Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   16   17   18   19   20   21   22   23   24

 
89 
VI BÖLÜM 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV VƏ İSLAM DÜNYASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mən Kəbəni ziyarət edərkən Allah-təaladan təvəqqe etdim ki
Azərbaycan xalqını hifz etsin, xalqımızı bundan sonra 
heç vaxt heç bir bəlaya düçar olmasına yol verməsin, 
xalqımız öz ölkəsində,  
öz müstəqil dövlətində daima şən və firavan yaşaya bilsin. 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
  
 
  
 


 
90 
 
 


 
91 
 
 
 
Digər Qafqaz respublikaları kimi, Azərbaycan da Avropa Şurasının üzvü olmaqla, 
başqa beynəlxalq və Qərb strukturları ilə geniş əlaqələr quran bir ölkədir. Bununla yanaşı, 
Azərbaycan  Şərq və  İslam dünyasının ayrılmaz bir parçasıdır. Bu gənc respublika 
müstəqilliyinin başlanğıcında bir sıra müsəlman dövlətləri ilə diplomatik və iqtisadi-siyasi, 
mədəni əlaqələr qurdu. Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İslam Konfransı 
Təşkilatı  (İKT) kimi mötəbər bir regional-beynəlxalq quruma üzv olmuş, bu təşkilatla 
münasibətlərini daima genişləndirmişdir. Azərbaycan, həm bu təşkilat çərçivəsində, həm də 
ayrı-ayrı İslam ölkələri ilə qurduğu ikitərəfli əlaqələrdə üzləşdiyi problemləri, xüsusilə də 
Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində öz doğma yurd-yuvasından didərgin 
düşmüş bir milyon müsəlmanın ağır həyatı ilə bağlı çətinlikləri İslam dünyası ilə paylaşmaq 
zorunda qalmışdır. Heydər Əliyev cənabları Azərbaycanın mühüm Şərq və İslam ölkələri 
ilə münasibətlərinə xüsusi əhəmiyyət verən bir siyasi şəxsiyyətdir. O, hakimiyyətinin ilk 
çağlarında bu münasibətlərin dərinləşməsinə zəmin yaratdı. 
Bəlli olduğu kimi, Azərbaycanın ən böyük problemi torpaqlarının 20 faizinin işğalı və 1 
milyon didərgin həyatına məhkum edilmiş  əhalisinin ağır iqtisadi-sosial vəziyyətidir. 
Beynəlxalq təşkilatlar bu problemlərin  ədalətli həlli üçün əməli baxımdan heç bir ciddi 
tədbir görməmiş, hətta Azərbaycanın neft kontraktlarında  əsas pay sahibləri olan Qərb 
şirkətlərinin mənsub olduğu böyük dövlətlər belə bu həssas məsələdə ikili standart siyasəti 
yürütməkdən çəkinməmişlər. 
11 sentyabr hadisələrinə qədər ABŞ Konqresi Azərbaycana humanitar yardımı qadağan 
edən 907-ci düzəlişi qüvvədə saxlamış, son bir-iki ildə isə Əfqanıstan və 
  


 
92 
İraqa sülhməramlı qüvvə göndərdiyinə görə Bakıya azacıq, yəni Gürcüstan və 
Ermənistandan xeyli az yardım ayırmışdır. Rəsmi hesablamalara görə ABŞ 1992-ci ildən 
bəri Gürcüstan və İrəvana ayrı-ayrılıqda 2 milyard dollar yardım etmiş, hətta 1997-ci ildən 
bəri Qarabağ ermənilərinə ildə 25-30 milyon dollar maliyyə köməyi ayırmışdır. Belə bir 
vəziyyətdə Azərbaycan rəhbərinin öz xarici siyasətində balanslaşma yaratmağa həmişə 
ciddi diqqət yetirməsinin,  Şərq və Asiya ölkələri ilə, xüsusilə  İslam dünyası ilə 
münasibətlərini dərinləşdirməyə çalışmasının böyük əhəmiyyəti vardır. Heydər Əliyev bir 
sıra Qərb ölkələrinin Azərbaycana dair ikili və  ədalətsiz mövqeyini dəfələrlə onların 
rəhbərlərinə açıq şəkildə çatdırmışdır. O, öz sözünü həm diplomatik ehyamla, həm də, yeri 
gəldikcə, qətiyyətlə deməyi bacaran mətanətli bir siyasi xadim idi. 
 
Hələ 1993-cü ilin aprelində İslam Konfransı Təşkilatına üzv olan ölkələrin Xarici işlər 
nazirlərinin 21- ci toplantısında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana hərbi 
təcavüzü pislənildi. Heydər Əliyev hakimiyyətə gələndən az sonra, yəni 23 noyabr 1993-cü 
ildə Təşkilatın qətnaməsi BMT iqamətgahında bir daha gündəmə gətirildi. 
 
Azərbaycanla  İKT arasında  əlaqələr 1994- cü ilin noyabr ayında həmin təşkilatın baş 
katibi, doktor Həmid  əl-Qabidin Bakıda Heydər  Əliyevlə danışıqlarından sonra 
genişlənməyə başladı. Həmin ilin dekabr ayında isə Azərbaycan Prezidenti ilk dəfə olaraq 
İKT-nin Kasablankada keçirilən Zirvə toplantısında iştirak və  çıxış etdi. O, bu səfər 
ərəfəsində İKT-nin fəaliyyətini belə səciyyələndirirdi: 
 
"İslam ölkələri dünyanın böyük bir hissəsini təşkil edirlər. Onların bir milyarddan çox 
əhalisi var. İslam Konfransı  Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək 
həm beynəlxalq proseslərdə  iştirak edir, həm də  İslam ölkələrinə  məxsus spesifik 
problemlərin həllinə çalışır". 
 
Azərbaycan Prezidenti Zirvə toplantısındakı  çıxışında diqqəti  İslam dünyasının 
problemlərinə yönəldərək müsəlman ölkələrinin inkişafına mane olan əngəllərin aradan 
qaldırılmasını, onların bir-birinə qarşılıqlı yardım etməsini, parçalanma və  təklənmə 
hallarının qarşısını almaqla İslam aləmində  həmrəylik və birliyin təmin edilməsinin 
vacibliyini tarixi bir vəzifə və zərurət kimi önə çəkdi. 
 
Heydər  Əliyev, eyni zamanda, İslam Konfransı  Təşkilatı  tərəfindən Ermənistanın 
Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin pislənməsini, İslam ölkələrinin 1 milyon 
azərbaycanlı-müsəlman qaçqınlara göstərdiyi maddi və  mənəvi dəstəyi yüksək 
qiymətləndirdi. Belə ki, bu Təşkilat Azərbaycanın haqlarını müdafiə edən yeganə 
beynəlxalq qurum idi. 
 
Zirvə toplantısının gedişində Heydər  Əliyev Küveyt, Misir, İordaniya, Türkiyə, 
Pakistan, Səudiyyə Ərəbistanı, Malayziya, İran və başqa İslam ölkələrinin  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə