Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   2   3   4   5   6   7   8   9   ...   63

~ 6 ~
man onun o canlı xatirələrini dinlədikcə, mənim içimdə elə daxili 
bir fəxarət hissi yaranırdı, elə bil, elə mən özüm də bu adamları gör-
müşəm, hətta onlarla oturub-durmuşam. 
Şəhərdə yaşayan yerli ziyalılar, o cümlədən, ilk növbədə  də 
Firidun Şuşinski tez-tez İlyas Əfəndiyevlə, Fikrət Əmirovla görüş-
mək üçün, yığışıb bir yerdə hansı br bulaq başına (İsa bulağına, Sə-
kili bulağa, Daşaltma, Turşsuya...) getmək üçün «Yazıçılar Evi»nə 
gəlirdi və hərdən Xudadat bəylə söhbətlərin üstünə çıxırdı. 
İlyas Əfəndiyev: 
– Firudin, – deyirdi, – bunları yaz!..
Bilmirəm, Firudin Şuşinskinin arxivində bu barədə hansısa 
qeydlər var, ya yox? 
O da heç vaxt yadımdan çıxmayacaq yeniyetməlik xatirələ-
rimdən biridir ki, Cek London o zaman mənim ən çox sevdiyim ya-
zıçılardan biri yox, birincisi idi və bir dəfə İlyas Əfəndiyevlə söhbət 
zamanı Xudadat bəy «Martin İden»i xarıladığı üçün, bu ötəri xatır-
lama mənə elə təsir etdi ki, Şuşa kitabxanasına gedib (yay aylarında 
oranın daimi oxucusu idim), «Martin İden»i götürdüm və üçüncü, 
ya dördüncü dəfə təzədən oxumağa başladım. Bu gün isə, Xudadat 
bəy Əzizbəyovun tərtib etdiyi «Azərbaycanca-rusca lüğət» – bizim 
ən yaxşı lüğətlərimizdən biri! – nəşr olunduğu 1965-ci ildən etbarən 
mənim yazı mizimin üstündəki lüğətlərin arasındadır. 
Rəşad Nəsirovun kiçik oçerk həsr etdiyi yalnız bir Şuşa ziyalı-
sı – Xudadat bəy Əzizbəyov – oxucu kimi mənim daxilimdə, elə bil, 
həmişəlik bir keçmişdə qalmış işıqlı xatirələr oyatdı və o xatirələri 
bu günə gətirdi. 
Mən şübhə etmirəm ki, Rəşadın kitabı mətbuat tarixçiliyimizi 
zənginləşdirdiyi kimi, bir çox xatirələrin də, həm də adi yox, dedi-
yim kimi, işıqlı xatirələrin də mənbəyi olacaq. 
Və o xatirələrin daimi işıqlı məkanı da Şuşadır. 
Elçin, 
Xalq yazıçısı  
21 fevral 2018 


~ 7 ~
“Şuşa Azərbaycanın demək olar ki, böyük bir tarixi abidəsi, 
eyni zamanda əgər bunu şeirlə desək, incisidir” – Heydər Əliyev 
GİRİŞ 
Azərbaycanın  əzəli torpağı olan Qarabağ, onun dilbər guşəsi 
sayılan Şuşa şəhəri hər zaman öz tarixi mədəniyyəti ilə öndə olub. 
Möhtərəm prezident İlham  Əliyevin qeyd etdiyi kimi, "Şuşa 
Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir... Təbii gö-
zəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər 
şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimi-
zi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siya-
si və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zən-
gin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın hə-
yatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu 
Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çə-
mənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər gör-
kəmli  şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan 
muğamının beşiyi olaraq tanınır" 
Cəsarətlə deyə bilərik ki, Azərbaycan xalqının görkəmli oğlu, 
böyük dövlət xadimi, misilsiz maarifçi-pedaqoq, publisist Ə.Haq-
verdiyev, onun dövlətçilik və elmi, ədəbi irsinə müxtəlif dövrlərdə 
bəslənilmiş münasibətin necə təkamülə uğradığını, doğma Azərbay-
canın qurucularından biri kimi onun tarixi xidmətlərinin obyektiv 
elmi mövqedən işıqlandırılması baxımından bu əsərə olduqca ciddi 
materiallar daxil edilmişdir. 
Müəllifin böyük aхtarışlar və zəhmət sayəsində yazıb oхucuya 
təqdim etdiyi "Azərbaycan Milli mətbuatının inkişafında  şuşalı zi-


~ 8 ~
yalıların rolu" kitabı şuşalı ziyalıların talelərindən bəhs edən dəyərli 
araşdırmalar toplusudur. 
Kitabın üstün cəhətlərindən biri də oradakı şuşalı publisistlə-
rin həyat fəaliyyətini zənginləşdirən faktların çoxluğudur. 
Kitabın ruhundan sezilən belə bir cəhət də maraqlıdır ki, müəl-
lif Şuşa ziyalılarını məhəllələşdirməmiş, orada yaşanan hadisələri və 
şəxsiyyətlərin fəaliyyətini ümumazərbaycan kontekstində təhlilə cəlb 
etmişdir. 


~ 9 ~
 
I FƏSİL 
 
ŞUŞA MƏDƏNİ MÜHİTİ 
 
 
Qarabağ xanlığı dönəmində  mədəniy-
yət daha çox İbrahimxəlil xan Pənahəli xan 
oğlu Sarıcalı-Cavanşirin (1763-1806) haki-
miyyəti çağında inkişaf etmişdi. İbrahimxəlil 
xan abadlıq işləri ilə məşğul olur, digər mən-
təqənin xanları ilə münasibətini genişləndirir, 
ədəbiyyat və mədəniyyət xadimlərini ruhlan-
dırmağa çalışırdı. Hər tərəfdən  şairləri, sənət 
adamları  və uzaqgörən siyasətçiləri sarayına 
dəvət edirdi. Necə ki, «Məftun» təxəllüslü 
Əbdürrəzzaq bəy Dünbülü yazır: «Bir neçə 
səhər və axşam Qarabağ valisi İbrahimxəlil xanın yaxşı söhbətlərin-
dən şadiman oldum». O sonra yazır: «Qarabağda hakimiyyətdə oldu-
ğu müddətdə o əsrin şair və fazillərindən olan, «qəza məhkəməsində 
geniş imkanlı  fəqih, ağıl və  zəkanın vəsfində  həqiqəti söyləməkdə 
yüksəkdə dayanan, kəlamları  nəsihət və  vəz'də (çıxışında) kədərli 
ürəklərə  şəfa bəxş edən, fazillərin padşahı, fəzilət dünyası qiymətli 
gövhərinin altında qalan» Molla Rza Səfai Təbrizi Qarabağa gəlir və 
ondan xahiş edir ki, onu İbrahimxəlil xana tanıtsın. Qarabağ xanı 
Aran (Qarabağ) yaylağında idi. Dünbili Mövlananın xahişini nəzərə 
alıb orada bir məktub yazır. İbrahimxəlil xan Şuşa qalasına qayıtdıq-
dan sonra göstəriş verir ki, Mövlananı çox böyük ehtiram və təzimlə 
qarşılasınlar...» 
İbrahimxəlil xan zamanında Azərbaycanın ədəbiyyat və sənəti 
inkişaf edib yeniləşdi.  Şeir, nəsr, musiqi, nəqqaşlıq, xəttatlıq, me-
marlıq sahələrində qiymətli  əsərlər yarandı.  Şifahi xalq ədəbiyyatı 
öz sürətli inkişaf axarına düşdü. Görkəmli aşıqlar meydana çıxdı ki, 
sonralar digər aşıqların ustadı  və ilhamvericisi oldular. Bu illərdə 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə