Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix08.07.2018
ölçüsü2,76 Mb.
#54005
1   2   3   4   5   6   7   8   9   10   ...   24

 
27 
şəraitində çox ağır, cətin günlər yaşayan Naxçıvanı bacarıqla idarə edir. Bu balaca diyarın 
düşmən  əlinə keçməsinə imkan vermir. Bu hadisə Heydər  Əliyevin siyasi tərcümeyi-
halında önəmli yer tutur. Ona görə ki, Naxçıvandakı  fəaliyyəti onun siyasi təcrübəsinin 
tamamilə yeni şəraitdə ilk ciddi sınağı idi. Sonrakı dövrlərdə bu tarixi təcrübə, tükənməz 
potensial imkanlar çox sınaqlardan uğurla çıxacaq, məhz ayıq, çevik müasirlik duyğusu ilə 
qovuşduğu-nu, hazırki proseslərdən uzaqgörənliklə baş  çıxarmaq bacarığı ilə 
tamamlandığını dəfələrlə nümayiş etdirəcəkdir. Lakin bunlar sonralar baş verəcəkdir. Onda 
isə... 
 
Onda, yəni 90-cı illərin əvvəllərində vəziyyət getdikcə ağırlaşırdı. Buna uyğun olaraq, 
ziyalıların da nəzərləri ümidlə Heydər Əliyevə tərəf çevrilirdi. Başqa heç bir çıxış yolu yox 
idi. Heydər  Əliyev fenomeninə Azərbaycanda alternativ tapmaq mümkün deyildi. Bunu, 
əslində, hamı görür və başa düşürdü. Heydər  Əliyev də xalqının harayını, çağırışını 
cavabsız qoymadı: çiyinlərini  ən ağır tarixi yükün altına verdi. İflas həddinə çatmış bir 
ölkəni dirçəltmək, ümid, inam hisslərini xalqa qaytarmaq - vətənə, xalqa ən böyük xidmət
ən böyük fədakarlıq idi. Burada ehtiyacla, tələbatla imkan və səylər uyğun gəlir, üst-üstə 
düşürdü. Xalq öz seçimində yanılmadı. Görünür, Allahın da nəzəri Azərbaycanın üstündə 
idi və dar ayaqda onu köməksiz qoymadı. 
 
Heydər  Əliyevin qarşısında bir-birindən böyük və  çətin vəzifələr dururdu: hüquqi 
dövlətin, bazar iqtisadiyyatının, demokratik cəmiyyətin  əsaslarını yaratmaq və inkişaf 
etdirmək. Lakin dövlət və cəmiyyət quruculuğu mədəniyyət və mənəviyyat quruculuğu ilə 
birləşməli, ahəngdarlıq təşkil etməli idi. Özü də kökə, tarixi yaddaşa söykənmək
özünəqayıdış bütün sahələrdə  səylərin təməlinə çevrilməli idi. Heydər  Əliyev beləcə  əsl 
siyasi-ideoloji lider kimi ənənələri və müasir tələbləri özündə birləşdirən, xalqın mentalitet 
və psixologiyasına uyğun gələn yeni ölkə, yeni həyat quruculuğu konsepsiyasının, həm 
nəzəri-strateji, həm də əməli-taktiki problemlərini düzgün müəyyənləşdirməyi bacardı. 
 
Dinə münasibətin aydın təzahürü, dini dəyərlərin  əhəmiyyətinin dərindən anlaşılması 
dövrə, zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkib hissəsi kimi diqqəti 
cəkir. Bu bağlılıq, bu vəhdət-bütünlükdə konsepsiyanın dəyərliliyini və  uğurunu təmin 
edəcək dərəcədə önəmlidir. Din həm milli mədəniyyətin, xalqın ruhi-mənəvi dəyərlərinin 
əsasını  təşkil edir, həm də müasir həyatda ön mövqeyə keçir və  həqiqət axtaran, inamla 
yaşamaq istəyən müasir insan getdikcə daha çox dinə tapınır. Müstəqilliyə qovuşandan 
sonra Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilir, hər cür yasaqlar, 
məhdudiyyətlər aradan qalxır, çoxlu məscidlər tikilir, dini mərasimlər geniş qeyd edilir, 
dini təhsilə meyl sürətlə artır. Bütün bunlar cox yaxşıdır, lakin həmin proses müəyyən 
cətinliklər, problemlər də doğururdu. Dinə qayıdış bəzən dəb kimi başa düşülürdü, halbuki, 
dəblə həqiqi inam, saf etiqad uyuşmur. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna 
  
  


 
28 
görə  də, dinə qayıdış  dərin,  əsaslı olduğu kimi, həm də  səmimi olmalı, düzgün təməl 
üzərində qurulmalıdır.  Əsas məqsəd budur və Heydər  Əliyevin dinlə bağlı qayğı  və 
düşüncələrinin də elə məzmununu bu amil müəyyənləşdirdi. 
 
Müsitəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər  Əliyevin ölkədəki prosesləri 
həmişə  həssaslıqla izlədiyini,  ən müxtəlif dini məsələlərin həllinə diqqətlə yanaşdığını 
görürük. Təsadüfi deyil ki, onun, istər  əməli fəaliyyətində, istərsə  də elmi nəzəri irsində 
dinlə bağlı  tədbirlər, mülahizələr mühüm yer tutur. Ölkə başçısı  və ümumiyyətlə, 
mütəfəkkir siyasətçi kimi o, həm tarixi, həm də müasir aspektdə dindən ardıcıl surətdə 
söhbət açmışdır. Onun dinlə bağlı  həyata keçirdiyi mühüm əməli işlər və söylədiyi dərin 
fikirlər bir-biri ilə daxilən bağlanır, sözü ilə  işi bir-birini tamamlayan böyük dövlət 
xadiminin fəaliyyətinin, düşüncələrinin mühüm bir sahəsini dolğun  şəkildə göz önündə 
canlandırır. 
 
Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcən  ən müxtəlif 
tədbirlərdəki söhbətlərində, çıxışlarında Heydər  Əliyev dönə-dönə  ən yaxın tarixi dövrün 
neqativ təcrübəsinə müraciət edir, Sovet dövlətinin dinə münasibətinin acı  həqiqətlərini 
yada salır. Bundan məqsəd həmin yanlış siyasətin mahiyyətini açıb göstərmək, onun 
ibrətamizliyi üzərində bizi düşündürməkdir. 
 
Heydər  Əliyev həmin hadisəiərin canlı  şahidi kimi danışır və bu, onun sözlərinin 
inandırıcılığını  və  təsirliliyini bir daha artırır. Sovet dövlətinin ateist ideologiyasının və 
xüsusilə İslam dininə qarşı yönəlmiş siyasətinin kəskin 
  
  


 
29 
tən
tənqidinin həmin dövrün siyasi xadimlərindən birinin dilindən səslənməsi, yalnız böyük 
maraq doğurmur, eyni zamanda, bu səylərin iflasının labüdlüyünü daha dərindən anlamağa 
kömək edir. Çünki dövrün siyasi-ictimai mənzərəsinin təhlili iki ümumiləşdirici qənatə 
gəlməyə imkan yaradır: ateist təbliğatının iflasa uğramasının labüdlüyünü bir tərəfdən, 
sovet ideoloji siteminin, ümumiyyətlə, bəşərin təbii inkişaf prosesinə uyğun gəlməməsi ilə, 
digər tərəfdən də dini hisslərin yaşarlılığı, islam ruhi-mənəvi dəyərlərinin gücü ilə izah 
etmək olar. 
 
Məlumdur ki, sovet ideologiyasında ateizm təbliğatı xüsusi yer tutur, elmi-texniki 
tərəqqinin yaratdığı geniş imkanlardan bəhrələnərək təkidlə Allaha etiqadsızlıq təlqin 
edilirdi. Lakin nə 70 il hökmranlıq edən ideologiya, nə  də ateist dünyagörüşü Sovet 
dövlətini dağılmaqdan xilas edə bildi. Bunun səbəbləri haqqında dünyanın bir cox 
siyasətçiləri və mütəxəssisləri müxtəlif fikirlər söyləmişlər. Dərinləşən iqtisadi böhran və 
bunu müşayiət edən siyasi hərc-mərclik həmin süqutun əsas amilləri kimi irəli sürülmüşdür. 
Maraqlıdır ki, Heydər  Əliyevin  şərhlərində  həmin amillərlə yanaşı, ideoloji sahələr də 
vurğulanır. Belə  nəticəyə  gəlmək olar ki, zahirən cox qüvvətli, möhtəşəm görünən sovet 
ideologiyası,  əslində, saxta, çürük təmələ söykənirdi. Buna görə  həmin ideologiyanın da, 
onun insanları haqq yolundan uzaqlaşdıran təbliğatının da məğlubiyyəti qaçılmaz idi və 
dünyanın altıda bir hissəsinə hökmranlıq edən dövlətin bir göz qırpımındaca çöküşünü 
Allahın cəzası kimi anlamaq mümkündür. 
 
Heydər  Əliyev hələ prezident seçilməzdən  əvvəl 5 sentyabr 1993-cü ildə "Təzə Pir" 
məscidində Peyğəmbər əleyhissəlamın mövlud günü münasibəti ilə  
  


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə