Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

~ 77 ~
Zəkəriyyə  bəy Aslanov xeyriyyəçi bir adam idi. Maarifçi-
demokratik səciyyəli «Dəbistan» jurnalı maddi çətinliklə üzləşdikdə 
onun nəşrini davam etdirmək üçün hər cür köməklik göstərənlər 
arasında Z. Aslanov da vardı. 
Zəkəriyyə bəy Aslanov həvəskar aktyor idi. Müəllim işlədiyi dö-
nəmdə Azərbaycan dramaturgiyasının qayğıkeş  təbliğatçılarından bi-
rinə çevrilmişdi. O, Ağdam Zemstvo məktəbində çalışarkən müəllim 
yoldaşları ilə  Şuşa  şəhər məktəbinin kasıb  şagirdlərinin nəfinə  təşkil 
etdikləri teatr tamaşalarından 152 manat 40 qəpik əldə etmişdilər. 
O, «Dağılan tifaq», «Nadanlıq», «Nadir şah», «Müsibəti- Fəx-
rəddin», «Şavə» pyeslərinin tamaşaya qoyulmasında yaxından işti-
rak etmişdi. Obyektiv səbəblər teatra nə qədər mane olurdusa da, Z. 
Aslanovun və onnun həmfikirlərini Azərbaycan teatrını inkişaf et-
dirmək səyini qıra bilmirdi. Zəkəriyyə bəy Aslanov, Süleyman Sani 
Axundov, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov,  Əbdürrəhim 
bəy Haqverdiyev, Mirzə Muxtar Məmmədov, Həbib bəy Mahmud-
bəyov, Sultan Məcid Qənizadə, Əbdürrəhim Rzayev, Mirzə Ələkbər 
Axundov, Zərgər Arslan, Muxtar Hüseynov, Hənifə Əliyev, Nəcəf-
qulu bəy Vəliyev, Əbdüləli bəy Əmircanov, Bədəl bəy Bədəlbəyov, 
Ismayıl Nağıyev, Məhəmmədəli bəy Səlimbəyov,  Əliskəndər 
Cəfərov, Mixaylova, Əbdüləli bəy Vəlibəyov, Bakıxanov, Hüseyn 
Minasazov, Mirmahmud Kazımovski,  Əlicabbar Ismayılov, Sadıq 
bəy Zahidbəyov, Murad Muradov, Kuşner, Trotskaya, Stepanov, 
Əbülfət Vəliyev (Vəli),  Əşrəf Cəbrayılbəyov, Ibadov, Iskəndərbəy 
Məlikov, Dərya bəy Aslanov, Məlik bəy Tahirbəyov, Rəsul bəy 
Tahirbəyov, Zal Həsənov, Hacıağa, Əlibəyov, Rəsul Xasayev və b. 
o dövrdə Azərbaycan teatrında həvəskar aktyor kimi müxtəlif rollar-
da çıxış edən ziyalılar idi. N. Nərmanov yazılarında Z.Aslanovun 
aktyorluq istedadına yüksək qiymət vermişdi. 
Zəkəriyyə bəy Səfərəli bəy Vəlibəyovla dostluq edirdi. 
Zəkəriyyə  bəy 4 fevral 1917-ci ildə Bakıda vəfat edib.Vəfat 
etdikdən sonra məzar daşının üstündə dostu Abdulla Şaiqin bu şeiri 
yazılıb: 
 
 


~ 78 ~
«Cismin gömüldü qəbrə, ruhun uçar səmada, 
Şəfəqlərə qarışdı o, aləmi-ziyada, 
Çox çalışdın, yoruldun, çəkdin min dürlü zillət
Uyu, zəhmət mələyi, et indi istirahət». 
Bahəddin bəy Köçərli
Milli mətbutımızın həvəskarlıqdan peşəkarlığa keçid mərhələ-
lərində dəyərli xidmətləri olan şəxslərdən biri Bahəddin bəy Abbas 
bəy oğlu Köçərli 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailə-
də Bəhiş deyildiyindən bu adla tanındı. İbtidai təhsilini molla yanın-
da almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Sonra, on 
yaşında türk-rus (rus-tatar) məktəbində  təhsil almışdı. Fars və rus 
dillərini mükəmməl öyrənmişdi. Sonra Zaqafqaziya (Qori) Müəl-
limlər sеminariyasına daxil olmuşdu. Seminariyanı bitirəndən sonra 
Yelizavetpol (Gəncə) quberniya idarəsinin təhsil şöbəsində imtahan 
verib müəllimlik  şəhadətnaməsi almışdı. Gorus qəsəbəsində müəl-
lim işləmişdi. 
Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər 
tutaraq, xalqın maarifləndirilməsi işinə çox az qayğı göstərirdi. 
Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi.Xalq məktəb-
ləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki “sağal-
maz yaranı“ xatırladırdı.Çar hökuməti bununla barışmağa məcbur 
idi və eyni zamanda məktəbləri məhdud çərçivədə saxlamaqdan 
ötrü müxtəlif tədbirlər həyata keçirirdi. Xalq maarifinin daşıyıcıları 
olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və tə-
qiblərə  məruz qalırdılar. Bahəddin bəy Köçərli çar xəfiyyələrinin 
siyahısında idi. O, gəcə-gündüz izlənilirdi. 


~ 79 ~
İsmayıl bəy Şəfibəyov
 
İsmayıl bəy Məşədi Məmməd bəy oğlu 1859-cu ildə  Şuşa 
şəhərində dünyaya təşrif gətirmişdi. Şuşa rеal məktəbini bitirmişdi. 
1880-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər sеminariyasına daxil 
olmuşdu. 1884-cü ildə rus dilindən yekun imtahanında “qeyri-kafi” 
aldığı üçün birinci əsas sinifdə iki il oxumuşdu. Rus dilindən 
proqram materiallarını  zəif mənimsədiyi üçün əvvəlcə sinifdə 
saxlanılmış, 1 iyun 1885-ci ildə isə seminariyadan xaric olunması 
barədə qərar çıxarılmışdı. (Zaqafqaziya (Qori) seminariyası pedaqo-
ji şurasının protokolları. Gürcüstan Xalq Maarifi Muzeyi, ZMS fon-
du, Q-224, vərəq 23.). Yalnız A.O.Çernyayevskinin xahişindən son-
ra “pedaqoji təcrübə prosesində rus dilindən sınaq dərslərinin saat-
ları artırılmaq şərti ilə” (yenə orda, vərəq 37) o, məşğələlərə davam 
etmək imkanı qazana bilmişdi. 
İsmayıl bəy Şəfibəyov kursda qalandan sonra Cəlil Məmməd-
quluzadə ilə bir yerdə oxumuşdu. Mirzə Cəlillə dostluq еdirdi. Onu 
Xurşidbanu bəyim Natəvan və Əbdürrəhim bəy Haqverdiyevlə tanış 
etmişdi. 
İsmayıl bəy Şəfibəyov 1887-ci ildə seminariyanı başa çatdır-
mışdı.  Şuşa qəzasının Gülablı  kəndində  və  İrəvan kişi gimnaziya-
sında nümunəvi pedaqoji xidmət göstərmişdi. (İ.Şəfəbəyovun fəa-
liyyətinə dair formulyar siyahı. Ermənistan MDTA, fond 19, siyahı 
2, Q-14-56, vərəq 1-12.) 
İsmayıl bəy Şuşa şəhərində teatrın yaranmasında və inkişafın-
da fəal iştirak etmişdi. 1876-cı ildən M.F.Axundovun əsərlərindən 
ibarət tamaşalar verildiyi bəllidir.  Şuşada qabaqcıl ziyalılardan bir 
sıra komediya və vodevillərin müəllifi Nəcəf bəy Vəzirov, Bədəl 
bəy Bədəlbəyli,  Əbdüləli bəy Vəlibəyov, Firudin bəy Köçərli, 
H.Sarıcalinski, Muxtar bəy Muradov, İsmayıl bəy  Şəfibəyov, 
məşhur xanəndə Cabbar Qaryağdıoğlunun və başqalarının fəaliyyəti 
özəlliklə qeyd olunmalıdır. 
İsmayıl bəy Şəfibəyov 1918-ci ildə vəfat edib. 
 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə