçün bir müsəlman kimi 
özümü xoşbəxt hesab edirəm. 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
 
 
  
 


 
78 
 


 
79 
 
 
Müasir dünyada geniş  bəhs olunan məsələlər sırasında dövlət-din,  İslam demokratiya 
münasibətləri xüsusi yer tutur. İslama qayıdış, bu zəngin sivilizasiyanın yenidən dirçəlməsi, 
müsəlman ölkələrində  və dünyada islami hərəkatların təşkilatlanması göstərir ki, din ilə 
dövlət və  İslam ilə müasir demokratik qurumlar arasındakı münasibətlər sivil qaydada 
tənzimlənməlidir. Çünki, İslama qarşı qərəzli mövqe nümayiş etdirən güc mərkəzləri həqiqi 
İslam dəyərlərinin ictimai həyatda möhkəmlənməsindən qorxaraq onu gözdən salmaq üçün 
hər cür vasitəyə  əl atırlar. Onlar İslamı dövlətçiliyə  və demokratiyaya zidd olan ifratçı 
ideoloji cərəyan kimi qələmə verirlər. 
 
İctimai-siyasi proseslərin lazımınca təşkilatlanmadığı bir çox müsəlman bölgələrində 
dövlət ilə dini qurumlar arasında ixtilaflar və qarşıdurma halları baş verir ki, bunun 
nəticəsində hər iki tərəf zəifləyir. 
 
Bəlli olduğu kimi, bir sıra Şərq ölkələrində dövlət-din münasibətlərinin tənzimlənməsi 
düzgün qurulmadığından dövlət dini qurumlara və ruhanilərə qarşı, dini qurumlar isə 
dövlətə qarşı  çıxış edirlər. Bu sayaq ixtilaflardan isə bir qayda olaraq həmin ölkədə öz 
mənafeyini təmin etmək istəyən yabancı qüvvələr faydalanırlar. Azərbaycanın, onsuz da, 
problemlərlə üzləşdiyi ilk müstəqillik illərində belə ixtilaflara yol vermək, xüsusilə 
olmazdı. 
 
Heydər  Əliyev elə ilk günlərdən dövlət ilə din arasında ünsiyyət yaratdı. 5 sentyabr 
1993-cü ildə Peyğəmbərin (s) mövludu münasibətilə "Təzə Pir" məscidindəki çıxışında 
diqqəti məhz həmin məsələyə yönəltdi: 
  


 
80 
    "Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf    etməsini 
alqışlayırıq və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə  hər bir 
insanın öz dini adətlərinə xidmət və onlardan  istifadə etməsinə bütün imkanları 
yaradacağıq, biz İslam dininin inkişafı üçün dövlət tərəfindən lazimi tədbirlərin hamısını 
görəcəyik".  
 
Müasir dövlət və din münasibətlərinin qurucusu çıxışında daha sonra başqa mühüm bir 
məsələyə toxunur: İslamın universal xarakterli digər dinlərə, xalqlar arasındakı mehriban 
ünsiyyətə ehtiramla yanaşmasından söhbət açır. İslama qarşı yönələn əsassız ittihamlardan 
biri onun fundamentalizmə meyillənməsi ilə bağlı irəli sürülən  əsassız bir iddiadan 
ibarətdir. Bu iddianın qərəzli və yanlış olduğunu İslamın elə öz mahiyyəti təsdiq edir. 
 
Heydər Əliyev çox aydın və məntiqli dəlillərlə bu məsələni şərh edir:  
 
"Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla 
yanaşı, başqa dinlərə  mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil
demokratiya prinsiplərinə söykənən bir dövlət kimi öz ərazisində yaşayan bütün millətlərə 
dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət 
imkanları verir. Hər bir kəs hürdür, azaddır. 
Bizim Qurani-Kərim bunu göstərir və biz bu yolla gedirik ki, İslam dini başqa dinlərə 
hüsn-rəğbətlə yanaşıb, başqa dinlərə  mənsub adamlarla dostluq əlaqələri yaratmağa 
çalışıb". 
 
O, eyni zamanda, dinlər arasında qarşılıqlı hörməti vacib sayır və  İslam dininə qarşı 
təcavüzün yolverilməz olduğunu da vurğulayır: 
 
"Biz öz İslam dinimizi qoruyub saxlamaqla bizim dinimizə,  əxlaqımıza, 
mənəviyyatımıza təcavüzlərin qarşısını almaqla yanaşı, heç bir başqa millətə, heç bir başqa 
dinə təcavüz etməyəcəyik. Hər bir millətə və dinə hörmətlə yanaşmışıq. Bu, Allahın əmridir 
və Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bizə tövsiyəsidir". 
 
Dinlər və xalqlar arasında dialoq, qarşılıqlı hörmət və ünsiyyət müasir dövrdə çox 
önəmlidir. Azərbaycan üçün də bu məsələ böyük əhəmiyyət daşıyır. Ölkə  əhalisinin 
əksəriyyəti müsəlmandır. Lakin burada başqa dinlərə etiqad bəsləyən xalqlar da yaşayır. 
Azərbaycan Respublikası tarix boyu dini dözümlülük ölkəsi olmuşdur. Heydər  Əliyev bu 
məsələyə öz münasibətini bildirərkən, belə demişdir: 
 
"Azərbaycanın ən mühüm xüsusiyyətlərindən biri də burada çoxlu millətlərin yaşaması 
və üç əsas konfessiyanın da sərbəst fəaliyyət göstərməsi üçün şərait yaranmasıdır. Bütün 
dinlər insanları həmişə sağlam mənəviyyata, düz yola dəvət ediblər. 
  
  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə