Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   16   17   18   19   20   21   22   23   24

 
85 
 
 
Molokan icmasının nümayəndələrini qəbul edərkən 
 
bərabər olduğu ictimai mühitdə əxlaq önəmli deyil. Halbuki, əxlaq və mənəviyyat olmayan 
yerdə ən ideal qanunları və demokratik prinsipləri pozmaq mümkündür. Məhz yüksək əxlaq 
və mənəviyyat insanları cəmiyyətin riayət etdiyi qanun və prinsiplərə hörmətlə yanaşmağa, 
hər məsələdə haqq və  ədaləti gözləməyə vadar edir. Məsələyə bu cəhətdən yanaşan 
Azərbaycan rəhbəri öz fikrini yığcam bir tərzlə belə ifadə edir: 
 
"Demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyat 
deməkdir". 
 
Doğrudan da, demokratiya klassik və həqiqi mənada cəmiyyətin ağıl və hikmət əsasında 
mədəni-sivil qayda-qanunlar ilə idarə olunmasıdır. Demokratiya deklarativ şüarlar toplusu 
deyildir, yəni demokratik üsul və prinsipləri elan etməklə iş bitmir, burada ən əsas məsələ 
onların icrasıdır ki, bunun üçün yüksək  əqli-mənəvi mühit, sağlam ictimai şərait 
yaradılmalıdır. Deməli, əxlaq və mənəviyyat olmayan yerdə gerçək azadlıq və demokratiya 
da yoxdur. Ona görə də Heydər Əliyev yuxarıdakı tezisini belə tamamlayır: 
     
  "Bu  yüksək mədəniyyəti və yüksək mənəviyyatı  hər bir Azərbaycan vətəndaşında 
yaratmaq üçün, gənc nəsli bu əsaslarda tərbiyələndirmək və böyütmək üçün İslam dininin 
mənəvi dəyərləri çox gərəklidir". 
 
O, təkidlə demokratiyanı  və azadlığı doğru-düzgün başa düşməyi və  mənəviyyatdan 
ayırmamağı vurğulayır, öz fikrini belə izhar edir: 
"Çünki, ayrı-ayrı insanlar, yaxud qurumlar, dəstələr demokratiyanın onlara 
  


 
86 
 
 
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Təzə pir” məscidində yenidənqurma 
işləri ilə tanış olarkən 
 
verdiyi bu azadlıqları bəzən özbaşınalıq, qanuna itaətsizlik kimi anlayırlar, yaxud da ki, bu 
cür anlamaq istəyirlər". 
Azərbaycan xalqının rəhbəri daha sonra müasir dünyada dövlət-din münasibətlərinin 
çox həssas bir məsələsinə toxunur ki, bu da dövlət quruluşunun dünyəvi xarakteri ilə 
bağlıdır. Bir çox ölkələrdə din ilə dövlətin bir-birindən ayrılması, yəni sekulyarizm və 
laizm məfhumları həmişə cəmiyyətdə ixtilaflara gətirib çıxarır. Qeyd edək ki, sekulyarizm 
xristian ölkələrində ortaya çıxan bir məsələdir. Belə ki, orta əsrlərdə burada kilsə 
hakimiyyəti dövlət üzərində bir qurum kimi təmsil olunurdu. İslam sivilizasiyasında isə heç 
vaxt məscid dövlət üzərində bir hakimiyyət qurumu kimi çıxış etməmişdir. Başqa bir 
tərəfdən, islamda hakimiyyətlə dini təsisatlar arasında güc, qüdrət nümayişi davası 
olmamışdır. Xristian ölkələrində kilsə ilə dövlət arasındakı hakimiyyət savaşı  və bundan 
doğan ixtilafları  həll etmək üçün dinin dövlət işlərindən ayrılması, yəni sekulyarizm 
məsələsi gündəmə  gəlmişdir. Bəzi siyasətçilər dünyəvi dövlət dedikdə sekulyarizmi əsas 
götürür və din ilə dövlət arasında süni ixtilaf meyilləri yaratmağa cəhd göstərirlər. Belə 
hallar daha çox yenicə istiqlaliyyətə qovuşan, ictimai-siyasi qurumların tam təşəkkül 
tapmadığı İslam ölkələrində daha çox baş verir. Heydər Əliyev uzaqgörən bir siyasi xadim 
və  həm də xalqın dini etiqadına və hisslərinə hörmətlə yanaşan müdrik ağsaqqal kimi 
Azərbaycanda dövlət-din münasibətlərini qarşılıqlı anlaşma, ümummilli mənafe, 
vətəndaşlıq həmrəyliyi və  cəmiyyətin milli-mənəvi birliyi məcrasına yönəltdi. Onun bu 
barədəki sözlərinə diqqət yetirək: 
  


 
87 
 
 
“Təzə pir” məscidində 
 
"Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Din ilə dövlət 
arasında sıx  əməkdaşlıq var və hesab edirik ki, Azərbaycanda  İslam dini özünün gözəl 
mənəvi dəyərlərini Azərbaycan vətəndaşlarına aşılayaraq, Azərbaycan vətəndaşlarını İslam 
dininin bu gözəl mənəvi dəyərləri  əsasında tərbiyələndirərək Azərbaycan cəmiyyətini 
mənəviyyatca daha da yüksəldəcək və insanlar bu demokratiyanı, bütün azadlıqları doğru-
düzgün başa düşəcəklər". 
 
Heydər  Əliyev dinlə dövlətin sıx  əməkdaşlığını  və azərbaycanlıların islam dəyərləri 
ruhunda tərbiyələnməsini zəruri sayır. Bunda məqsəd cəmiyyətin mənəvi baxımdan 
yuksəlişini təmin etməkdir. Mənəviyyat yüksək olduğu təqdirdə insanlar demokratiya və 
azadlığı doğru-düzgün başa düşərlər. Göründüyü kimi, Azərbaycan rəhbəri insanların və 
cəmiyyətin bütün problemlərinin həlli üçün mənəviyyatı örnək kimi qəbul edir. Ona görə 
də  İslamı  zəngin və mötəbər mənəvi dəyərlər qaynağı olaraq cəmiyyətin ayrılmaz hissəsi 
hesab edir. Din və  bəşər, islam və  cəmiyyət ruhla bədən kimidir. Ruhsuz bədən və 
mənəviyyatsız insan quru qəlbdən ibarətdir. Heydər  Əliyev belə bir qənaətə  gəlir ki, 
demokratiya və  mənəvi-dini dəyərlər arasında heç bir ziddiyyət yoxdur. O, bu barədə 
Qurban bayramı münasibətilə 2 fevral 1998-ci ildəki çıxışında belə söyləmişdir.  
 
"Ümumiyyətlə bilin-biz Azərbaycanda demokratik, hüquqi dövlət qururuq. Biz bu yolu 
seçmişik və bu yolla gedirik. Ancaq bununla bərabər bütün bəşəri dəyərlərdən istifadə 
edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız üçün 
uyğun cəhətlərini götürüb tətbiq 
  
    
 
edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və  imtina edə 
bilmərik. 
 


 
88 
Ona görə  də burada ziddiyyət yoxdur. Əksinə, çox qarşılıqlı münasibətlər var. Bu 
baxımdan Azərbaycanın Prezidenti kimi mən dinin inkişafını təmin etmək üçün nə lazımdır 
edirəm və bundan sonra da edəcəyəm". 
 
Bütövlükdə, Azərbaycan xalqının Ümummilli Lideri demokratiya, hüquqi quruculuğu, 
iqtisadi-texnoloji tərəqqi və müasir dünyanın doğurduğu bütün başqa məsələlərdən öz 
xalqının milli mentaliteti və mənəviyatına uyğun şəkildə istifadə olunmasını təkid edir. O, 
bir daha vurğulayır ki, azərbaycanlı müsəlmanlar heç bir vaxt, heç bir müasirlik bəhanəsi 
adı altında öz dinindən imtina etməyəcək və burada heç bir ziddiyyət də axtarmaq lazım 
deyil. 
 
Heydər  Əliyev, ümumiyyətlə, öz xalqının işıqlı  gələcəyini islam mənəviyyatından, 
milli-dini dəyərlərdən ayrı təsəvvür edə bilmirdi. 
  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə