Microsoft Word Az?rb. Adil abdulla ?L. doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix01.07.2018
ölçüsü2,7 Mb.
#53040
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 
34 
                  
deyilir:                                                                                                           
 
"Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) batil sözləri ilə söndürmək istəyirlər. 
Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər". 
 
Azərbaycan lideri 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən başqa bir toplantıda, "İslam 
sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransdakı çıxışında öz konkret müşahidələri və qənaətləri 
əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşı yönəlmiş siyasətinin görünən və görünməyən 
tərəflərindən söhbət açır, bir daha həmin mübarizənin məğlubiyyətlə                   
nəticələnməsinin qanunauyğunluğuna diqqəti cəlb edir, bu məğlubiyyəti dini hisslərin xalqın 
həyatına,mənəviyyatına atdığı  rişələrin  güclü və dərin  olması ilə izah edir: 
 
“Sovetlər  İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində  din  yasaq,                   
qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq, 
dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir. Biz bu dövrü yaşamışıq 
və indi, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda 
dinin, o cümlədən İslam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk etmiş oluruq". 
 
Heydər Əliyev yaxın keçmişin tarixi təcrübəsinin obyektiv mənzərəsini rəsm edir, buna görə də 
onun təhlil və qiymətləri sərrast və inandırıcı  səslənir. Ümumiyyətlə, bu mühakimələr fakta 
əsaslanması və məntiqi ardıcıllığı ilə seçilir. 


 
35 
  
Daha sonra Heydər Əliyev deyir: 
 
"Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il 
yox, 170 il də hökm sürmüş olsaydı, insanları  İslam dinindən ayırmaq mümkün 
olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik 
olduğunu sübut edir". 
 
Beləcə, Heydər Əliyev münasib saydığı bütün məqamlardakı çıxışlarında islam dininin 
qüdrət və gücünü, yenilməzliyini dilə  gətirir və  təsdiqləyir. Heydər  Əliyev  İran  İslam 
Respublikasının Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşündə demişdir: 
 
"Xalqımızı 70 il ərzində İslam dinindən ayırmağa çalışıblar. Bilirsiniz ki, biz Sovetlər 
İttifaqının tərkibində ateist tərbiyəsi, təbliğatı altında yaşamışıq. Ancaq buna baxmayaraq, 
xalqımız öz dinindən heç vaxt ayrılmayıbdır, onu qəlbində, ürəyində saxlayıb və imkan 
olan kimi hər şey açılıbdır. Bu da dinimizin - İslam dininin nə qədər qüdrətə, gücə malik 
olduğunu bir daha göstərir". 
Heydər  Əliyev burada dini psixologiyanın mühüm bir məqamına toxunur, belə ki, 
insanın Allahla ünsiyyəti onun qəlbində yaranır. Qəlb Allah ilə  bəndə arasında ünsiyyət 
yeridir. Qurana görə Allah insanın qəlbində olanları bilir ("əl-Maidə" surəsi, 7) Allah imanı 
qəlbdə yerləşdirir və  qəlbi inamla zinətləndirir ("əl-Hücurat surəsi", 7) İslamda mömin 
bəndələrin qəlbi Allahın evi sayılır. 
Sovetlər dövründə Kommunist Partiyası  və siyasi hakimiyyətdə yüksək vəzifə tutan 
şəxslər dindar ola bilməzdilər. Bu gerçəkliyi yada salan Azərbaycan 
  


 
36 
 
 
 
rəhbəri onu da qeyd edir ki, o, heç vaxt Allahını unutmamış, Onu, etiqadını öz qəlbində 
daim yaşatmış və qoruyub saxlamışdır. 
 
Heydər Əliyev Naxçıvanda tikilən məscidin açılışında söylədiyi geniş nitqində bu incə 
məsələyə toxunaraq bildirirdi ki, o, Sovetlər İttifaqında yüksək vəzifə tutmuşdu və bu sayaq 
vəzifəli şəxslər dindən uzaq olmalı idilər. Kommunist Partiyasında və siyasi hakimiyyətdə 
yüksək yer tutmasına baxmayaraq, Allah daim onun qəlbində olmuş, amma şəraitə görə 
bunu büruzə verə bilməmişdir. Bütün bunlar şəxsiyyətin daxilində iztirablar doğururdu. 
Azərbaycan rəhbəri tarixi həqiqəti etiraf etməklə, həm də  həmin mənəvi-pisixoloji 
yaşantıları hiss etdirirdi. Bu yolla İslama qarşı aparılan qərəzli təbliğatın cəmiyyətə 
vurduğu mənəvi ziyana diqqəti yönəldirdi. Bu baxımdan onun 9-11 dekabr 1998-ci ildə 
Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransda söylədiyi 
fikirlər olduqca maraqlıdır: 
 
"Sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı güclü 
təbliğat nəticəsində dinin, bizim üçün isə, ələlxüsus, islam dininin bu qədər zəngin mənəvi 
dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu 
anlaya bilmirdik. Mən bunu etiraf edirəm". 
 
Azərbaycan rəhbərinin dedikləri bir neçə mühüm məsələni dövrün tarixi həqiqətləri 
səviyyəsində açıqlayır və ümumiləşdirir: birincisi, sovet ideoloji siyasi sistemi 
müsəlmanları öz dinindən, dinin zəngin mənəvi dəyərlərindən,  
  


 
37 
 
  
 
islam maarifindən uzaq saxlayırdı, çünki bu dəyərlərin gücünü bildiyinə görə yəqin edirdi 
ki, cəmiyyətdə sovet ideologiyasının təsiri azalır, İslama meyil rəsmi ideologiyanı üstələyir. 
Heydər  Əliyev təsdiq edir ki, bizi bu dəyərlərdən qəsdən uzaqlaşdırırdılar. Başqa bir 
tərəfdən, bolşeviklər dinə və xüsisilə, islama qarşı mübarizədə həm ideoloji-siyasi təbliğat 
vasitələrindən istifadə etməklə gerçək dini maarifin qarşısını alır və islam dəyərlərini təhrif 
edir, həm də zorakılıq yolu ilə dini təsisatları  və  məscidləri, müqəddəs ziyarət yerlərini 
məhv edir, onların yerinə anbar və bu tipli binalar tikirdilər. Hətta məscid və ziyarətgahları 
partladıb darmadağın etməkdən belə  çəkinmirdilər. Bunda məqsəd isə dini atributları 
ictimaiyyətin və xüsusilə yeni nəslin  şüurundan silmək olub. Azərbaycanın  əksər 
bölgələrində məscidlər, minarələr sökülmüş, ümumi bina isə təsərrüfat işləri üçün istifadə 
edilmişdir. Yeni nəsil bunlardan xəbərsiz idi. Digər bir tərəfdən ruhanilər və dini şəxslər 
təqib edilirdi, hətta dindən uzaqlaşanlara allahsızlıq kitabçası kimi vəsiqə verilirdi. Təkcə 
Quran və islam maarifinə aid dini kitablar deyil, ərəb  əlifbası ilə yazılmış çoxlu elmi, 
fəlsəfi, mühüm əhəmiyyət kəsb edən tarixi və  ədəbi sərvətlər də  məhv edilirdi. Əslində 
xalqın tarixi yaddaşının üstündən qələm çəkmək siyasəti yeridilirdi. 
 
Heydər  Əliyev çıxışlarında bu barədə acı  təəssüf hissi ilə dönə-dönə danışır. 
"Bibiheybət" məscidini 1994-cü ildə ziyarət edərkən bu müqəddəs ocağın necə vəhşiliklə 
dağıdılmasını yada salır. Burada yeni bir məscidin tikilməsi barədə qərar verir. Bu məscid 
kompleksi 1998-ci ilin may ayında tikilib başa çatdı  və Prezident həmin açılışda çıxış 
edərək bir daha göstərdi ki, nə fiziki 
  
     
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə