Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 
54 
Heydər Əliyev, "Müasirlik və milli-mənəvi dəyərlər" adlı konfransda qeyd edir ki, bütün 
dünyəvi dinlər yüksək mənəvi dəyərləri təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində 
insanlar öz adət-ənənələrini və cəmiyyətdə yaranan davranış qanun-qaydalarını, əsasən, dini 
dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürüblər. 
 
Burada çox əhəmiyyətli bir məsələyə aydınlıq gətirilir. Belə ki, bir sıra dünyəvi 
mədəniyyətlərdə  əsas  əxlaqi qayda-qanunlar dini köklərə malikdir. Din öz mahiyyəti 
etibarilə insanların inanc dünyası ilə bağlı  məsələləri formallaşdıran bir mənəvi təlimdir. 
İnancın  əsas hədəfi insanda Allaha inam yaratmaqdır. Dini ayinlər və ibadətlər də bu 
məqsədlə icra edilir. İmanlı olmaq, Allaha iman gətirmək insana başqa bir fəzilət bəxş edir 
ki, bu da əxlaq və  mənəviyyatdır. Həmin prinsiplər ailədə  və  cəmiyyətdə  əxlaqi qanun-
qaydalar şəklində formalaşır və təsbitləşir. İslamda bu məsələ daha qabarıq surətdə özünü 
göstərir, Müsəlman Allaha ibadət edərkən Ondan doğru yola hidayət olunmasını istəyir və 
ibadətin bir hədəfi də insan əxlaqını  tənzimləməkdir. Ona görə  də  İslamda yaxşı  əməl 
insanı kamilləşdirir, zahirdə ibadət edib pis əmələ qurşananların ibadəti qəbul olunmaz. 
Quran ayələrində dəfələrlə iman gətirənlər və yaxşı əməl sahibləri bir sıraya qoyulurlar (əl-
Bəqərə: 25, 62, Ali-İmran: 57, ən-Nisa: 57, 122, əl-Maidə: 9, 69, ər-Rə'd: 29, İbrahim: 23 
və s.). 
 
Heydər  Əliyev islamşünas deyildi, lakin onun zəngin məlumatı, dərin psixoloji 
müşahidələri və analitik təfəkkür tərzi var idi. Böyük siyasətçi olmaqla 
  
  


 
55 
 
 
yanaşı, çox mükəmməl bir sosioloq kimi cəmiyyətdə baş verən proseslərin, xüsusilə burada 
cərəyan edən mənəvi-əxlaqi təmayüllərin səbəb və nəticələrini dərindən təhlil edir, gələcək 
üçün proqnozlar verməyi bacarırdı. O, hər bir məsələyə geniş diapazonda və tarixi 
müstəvidə yanaşır, bugünkü vəziyyəti dəyərləndirərkən keçmişi yada salır və eyni zamanda 
gələcəyi düşünürdü. 
 
O, islam mədəniyyətinin bəşəriyyətə  bəxş etdiyi zəngin dəyərlərin keçmişini yada 
salaraq belə söyləyir: 
 
"Bu gün biz keçmiş tariximizə baxaraq böyük məmnuniyyətlə qeyd etməliyik ki, din 
minillik bəşər tarixində həmişə böyük rol oynamış, insanlara səadət, sülh və əmin-amanlıq 
gətirmişdir.  İslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslamın bəşər 
mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər 
əvəzsizdir, misilsizdir". 
 
Heydər  Əliyevin bu əhatəli fikri bir neçə  məsələyə aydınlıq gətirir. Birincisi, sovet 
ideologiyasında dinin təhrif edilərək xurafat kimi qələmə verilməsinə  və tarixdə  mənfi 
yönümdən qiymətləndirilməsinə rəğmən, Azərbaycan rəhbəri onun tarixi keçmişdə önəmli 
rol oynadığını qətiyyətlə vurğulayır. İkincisi, din mənəvi dəyərlər toplusu olaraq insanlara 
sülh və əmin-amanlıq bəxş etmişdir. İslam dini xeyirxahlıq, insanlar arasında qardaşlıq və 
bərabərlik dini kimi meydana çıxmış və tanınmışdır. 
 
Rus sosioloqu B.Yerasov keçmiş sovet və müasir sosial-siyasi Qərb  
  


 
56 
 
modellərini müqayisə edərkən belə bir nəticəyə gəlir ki, bunlardan heç biri bəşərin ədalət və 
əmin-amanlıq içərisində yaşaması üçün sağlam bir dünya düzəmi qura bilmədi. Ona görə 
bəşəriyyət gec-tez yenidən  Şərqin, xüsusilə islam sivilizasiyasının mənəvi dəyərlərinə üz 
tutmalı olacaq. Bu sayaq qənaətlər Avropa alimləri tərəfindən də irəli sürülür. Çünki müasir 
qloballaşan dünyada baş verən qanlı savaşlar, qarşıdurma və zorakılıq əsasən haqq və ədalət 
tərəzisinin pozulması  nəticəsində qarşısıalınmaz təhlükəli bir prosesə çevrilir. İslam isə 
haqq və  ədalətə söykənməklə insanlar arasında qarşılıqlı yardım, xeyirxahlıq və anlaşma 
yaradan universal bir təlimdir. 
 
Sovet dövründə islam sivilizasiyasının azərbaycanlılara bəxş etdiyi zəngin dəyərləri 
gözdən salmaq üçün belə bir təbliğat aparılırdı ki, guya, İslam onlara qılınc zoru ilə qəbul 
etdirilib və yabançı bir amildir. Heydər  Əliyevin yuxarıda dedikləri həmin təbliğatın 
puçluğunu bir daha təsdiqləyir. "əl-Bəqərə" surəsinin 256-cı ayəsində deyilir ki, dində 
zorakılıq yoxdur. Ümumiyyətlə, din və inancın insanın qəlbində özünə  məxsus yeri var. 
İnanc ruhla, canla qovuşur, onu zorla qəbul etdirə bilmədikləri kimi, zorla da insan 
qəlbindən çıxara bilməzlər. 
 
Azərbaycan Prezidenti bu barədə belə söyləyirdi: 
 
"Müsəlmanlar dini öz qəlbində yaşatdılar. Hər bir ailədə, hər bir evdə, hər bir ocaqda 
din yaşadı və onun insanlara bəxş etdiyi dəyərlər, adət-ənənələr, qayda-qanunlar yaşadı və 
onlar sovet dövründə  tətbiq edilən qanunlardan və yeni yaranan adət-ənənələrdən daha 
güclü oldu". 
  
  


 
57 
Heydər Əliyevin söylədiyi fikir və çıxardığı nəticə olduqca məntiqli, həm də ibrətamizdir: 
bütün qadağa və mənfi təbliğata, təzyiqlərə baxmayaraq, islam mənəviyyatının bəxş etdiyi 
nur sönmədi. Azərbaycan rəhbəri sovet dövründəki qanun və qaydaların necə  vəziyyətdə 
olduğunun canlı şahidi idi. İnzibati zor gücünə və amiranəlik metodu ilə hazırlanıb tətbiq 
edilən qayda-qanunlar gercək həyatda yararsız olurdu, necə deyərlər, kağız üzərində qalırdı, 
formal bürokratik maneələr bataqlığına çevrilirdi. Ancaq islam dəyərləri və onun insanlara 
bəxş etdiyi əxlaqi fəzilət ürəklərdə öz yaşamını davam etdirdi və tarixi şərait yetişdikdə 
yenidən canlanmağa başladı. O, daha sonra bu yaşamın və canlanmanın səbəblərini, 
psixoloji və fitri əsaslarını izah edir: 
 
"Çünki din və xüsusən bizim İslam dini özündə elə gözəl xüsusiyyətlər 
formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan Qurani-Kərim, Həzrəti Məhəmməd 
Peyğəmbərin (s) müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyələr insanların daxili 
mənəviyyatına o qədər uyğun olmuşdur və insanların həyatında o qədər müsbət rol 
oynamışdır ki, bu adət - ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç bir 
məhdudiyyət bunun qarşısını ala bilməmişdir". 
 
Heydər  Əliyevin bu mülahizələrində isə  İslamın bəşər mənəviyyatına bağışladığı 
dəyərlərin ictimai-psixoloji qüdrəti, yaşam gücü təhlil edilir. Doğrudan da, belə bir sual 
ortaya çıxır: on beş  əsrlik bir tarixi dönəmdə  İslamın yaşaması, güclənməsi və bütün 
dövrlərdə həyatla uzlaşması nə ilə izah edilir? Bu sualın cavabı olduqca məntiqli bir şəkildə 
və tutarlı arqumentlərlə şərh edilir. 
  
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə