Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   16   17   18   19   20   21   22   23   24

 
81 
 
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkiyə Respublikasınin  
Prezidenti Əhməd Necdət Sezerlə. 
 
Azərbaycanda  əhalinin  əksəriyyətini  İslam dininə etiqad edən azərbaycanlılar təşkil 
edir. Ancaq, eyni zamanda, Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən 
insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Bu, əslində, Azərbaycanın 
reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlülüyünü göstərir". 
 
Diqqətəlayiq haldır ki, Azərbaycan Prezidenti 1998-ci il mayın 13-də din xadimləri ilə 
görüşündə bu mühüm məsələni bəyan edib. O, dini dözümlülüyün kökünü İslamın 
mahiyyətində görərək belə söyləmişdi: 
 
"Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar, bunu bizə Qurani-
Kərim və Peyğəmbər Həzrəti Məhəmməd (s) tapşırıbdır". 
 
Doğrudan da, Qurani-Kərim "əl-Bəqərə" surəsinin 213-cü ayəsində insanların bir 
ümmət olduğunu vurğulayır. Ayrı-ayrı ayələrdə isə başqa dini kitabları, (Tövratı,  İncilı
təsdiq etdiyini bildirir. Bu baxımdan "əl-Bəqərə": 89,91,97, "Ali-İmran": 47, "əl-Maidə": 
48, "əl-Ən'am": 92 və başqa ayələri göstərmək olar. 
 
Prezident başqa bir yerdə yenə  də  İslam dininin digər dinlərə dözümlü münasibətinə 
işarə edərək deyir: 
"Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz 
azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi 
münasibət göstərməmişik, düşmənçilik etməmişik. Ümumiyyətlə, başqa dinlərə 
dözümlülük, başqa dinlərlə yanaşı  və qarşılıqlı anlaşma  şəraitində yaşamaq islam 
dəyərlərinin xüsusiyyətləridir". 


 
82 
 
Heydər Əliyevin bu sözləri müasir dünyada İslama qarşı qərəzli mövqe nümayiş etdirənlərə 
tutarlı cavabdır. Burada üç cəhət bir-birini tamamlayır: 
1.Dünyada müxtəlif dinlərin olması təbii haldır və hər birinin öz yeri var. 
2.Azərbaycanlılar müsəlman olmaqla fəxr edirlər. 
3.Müsəlmanlar başqa dinlərlə barış və anlaşma şəraitində yaşamağa önəm verirlər. 
O, daha sonra dinlər və mədəniyyətlər arasında qarşılıqlı ehtiramın zəruriliyini söyləyir: 
 
"Hesab edirik ki, insanlar hansı dinə, mədəniyyətə  mənsubluğundan asılı olmayaraq 
bütün başqa dinlərə, mənəvi dəyərlərə hörmət etməlidir". 
 
Təcrübəli dövlət xadiminin dilindən bu sadə, lakin olduqca əhəmiyyətli prinsipin 
səslənməsinin, əlbəttə, öz siyasi və psixoloji konteksti vardir. Belə ki, bir sıra inkişaf etmiş 
ölkələr iqtisadi və texnoloji cəhətdən geridə qalan Şərq xalqlarına, onların din və 
mədəniyyətinə, necə deyərlər, yuxarıdan aşağı baxır, bir növ təkkəbbürlü olurlar. Ancaq 
İslam baxımından hamı Allah qarşısında bərabərdir. "ən-Nəhl" surəsinin 23-cü ayəsində 
deyildiyi kimi: "Allah təkəbbür edənləri sevməz". 
 
Ölkə başçısı mübarək Mövlud bayramı münasibətilə "Təzə Pir" məscidindəki yuxarıda 
xatırlatdığımız çıxışında möminlərə xitabən bütün ilahi dinlərin birliyini belə ifadə 
etmişdir: 
"İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki, bu dinlərin hamısı 
Allahdan gəlir". 
  


 
83 
 
 
 
Vatikandan olan kardinal Kruşentse Seteni qəbul edərkən 
 
Heydər  Əliyevin bu sözləri mübarək Quran ayələri ilə  səsləşir. Məsələn, "əl-Bəqərə
surəsinin 136-cı ayəsində deyilir: 
 
"Ey möminlər! (Yəhudi və xaçpərəstlərə) belə deyin: Biz Allaha, bizə nazil olan Qurana, 
İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (Əl-Əs-bat) göndərilənlərə, Musaya və 
İsaya verilənlərə, Rəbbi tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların 
heç birini digərindən ayırmamışıq. Biz, ancaq Allaha boyun əyən müsəlmanlarıq". 
 
Elə  həmin surənin 139-cu ayəsində bir daha vurğulanır ki, Allah həm sizin, həm də 
bizim Rəbbimizdir. 
 
Müasir dünyada gedən qloballaşma prosesində demokratik dəyərlərin önəmi daha da 
yüksəlir və milli-etnik ayrı-seçkilik meyilləri kimi dini zəmində baş verən ayrı-seçkilik 
halları da məqbul sayılmır. Azərbaycan rəhbəri məsələyə, məhz beynəlxalq hüquq 
normaları və insan haqları səviyyəsində yanaşmaqla bir daha nəzərə çatdırır ki, İslam bütün 
xalqlar, millətlər və dinlər arasında dialoq və dinc yanaşı yaşama prinsiplərinə, ümumbəşəri 
dəyərlərə sadiqdir. 
 
Yeni dünya düzənində ən aktual və dəbdə olan içtimai-siyasi və ideoloji mövzulardan 
biri də demokratiyadır. Xalqın öz iradəsi və seçimi ilə formalaşan, qanunların aliliyini 
təmin edən, cəmiyyətin sivil qaydada, eyni zamanda, ədalətə və ahəngdar idarə olunmasını 
əməldə icra edən, burada bütün zəruri azadlıqları, insan haqlarını qanun çərçivəsində 
qoruyan, ölkənin iqtisadi-sosial tərəqqisini və təhlükəsizliyini təmin edən və hüquqi dövlət 
quran hakimiyyət növü  
  
  


 
84 
 
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev din xadimləri ilə bir arada. 
 
 demokratiyadır. Bu sözün lüğəti mənası xalq hakimiyyəti, yəni xalq tərəfindən seçilən və 
dəstəklənən, eyni zamanda, xalqın istəklərinə cavab verən idarəetmə sistemidir. İndi bu 
məfhum dünyada əksəriyyət tərəfindən rəğbətlə qarşılanır.  Əslində, demokratiyanın ali 
prinsipləri  İslam sivilizasiyasının mahiyyətində müşahidə edilir və ona görə  İslam ilə 
demokratiyanı qarşı-qarşıya qoymağa cəhd edənlər tamamilə yanılırlar.  İslam 
mütəfəkkirləri mübarək Quran ayələri və Peyğəmbər (s) sünnətinə  əsaslanaraq hüquqi 
normalarla idarə olunan, sadə kəndlidən tutmuş hökmdara kimi qanun və haqq qarşısında 
bərabərliyini təmin edən, ədalət və haqqa söykənən, yuksək əxlaqi-mənəvi dəyərləri özündə 
ehtiva edən mədəni və fəzilətli bir cəmiyyət qurulmasını önə çəkmişlər. Belə cəmiyyət ağıl, 
hikmət və  əxlaq nuru ilə idarə olunur. Farabi, ibn Sina, ibn Xəldun, Məsudi, Nizami 
Gəncəvi və Xacə Nəsirəddin Tusi kimi müdriklər həmin ədalətli və fəzilətli cəmiyyətin əsas 
parametrlərini müəyyənləşdirmişlər. Bəlli olduğu kimi, İslam hüquq məktəbi dünyanın ən 
zəngin və dolğun hüquq sistemlərindən biridir. İslam sosiologiyası və hüquq məktəbi insan 
haqlarına dini, irqi və etnik məhdudiyyətlər qoymadan, ictimai ədaləti qlobal müstəvidə 
təmin edən universal birtəlim kimi tanınır. Lakin İslama qərəzli baxan dairələr onun 
demokratiya ilə uyğun gəlmədiyini iddia edirlər. Başqa bir tərəfdən, bəzi hallarda 
demokratiya və azadlıq məfhumları təhrif edilir, bunları hərc-mərclik kimi qələmə verərək 
cəmiyyətdə əxlaqi-mənəvi ab-havanı bulandırmağa cəhd göstərənlər meydana çıxır. Bir sıra 
Qərb modernistləri belə iddia edirlər ki, cəmiyyət qanunlar əsasında idarə olunursa, daha 
əxlaqa ehtiyac yoxdur. Onlara görə demokratiyanın tam 
  
  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə