Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 
58 
İslam dəyərləri, hər  şeydən öncə, bəşərin fitrətilə uyğun gəlir və onun batini aləminin 
istəklərinə cavab verir. Başqa bir yöndən bu mənəvi dəyərlər bəşər həyatında yüzillər boyu 
sınaqdan çıxmış  və insanları gercək səadətə qovuşdurmuşdur. Nəhəng dövlətlərin hərbi, 
siyasi-iqtisadi və maliyyə qaynaqlarına söykənən güclü ideoloji təbliğatı ayrı-ayrı zaman 
kəsiyində bu və ya digər islam bölgəsinə müəyyən təsir göstərsə  də,  İslamın mənəvi 
dəyərləri öz əzəmətli və ümumbəşəri xarakteri ilə yenə də üstünlüyünü qoruyub saxlamış, 
son yüzillikdə  İslam yenidən canlanmış  və bu dinə iman gətirənlərin sayı çoxalmışdır. 
Heydər  Əliyev bu baxımdan heç bir məhdudiyyətin  İslama dönüşünün qarşısını ala 
bilmədiyini vurğulayır. 
 
Heydər  Əliyev din və imanı insanın mənəvi kamilliyi üçün əsas meyar hesab edir və 
Qurani-Kərimi ali mənəvi dəyərlərin qaynağı adlandırır.  O,  öz  xalqına Quran nuru ilə 
işıqlanan bir yolla gələcəyə doğru addımlamağı təkidlə tövsiyə edir. 26 avqust 1999-cu ildə 
"Təzə Pir" məscidində, mövlud bayramı münasibəti ilə keçirilən mərasimdəki çıxışında 
Prezident bu barədə belə deyir: 
 
"İslam dini əsrlər boyu bizim mənəviyyatımızın  əsasını  təmin etmiş, müsəlmanların 
dünyada  əsaslı yer tutmasını  təşkil etmişdir. Qurani-Kərimin bütün kəlamları bu gün 
Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. İnanıram ki, biz azərbaycanlılar 
heç vaxt imanımızdan, dinimizdən uzaqlaşmayacağıq və mənəvi mənbələrimizdən istifadə 
edərək gələcəyi quracağıq". 
  
  


 
59 
Burada bir neçə önəmli məqam diqqəti cəlb edir. Bəlli olduğu kimi, Qurani-Kərim 
müsəlmanlar üçün Allah kəlamı olmaqla yanaşı, həm də onların doğru yola yönəlməsi üçün 
nazil olmuşdur. Quran bəşəri Allah yoluna yönəldən bir nur (ən-Nisa: 174, əl-Ə'raf: 157), 
hər  şeyi bəyan edən (ən-Nəhl: 89) Allah kəlamıdır (ət-Tövbə: 6). Quran hidayət edəndir-
yəni insanları düzgünlüyə və mənəviyyata doğru yönəldəndir (əl-Bəqərə: 185; əl-Ə'raf: 52; 
203,  Yunus: 57, ən-Nəhl: 64). Allaha tərəf gedən yol düzgün yoldur və bu yol ilə ali 
mənəviyyata yetişmək olar. Qurani-Kərimdə  həmin yol "siratul-müstəqim" adlanır (əl-
Fatihə: 6, əl-Bəqərə: 142,213, Ali-İmran: 101, ən-Nisa: 175, əl-Ən'am: 39, 88 və s). 
 
İslam bəşəriyyəti elm, mərifət, saflıq, mənəvi kamillik, düzlük, ədalət yoluna doğru 
istiqamətləndirir. Həmin üstün və önəmli keyfiyyətlərə görə islam sivilizasiyası öz 
yaşamını yeni dünya düzənində davam etdirir. 
 
İslamın bəşər üçün tövsiyə etdiyi əsas  əxlaqi-mənəvi və  əqli keyfiyyətləri aşağıdakı 
kimi xülasə etmək olar: 
Elm və mərifətə dəvət. Quranda Allah sözündən sonra ən çox işlənən ikinci söz elmdir. 
"Bilən və bilməyənlər eyni olarmı"? Bu sadə, ancaq düşündürücü sual "əz-Zümər" 
surəsi, 9-cü ayədə təkidlə vurğulanır. 
-Yaxşı əməllərə dəvət, pis işlərdən çəkindirmək. 
-İnsanın cismani, mənəvi təmizliyi və sağlamlığı. 
-Valideynlərə, böyüklərə hörmət, qohum, qonşu və başqalarına qayğı  və insani rəftar 
göstərmək. 
  
  


 
60 
      -Çarəsizlərə və ehtiyac içində olanlara yardım. 
-Ədalət və haqqın qorunması, zülm ilə mübarizə. 
-Yaxşılıq, xeyirxahlıq və xeyriyyəçilik. 
-Öz nəfsinə etimad və özünəgüvənmə psixologiyasının təlqini. 
-Vətən sevgisi və vətəni qorumaq hissinin tərbiyəsi. 
 
Azərbaycan rəhbəri islam dəyərlərini və Quran nurunu öz xalqının gələcəyi üçün 
etibarlı bir yol kimi qəbul edir. Çünki tarixin çətin məqamlarında öz mənəvi bütövlüyünü 
və özünəgüvənmə hissini təmin edənlər uğur qazana bilərlər. Tarixdən bəlli olduğu kimi, 
Mahatma Qandi öz xalqını məhz mənəvi-dini dəyərlərə söykənməklə istiqlal yoluna çıxara 
bildi. Pakistan rəhbəri İqbal Lahuri də, belə bir yol ilə öz ölkəsini azadlığa qovuşdurdu. 
 
Azərbaycanın qarşılaşdığı böhran və problemlərdən ən ümdəsi torpaqlarının 20 faizinin 
işğalıdır və Heydər  Əliyev xalqın milli-mənəvi bütövlüyünü və özünə-güvənmə hissini 
gücləndirməklə bu çətin sınaqdan çıxmağın mümkünlüyünü düşünürdü. Bunun üçün isə ən 
önəmli qaynaq İslamdan gələn mənəvi dəyərlər ola bilərdi. Heydər Əliyev bu barədə belə 
deyirdi: 
 
"Mənəviyyatımız nə  qədər yüksək olarsa, biz insanlarda, hər bir azərbaycanlıda bir 
müsəlman olaraq Vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi tərbiyə edə 
bilərik. Ona görə Qurani-Kərimin cağırışlarına  əsasən insanlarm düz yolla, təmiz 
mənəviyyat yolu ilə getməsinə çalışmaq lazımdır". 
  
  


 
61 
 
 
       İKT-nin baş katibi Ekmələddin İhsanoğlu xatirə medalı təqdim edərkən 
Peyğəmbəri-Əkrəmin (s) bir hədisində deyilir ki, Vətən sevgisi imanın yarısıdır. İmanlı 
insanlar təbiidir ki, Vətəni daha çox sevərlər. Bədr döyüşündə Məhəmməd Peyğəmbərin (s) 
dəstəsi düşməndən daha az və  zəif idi, lakin Allahın yardımı müsəlmanları  qələbəyə 
çatdırdi. Çünki onlar yüksək mənəviyyata və Allaha sığınmışdılar. 
 
Azərbaycan Prezidenti 1998-ci il aprelin 8-də Qurban bayramı münasibəti ilə "Mir 
Mövsüm ağa" ziyarətgahında keçirilən mərasimdə İslam dəyərlərini azərbaycanlıların milli-
mənəvi sərvəti adlandırır: 
 
"Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə ibadət edirik. İslam 
dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət - ənənələri 
və dəyərləri bizim milli sərvətimizdir". 
 
Ölkə başçısı ayrı-ayrı tarixi dövrlərdə cürbəcür zorakılığa və  məhrumiyyətlərə  məruz 
qalmasına baxmayaraq, xalqın bu dəyərləri yaşatmasını islam mədəniyyətinin və 
mənəviyyatının həyati gücü ilə əlaqələndirir: 
 
"Bu onu göstərir ki, bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və 
bundan sonra da yaşayacaqdır". 
 
Heydər Əliyev çıxışının sonraki hissəsində bir daha bütün mərasimlərin əsas məqsədini 
mənəviyyata dəvətdə görür: 
"Bizim bütün milli və dini adət - ənənələrimizin məqsədi insanları saflığa, 
düzlüyə, paklığa dəvət etməkdən ibarətdir". 
Azərbaycan rəhbəri  İslamın mərasim və ayinlərindən bəhs edərkən diqqəti onların 
mahiyyətinə,  əxlaqi mənəvi  əhəmiyyətinə yönəldirdi. O, Qurban bayramı münasibəti ilə 
söylədiyi çıxışında bu dini mərasimin fəlsəfəsini açıqlayır: 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə