Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   16   17   18   19   20   21   22   23   24

 
96 
 
 
 
etmək olar ki, Heydər Əliyevin fenomenal şəxsiyyətində nəzəriyyə ilə praktika üzvi şəkildə 
birləşmişdi. 
 
Dindarlarla daim ünsiyyətdə olan Azərbaycan xalqının Ümummilli Lideri həm 
konsepsiyalar irəli sürən, həm də bu konsepsiyaları ardıcıl şəkildə həyata keçirməyi bacaran 
rəhbərlər cərgəsinə daxildir. O, hər bir məsələnin düzgün məntiqi qoyuluşunu, onun inkişaf 
perspektivliyini müəyyənləşdirən, qarşıya qoyduğu vəzifə  və missiyanı yetərincə yerinə 
yetirən dövlət başçısı olmuşdur. 
 
Söz və əməl vəhdəti hər bir işin uğurla nəticələnməsi üçün vacib şərtlərdəndir. Xüsusilə 
cəmiyyətlə bağlı  məsələlərdə söz və  əməl vəhdəti ilə yanaşı, rəhbərin camaatla canlı 
ünsiyyəti də çox önəmlidir. Heydər  Əliyev istər sovet dövrü, istərsə  də Azərbaycanın 
müstəqilliyi dövründə hakimiyyətdə olarkən insanlarla, xalqla ünsiyyətdə olmuş, onların 
problemlərini, fikir və rəylərini öyrənmiş, bütün əməli fəaliyyətində ictimaiyyətin arzu və 
istəklərini nəzərə alaraq qərarlar qəbul etmişdir. 
 
Bəlli olduğu kimi, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində çoxsaylı hərbi-
siyasi, sosial-iqtisadi və ictimai problemlərlə üzləşmişdi. Böyük dövlətlərin rəqabət 
meydanına çevrilmiş Qafqazda gərgin geosiyasi mübarizə gedirdi. Azərbaycan hərbi 
təcavüzə  məruz qalmış, ölkə daxilində sabitliyin bərpası  qətiyyətli addımların atılmasını 
tələb edirdi. Belə bir çətin şəraitdə ölkə Başçısı gecə-gündüz müxtəlif problemlərin həlli ilə 
məşğul idi. Lakin çox gərgin və intensiv iş rejiminə baxmayaraq, Heydər  Əliyev ölkədə 
dini vəziyyətlə yaxından 
  
  


 
97 
 
 
tanış olmağa, bu məsələdə doğru-düzgün yol seçməyə, İslamın dirçəlişi istiqamətini nəzəri 
cəhətdən müəyyənləşdirməyə və hətta bu yöndə əməli addımlar atmağa imkan tapa bilirdi. 
O, əsil rəhbər kimi çalışırdı, başqa işlərdə olduğu kimi bu sahədə də şəxsən Özü fəal iştirak 
edirdi. Həm müqəddəs yerlərə, məscid və ziyarətgahlara gedir, orada möminlərlə görüşür 
və proqram xarakterli çıxışlar edir, həm də konfrans və başqa tədbirlərdə  iştirak edir, öz 
tövsiyələrini verirdi. 
 
Azərbaycan Rəhbəri, demək olar ki, bütün dini mərasim və bayramlarda ayrı-ayrı 
müqəddəs yerləri ziyarət edir və müsəlmanları təbrik edirdi. 
 
O, hələ ilk dəfə Prezident seçilməzdən qabaq, yəni 5 sentyabr 1993-cü ildə "Təzə Pir" 
məscidinə gələrək müsəlmanları mövlud bayramı münasibəti ilə təbrik etdi və burada İslam 
dininin, islam dəyərlərinin Azərbaycan xalqının həyatında  əhəmiyyətini qeyd etməklə 
sovetlərin dağılmasından sonra müstəqillik dövründə yenidən milli-mənəvi bir dirçəliş 
dönəminin başlanğıcını burada toplaşan möminlərə müjdə verdi. 
 
1994-cü ilin yayında Heydər  Əliyevə  Məkkə  və  Mədinə kimi müqəddəs  İslam 
mərkəzlərini ziyarət etmək nəsib oldu. 
 
Azərbaycan Prezidenti 21 may 1994-cü ildə Qurban bayramı münasibətilə "Bibiheybət 
ziyarətgahına toplaşan möminlərlə görüşdü. Məlum olduğu kimi, bu müqəddəs yer hələ 
keçən yüzilliyin 30-cu illərində sovet hökuməti tərəfindən dağıdılmışdı. O, burada 
möminlər qarşısında çıxış edərək Bibiheybət məscid kompleksinin tikiləcəyi və bu 
ziyarətgahın tam bərpa ediləcəyi barədə söz verdi 
  
  


 
98 
 
 
və dediyi sözə əməl etdi. Bu kompleks dövlətin ayırdığı vəsait hesabına 1998-ci ildə tikilib 
başa çatdı  və Azərbaycan rəhbəri, böyük məmnuniyyətlə, "Bibiheybət" ziyarətgahının 
bərpası  işlərini nəzarətə götürdü və sovetlərin dağıtdığı bu müqəddəs ocağı yenidən 
möminlərə qaytardı. Bunu, bir növ, İslama qayıdışın ölkə başçısı  tərəfindən 
dəstəklənməsinin əməli təsdiqi kimi də qiymətləndirmək olar. 
 
Azəbaycan Prezidenti dini bayram və  mərasimlərdə xalqa və möminlərə televiziya və 
radio vasitəsilə müraciət edərək onları  rəsmi  şəkildə  təbrik etməklə kifayətlənmirdi. O, 
demək olar ki, bütün böyük mərasimlər zamanı, məsələn, Mövlud bayramı, Qurban və 
Ramazan bayramlarında məscid və ziyarətgahlara gedər, orada ruhani və möminlərlə söhbət 
edər, onların fikir və rəylərini dinləyərdi. Heydər Əliyev dəfələrlə "Təzə Pir" məscidində və 
"Mir Mövsüm ağa" ziyarətgahında olmuş, hər dəfə də  məzmunlu və konseptual çıxışı ilə 
İslamın Azərbaycan xalqının milli-mənəvi yüksəlişində rolunu vurğulamışdır. 
 
Bundan başqa, o, islam, xristian və başqa dini icmaların ruhani başçıları ilə də görüşür, 
dinlər arasında dialoqun və qarşılıqlı ehtiramın vacibliyini önə çəkirdi. Həmin uzaqgörən və 
əməli fəaliyyətin nəticəsidir ki, Azərbaycan Respublikasında dini zəmində qarşıdurma 
olmamış  və indi də yoxdur. Hətta beynəlxaq qurumlar belə, bu ölkədə dini dözümlülük 
olduğunu dəfələrlə təsdiq etmişlər. 
 
Azərbaycan rəhbərinin dindarlarla birbaşa ünsiyyəti, mərasimlərdə fəal iştirakı, ölkədə 
islam abidələrinin bərpasına, milli-mənəvi dəyərlərin yenidən dir 
  
  


 
99 
 
 
 
çəlişinə göstərdiyi qayğı örnək kimi qiymətləndirilməlidir. O, ölkənin ictimai-siyasi, sosial-
iqtisadi həyatında olduğu kimi, onun mədəni və  mənəvi həyatının tənzimlənməsində  də 
həmişə öndə gedirdi. Həm siyasi məsələlərdə  sərrast proqnozlar verir, həm cəmiyyətin 
sosial-iqtisadi inkişafının mükəmməl modelini hazırlayır, həm də  cəmiyyətin dini-mənəvi 
dirçəliş istiqamətini həssaslıqla duyur və istiqamətləndirirdi. Çünki, o, həmişə cəmiyyətin 
müxtəlif təbəqələri ilə ünsiyyət saxlayır, onun problemlərini öz gözü ilə müşahidə edir
ictimai rəyi və ölkədəki ümumi əhvali-ruhiyyəni, psixoloji durumu diqqətlə izləyir, hər bir 
məsələni xalqla yaxın təmas saxlamaqla həll edirdi. 
 
Heydər  Əliyev ruhani və möminlərlə canlı  təmaslarında sovet dövründə 
azərbaycanlıların İslam dəyərlərindən necə uzaq saxlandığını, bu siyasətin mahiyyətini və 
ictimaiyyətə  bəlli olmayan gizli məqamlarını açıqladığı kimi, həmin nisgilli dövrün 
müqabilində indi yaranan şəraitdən məntiqi şəkildə yararlanmağı da tövsiyə edirdi. 
 
Onun din adamları ilə canlı ünsiyyəti, məscid, ziyarətgah və başqa müqəddəs yerləri 
ziyarət etməsi,  İslamın Azərbaycanda dirçəliş  və inkişafı üçün göstərdiyi fəallıq 
ictimaiyyətdə böyük psixoloji təsirə malik idi. Təzəcə dövlət müstəqilliyinə qovuşan bu 
müsəlman respublikasında ayrı-ayrı yabançı qüvvələrin apardığı  təbliğat nəticəsində 
ictimaiyyətin və xüsusilə siyasi dairələrin bəzi təbəqələrində  İslam təhlükəsi,  İslam xofu 
yaranmaqda idi. Belə iddia edirlər ki, güya, bu ölkədə ifrat islamçılar təşkilatlanıb 
hakimiyyətə gələ bilərlər. Heydər Əliyev isə istər öz nəzəri-ideoloji baxışlarında, istərsə də 
əməli fəaliyyətində İslam 
  
     


 
100 
 
dan, ruhanilərdən və möminlərdən uzaq düşmədi, onları cəmiyyətin 100   problemlərindən 
təcrid etmədi, əksinə, qarşılıqlı  ünsiyyət və əlaqə    qurmaqla baş verə biləcək dövlət-din və 
İslam-siyasət ixtilaflarının qarşısını aldı. 
 
Həmin ünsiyyət və qarşılıqlı münasibətlərin nəticəsi olaraq din adamları, möminlər və 
İslam təmayüllü zümrələrdə belə bir xatircəmlik yarandı ki, Azərbaycanda onların 
hüquqları konstitusiya və dövlət səviyyəsində müdafiə olunur, onlar Azərbaycan xalqının 
nümayəndələri və cəmiyyətin ayrılmaz bir parçasıdır. Başqa bir tərəfdən ölkədə mənəvi ab-
havanı yaxşılaşdırmaq və onu həmişə sağlam  şəkildə qoruyub saxlamaq üçün islam 
dəyərləri önəmli rol oynayır və oynayacaq. Müasirlik-yeni texnoloji tərəqqiyə, sosial-
iqtisadi inkişafa, hüquqi-sivil dövlət quruculuğuna yiyələnmək və dünyada gedən 
proseslərdən geridə qalmamaq deməkdir. Müasirlik, heç də, öz milli-dini və  mənəvi 
dəyərlərindən imtina etmək mənasında anlaşıla bilməz. Azərbaycan rəhbəri din adamları ilə 
canlı təmaslarında dəfələrlə vurğulayırdı ki, biz demokratik inkişaf modeli seçmişik, ancaq 
dövlət dindən, demokratiya isə  mənəviyyatdan ayrı deyil. Onun çox mühüm bir tezisinə 
diqqət yetirək: 
 
"Tarix boyu azərbaycanlıların, müsəlmanların həyatına  İslam dini həmişə dayaq 
olubdur, bu gün də, gələcəkdə də dayaqdır". 
 
İslam tarix boyu müsəlman aləminin öz milli-mənəvi bütövlüyünü saxlamaq, yabançı, 
işğalçı  və müstəmləkəçi qüvvələrlə mübarizə aparmaq, öz varlığını  və müstəqilliyini 
qorumaq yolunda ən qüdrətli və tükənməz dayaq nöqtəsi olub. İslam dəyərlərinə söykənən 
müsəlmanlar həmin mənəvi-əxlaqi gücün köməyilə bu gün öz iradəsini ortaya qoyaraq 
dünya inkişaf karvanına qoşula bilər və öz gələcəyini, öz müqəddəratını öz əlləri ilə öz istək 
və mənəviyyatına uyğun qura bilərlər. 
  
 


 
101 
VII BÖLÜM 
 
 
 
 
İSLAM VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
 
 
 
 
 
 
 
 
 
 
 
Allaha şükürlər olsun ki, 
uzun illər qəlbimdə yaşatdığım arzuma, 
niyyətimə çatdım. Məkkəni ziyarət edərkən İslam dininin nə qədər 
ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk etdim. 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
 
  
 
  
 


 
102 
 


 
103 
 
 
İslam Azərbaycanda 7-ci əsrdən yayılmağa başlamış  və burada yaşayan xalqların 
əksəriyyəti  İslam dinini qəbul etmiş, islam dəyərlərini, adət-ənənələrini öz yerli 
mədəniyyəti ilə qovuşduraraq yaşatmışlar.  İslam dəyərləri zəngin mənəvi köklərə 
əsaslandığına görə  cəmiyyət həyatının bütün qollarına nüfuz etmiş, adi məişətdən tutmuş 
fəlsəfi təfəkkürədək bütün mədəniyyət sahələrini  əhatə etmişdir. Azərbaycan mədəniyyət 
tarixi başqa müsəlman xalqlarında olduğu kimi, həm bu ölkənin milli mədəniyyəti, həm də 
ümummüsəlman sivilizasiyasının tərkib hissəsi hesab edilir. 
Xilafətin tərkibinə daxil edilən Azərbaycanda da mədrəsələrdə fəlsəfə, məntiq, hüquq, 
riyaziyyat və s. öyrədilirdi. Ərəb dili Xilafətin bütün ərazisində rəsmi dövlət dili idi. 
Azərbaycan mədəniyyətinin də ayrı-ayrı sahələri-ədəbiyyat, incəsənət, memarlıq, eyni 
zamanda elm sahələri-nücum, təbabət, riyaziyyat, fəlsəfə, hüquq, musiqi nəzəriyyəsi və s. 
təkcə bu ölkənin deyil, bütün İslam dünyasının mirası sayılır. Başqa sözlə desək, 
Azərbaycanın elm və mədəniyyət xadimləri İslam sivilizasiyasının zənginləşməsində böyük 
xidmətlər göstərmişlər. Azərbaycanlı alim, filosof, fəqih, mütəkəllim, ədib və şairlər ərəb 
dilində qiymətli əsərlər yazmış, İslam maarifinin genişlənməsi üçün böyük işlər görmüşlər. 
Azərbaycandan onlarla istedadlı gənc ərəb şərqinin mədəniyyət mərkəzləri hesab edilən 
Bağdada, Kufəyə, Nəcəfə, Bəsrəyə, Mədinəyə, Qahirəyə və başqa şəhərlərə təhsil almağa 
göndərilirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz,  


 
104 
Şamaxı  və s. kimi iri şəhərlərində  təhsil ocaqları, kitabxanalar, məscidlər,   əzəmətli 
abidələr yaranmaqda və inkişaf etməkdə idi. Azərbaycanın şifahi    və yazılı ədəbiyyatının 
tacı sayılan  'Kiabi-Dədə Qorqud' eposu Xilafət dövründə formalaşıb başa çatmışdır. 
Azərbaycan xalqının bu qəhrəmanlıq epopeyası IX əsrin  əvvəllərində  ərəb dilinə  tərcümə 
edilmiş və İslam mədəniyyətinin dəyərli incisinə çevrilmişdi. 
 
Əksər Azərbaycan  ədib və  şairlərinin yaradıcılığı  İslam dəyərləri ilə üzvi surətdə 
bağlıdır. Heydər  Əliyev  İslam dini ilə yanaşı,  İslam mədəniyyətinin də Azərbaycanda 
böyük nüfuz qazandığını vurğulayır. O, "İslam sivilizasiyası Qafqazda" adlı beynəlxalq 
konfransda  Ərəbistandan yayılan  İslam mədəniyyətinin Qafqazda genişlənməsində 
Azərbaycanın roluna toxunaraq göstərir ki, Qafqazın  şimalında və ondan da şimalda 
yaşayan xalqların o vaxtdan İslam dininə,  İslam mədəniyyətinə  mənsub olduğunu nəzərə 
alsaq, bunda Azərbaycanın xüsusi rolu şübhəsizdir. 
 
Azərbaycanda aparılmış arxeoloji qazıntılar nəticəsində Xilafət dövründə tikilmiş bir 
sıra görkəmli maddi mədəniyyət abidələri aşkar edilmişdir. Azərbaycan  şəhərlərinin 
əksəriyyətində müxtəlif sənət sahələrinin inkişafını  əks etdirən  əşyalar, sikkələr,  şüşə 
qablar, metal məmulatlar tapılmışdır. Bu qabların və abidələrin üzərində  ərəb  əlifbasının 
kufü xətti ilə yazılmış yazılar onların yarandığı dövrü və sənətkarı dəqiqləşdirir. 
 
Azərbaycanda  İslamın qərarlaşması memarlığın və  şəhərsalmanın yeni inkişaf 
istiqamətini müəyyən etmişdir. Tikinti və abadlıq sahəsində yeni ənənələr yaranmış  və 
demək olar ki, məscidlərin, mədrəsələrin, örtülü bazarların, karvansaraların, hamamların 
tikintisi yeni ənənələr əsasında aparılırdı. 
 
İntibah dövrü Azərbaycan memarlığının  ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış 
Əcəmi  Əbubəkr oğlu Naxçıvanda hamının diqqətini cəlb edən çoxlu tarixi abidələr 
ucaltmışdır.  Əcəmi hələ sağlığında "mühəndislər  şeyxi" ləqəbi daşımış, özündən sonra 
Naxçıvan memarlıq məktəbi adlanan xüsusi məktəbin  əsasını qoymuşdur.  Əcəminin 
memarlıq sənəti müsəlman Şərq memarlığına güclü təsir göstərmişdir. 
 
Heydər  Əliyev Azərbaycanda çoxəsrlik  İslam dövrü mədəniyyətinin olduğunu yada 
salaraq belə söyləmişdir: 
 
"Azərbaycanda  İslam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi 
dəyərlərinin  əsasını  təşkil edir. Bizim çoxəsrlik  İslam dövrü tariximiz zəngindir. Bu gün 
iftixar hissi ilə deyirik ki, Azərbaycanın  İslam mədəniyyəti,  İslam dini ilə bağlı dahi 
şəxsiyyətləri-Nizami, Nəsimi, Tusi, Qətran Təb- 
  
  


 
105 
 
 
Sağdan: Ümumrusiya patriarxı II Aleksi, Azərbaycan Respublikasının baş naziri Artu 
Rasizadə,  Şeyxülislam Allahşükür Paşazadə  və Milli məsələlər üzrə dövlət müşaviri 
Hidayət Orucov. 
 
rizi, Füzuli və başqaları dünya sivilizasiyasına böyük töhfələr vermiş, İslam mədəniyyətini 
zənginləşdirmişlər". 
 
Heydər  Əliyev 1996-cı ildə keçirilən dahi Azərbaycan  şairi Məhəmməd Füzulinin 
anadan olmasının 500 illik yubileyində, ayrı-ayrı elmi-mədəni simpozium və konfranslarda, 
ziyalılarla görüşlərindəki çıxışlarında Azərbaycan mədəniyyətinin və  ədəbiyyatının min 
dörd yüz il ərzində İslam dünyası ilə qaynayıb-qarışdığını qürur hissi ilə vurğulamış, yalnız 
sovetlər zamanı 70 il ərzində burada müvəqqəti fasilə yarandığını, sonra yenə öz ənənəvi 
dəyərlərinə qayıtdığını söyləmişdir. 
 
Azərbaycan Rəhbəri, haqlı olaraq, ölkəsinin çoxəsrlik İslam dövrü tarixinin zənginliyini 
diqqətə çatdırır. Bu zənginlik özünü elm, ədəbiyyat və  mədəniyyət sahələrində daha çox 
göstərir. 
 
Böyük Azərbaycan alimi-ensiklopedist Nəsirəddin Tusi riyaziyyat, həndəsə, nücum, 
məntiq, kəlam, fəlsəfə  və başqa sahələrdə çoxlu əsərlər yazmışdır. O, əsərlərinin çoxunu 
ərəbcə yazmış, Evklid həndəsəsi (Təhriri-İqlidis) Ptolomeyin məhşur coğrafiya  əsəri 
(Təhriri-Məcəsti) kimi klassik əsərlər Tusinin ərəbcə şərhində elm aləminə çatmışdır. Onun 
İbn Sinanın “Əl-İşarat vət-Tənbihat”  əsərinə yazdığı  şərh fəlsəfə tarixində öz əhəmiyyəti 
baxımından xüsusi yer tutur.  
İşraq hikmətinin banisi Şihabəddin Söhrəverdi əsərlərinin çoxunu ərəbcə yazmışdır. Bu 
böyük alim İslam fəlsəfəsi tarixində  məhşur simalardan biridir. İslam dünyasının böyük 
dahisi İbn Sinanın tələbəsi olmuş azərbaycanlı  
  


 
106 
 
 
 
 
filosof  Bəhmənyarın əsərləri hələ sağlığında bir çox dillərə tərcümə olunmuş, dünya fəlsəfi 
fikrinin inkişafında mühüm rol oynamışdır. 
 
Azərbaycanda  ədəbiyyat və başqa sənət  əsərlərindəki zəngin  İslam dəyərləri həmin 
əsərlərin başlıca ideya və  məzmununu təşkil edir. Xəqani, Nizami, Şeyx Mahmud 
Şəbüstəri, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi böyük klassiklərdən tutmuş nisbətən 
sonrakı dövrdə yaşayıb-yaradan  Əbülqasım Nəbati, Aşıq  Ələsgər və Hüseyn Cavid kimi 
görkəmli sənətkarların  əsərləri kimi bütünlükdə klassik irsdə  İslam dəyərləri geniş  təmsil 
olunur. Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə özünün ən yüksək 
zirvəsinə ucalmışdır. Nizami yaradıcılığının maya bağladığı Gəncə şəhəri bütün müsəlman 
Şərqində böyük elm və  təhsil ocaqlarından biri olmuşdur. Mükəmməl təhsilə malik dahi 
mütəfəkkir yeni əsər üzərində işləməzdən əvvəl müxtəlif dillərdə yazılmış nadir mənbələri 
dərindən öyrənirdi. Nizaminin ölməz "Xəmsə"si onu dünya mədəniyyətinin dahiləri sırasına 
çıxardığı kimi, şairi yetirən xalqına da dünya şöhrəti gətirmişdir. 
 
İntibah  ədəbiyyatının görkəmli  şairlərindən biri də  Əfzələddin Xəqani olmuşdur. 
Xəqanidən bugünkü nəsillərə 17 min beytlik lirik şeirlər divanı, o cümlədən "Mədain 
xərabələri" qəsidəsi, "Töhfətül-İraqeyn" poeması  və  nəsrlə yazdığı  məktublar yadigar 
qalmışdır. 
 
XVI  əsr Azərbaycan  ədəbiyyatının  ən görkəmli nümayəndəsi  şair və mütəfəkkir 
Məhəmməd Füzuli müsəlman Şərqin mühüım elm və mədəniyyət mərkəzlərindən biri olan 
Bağdadda böyümüş və yaşamışdır. Füzulinin ulu babaları Əmir 
  
  


 
107 
 
 
Kitabın müəllifi dr. Adil əl-Fəlah Şeyxüslam Allahşükür Paşazadə həzrətləri ilə. 
 
 
Teymurun yürüşləri zamanı Azərbaycandan  İraqa göçürülənlər olmuşlar. Klassik Şərq 
ədəbiyyatına dərindən bələd olan Füzuli ömrünün 40 ilindən çoxunu bədii və elmi 
yaradıcılığa həsr etmişdir. 
 
Keçən əsrin 30-cu illərində kommunist-ateist təbliğatına boyun əyməyən böyük Hüseyn 
Cavid Sibirə sürgün edilmişdi. Onun qəbri Heydər  Əliyevin təşəbbüsü ilə  hələ sovetlərin 
qaynar ideoloji təbliğatı zamanı Sibirdən doğma Naxçıvana köçürüldü. Cavidin bir sıra 
əsərləri, o cümlədən "Şeyx Sənan" və  "Peyğəmbər" adlı  mənzum dramları  məhz  İslam 
ruhunda yazılmışdır. 
 
Azərbaycanın şair və ədiblərinin əsərlərində İslam əqli-mənəvi dəyərləri daha çox irfan 
təmayüllü  şairlərdə geniş  təmsil olunub. Nizami, Füzuli, Şah İsmayıl Xətai, Saib Təbrizi, 
Əbülqasım Nəbatinin şeirlərində haqq sevgisi, ilahi məhəbbət tərənnüm edilib. 
      
 Azərbaycan memarlarının yaratdığı məscid və başqa dini komplekslər, ziyarətgahlar və 
pirlər, kitab sənətçilərinin yaratdığı gözəl xətt nümunələri,  əlyazma kitabı  səhifələrindəki 
bəzək-naxışlar, hətta cildlərin tərtibatı İslam ruhunun bədii-estetik təcəssümüdür. 
Heydər Əliyev Azərbaycanın elm, ədəbiyyat və sənət tarixində xüsusi yer tutan, elmi-
fəlsəfi və bədii-estetik dünya görüşünün ruhuna hopan İslam mənəvi dəyərlərini çox yüksək 
qiymətləndirirdi. O, Azərbaycan klassiklərinin yubileylərinin keçirilməsini və  əsərlərinin 
çapını dövlət nəzarətində saxlayırdı. 
Ən başlıcası isə, Azərbaycan rəhbəri Azərbaycan klassiklərinin əsərlərində 
  


 
108 
ifadə edilən yüksək qayələrin, ümumbəşəri idealların təbliğ olunmasını, 108 həmin zəngin 
əxlaqi-mənəvi dəyərlər xəzinəsindən müasir tarixi dönəmdə istifadə edilməsini istəyirdi. O, 
dəfələrlə Azərbaycan mədəniyyətinin  İslam dəyərləri ilə  zənginləşdiyini önə  çəkərək 
bununla fəxr etdiyini bildirmiş, müasir dövrün mədəni quruculuğunda və sənət əsərlərində 
tarixi keçmişin  İslam yaddaşını yaşatmağın, yeni sənət nümunələri ilə  zənginləşdirməyin 
zəruriliyini vurğulamışdır. Heydər Əliyev haqqında mədəniyyət xadimlərinin xatirələri bu 
cəhətdən mənalı faktlarla zəngindir. Ulu rəhbər yaxşı bilirdi ki, xalqın milli-mənəvi kökləri 
mədəniyyətin əsas yolları olan elm, ədəbiyyat və incəsənət kimi sahələrdən daha dərindən 
qaynaqlanır. Ona görə də Azərbaycanın Ümummilli Lideri ölkənin müasir inkişaf yolunda 
və yeni dünyaya qovuşmasında öz milli-mənəvi simasını saxlamasını ən önəmli şərt hesab 
edirdi. Bu işdə isə  İslam dəyərlərini  ən güclü amil kimi dəyərləndirirdi. Heydər  Əliyev 
cənablarına görə, VII əsrdən başlayaraq Azərbaycan xalqının mədəniyyətinin təşəkkül və 
təkamül prosesi böyük İslam sivilizasiya məkanında baş vermiş, bu mədəniyyət həmin 
nəhəng sivilizasiyanın tərkib hissəsi kimi mövcud olmuşdur. Azərbaycan milli 
mədəniyyətini ümumislam və ümumbəşəri sivilizasiyadan təcrid olunmuş şəkildə təsəvvür 
etmək olmaz

 
 
 


 
109 
 
 

Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə