Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 
38 
zor və  məhvetmə, nə  də siyasi-ideoloji təbliğat maşını insanların etiqadını    sındıra 
bilmişdir. 
Heydər Əliyev 1-2 oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-
Dini Şurasının keçirdiyi "Müasirlik və dini-mənəvi dəyərlər" adlı Beynəlxalq konfransda 
bu barədə bəhs edərək belə söyləmişdir: 
"Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada 8-ci əsrdə  həzrəti Hökümənin qəbri 
olmuşdur.  İmam Rzanın bacısı  həzrəti Hökümənin qəbri üzərində vaxtilə insanlar məscid 
qurmuşdular və ora ziyarətgaha çevrilmişdi. Ancaq o müqəddəs yer, müsəlmanların, tək 
Azərbaycandan yox, dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarət etdiyi 
müqqədəs ocaq 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, dağıdıblar, 
yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkməyiblər. Həmişə "Bibiheybət" 
piri-bizdə ona pir deyirlər - müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlar gedib orada, o 
yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblər və o yeri yaşadıblar". 
Heydər Əliyev həmin konfransda bu tipli başqa faktları da yada salır. Belə ki, Sovetlər 
zamanı  İslama qarşı aparılan mübarizə  nəticəsində yüzlərlə  məscid və ziyarətgah məhv 
edilmişdi. Azərbaycan müstəqillik əldə edərkən ölkədə cəmi 18 məscid fəaliyyət göstərirdi. 
Lakin qısa bir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədə 
sözlərini belə yekunlaşdırır: 
"İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamısının qəlbində 
məscid intizarı, məscid arzusu (məscid Allah evidir) o qədər yaşayıb ki, qısa bir zamanda 
hökumətin, dövlətin heç bir köməyi, vəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim 
dediklərimə əyani sübutdur". 
Prezident Sovetlər İttifaqının başqa bir antiislam siyasətini də diqqətə çatdırır. Belə ki, 
son vaxtlar burada yaşayan xalqların dini, milli-mənəvi özəlliklərini  əritmək xətti həyata 
keçirilirdi. Onun dediklərinə görə "Sovet xalqı" məfhumu bu məqsədlə  işlənilirdi, yəni 
hamı Sovet xalqı adlanırdı  və bu yeni, qurama xalq insanların yeni qurama tarixi-ictimai 
birliyi kimi şüurlara hopdurulurdu. 
  


 
39 
II BÖLÜM 
 
 
 
 
İKİLİ STANDART VƏ AYRI-SEÇKİLİK 
 
 
 
 
 
 
 
 
 
 
 
Əgər Ermənistan silahlı birləşmələrinin 
işğal olunmuş Azərbaycan ərazisindən qeyd-şərtsiz 
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 
yerinə yetirilməmiş qalırsa, onda hansı ədalətdən danışmaq olar? 
 
 
 
 
 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
  
 
 


 
40 
 
 
 
 
 


 
41 
 
 
İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpoziumun iştirakçıları ilə  
 
Sovet İttifaqının dinlə bağlı siyasətinin birinci tərəfi ateizm təbliğatı olmuşsa da, ikinci 
tərəfini müsəlmanlara qarşı ikili münasibət və ayrı-seçkilik təşkil etmişdir. Heydər Əliyev 
həmin məsələ ilə bağlı maraqlı faktlar gətirir və göstərir ki, sovet ideologiyası,  əsasən, 
İslama qarşı yönəldilmişdi. 
 
Dövlət başçısı 9-11 dekabr 1998-ci ildə  "İslam sivilizasiyası Qafqazda" adlı 
Beynəlxalq konfransda çıxış edərkən sözü gedən məsələyə toxunaraq belə demişdir: 
 
"Ancaq o illər kommunist ideologiyasında, ümumiyyətlə, dinə qarşı təbliğat aparıldığı 
zaman İslam dininin əleyhinə xüsusi təbliğat aparılırdı". 
 
Heydər  Əliyev daha sonra həmin dövrlərdə canlı  şahidi olduğu proseslər barəsində 
düşüncələrini belə bölüşür: 
 
"Bilirsiniz ki, o vaxtlar mən böyük bir dövlətin işləri ilə  məşğul olurdum. Bəzən 
düşünürdüm: din dindir, nə üçün bir dinə müəyyən qədər loyal münasibət bəslənir, o biri 
dinə isə həddindən artıq düşmən münasibəti göstərilir? Bu, həqiqətdir". 
Hər bir məsələyə bütöv, hərtərəfli yanaşan və  hər bir hərəkətin məntiq və  məqsədini 
dərindən araşdıran bu siyasi-ictimai xadim sovetlərin  İslam və müsəlmanlara bu sayaq 
qərəzli mövqeyinin köklərini üzə  çıxardır.  İslama qarşı ikili münasibət və ayrı-seçkiliyin 
ictimai-siyasi, əxlaqi-mənəvi və psixoloji motivlərini göstərir. O, öz fikrini davam etdirərək 
məsələnin mahiyyətini belə açıqlayır: 
"Mərkəzdə Kommunist Partiyası Mərkəzi Komitəsinin ateizm təbliğatında  
  
    
İslam dininə qarşı təbliğat xüsusi bir istiqamət təşkil edir və bu, xususi nəzarət altında idi. 
Sovet hakimiyyəti dövründə belə bir təsəvvür yaranırdı ki,  sovet quruluşuna təhlükə 


 
42 
törədən yalnız islam dinidir, xristian dini, yaxud sovetlər ölkəsində olan başqa dinlər bu 
quruluşa o qədər də təhlükə yaratmır". 
 
Maraqlı  cəhət burasındadır ki, Sovet İttifaqı Kommunist Partiyasının bir çox siyasi-
ideoloji direktivləri gizli saxlanılırdı. Yəni, ümumi ateist təbliğatı bütün plenum və qurultay 
materiallarında  əks olunur, respublika partiya komitələrinə müvafiq göstərişlər verilirdi. 
Ancaq rəsmi sənədlərdə  İslama qarşı xüsusi təbliğat aparmaq açıq  şəkildə yazılmırdı. 
Qapalı sovet sistemində bu sayaq məsələlər gizli göstərilir və tam məxfi qərarla həyata 
keçirilirdi. Həmin məxfi sənədlər isə partiya hakimiyyət iyerarxiyasında yüksək yer tutan 
tək-tək şəxslərə bəlli idi. Heydər Əliyev də Kommunist Partiyasının nüfuzlu şəxslərindən 
biri kimi belə gizli və sirli məsələlərdən xəbərdar idi və özü də bunu təsdiqləyir: 
 
"Bunlar, o dövrdə mənim gözümlə gördüyüm və bir çox ideoloji sənədlərdə oxuduğum 
həqiqətlərdir ki, siza çatdırıram". 
 
Doğrudur, bu deyilənlər barədə camaat arasında söz-söhbətlər dolaşırdı, lakin Prezident 
həmin hadisə  və proseslərin canlı  şahidi kimi tarixi gerçəkliyi indiki nəslə çatdıraraq öz 
fikirlərini belə tamamlayır: 
 
"Kommunist ideologiyasında dinlərə münasibətdəki bu ayrı-seçkilik, dinləri bir-
birindən fərqləndirmək xətti göstərirdi ki, demək, belə  çıxır: din var-yaxşı dindir, din də 
var-çox pisdir, bu pis din də, guya, İslam dinidir". 
Buradan bir neçə nəticə və həqiqət ortaya çıxır: 
Birincisi, sovet hökuməti ateist təbliğatı adı altında əsasən İslamı məhv etməyə çalışıb. 
İkincisi, İslam olduqca güclü ictimai-əxlaqi, dini və psixoloji-mənəvi qüdrətə malikdir, 
ona görə də kommunist ideoloqları İslamın gücündən qorxaraq onun ictimai şüurda özünə 
yer tutmasını əngəlləmişdilər. 
Üçüncüsü,  İslama qarşı ayrı-seçkilik siyasəti aparıldığını ictimaiyyət açıq və tam 
şəkildə olmasa da bilirdi. 
 
İslama qarşı  mənfi münasibət elmi-tədqiqat işlərində  də özünə yer tutmuşdu.  İslam 
mədəniyyəti haqqında elmi işlər  əsasən mərkəzdə-Moskvada aparılırdı. Klassik irsi 
araşdıranlar dini mövzulardan yan keçir və ya burada təhriflərə yol verirdilər, hətta bir sıra 
müsəlman filosof, ədib və  şairlərinin  əsərlərində süni surətdə dinə qarşı yönələn motivlər 
axtarılırdı. 
 
Maraqlı haldır ki, Qurani-Kərim sovet dövründə  təkcə rus dilinə  tərcümə edilmişdi, 
başqa müsəlman xalqları bu müqəddəs kitabı orijinalda, yaxud öz dillərin 
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə