Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 
43 
də oxumaq imkanından məhrum edilmişdilər. Heydər Əliyev bu siyasətin    səbəbini belə 
izah edir: 
 
"Nə üçün Quran rus dilinə  tərcümə olunmuşdu, ancaq Azərbaycan dilinə  tərcümə 
edilməmişdi? Çünki Qurandan istifadə etməyi azərbaycanlılara qadağan edirdilər. Hesab 
edirdilər ki, Quran rus dilinə  tərcümə olunubdur və güya xristianlar tərəfindən  İslamı 
öyrənmək üçün lazımdır. Amma Quran Azərbaycan dilinə  tərcümə olunsa, bu 
azərbaycanlıların İslam dininə meyilini artıracaqdır. İş burasında idi". 
 
Buradan göründüyü kimi, sovet ideoloqları açıq-aşkar müsəlmanları öz dini-mənəvi 
qaynaqlarından məhrum etməyi başlıca məqsəd kimi qarşılarına qoymuşdular. 
 
Heydər Əliyevin işarə etdiyi ayrı-seçkilik və ikili münasibət müasir tarixi dönəm üçün 
çox aktual məsələdir. Keçən yüzilliyin doxsanıncı illərində Ermənistanın təcavüzünə məruz 
qalmış, Qarabağla yanaşı onun ətrafındakı 7 rayonu, yəni 20 faiz torpağı ermənilər 
tərəfindən işğal edilmiş Azərbaycan, indi, təkcə Sovetlər  İttifaqının "varisi" sayılan 
Rusiyanın deyil, həm də qərb ölkələrinin, ABŞ-ın bəzən bu məsələdə də ikili standartı ilə 
üzləşmişdir. Belə ki, onlar təcavüzkarı açıq pisləməkdən, onu Azərbaycan torpaqlarını 
boşaltmağa vadar etməkdən vaz keçir, hətta bu müsəlman ölkəsini qarşılıqlı güzəştlərə, 
əslində isə işğal faktı ilə barışmağa çağırırlar. Azərbaycanın ictimai fikrində bu sayaq ikili 
standartla bağlı artıq müəyyən bir baxış formalaşıb ki, bu məsələni ilk dəfə, olduqca tutarlı 
fakt və konkret dəlillərlə Heydər  Əliyev gündəmə  gətirmişdir. O, özünün çoxsaylı 
görüşlərində, ABŞ, Avropa, Asiya və  Şərq ölkələrinin dövlət rəhbərləri, nüfuzlu 
nümayəndə heyətləri və diplomatlarla, Azərbaycan və Ermənistan arasındakı Dağlıq 
Qarabağ münaqişəsinin həlli ilə  məşğul olan ATƏT-in Minsk qrupunun üzvləri ilə siyasi 
müzakirələrdə ikili standart siyasətini tənqid etmiş, məsələyə beynəlxalq hüquq normaları 
çərçivəsində yanaşmağı, Azərbaycanın haqlı mövqeyi ilə - yəni, ölkənin suverenliyi və 
ərazi bütövlüyünün təmin edilməsi ilə hesablaşmağı önə  çəkmişdir.  İslam dininə  mənsub 
olan azərbaycanlılar beynəlxalq qüvvələrin onların torpaqlarını  zəbt edənlərə göstərdiyi 
havadarlığı xristian təəssübkeşliyi və  həmrəyliyinin təzahürü kimi qəbul edirlər. Sanki 
"sovetlər" zamanı İslama və müsəlmanlara qarşı yonələn qərəzli münasibət və ayrı-seçkilik 
müasir dövrdə başqa yöndə və yeni çalarlarla özünü büruzə verir. 
 
Heydər Əliyev 10 dekabr 1997-ci ildə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin 
rəhbərlərinin Tehranda keçirilmiş 8-ci Zirvə görüşündə  çıxışında həmin təşkilatın 
Ermənistan tərəfindən Azərbaycana qarşı yönələn təcavüzkarlıq, qəsbkarlıq və  işğalçılıq 
siyasətini pisləyən yeganə beynəlxalq qurum olduğunu 
  
  


 
44 
önə çəkmiş, Azərbaycan xalqına siyasi- diplomatik, maddi və mənəvi dəstək verdiyinə görə 
bu təşkilata təşəkkür etmişdir. 
 
O, çıxışının bir yerində belə söyləmişdir: 
 
"Azərbaycan xalqının müsəlman dövlətlərinin həmrəyliyinə, mənəvi və maddi 
köməyinə böyük ehtiyacı vardır.  İşğalçı Ermənistan öz diasporalarının köməyi ilə  həm 
Amerikadan, həm Avropadan, həm də Rusiyadan mənəvi, siyasi, iqtisadi, hərbi dəstək alır". 
 
Azərbaycan Prezidenti XX əsrin sonu XXI yüzilliyin başlanğıcında Yer üzərində, həm 
də dini zəmində münaqişə və düşmənçiliyin davam etdiyini acı bir həqiqət kimi söyləyir və 
bunun yolverilməz olduğunu qeyd edir. Prezident Heydər  Əliyev "İslam sivilizasiyası 
Qafqazda" adlı beynəlxalq konfransda deyirdi: 
 
"Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yol verilməzdir. Hər haldaXX əsrin 
sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır. Bu baxımdan 
biz çox ürək ağrısı ilə deyirik ki, on il bundan öncə Ermənistanın Azərbaycana torpaq 
iddiası  əsasında başladığı  hərbi təcavüz böyük müharibəyə, hərbi münaqişəyə çevrilibdir. 
Bunun nəticəsində indi Ermənistan adlanan ərazidən islam dininə  mənsub olan 
azərbaycanlılar zorla çıxarılıblar". 
 
Heydər  Əliyev həqiqəti deməkdən çəkinməyən  şəxsiyyətdir və Qafqaz 
gerçəkliklərindən bəhs edərkən buradakı proseslərin keçmişini və bu gününü  
  
  


 
45 
 müqayisə edir və müsəlman olan azərbaycanlılara qarşı edılən haqsızlıqları önə çəkir. O, 
Qafqaz konfransı iştirakçıları ilə keçirilən görüşdə belə söyləmişdir: 
 
"Qafqazda indi üç müstəqil dövlət var-Azərbaycan, Gürcüstan və Ermənistan. 
Gürcüstanda 500 min azərbaycanlı müsəlman, bundan başqa isə acarlar və qeyriləri 
yaşayırlar. Ermənistan adlanan ərazidə  qədim zamanlardan azərbaycanlılar, müsəlmanlar 
yaşamışlar. Qərbi Azərbaycan -İrəvan, Göyçə, Zəngibasar, Vedibasar və  Zəngəzur 
mahalları - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olublar. Təəssüf 
ki, bu ərazilərdən müsəlmanlar çıxarılıblar.  Əgər Qafqazda İslam sivilizasiyası haqqında 
danışırıqsa, həqiqəti demək lazımdır". 
 
Dünya miqyasında nüfuzlu siyasətçi bu sayaq məsələlərin qoyuluşunda, təkcə 
Azərbaycan və Qafqazla məhdudlaşmır, beynəlxalq aləmdə  və qloballaşan dünya 
düzənində ikili standartın təzahürlərini aydın faktlarla nəzərə çatdırır, ayrı-seçkilik və 
ədalətsizliyi beynəlxalq təhlükəsizliyin başlıca əngəllərindən hesab edir. O, eyni zamanda, 
son vaxtlar dünyada İslama və müsəlmanlara qarşı yönələn mənfi təbliğat metodlarını 
kəskinliklə və tutarlı dəlillərlə rədd edir, bunun yol verilməz olduğunu bildirir. 
 
Heydər Əliyevin bu məsələdə tutduğu mövqe çox aydın və məntiqlidir. Burada diqqəti 
cəlb edən önəmli məqam isə bir sıra dairələrin islama qarşı apardığı  təbliğatda 
"fundamentalizim", "ekstremizm" və "fanatizm" kimi mənfi məna 
  
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə