Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

 
62 
 
"Qurban bayramı sadəcə qurban kəsmək və bir - birini təbrik emək üçün deyildir. Bu 
gün insan yenidən bütün həyatını düşünür, yenidən mənəviyyata qayıdır, mənəvi dəyərlərin 
giymətini yenidən dərk edir və daha da saflaşır, paklaşır". 
 
Qurani-Kərimin özündə ibadət və  əməl vəhdət halında götürülür və bir-birini 
tamamlayır. "əl-Bəqərə" surəsinin 177-ci ayəsində deyilir: 
 
"Yaxşı əməl heç də (ibadət vaxtı) üzümüzü gün çıxana və gün batana tərəf çevirməkdən 
ibarət deyildir. Yaxşı əməl sahibi, əslində, Allaha, axırət gününə, mələklərə, kitaba (Allahın 
nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərə inanan, Allaha məhəbbəti yolunda malını 
(kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirlərə, dilənçilərə  və 
qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə 
əhdinə sadiq qalanlar, dar ayaqda, çətinlikdə (ehtiyaç və yaxud xəstəlik üz verdikdə) və 
cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. İmanlarında, sözlərində və əməllərində doğru 
olanlar onlardır". 
  


 
63 
IV BÖLÜM 
 
 
 
 
 
İSLAM VƏ MÜASİRLİK 
 
 
 
 
İslam dini başqa dinlərə heç vaxt düşmən olmamışdır, 
çünki bu dinlərin hamısı Allahdan gəlir. 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
  
 


 
64 


 
65 
 
 
Müasir tarixi dönəmdə gedən irimiqyaslı qloballaşma prosesi və yeni geo-siyasi dünya 
düzəninin yaratdığı mürəkkəb şərait ayrı-ayrı xalqlar və millətlərin, ölkələr və bölgələrin, 
dinlər və mədəniyyətlərin qarşısında yeni vəzifələr qoyur. Hər bir xalq, ölkə və sivilizasiya 
dünyanın yeni inkişaf karvanından geridə qalmamağa, bu mürəkkəb və  çətin prosesdə 
layiqli yer tutmağa, eyni zamanda özünü və özəlliyini qoruyub saxlamağa çalışır. Burada 
islam sivilizasiyasının yenidən dirçəlməsi və inkişafı, dünyada baş verən proseslərə təsiri və 
gələcək perspektivi diqqəti cəlb edir. İslam bir sıra önəmli parametrləri ilə dünyanın sivil 
inkişafında və ümumbəşəri dəyərlərlə zənginləşməsində böyük rol oynaya bilər. 
 
İslam sonuncu ilahi din olmaqla öz kamilliyi, əhatəliliyi və ümumbəşəri universal 
xüsusiyyətləri ilə seçilir. Bu ilahi təlim başqa dünya dinlərindən bir sıra cəhətləri ilə 
fərqlənir. 
 
Bunlardan birincisi odur ki, İslam təkcə dini etiqad və şəriət qaydalarını təbliğ edən və 
öyrədən bir dini təlim olmaqla məhdudlaşmır. İslam zəngin bir mədəniyyət modeli olmaqla 
insan və cəmiyyətin sağlam inkişafına, onların bütün istəklərinə cavab verən bir təlimdir. 
Burada fərd-ailə-cəmiyyət arasındakı ictimai-hüquqi, iqtisadi münasibətlərin,  əxlaqi rəftar 
və davranışların mötədil və sağlam bir məcraya yönəldilməsi üçün prinsiplər, qanun-
qaydalar və tövsiyələr vardır. 
 
İkinci cəhət ondan ibarətdir ki, İslama görə insan, həm Allah qarşısında, həm də özü və 
başqaları qarşısında məsuliyyət daşıyır. Bundan başqa, insanlar 
  


 
66 
 cəmiyyətdə tutduğu mövqeyindən, vəzifə  və  məqamından, iqtisadi vəziyyətindən, milli-
etnik mənsubiyyətindən, dil və dinindən asılı olmayaraq çte Allah qarşısında, haqq və 
qanun qarşısında bərabərdir. Hər bir kəs öz əməlinə görə məsuliyyət daşıyır. İnsanlar yalnız 
öz əxlaqi-mənəvi dəyərlərinə görə bir-birindən üstün ola bilərlər. 
 
Üçüncü cəhət ondan ibarətdir ki, İslam insanların bəyənilmiş gözəl  əxlaqi dəyərlərlə 
naqislikdən kamilliyə doğru yüksəlişini, cəmiyyətin isə islahat yolu ilə sağlam inkişafını 
diqqət mərkəzində saxlayır.  İslamda ilahi ədalət prinsipi var və bu prinsipə görə  hər bir 
məsələdə haqq və həqiqət meyar kimi qəbul edilir, yəni heç bir hökmdar belə adi fəhlənin 
hüququnu poza bilməz. İslam və Quranda irəli sürülən ictimai rəftar və qaydalar beynəlxalq 
hüquq normaları və müasir insan haqları meyarları ilə uzlaşır. 
 
İslam yenilikçi və mütərəqqi bir təlimdir. Lakin bir sıra Qərb siyasiləri islamın yenidən 
dirçəlişini və müsəlmanların beynəlxalq səviyyədə öz hüquqlarını qorumaq əzmində 
olduqlarını nigarançılıq və qısqanclıqla qarşılayırlar. Onlar öz hegemonçu psixologiyasına 
uyğun İslama qarşı qərəzli mövqe nümayiş etdirərək müsəlmanların demokratiya və müasir 
inkişaf modeli ilə uzlaşmadığını iddia edirlər. 
 
Azərbaycan xalqının rəhbəri bütün sözü gedən məsələləri diqqətlə izləyərək  İslama 
qarşı yönələn əsassız ittihamları qətiyyətlə rədd edirdi. 
O, hələ hakimiyyətinin ilk ilində "Təzə pir" məscidində  Məhəmməd peyğəmbərin (s) 
mövlud günü münasibətilə təşkil edilmiş mərasimdə möminlər qarşısında belə demişdir: 
 
"Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və 
eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və 
ümumdünya əhəmiyyətli olduğunu sübut etmişdir". 
 
Burada iki əsas məqam diqqəti cəlb edir: birincisi odur ki, İslam tarix boyu mütərəqqi 
din kimi tanınıb, ikincisi isə ondan ibarətdir ki, İslam bəşər sivilizasiyası tarixində 
əhəmiyyət daşıyan bir təlimdir. Onu ümumdünya inkişaf prosesindən təcrid olunmuş  və 
donuq halda təsəvvür etmək olmaz. 
 
1991-1993-cü illərdə Azərbaycan torpaqları erməni təcavüzkarları  tərəfindən işğal 
olunmuş və bu ölkə böyük çətinliklərlə üzləşmişdir. Müsəlmanların torpaqlarını zəbt edib 
özlərini yurd - yuvasından didərgin salan işğalçılar öz əməllərinə haqq qazandırmaq üçün 
belə iddia edirlər ki, guya onlar İslam ölkələri ilə əhatə olunduğundan təhlükəsizlik zolağı 
yaratmaq məqsədilə  həmin yerləri  ələ keçirmişlər. Guya müsəlman azərbaycanlılar 
fundamentalist olduqlarından mədəni və xaçpərəst olan qəsbkarları  sıxışdırırlar. 
Azərbaycan rəhbəri belə  
  
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə