Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 0,74 Mb.

səhifə4/24
tarix01.07.2018
ölçüsü0,74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 
13 
  
  
 
 
qüdrətli  əllərində tutmuş, Azərbaycanı parçalanma, vətəndaş müharibəsi kimi dəhşətli 
bəlalardan qurtarmış, xalqını xaosdan, hərcmərclikdən xilas edərək təminatlı sabitliyə, 
iqtisadi yüksəlişə qovuşdurmuşdur. Bütün bunlar isə siyasi liderin müdrikliyini, onun öz 
xalqı, torpağı ilə bağlılığını təsdiq edən ən ali ölçülərdir. 
 
Mən Azərbaycan haqqında düşünərkən, burada elə  səciyyəvi xüsusiyyətlər müşahidə 
etmşəm ki, bu xüsusiyyətlər onu qonşu dövlətlərdən, bütün islam aləmindən fərqləndirir. 
Həm də Azərbaycana hər yeni səfərim ümumi təəssüratımı daha da möhkəmləndirmişdir. 
Həmin səciyyəvi xüsusiyyətlərdən ən mühümü aşağıdakılardır: 
 
-Dini tolerantlıq: bu ölkədə bütün dini konfessiyaların nümayəndələri qarşılıqlı 
anlaşma və dinc şəraitdə yaşayır və fəaliyyət göstərirlər: onlara münasibətdə hər hansı bir 
ayrı-seçkilik müşahidə edilmir. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal 
etmişdir, dinc insanları qətlə yetirmişdir, adamları öz yurd-yuvalarından didərgin salmışdır, 
ancaq bütün bunlara baxmayaraq, indi də Azərbaycanda 35 mindən artıq erməni hər hansı 
bir təzyiqə  və  təcavüzə  məruz qalmadan rahat yaşayır. Təkcə, bu faktın özü Azərbaycan 
ölkəsinin, Azərbaycan xalqının sivil-mədəni səviyyəsini göstərən ən tutarlı misaldır. 
 
-Məzhəb tolerantlığı: Azərbaycanda müxtəlif məzhəblər var, ancaq bu məzhəblər 
arasında toqquşma halları yoxdur. Halbuki, təəssüflə  də olsa, etiraf etməliyəm ki, islam 
dünyası  məzhəb ixtilafı, təriqət çəkişmələrindən çox əziyyət. çəkir. Azərbaycanda isə 
müasir dövlətin yaradıcısı Heydər Əliyevin dərin zəkası 
  
  


 
14 
 
və  qətiyyətliliyi, eləcə  də, dini liderlərin təcrübəliliyi həmin bəlanın qarşısına möhkəm, 
keçilməz sədd çəkmişdir. 
-Yüksək asayiş: Siyasi sabitliyin bərqərar olduğu bu ölkədə insan özünü başqa ölkələrə 
nisbətən daha rahat və təhlükəsiz hiss edir. Məlumdur ki, Azərbaycan xalqı qonaqpərvərliyi 
ilə seçilir. Ölkədəki asayiş isə, xalqın qonaqpərvərlik hissləri, qonağa hədsiz hörmət və 
ehtiramı ilə birləşərək gözəl ünsiyyət ab-havası yaradır. Yeri gəlmişkən, deyim ki, bu 
xüsusiyyət  ərəblərin adət-ənənələrinə  də tamamilə uyğundur. Yəqin buna görə  də, bizim 
üçün Azərbaycan xalqı arasında çoxlu dost-tanış əldə etmək elə bir çətinlik yaratmır. 
-Davranış, ünsiyyət mədəniyyəti: Azərbaycanı  gəzib-dolaşarkən, azərbaycanlılarla 
söhbət edərkən bu xalqın nəcib rəftarından mütəəssir olmamaq mümkün deyil. Azərbaycan 
tərəqqi etmiş ölkədir, Azərbaycan xalqı  mədəni xalqdır.  İntellekt yüksəkliyi, eləcə  də, 
texniki tərəqqiyə cəhd, abadlığa meyil hər şeydə, hər yerdə özünü göstərir. 
-Hədsiz dözümlülük: Azərbaycan xalqı  hər cür çətinliyə dözməyi, məhrumiyyətlərə 
sinə  gərməyi və  təmkinlə davranmağı bacaran müdrik xalqdır. Sülhpərvərlik bu xalqın 
təbiətindədir. Dünyanı çalxalayan ixtilaf və  çəkişmələrdən uzaq durmaq, inam, etimad 
doğuran münasibətlər yaratmaq bu xalqı səciyyələndirən maraqlı məziyyətdir. Azərbaycan 
həm Şərq, həm də Qərb ölkələri ilə sıx əlaqələr yaradır. Bu ölkə İslam dünyasının, İslam 
Konfransı  Təşkilatının fəal üzvüdür, eyni zamanda, Avropa Şurasına qəbul edilmişdir. 
Azərbaycanın əlverişli 


 
15 
 
 
coğrafi mövqeyi də ona Şərq və Qərb mədəniyyətinin nailiyyətlərini özündə qovuşdurmağa 
imkan yaradır. Görürük ki, Şərq və  Qərb sivilizasiyalarının dialoquna, qarşılıqlı 
inteqrasiyasına iki qitənin tən ortasında yerləşən bu ölkədə geniş imkanlar yaradılır. Bu 
qlobal strateji istiqamətin səmərəli bəhrəsini ölkənin siyasi mənzərəsindən tutmuş 
mədəniyyətinə, xalqın yaşayış tərzinəcən bütün sahələrdə müşahidə etmək mümkündür. 
 
Heç  şübhəsiz, bütün bu dini, mədəni-psixoloji, sosial-siyasi təmayülləri  şərtləndirən, 
tarixən zəruri edən amillər çoxdur. Lakin xalqın və ölkənin başçısı Heydər Əliyevin müdrik 
fəaliyyətində parlaq təcəssümünü tapan dövlət təşkilatçılığı və siyasi iradə amilinin başlıca 
rolunu və əhəmiyyətini, əlbəttə, ayrıca qeyd etməliyik. 
 
Həqiqətən, Azərbaycanda dövlət quruculuğunun mahir memarı Heydər  Əliyev 
olmuşdur və bu gün Azərbaycan onun müəyyənləşdirdiyi istiqamət üzrə inkişaf edir. 
 
Nəhayət, bir təəssüratımı da bölüşdürmək istəyirəm. Qafqazın bu gözəl, bərəkətli diyarı 
ilə çoxillik təmaslarım zamanı belə bir qənaətə  gəlmişəm ki, bu ölkə, həqiqətən, mənim 
vətənim Küveytə  bənzəyir və sanki, onunla əkizdir. Hər iki ölkənin  ərazisi kiçik, təbii 
sərvətləri isə zəngindir. Allah onların hər ikisinə neft kimi böyük sərvət, dəniz kimi misilsiz 
gözəllik bəxş etmişdir. Hər iki ölkə işğalçılıq təcavüzünə məruz qalmış, vətəndaşları doğma 
torpaqdan qovulmaq əzabı ilə üzləşmişdir, ancaq bütün bu məhrumiyyətlərə,  əziyyətlərə 
baxmayaraq, hər iki xalq qonaqpərvər, əliaçıq və səxavətlidir. Buna görə də, Azərbaycanın 
mənim ürəyimdə xüsusi yeri vardır. Mən bu ölkənin daha artıq tərəqqi etmə 
  


 
16 
  
sini, çiçəklənməsini arzu edirəm, istəyirəm ki, bu xalq vətəninin bütövlüyünü təmin etsin, 
həmişə əmin-amanlıq içərisində yaşasın. 
 
Azərbaycanı  mənə sevdirən, həm də Heydər  Əliyev olmuşdur. Mən müxtəlif 
konfranslarda zati-aliləri Prezident Heydər  Əliyevi müşahidə etmişəm, onun müdrik 
çıxışlarını dinləmişəm, verdiyi göstəriş  və  təlimatları yüksək qiymətləndirmişəm, bunları 
gələcək nəsillər üçün də bir mayak, məşəl hesab etmişəm. Elə bu kitabın yaranması ideyası 
da həmin hisslərdən, həmin düşüncələrdən doğmuşdur. Heydər  Əliyev kimi böyük və 
mürəkkəb həyat yolu keçmiş bir siyasi xadimin öz dininə bağlılığını qoruyub saxlaması, 
dini hisslərinin qabarıqlığı onun şəxsiyyətində məni ən çox cəlb edən məziyyətlərindəndir. 
Lakin bunun ən böyük dəyəri ondadır ki, həmin keyfiyyət onun dövlət başçısı kimi 
fəaliyyətinin də mühüm tərkib hissəsinə çevrilmişdir. O, Azərbaycanın İslam dininə, islami 
dəyərlərə qayıdışını düzgün istiqamətləndirmiş, ölkəsinin və xalqının İslam sivilizasiyasına 
mənsubluğunu qorumağın vacibliyini qətiyyətlə ifadə etmişdir. Zəmanəmizin  ən təcrübəli 
dövlət xadimlərindən birinin bu istiqamətdəki hərtərəfli düşünülmüş  və olduqca həssas 
fəaliyyəti sayəsində elə bir məktəbin, təcrübənin  əsası qoyulmuşdur ki, biz ona uyğun 
çalışmaqla bu müdrik siyasi vəsiyyəti qorumalı  və yaşatmalıyıq. Bu kitab həmin istəyin 
həyata keçirilməsi istiqamətində göstərilən səylərdən biridir. İstərdik ki, Heydər  Əliyev 
məktəbi və təcrübəsi bütünlükdə İslam aləmi üçün də bir nümunə olsun. 
 
İyirminci yüzillikdə dünyada iki fövqəl dövlətlərdən biri olan Sovet İttifaqının 
təhlükəsizlik orqanlarında və hakimiyyət sistemində yüksək məqam tutan  
  
 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə