Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   ...   16   17   18   19   20   21   22   23   24

 
93 
başçıları ilə görüşlər keçirərək ikitərəfli və çoxtərəfli  əlaqələrin genişləndirilməsi barədə 
danışıqlar apardı. O, Küveytin əmiri Cabir 93 Əhməd  əs-Sabahla görüşündə Azərbaycan 
dövlətinin bu ölkə ilə  əlaqələrini möhkəmləndirmək  əzmində olduğunu bildirdi. Fələstin 
rəhbəri Yasir Ərafatla danışıqlarda bu xalqın öz müstəqilliyi uğrunda apardığı qəhrəmanlıq 
mübarizəsini təqdir etdi. 
 
Sonrakı dövrdə Heydər  Əliyevin çevik siyasi-diplomatik səyləri nəticəsində  İslam 
ölkələri ilə  əlaqələr yeni mərhələyə  qədəm qoydu, İslam  İnkişaf Bankı ilə münasibət 
quruldu. Bu Bank 1996-cı il sentyabrın 25-də Bakıda Beynəlxalq  İnvestisiya Konfransı 
keçirdi. O  zamandan Azərbaycan ilə  İslam  İnkişaf Bankı arasında  əməkdaşlıq 
genişlənməkdədir. Bu Bank Azərbaycanda bir sıra iqtisadi layihələrin icrası üçün yatırımlar 
qoymaqla yanaşı, qaçqın müsəlman bacı-qardaşlarına maliyyə yardımları da etdi, onlar 
üçün məktəb və başqa infrastrukturların tikilməsinə kömək əli uzatdı. 
 
Azərbaycanın Rəhbəri 9 -11 dekabr 1997- ci il tarixində İslam Konfransı Təşkilatının 8-
ci Zirvə toplantısına da qatılaraq burada həm çıxış etdi, həm də bir sıra İslam ölkələrinin 
liderləri ilə görüşdu. O, bütün görüş  və  çıxışlarında  İslam ölkələri arasında  əməkdaşlıq 
əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Heydər  Əliyev cənabları 
müsəlman dünyasında həmrəylik və birliyə nail olmağı, qlobal irimiqyaslı  məsələlərin 
həllində çoxtərəfli  əməkdaşlığı genişləndirməyi, ümummüsəlman mədəniyyətini qoruyub 
saxlamağı,  İslam ölkələrinin qarşılaşdığı problemlərin çözülməsində birgə çevik siyasi-
diplomatik addımlar atmağı  İslam Konfransı  Təşkilatının ümdə  vəzifələri kimi 
səciyyələndirdi. 
 
O, son dövrlər Türkiyə, Pakistan, İranla yanaşı, Misir, Ərəbistan, Livan, BƏƏ  və 
Küveyt kimi ərəb dövlətləri ilə əlaqələrin inkişafına da ardıcıl diqqət yetirirdi. 
 
Azərbaycanın Küveytlə münasibətləri dinamik inkişaf yoluna qədəm qoymuşdur. 
Heydər Əliyevin ilk dəfə 1994 cü ildə Kasablankada Küveyt Əmiri Şeyx Cabir Əhməd əs - 
Sabah ilə görüşündən sonra bu ölkənin Milli Məclisi 28 may 1995-ci ildə Azərbaycan-
Küveyt dostluq qrupu yaratmışdır. Həmin ilin 20-22 sentyabrında isə Küveyt Məclisinin 
sədr müavini Saleh Yusif əl-Fadallahın başçılıq etdiyi nümayəndə heyəti Bakıda olmuşdur. 
Bu sayaq qarşılıqlı səfərlər nəticəsində iki ölkənin əlaqələri genişlənmişdir. 
 
Küveytdə Beynəlxalq  İslam Xeyriyyə  Cəmiyyətinin nəzdində yaranmış Asiya 
Müsəlmanları Komitəsinin Azərbaycandakı fəaliyyətini ayrıca qeyd etmək olar. 1995-ci ilin 
sonlarında Bakıda rəsmi qeydiyyatdan keçmiş bu komitə Qarabağ münaqişəsi nəticəsində 
məcburi köçkün düşən müsəlmanlara hümanitar yardım göstərir. Asiya Müsəlmanları 
Komitəsi həmçinin kimsəsiz uşaqlara da himayədarlıq edir. 
  
  


 
94 
 
 
Bundan başqa, həmin təşkilat Azərbaycanda elm, maarif və  mədəniyyət sahəsində  də 
xeyriyyəçilik fəaliyyəti göstərir. 
 
Son vaxtlar Azərbaycan Respublikası ilə Küveyt arasında siyasi-diplomatik əlaqələr 
genişlənməkdədir, hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb. Bütün bunlar iki müsəlman 
və dost xalq arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da dərinləşməsinə zəmin 
yaradır. 
 
Ümumiyyətlə, Heydər Əliyev İslam dünyası ilə münasibətlərə iki əsas yöndən baxırdı: 
birincisi, Azərbaycan Respublikasının  İslam ölkələri ilə siyasi-iqtisadi və  mədəni-
humanitar əlaqələrinin genişləndirilməsi; ikincisi, İslam dünyasına mənsub olan bütün ölkə 
və xalqlarla münasibətlərin dərinləşməsi, onlar arasında birlik və  həmrəyliyin 
möhkəmləndirilməsi. 
 
Azərbaycan Rəhbəri bunun üçün həm ayrı-ayrı  İslam ölkələri arasında ikitərəfli və 
regional  əməkdaşlığın genişləndirilməsini, həm də onların beynəlxalq səviyyədə vahid 
mövqe nümayiş etdirməklə müsəlmanların mənafelərinin qorunmasını zəruri sayırdı. 
 
Azərbaycanın dövlət başçısı  İslam dünyasının gələcəyi barədə daha çox düşünürdü. 
Zəngin tarixi keçmişə, elmi və  mədəni mirasa malik olan İslam ölkələrinin müasir tarixi 
dönəmdə qarşılaşdıqları ictimai-siyasi və sosial-iqtisadi problemlər, onların öz suveren 
hüquqları  və müstəqillikləri yolunda apardıqları mübarizə bu müdrik siyasətçinin diqqət 
mərkəzində dayanırdı. Onu daha çox İslam dünyasının ümumbəşər inkişaf karvanına 
qoşulması yolları qayğılandırırdı. 


 
95 
 
 
 
Heydər  Əliyev hər bir görüşündə  İslam ölkələrinin perspektivini, müasir dünya ilə 
ayaqlaşmaq istəklərini dilə gətirir və ən başlıcası, gələcəyə inamla, ümidlə baxırdı. O, bu 
məsələdə yenə  İslamın  əsil qaynaqlarına və Qurani-Kərimin hikmətinə  əsaslanaraq 
söyləyirdi ki, biz Allahın yolu ilə, Qurani-Kərimin və Peyğəmbər  əleyhissəlamın 
tövsiyəsinə uyğun işıqlı bir gələcəyə doğru gedirik. 
 
Azərbaycanın Ümummilli Lideri ölkəsini qabaqcıl İslam mərkəzi kimi görmək istəyirdi. 
O, sovetlər dönəmində burada islamşünaslığın unudulmasını  təəssüf hissi ilə qeyd edərək 
həmin sahənin yenidən dirçəlməsini arzulayırdı. Azərbaycan Respublikasında Qafqazın 
mötəbər bir islamşünaslıq mərkəzinin yaranmasını ictimaiyyətin  İslam baxımından 
maariflənməsi, xalqın milli-mənəvi köklərinə qayıdışı və bu ölkənin bir örnəyə çevrilməsi 
üçün çox vacib sayırdı. 
 
"Azərbaycan Avropa ilə Asiya, Qərb sivilizasiyası ilə  Şərq sivilizasiyası arasında bir 
körpüdür". 
 
Bu sözləri söyləyən Heydər  Əliyev cənabları öz ölkəsi üçün nümunəvi bir inkişaf 
modeli haqqında düşünürdü. 
 
Avropanın texnoloji, iqtisadi-sosial tərəqqisi ilə ayaqlaşmaq, lakin öz milli-mənəvi 
simasını saxlamaq, islamlaşmaq, milliləşmək və yeniləşmək, yəni üçrəngli Azərbaycan 
bayrağındakı simvollara uyğun orta bir seçim-Azərbaycan rəhbərinin öz xalqına tövsiyə 
etdiyi və  həyata keçməsi üçün misilsiz xidmətlər göstərdiyi ölkəni, cəmiyyəti belə 
səciyyələndirmək olar. Dediklərimizdən də yəqin 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə