Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

 
71 
Azərbaycan xalqının rəhbəri İslama qarşı aparılan həmin təbliğata cavab olaraq bəyan edir 
ki, İslam insanları geriyə çəkmir, əksinə, irəliyə doğru-inkişaf və yüksəlişə aparır. O, İslamı 
işıqla, nurla müqayisə edir. Qurani-Kərimdə də təkidlə vurğulanır ki, bu din insanları doğru 
yola yönəldən bir nurdur. Heydər  Əliyev fikrinin davamında  İslamda elmə, maarifə  və 
savadlanmağa böyük diqqət yetirildiyini də önə çəkir: 
 
"İslam insanları daha da savadlanmağa, mədəniyyətə qovuşmağa, müasir həyatın bütün 
vasitələrindən öz həyatını, öz millətinin həyatını, xalqının həyatını daha da yaxşılaşdırmaq 
üçün, maddi və  mənəvi vəziyyətini yüksəlt-mək üçün daha da səmərəli bəhrələnməyə 
yönəldir". 
 
Burada bir sıra mühüm məqamlara aydınlıq gətirilir: əvvəla, İslam elm, maarif tərəfdarı 
olmaqla, xurafat və savadsızlığın əleyhinədir. Məlumdur ki, ilk Quran ayəsi "Oxu " sozü ilə 
başlayır. 
 
"əl-Ələq" surəsinin ilk ayələrində belə deyilir: 
"1. (Ya Peyğəmbər! Qurani-Kərimi, bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə 
(bismillah deyərək) oxu! 
2.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! 
3.O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 
4.O Rəbbin ki, insana bildiyini öyrətdi". 
"ən-Nur" və  "əl-Qələm" surələrində  qələm və yazıya and içilir, onların məqamı uca 
tutulur. Hədislərdə deyilir ki, elm öyrənmək üçün, lazım gəlsə Hindistana və 
  
  


 
72 
Çinə getmək və yaxud elmi beşikdən qəbrə  qədər öyrənmək lazımdır. Bir sözlə,  İslam 
elmin tərafdarı olub və deməli, müsəlmanlar müasir biliklərin köməyi ilə qabaqcıl 
texnologiyaya yiyələnib öz maddi rifah halını yaxşılaşdırmaq haqqına malikdirlər və onlar 
eyni zamanda, öz dini-mənəvi köklərinə bağlı qalmağı daha vacib hesab etməlidirlər. 
Deməli elmi tərəqqi və mənəviyyat bir-birini tamamlayir, insanların sağlam və mədəni bir 
mühitdə normal yaşamını təmin edir. 
 
Azərbaycan rəhbəri  İslam ölkələrinin müasir inkişaf prosesinə daha fəal qoşulmasını 
istəyirdi. O, 10 dekabr 1997-ci ildə  İslam Konfransı  təşkilatının Tehranda keçirilən 8-ci 
Zirvə toplantısında bu məsələ ilə bağlı öz mövqeyini belə açıqlamışdır: 
 
"Müsəlman xalqları  və ölkələri dünyada gedən mürəkkəb proseslərlə üzləşirlər. Bir 
tərəfdən elm və texnika güclü surətdə inkişaf edir, yeni ixtiralar, texnologiyalar Yer 
kürəsinin simasını  dəyişdirir, o biri tərəfdən bir çox xalqlar aclıqdan, yoxsulluqdan, 
cəhalətdən  əzab çəkirlər. Ona görə  də biz tərəqqi yolu ilə addımlamalıyıq, inkişaf etmiş 
ölkələrin səviyyəsinə qalxmalıyıq". 
Heydər Əliyev müasir dünyanın təzadlı mənzərəsini də nəzərə çatdırır: bir tərəfdən elmi 
texnoloji tərəqqi və iqtisadi-sosial rifah, o biri tərəfdən isə cəhalət və yoxsulluq hökm sürür. 
Bu təzadlar dünyanın ahəngdar və  əmin-amanlıq içərisində yaşamasını  əngəlləyir. O, 
müsəlman ölkələrinin qarşılaşdığı problemləri dərindən dərk etməklə yanaşı, bunların həlli 
yolunu da göstərirdi, yəni müsəlmanlar müasir tərəqqi karvanından geridə qalmadan inkişaf 
etmiş ölkələrin səviyyəsinə yüksələ bilərlər. Bunun üçün geniş imkanlar mövcuddur, lakin 
burada 


 
73 
 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimi 
 
daha çox çalışmaq, əzm və iradə nümayiş etdirmək lazım gəlir. 
 
Ümummilli Lider müasirliyi keçmişdən və  gələcəkdən ayırmırdı, onlar arasında 
dialektik bir əlaqə qururdu. Min illər boyu xalqın yaratdığı zəngin mədəni irs, milli-mənəvi 
dəyərlər bugünkü nəslin varlığını  təşkil edir, onun gələcəyini nnüəyyənləşdirir. Keçmişi 
inkar etmədən bugünkü dünya ilə ayaqlaşmaq və gələcəyini düşünmək hər bir xalqın bəşər 
tarixində özünə layiqli yer tutması üçün çox önəmlidir. Heydər  Əliyev müasir inkişaf 
modelini, elmi-texniki tərəqqini, iqtisadi-sosial yüksəlişi başçılıq etdiyi ölkənin və xalqın 
dünya ilə ayaqlaşması üçün zəruri şərtlər sayırdı. Ancaq müasirliyi dini-mənəvi dəyərlərə 
qarşı  və ya əksinə, dini dəyərləri, milli adət-ənənələri müasir inkişafa qarşı qoymurdu. 
Onun əqidəsincə, müasirlik və inkişaf heç də milli kökləri, əxlaqi-mənəvi və dini dəyərləri 
inkar etmək mənasında başa düşülə bilməz, eyni zamanda, milli və dini köklərə bağlılıq heç 
də müasir texnoloji inkişafdan vaz keçmək demək deyildir. 
 
Bu baxımdan, müasir Azərbaycan gənclərinin düzgün yol seçməsi ölkə  rəhbərinin 
diqqət mərkəzində dayanırdı. O, müstəqillik qazanandan sonra ölkədə yeni ictimai-mənəvi 
mühitin sağlam məcraya yönəldilməsinə böyük diqqət yetirirdi, açıq dünyanın bu mühitə 
gətirə biləcəyi mənfi meyillərinin qarşısını almaq üçün İslama üz tutmağı vacib sayırdı. 
Sovetlərin dağılmasından sonra Azərbaycanda hələ yeni ideoloji-mənəvi dəyərlər sistemi öz 
yerini tuta bilməmişdir. Bir yandan keçmişdən miras qalan kobud ateist ab-havası, o biri 
yandan isə Qərbdən ölkəyə yol açan zahiri parıltı və yüngül əyləncə meyilləri bu müsəlman 
ölkəsinin mənəvi-əxlaqi mühiti üçün təhlükə törədirdi. Bu vəziyyəti vaxtında görən Heydər 
Əliyev gənclərin tərbiyəsində 
  
  


 
74 
milli zəminə, dini-mənəvi köklərə söykənməyin zəruriliyini önə  çəkdi. O, 1998-ci il 
fevralın 2-də Azərbaycan gənclərinin toplantısında proqram xarakterli çıxış etdi: 
 
"Bizim xalqımızın milli, mənəvi  ənənələri, mədəni-milli dəyərləri həmişə,  əsrlər boyu 
xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə 
bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz daim ən yüksək mənəviyyatı əks 
etdiribdir. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir". 
Deməli, gənc nəslin düzgün tərbiyə olunması, istiqamətlənməsi üçün ilkin önəmli amil 
öz milli-mənəvi və dini dəyərlərinə bağlı olmasıdır. Lakin müasir dünyada bununla 
məhdudlaşmaq olmaz. 
 
Prezident həmçinin vurğulayır ki: 
 
"Biz müasir dünyada yaşayırıq. Azərbaycan azad, sərbəst və açıq ölkədir, dünyanın 
bütün ölkələri ilə  hərtərəfli  əlaqələr qurur və bundan sonra da quracaqdır. Buna görə  də 
bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi 
xalqımızın mənəviyyatını zənginləşdirib və bundan sonra da zənginləşdirəcəkdir". 
 
Heydər Əliyev bu dəyərlər sintezini Azərbaycanın gələcək strateji yolu adlandırır, eyni 
zamanda, diqqəti həssas bir məsələyə yönəltməyi vacib bilir: 
"Ancaq biz bu yolla gedərkən gərək heç vaxt səhvlərə yol verməyək, bizə yad olan, 
mənəviyyatımıza yad və zidd olan ünsürlərin cəmiyyətimizə, 
  
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə