Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   2   3   4   5   6   7   8   9   ...   63

~ 10 ~
Şuşa elm və  ədəbiyyat mərkəzinə çevrildi və Azərbaycanın böyük 
şəhərlərindən hesab olundu. 
Cavanşir elinin ədəbiyyata nə  qədər önəm verməsi haqqında 
Molla Pənah Vaqif yazırdı: 
Qarabağ içrə bir şair kəlimullah Musadır, 
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır. 
Qələm qədrin əsayi-əjdahapeykərcə bilməkdə 
Bəni-İsrailə ali-Cavanşir yəni həmtadır… 
Şuşa  şəhəri Azərbaycanın tarixi yaşayış  məntəqəsi olmaqla 
bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır. 
Şuşada bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, 
həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər 
ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttat-
lıq sənətmnə yiyələnməkdir. Buna görə  də o dövrdə  şair və  xəttat 
kimi şöhrət qazanmaq olduqca çətin idi. Bu çətinlik xüsusilə xəttat-
lıqda özünü göstərirdi. Ölkədə xeyli kitabxana və emalatxanalar 
vardı ki, burada da yüksək səviyyəli peşəkar xəttatlar kitabların üzü-
nü köçürür, qəbir daşları, ziyarətgahlar və mülki binalar üçün yazı 
qəlibləri hazırlayırdılar. 
Şuşada xəttatlar,  əsasən, xanlığın kitabxanasında və  mədrəsə-
lərdə  işləyirdilər. Bütün bunlar bir daha sübut edlr ki, XIX yüzil 
Azərbaycan yeni mədəni inkisaf yoluna düşsə də, klassik ənənələr üs-
lubuna daha çox meyl edir, klassik sənət nümunələrinin tərtibi, qo-
runması ilə məşğul olur, XIX yüzilə xas olan abidə və kitabələri, qiy-
mətli sənət,  əlyazma nümunələrinin gələcək nəslə çatdırılması üçün 
xüsusi yollar axtarırdılar. 
Məlumdur ki, XIX yüzildə Şuşada saysız-hesabsız yaradıcılıq 
məclisləri fəaliyyət göstərirdi. Arxiv qovluqlarında akademiyanın 
ayrı-ayrı institutlarının Heydər Hüseynovun adına ünvanlanmış ara-
yışları da toplanılmışdır. Bu cəhətdən XX əsrin 30-cu illərində Ta-
rix və Ədəbiyyat İnstitutlarının elmi əməkdaşlarının "Qarabağ eks-
pedisiyası haqqında hesabat"ı bu gün də mahiyyətini itirməmişdir. 


~ 11 ~
Heydər Hüseynovun təqdir etdiyi hesabatın bəzi məqamları ilə tanış 
olaq: "May ayının 27-dən iyun ayıın 14-nə kimi Şuşa, Ağdam və 
Bərdədə ekspedisiya keçirdik. Ekspedisiyada məqsəd Qarabağda 
olan sənət və tarixi abidələrlə tanış olmaq, burda yetişmiş böyük 
dövlət xadimlərinin, incəsənət adamlarının, alim və  şairlərin həyat 
və yaradıcılığını öyrənmək idi. Ekspedisiya zamanı tapşırılan vəzi-
fələri yerinə yetirməklə aşağıdakıları müəyyən etdik: 
I. Şuşa şəhərində xeyli tarixi sənət abidələri, dövlət xadimlərinin, 
şairlərin və sənətkarların evləri vardır. Bu abidələr içərisində Xurşid-
banu bəyim Natəvanın, İbrahim xanın qızı Gövhər ağanın, Nəvvabın, 
Zakirin, Bakinin, Fatma xanım Kəminənin, şahzadə Bəhmən mirzənin, 
Məmməd bəyin, Uğurlu bəyin və s. mötəbər  şəxslərin evləri, tarixi 
əhəmiyyəti olan məscidlər, hamamlar, bulaqlar, ədəbi məclis binaları, 
sallaqxanalar və s. var. Bu abidələrin əksəriyyəti Şuşanın XIX yüzildə 
yaşamış ən bacarıqlı memarı Kərbəlayi Səfixan tərəfindən tikilmiş və 
nəqqaş Kərbəlayi Səfərəli tərəfindən nəqşlənmişdir. 
Bundan başqa, Ağdamda Pənahəli xanın imarəti, gümbəzlər 
və məqbərələr; Bərdədə isə tarixi əhəmiyyətə malik İmamzadə, 642 
illik tarixə malik türbə, gümbəzlər, Qaraqoyunlu qəbiləsinə aid 
məqbərələri müəyyən etdik. 
II. XIX yüzildə Şuşada 38 nəfər xanəndə, 12 nəfər nüsxəbənd, 
19 nəfər xəttat, 16 nəfər nəqqaş, 18 nəfər memar, 5 nəfər astronom, 
16 nəfər həkim, 42 nəfər müəllim və s. olmuşdur. 
III. XIX yüzildə Şuşada aşağıdakı məclislər fəaliyyət göstər-
mişdir: 
1. “Məclisi-Fəramuşan” adlı  şairlər məclisi. Rəhbəri Mir 
Möhsün ağa Nəvvab olmuşdur. 
2. “Məclisi-üns”. Rəhbəri Mirzə Rəhim Fəna olmuşdur. 
3. Musiqişünaslar məclisi. Rəhbəri Hacı Hüsü və  Nəvvab 
olmuşdur. 
4. Xanəndələr məclisi. Rəhbəri Hacı Hüsü olmuşdur. 
5. Nüsxəbəndlər məclisi. Rəhbəri Kərbəlayi Səfixan olmuşdur. 
6. Xəttatlar məclisi. Rəhbəri Kərbəlayi Səfixan olmuşdur. 
7. Nəqqaşlar məclisi. Rəhbəri Kərbəlayi Səfərəli olmuşdur. 


~ 12 ~
8. Memarlar məclisi. Rəhbəri Kərbəlayi Səfixan olmuşdur.
IV. Ekspedisiya göstərdi ki, Şuşada olan qədər qüvvətli me-
mar, xanəndə  və musiqişünaslar Azərbaycanın heç bir yerində ol-
mamışdır. Bu vaxta kimi onların həyat və yaradıcılığı ilə maraqla-
nan da olmamışdır. Sadıqcan və Papuş bəy kimi tarçılar, Kərbəlayi 
Səfixan kimi memar və xəttatlar, Hacı Hüsü, Qasım, Mirzə Muxtar 
kimi xanəndələr şifahi xalq yaradıcılığına keçmişdir. Xalq içərisin-
də onların haqqında bir sıra əfsanələr yaranmışdır. 
V.  Şairlərin, nüsxəbəndlərin, müəllimlərin və s. həyatını öy-
rənməyə çalışdıq. Lakin vaxt az olduğundan ancaq bir neçəsi ilə ki-
fayətlənməli olduq. Bunların içərisində Nəvvab, Natəvan, Kəminə, 
Gövhər ağa və  İbrahimxəlil xan var. Nəvvab həm  şair, həm astro-
nom, həm nəqqaş, həm xəttat, həm musiqişünas, həm kimyagər, 
həm gipnoz, həm xarrat, həm dülgər və həm də riyaziyyatçı olmuş-
dur. Bu adam Şuşanın mədəniyyəti və maarifinin inkişafı üçün son 
dərəcə çox çalışmışdır. Biz Nəvvabın bütün düzəltdiyi alətləri və 
əsərlərini toplayıb özü yaşadığı evə yığdıq və üç nəfərdən ibarət ko-
missiya yaradıb Nəvvab muzeyinin təntənəli açılışına hazırlığı onla-
ra tapşırdıq. 
Xurşidbanu bəyim Natəvanın haqqında bir sıra xatirələr topla-
dıq. Deyildiyinə görə, Şuşada onun əsərləri əlyazma şəklində var. 
Gövhər ağanın həyatını öyrəndik. Bu qadın son dərəcə mədəni 
və maarifpərvər bir ağa olmuşdur. Onun vəqfnaməsini əldə etdik. 
VI. Qəbiristanda, gümbəzlərdə, bulaqlarda və binalarda olan
tarixi kitabələr üzərində işlədik. Bəzi məşhur şəxslərin qəbir daşları 
və gümbəzləri üzərindən nümunələr götürdük. Natəvanın, Zakirin, 
şahzadə  Bəhmən mirzənin və  Pənahəli xan kimi məşhur  şəxslərin 
qəbirlərini müəyyən etdik. 
VII. Şuşa qəbiristanlığında imperatorun xüsusi qvardiya ordu-
su general-mayoru Rzaqulu mirzə və onun oğlu Rüknəddin mirzə-
nin qəbri var. Bu iki qəbirin daşı üzərində olan kitabələri götürdük. 
Qəbir daşları üzərində yazılar tamamilə şeirlə yazılmışdır. 
VIII. Qarabağda tarixi əhəmiyyətə malik abidələr, memarlıq
və  nəqqaşlıq sənətinin nümunələrini  əks etdirən gözəl nəqşli evlər 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə