Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   2   3   4   5   6   7   8   9   ...   63

~ 19 ~
AZƏRBAYCAN MƏTBUATININ  
İNKİŞAF TARİXİ 
Ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, daha 
doğrusu, Ulu öndər Heydər  Əliyevin ikinci dəfə siyasi hakimiyyətə 
qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə 
alınıb. Təbii ki, bu inkişafdan ölkə  mətbuatına da pay düşüb.  Əsası 
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham 
Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da 
özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. 
İnsan oğlu ətrafında baş verənləri şüurlu şəkildə dərk etməyə 
başladığı ilk andan etibarən onda yazmaq və oxumaq (təbii ki, ilk 
vaxtlarda danışmaq-red.) həvəsi baş qaldırıb. İbtidai insanlar vəhşi 
təbiətdə gördüklərini daşlar üzərinə  cızaraq ilk rəsmlərini,  əslində 
isə yazılarını yaradıblar. Bu yaradıcılıq bir tərəfdən insanların ətraf-
dakılara marağı ilə bağlı olsa da, digər tərəfdən də gördüklərini han-
sısa bir formada başqalarına da göstərmək həvəsindən irəli gəlib. 
Yəni, əgər belə demək mümkünsə onlar bununla bir növ malik ol-
duqları informasiyanı  ətrafdakılara çatdırıblar. Hansı ki, müasir 
dünyada bu missiyanı  qəzetlər və informasiya agentlikləri, həmçi-
nin, internet portalları həyata keçirir. 
İbtidai insanlar tərəfindən əsası qoyulan informasiya çatdırmaq 
prosesi bizim eradan əvvəl II əsrin ortalarında ilk qəzetin yaranması 
ilə növbəti mərhələyə  qədəm qoyub. Yəni, həmin dövrdə Roma 
küçələrində  səyyar satıcılar “Acta populi diurna” (“Xalqın gündəlik 
həyatı”) adlı  qəzeti reklam ediblər. Həmin qəzetdə öz əksini tapan 
xəbərlər qeyri-rəsmi məlumatlardan ibarət olub. Lakin Yuli Sezarın 
dövründə buna son qoyulub və onun göstərişi ilə Senatın iclaslarının 
hesabatları, sərkərdələrin göndərdiyi məlumatlar, qonşu dövlətlərin 
səfirləri barədə xəbərlər vərəqələrdə yerləşdirilməyə başlanıb. 
Qəzetlərin indiki formatı isə XVI əsrdə formalaşıb. Həmin 
vaxtdan qəzet sözü də dəbə düşüb. Bu ad ona kiçik İtaliya şirkətinin 
adından keçib. 


~ 20 ~
Qonşu Rusiyada isə ilk qəzet “Kurantı” adlanıb və onun günü-
müzə qədər saxlanmış ən qədim nüsxəsi 1621-ci ilə aiddir. İlk çap 
qəzeti isə birinci Pyotrın vaxtında, 1702-ci ildə Rusiyada satışa 
çıxarılıb və “Vedemosti” adlanıb. 
Azərbaycana gəlincə, ölkəmizdə qəzetçiliyin tarixi o qədər də 
qədimlərə söykənmir. Daha doğrusu, 1875-ci il iyulun 22-də “Əkin-
çi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycanda ilk mətbu orqanın 
əsası qoyulub. Məhz buna görə də, hazırda 22 iyul tarixi Azərbay-
canda Milli Mətbuat Günü kimi qeyd edilir. Lakin 22 iyul tarixinin 
Azərbaycanda mətbuat  əhlinin bayram gününə çevrilməsinə  səbəb 
olan “Əkinçi” qəzetinin işıq üzü görməsi heç də asan olmayıb. 
Daha doğrusu, tarixi materiallardan da bəlli olduğu kimi XIX 
əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli 
mətbuatımızın yaranmasını zəruri edib. Bu zərurəti dərk edən gör-
kəmli maarifçi Həsən bəy Zərdabi uzun mübarizədən sonra çar üsul-
idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində “Əkinçi” qəze-
tinin çap edilməsi üçün icazə alıb. Bu qəzetin çıxması bütün Qaf-
qazda geniş  əks-səda doğurub. Qəzetin nəşri üçün Həsən bəy Zər-
dabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olub və nə-
hayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qu-
bernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail olub. Yu-
xarıda da qeyd etdiyimiz kimi, “Əkinçi”nin nəşrilə  həm də milli 
mətbuatımızın əsası qoyulub. 
Məlumatlara  əsasən, “Əkinçi” qəzetində Moskvadan Nəcəf 
bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani 
və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflis-
dən Mirzə Fətəli Axundovun məqalə və digər yazıları dərc olunub. 
Məhz bu kimi müəlliflərin köməyi ilə “Əkinçi”nin səhifələrində elm 
və texnika, kənd təsərrüfatı, mədəniyyət sahələrindəki yeniliklərə 
geniş yer verilib. 
İlk vaxtlar qəzetin bütün redaksiya heyəti bir adamdan ibarət 
olub. Belə ki, Həsən bəy Zərdabi həm naşir, redaktor, həm də kor-
rektor və mürəttib olub. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdır-
maq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək 


~ 21 ~
məqsədi ilə  “Əkinçi” misilsiz iş görüb. Ümumilikdə, 56 sayı  işıq 
üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və bu mət-
bu orqanda “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Elmi xə-
bərlər”, “Təzə  xəbərlər” rubrikaları altında müxtəlif mövzularda 
yazılan məqalələr dərc olunub. 
Məlumatlara əsasən, qəzetə maraq oyatmaq məqsədilə Həsən 
bəy Zərdabi “Əkinçi”ni geniş kütlələr arasında pulsuz yaymalı olub. 
Eyni zamanda, bu cəfakeş insan dövrünün görkəmli ziyalılarını qə-
zet ətrafında toplaya bilib. Əksər mütəxəssislərin də qeyd etdikləri 
kimi, Həsən bəy Zərdabi ilk gündən “Əkinçi” vasitəsilə ən başlıca 
vəzifəsini-xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd 
qoyub. Qəzetdə kəndli həyatına, kəndli təsərrüfatına, əkinçilik mə-
dəniyyətinə, suvarma işlərinə,  əmək alətlərinə dair məqalələr nəşr 
etməklə böyük ədib kənd təsərrüfatında geriliyi aradan qaldırmağa 
çalışıb. Eyni zamanda, ayrı-ayrı məqalələrdə xalqımızın mədəni hə-
yatına dair materiallar da dərc edilib. Ən başlıcası isə  Həsən bəy 
Zərdabi məhz “Əkinçi”nin səhifələrində milli oyanışın xüsusiyyət-
lərini, milli birliyi yaratmaq məsələsini qoyub. 
Həsən bəy Zərdabi Mirzə  Fətəli Axundova göndərdiyi mək-
tubda məqsədini belə izah edib: “Bəlkə, sizi belə bir şey düşündürür 
ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox 
sağ ol” belə eşitməyə ümidiniz olmadan bu barədə zəhmət çəkirsi-
niz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa 
məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu 
sual ortaya gəlməməlidir. Xalqın, həm də geridə qalmış avam xal-
qın, sənin və  mənim qardaşımın maariflənməsi işinə özünü həsr 
edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını 
öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”. 
Zərdabinin ideyaları  hər addımda irticanın sərt qayaları ilə 
toqquşub. “Əkinçi” çar hakim dairələrinin müqavimətini qırmalı 
olub, yerli irticaçılarla mübarizəyə girib, onları tutarlı mühakimələr-
lə susdurub. Məlumatlarda qeyd olunur ki, həmin dövrdə əməli iş-
lər, maddi-texniki qaydalar daha çox olub. Buna görə  də, “Əkin-
çi”nin hökumət mətbəəsində  nəşri prosesində ortaya müxtəlif süni 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə