Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə63/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   55   56   57   58   59   60   61   62   63

~ 203 ~
Məhərrəm Əlizadə
 
Məhərrəm Fərəc oğlu  Əlizadə 1909-cu ildə  Şuşada anadan 
olmuşdur.  İlk təhsilini  Şuşa  şəhər birdərəcəli məktəbində almış, 
1923-1927 illərdə  Şuşa pedaqoji məktəbində oxumuşdur. (Kamran 
Məmmədov. Məhərrəm  Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və 
sevinc. Bakı, 1962) O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-
cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. (Kamran 
Məmmədov. Məhərrəm  Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və 
sevinc. Bakı, 1962) 
Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pe-
daqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) 
Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının 
aspiranturasında saxlanılmışdır. (Kamran Məmmədov. Məhərrəm 
Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962) 
O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji 
İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) ədəbiy-
yat metodikası fənnindən dərs demişdir. (Kamran Məmmədov. Məhər-
rəm Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962) 
Məhərrəm  Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul 
olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı 
iki kitabı işıq üzü görmüşdür. (Kamran Məmmədov. Məhərrəm Əli-
zadə (1909-1942).(M.Əlizadə.Kədər və sevinc. Bakı, 1962) 
"Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər 
Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələ-
rin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, 
müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir. 
(Kamran Məmmədov. Məhərrəm Əlizadə (1909-1942). (M.Əlizadə. 
Kədər və sevinc. Bakı, 1962) 
Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin son-
larında çapdan çıxmış "Qonaq" kitabını görə bilmədi. (Kamran 
Məmmədov. Məhərrəm  Əlizadə (1909-1942).(M.Əlizadə.Kədər və 
sevinc. Bakı, 1962) 


~ 204 ~
Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə  nəşr olunan 
"Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil 
edilmişdir. 
Məhərrəm  Əlizadə 1942-ci ildə  vəfat etmişdir. (Kamran 
Məmmədov. Məhərrəm Əlizadə (1909-1942). (M.Əlizadə.Kədər və 
sevinc. Bakı, 1962) 
Teymur Elçin
Teymur Süleyman oğlu  Əliyev 
1924-cü ilin yazında  Şuşa  şəhərində ana-
dan olub. Yeddi yaşında ikən Bakıya kö-
çüblər. 132 saylı Bakı şəhər orta məktəbi-
ni bitirdikdən sonra Azərbaycan Dövlət 
Universitetinin filologiya fakültəsində 
təhsil alıb. Oxuduğu illərdə həm də Radio 
Komitəsində ştatdankənar müxbir, diktor, 
məsul redaktor vəzifələrində çalışıb. Hələ 
tələbə ikən  İkinci Dünya müharibəsinin 
başlanması  gənc Teymurun həyat tərzini 
dəyişib. Müharibə illərində müxtəlif səngərlərdə Teymur kursant, 
kiçik komandir kimi döyüş yolu keçib. Müharibə  qələbə ilə başa 
çatdıqdan sonra vətənə dönən Teymur müxtəlif vəzifələrdə çalışıb. 
Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında  ədəbi işçi 
(1941), Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş 
redaksiyasında  ştatdankənar müxbir (1941-1942), diktor, redaktor, 
məsul redaktor (1942-1943), İkinci Dünya müharibəsi dövründə 
Zaqafqaziya cəbhəsində kursant, kiçik komandir, alay komsomol 
təşkilatçısı, Zaqafqaziya cəbhəsi siyasi heyətinin hazırlıq və yenidən 
hazırlıq kurslarının müdavimi (1943-1945) olmuşdur. Ordu sırala-
rından tərxis ediləndən sonra APİ-nin komsomol komitəsinin katibi 
(1945-1946), Azərbaycan LKGİ Bakı  şəhər komitəsinin birinci 
katibi (VI, 1946 – IV, 1948), Azərbaycan LKGİ MK təbliğat və təş-
viqat  şöbəsi müdirinin müavini (1948-1949), Azərbaycan LKGİ 


~ 205 ~
Bakı komitəsinin katibi (U, 1949 – IV, 1950), Azərnəşrin siyasi-
ictimai ədəbiyyat şöbəsinin müdiri (1950-1952), Azərbaycan Nazir-
lər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini 
(1952-1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, 
katibliyin müdiri (1953-1955), Azərbaycan KP MK elm və  mədə-
niyyət  şöbəsinin təbliğat və  təşviqat  şöbəsi müdirinin müavini 
(1955-1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsi-
nin (sonra Dövlət komitəsi) sədri (1957-1964), Azərbaycan KP MK 
təbliğat və təşviqat şöbəsinin müdiri (1964-1975), Azərbaycan mə-
dəniyyət nazirinin müavini (1975-1988) vəzifələrində  işləmişdir. 
Azərbaycan KP MK ümumi şöbəsinin müdiri (1988-1990), Azər-
baycan LKGİ MK və Bakı komitəsinin üzvü, Bakı şəhəri rayon par-
tiya komitəsinin büro üzvü seçilmişdir. Azərbaycan KP XXI, XXU 
qurultaylarında Azərbaycan KP Təftiş Komissiyasının üzvü, Azər-
baycan KP MK üzvlüyünə namizəd, XXIV, XXV, XXVI, XXVU, 
XXVUI qurultaylarında isə Azərbaycan KP MK üzvü, Azərbaycan 
Ali Sovetinin V, VI, VU, VUI çağırış deputatı seçilmişdir. Sovet 
İttifaqı  rəsmi nümayəndə heyətinin tərkibində Albaniya (1957), 
Bolqarıstan (1962), Macarıstan (1966), Polşa (1973) ölkələrində ol-
muşdur.  İspaniyada, Avstriyada, Türkiyədə keçirilən Beynəlxalq 
folklor festivallarında Azərbaycan kollektivlərinə  rəhbərlik etmiş-
dir. Ədəbi fəaliyyətə kiçik yaşlarından başlamış, ilk şeirlərini mək-
təb  şənliklərində oxumuşdur. Onun ilk mətbu  əsəri Bakı  Mərkəzi 
Pionerlər Evinin 1938-ci ildə  nəşr etdiyi "Şeirlər məcmuəsi"ndə 
dərc olunan "Azərbaycan"  şeiridir. Bundan sonra məktəb illərində 
onun dövri mətbuatda ("Kommunist", "Yeni yol" və "Azərbaycan 
pioneri" qəzetlərində) dərc edilən yazılan "Teymur Əlizadə" imzası 
ilə  çıxmışdır. Onun bir sıra siyasi, lirik, əmək və  uşaq  şeirlərinə 
mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M.Qorki adına 
Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983). Əsərlə-
ri keçmiş SSRİ, həmçinin xarici ölkə xalqlarının dillərində çap 
olunmuşdur. Bədii tərcüməyə də xüsusi diqqət yetirir. Xidmətlərinə 
görə "Qırmızı Əmək Bayrağı ordeni" (1971), "Şərəf nişanı" ordeni 
(1979), yeddi medal və üç dəfə Azərbaycan Ali Soveti Rəyasət 


~ 206 ~
Heyətinin Fəxri fərmanı ilə, həmçinin ÜİLKGİ MK və Azərbaycan 
LKGİ MK Fəxri fərmanları ilə təltif edilmişdir. 
Teymur Elçinin jurnalistlik fəaliyyəti zəngin və  əngindir. 
Ötən  əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri 
Komitəsinin sədri təyin edilib. Onu bu vəzifədə görənlər, bir yerdə 
çalışanlar söyləyirlər ki, teleradio komitəsinə rəhbərlik etdiyi dövr-
lərdə həmişə dilimizin saflığı keşiyində dayanan bir şəxsiyyət olub. 
Xüsusilə də gənclərə məsləhət görürdü ki, kortəbii ifadələrdən, xari-
ci sözlərdən qaçmağa çalışsınlar. Xatırlayırlar ki, o vaxt qaboy, 
klarnet, ney kimi nəfəslə çalınan musiqi alətlərinə adətən "nəfəsli 
alətlər" deyirdilər. Məhz Teymur müəllimin müdaxiləsi ilə bu söz 
"nəfəs alətləri" kimi əvəz edildi. O, hər kəsə başa salmağa çalışırdı 
ki, bu alətlərin özlərinin nəfəsi yoxdur. Onları dilləndirən insan 
nəfəsidir. Azərbaycan dilinin orfoepiyasına  əməl etməyən efirə 
buraxılmazdı. 
Teymur Elçin elə bir iş üslubu yaratmışdı ki, verilişlərə ca-
vabdeh olanlar hər cümləyə, sözə nəzarət edirdilər. Çünki sədrin qı-
nağına gəlməkdən çəkinirdilər. Bu gün Azərbaycan teleməkanında 
baş verənləri nəzərdən keçirəndə  həqiqətən bir təəssüf hissi adamı 
bürüyür. Ləhcələr, jarqon və latayır ifadələr baş alıb getməkdədir. 
Bəzi özəl kanallara baxanda sanki ekran qarşısında deyil, küçədə, 
hansısa bir dava-dalaşın, qalmaqalın, qeybətin içindəsən. Vaxtilə 
Teymur Elçin tərəfindən yaradılmış ənənələrin bu gün də tətbiqinə 
böyük ehtiyac var. 
Ədəbi fəaliyyətə  hələ orta məktəb illərindən başlayan  şair 
uzun illər o dövrün mətbuatında "Teymur Əlizadə" imzası ilə çıxış 
etmişdir. Əsasən də uşaqlar üçün yazmağı sevən Teymur Elçinin ilk 
bədii əsəri 1938-ci ildə çap edilmiş "Azərbaycan" şeiridir. Sağlığın-
da 15-ə yaxın şeir kitabı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ-nin 
müttəfiq respublikalarında çap edilmişdi. Şair tərcümə ilə də məşğul 
olurdu. N.Zabila, İ.V.Turgenev, S.Marşak, A.Tudoraş, K.Çukovski, 
P.Voronko, T.Xovman, Ş.Rəşidov, N.Zəkəriyyə  və başqalarının 
əsərləri Azərbaycan oxucularına məhz Teymur Elçinin tərcüməsin-
də çatdırılıb. Onun bir sıra şeirlərinə mahnılar da bəstələnib. Mən-


~ 207 ~
zum pyesləri Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.  Ədəbi 
xidməti dövlət tərəfindən dəfələrlə təltiflərlə ("Qırmızı Əmək Bay-
rağı", "Şərəf nişanı" ordenləri, 7 medal və müxtəlif fəxri fərmanlar) 
qiymətləndirilib. Dövlət mükafatı laureatı idi. 1975-ci ildən 1988-ci 
ilədək Azərbaycan mədəniyyət nazirinin müavini işləyib. Milli mə-
dəniyyətimizin daha da çiçəklənməsində Teymur Elçinin də əməyi 
danılmazdır. 
Bütün bunlarla bərabər, Teymur Elçin ən məhsuldar uşaq şair-
lərindən biri idi. XIX əsrin ikinci yarısından təşəkkül tapan uşaq ədə-
biyyatının sistemli şəkildə inkişafında S.Ə.Şirvani, F.Köçərli, 
M.Ə.Sabir, A.Səhhət, S.S.Axundov, A.Şaiq, S.Vurğun, M.Seyidzadə, 
Ə.Cəmil, M.Dilbazi, X.Əlibəyli və onlarca başqaları özlərinə məxsus 
fədakarlıq göstəriblər. Bu şairlərin əksəriyyətinin əsərləri bir tərbiyə 
ocağı olub, maarifləndirmək missiyasını  şərəflə yerinə yetirib. 
Nəsillər Abdulla Şaiqin, Sabirin, Səhhətin, eləcə də Teymur Elçinin 
şeirlərini sevə-sevə oxuyaraq, əzbərləyərək həm özləri öyrəniblər, 
həm də sonralar övladlarına, nəvələrinə öyrədiblər. Onun çoxlu sayda 
çapdan çıxmış kitablarının sadəcə adlarına fikir versək, şairin məqsəd 
və məramı dərhal bəlli olar. "Qar qız", "Bip-bip", "Qulaq asın, danı-
şım", "Qızılduz, Yaşar və Nur nənə", "Din-dan", "Bahar, adlar, uşaq-
lar", "Sözlər, nəğmələr, nağıllar, laylalar", "Laylalar", "Şəkərim, du-
zum", "Xoruzbani gedirəm", "Torağayın nəğməsi", "Toğrul babanın 
nağıl ağacı", "Balaca Aytən", "Mənim kiçik ulduzlarım", "Oğul Bu-
ğac", "Babalar, nənələr, nəvələr" və başqaları. Teymur Elçin uşaq 
ədəbiyyatının zənginləşməsində çox böyük xidmətə malikdir. Onun 
şeirlərində dilimizin şəhdi-şirəsi duyulur. Misralar bir-birləri ilə elə 
ünsiyyət bağlayırlar ki, uşaqlar onu əzbərləməkdə, daha doğrusu, 
yadda saxlamaqda çətinlik çəkmirlər. Söz sözə bağlanaraq bir-birinin 
ardıcıllığına, yaddaşda iz salmasına kömək edir. 
Ədəbi fəaliyyətə erkən yaşlarından başlayan Teymur Elçin 
şeirlərinin dili sadə, qafiyələri musiqili olduğundan bu şeirlər yad-
daşlarda əbədi həkk olunub. Şeirlərinə yazılmış mahnılarının isə bu 
gün də  uşaqlar tərəfindən sevilərək oxunması  şairin unudulmama-


~ 208 ~
sından xəbər verir. Şair öz yaradıcılığında arxaik sözlərə belə yeni 
nəfəs, yeni can vermişdir. 
Şairin kitablarındakı şeir və poemaların əksəriyyəti kiçikyaşlı 
oxucular üçün nəzərdə tutulmuşdur. Bu isə şairin istedadı ilə yanaşı, 
uşaq aləmini daha dərindən bilməsindən xəbər verir. Onun qələmə 
aldığı şeirlər və poemaların sözlərindəki məna çaları bir növ uşaqla-
ra müxtəlif tərbiyəvi fikirlər aşılamaq, ibrətamiz həyat hadisələrini 
dərk etmək üçün gözəl vasitədir desək yanılmarıq. 
O həmçinin respublikamızda uşaqlar üçün yazılmış  ən gözəl 
mahnıların sözlərinin də müəllifi olmuşdur. F. Əmirov, O. Zülfüqa-
rov, A.Rzayeva və başqa bəstəkarların şairin sözlərinə yazdığı mah-
nıları dillər  əzbəridir. Onun uşaqlar üşün yazdığı “Qar Qız” pyesi 
1983-cü ildə M.Qorki adına Gənc tamaşaçılar teatrında tamaşaya 
qoyulmuşdur. 
Teymur Elçin 14 mart, 1992-ci ildə  vəfat etmişdir. Hazırda 
Bakının küçələrindən biri şairin adını daşıyır. 


~ 209 ~
MÜNDƏRİCAT 
ÖN SÖZ
 
İŞIQLI XATİRƏLƏR MƏNBƏYİ
 ............................................................ 3 
GİRİŞ
 .................................................................................................. 7 
I FƏSİL
 
ŞUŞA MƏDƏNİ MÜHİTİ
 ...................................................................... 9 
AZƏRBAYCAN MƏTBUATININ İNKİŞAF TARİXİ .................................... 19
II FƏSİL
 
ŞUŞALI ZİYALILARIN MİLLİ MƏTBUATIN
 ........................................ 34 
İNKİŞAFINDA ROLU
 ......................................................................... 34 
III FƏSİL
 
ŞUŞALI ZİYALILAR
 ........................................................................... 44 
Mir Möhsün Nəvvab ........................................................................................... 44
Məhəmmədəli bəy Məxfi .................................................................................. 45
Həsən bəy Hadi .................................................................................................... 48
Mustafa bəy Behbudov ..................................................................................... 52
Həsənəli bəy Sarıcalinski ................................................................................. 55
Zeynal bəy Yeganbəyov .................................................................................... 56
Həsənəli ağa Qarabağlı ..................................................................................... 58
Nəcəf bəy Vəzirov ............................................................................................... 64
Əbdülkərim bəy Mehmandarov .................................................................... 67
Əbdüləli bəy Muxtarov ..................................................................................... 68
Səfərəli bəy Vəlibəyov ....................................................................................... 70


~ 210 ~
Baxşəli bəy Məhərrəmbəyov .......................................................................... 72
Mirzə Ağamirzəyev ............................................................................................. 73
Yusif bəy Məlikhaqnəzərov ............................................................................. 73
Mirzə Aslan Əmirov ........................................................................................... 76
Zəkəriyyə bəy Aslanov ...................................................................................... 76
Bahəddin bəy Köçərli ........................................................................................ 78
İsmayıl bəy Şəfibəyov ........................................................................................ 79
Həşim bəy Nərimanbəyov ............................................................................... 80
Mirzə Salah bəy Zöhrabbəyov........................................................................ 81
Fərəc bəy Sultanov ............................................................................................. 82
Camal bəy Fətəlibəyov ...................................................................................... 83
Qasım bəy Qasımov ............................................................................................ 85
Əbdüləli bəy Vəlibəyov ..................................................................................... 85
Firidun bəy Köçərli ............................................................................................. 86
Muxtar bəy Muradоv ......................................................................................... 91
Əliş bəy Tahirov ................................................................................................... 93
Məmməd bəy Tahirov ....................................................................................... 93
Mirzə Hüseyn bəy Münşizadə ........................................................................ 94
Qənbər bəy Tahirov ........................................................................................... 97
Mirzə Cəlal Yusifzadə ........................................................................................ 98
Mirzə Şərif Mirzəyev ....................................................................................... 101
Mirzə Əli Mühərrir ........................................................................................... 102
Həsən bəy Bağırbəyov ................................................................................... 104
Mir Haşım bəy Vəzirov................................................................................... 105


~ 211 ~
Əhməd bəy Ağaoğlu ........................................................................................ 111
Xurşid xanım Vəzirova ................................................................................... 114
Əbdülkərim bəy Vəlibəyov ........................................................................... 115
Məhəmməd ağa Müctəhidzadə ................................................................... 116
İbrahim Tahir Musayev ................................................................................. 117
Əbdürəhim bəy Haqverdiyev ...................................................................... 118
Davud Ağamirzadə .......................................................................................... 119
Rəsul bəy Tahirov ............................................................................................ 120
Yəhya bəy Hacıbəyov ...................................................................................... 121
Süleyman Sani Axundov ................................................................................ 123
Bədəl bəy Bədəlbəyli ...................................................................................... 131
Salman bəy Əlibəyov ...................................................................................... 132
Hüseyn bəy Mirzəcamalov ........................................................................... 134
Fərhad Ağazadə ................................................................................................ 135
Zülfüqar bəy Hacıbəyov ................................................................................ 137
Abbas bəy İsmayılbəyov................................................................................ 141
Azad bәy Әmirov .............................................................................................. 142
Ağalar bəy Hacıbəyov ..................................................................................... 143
Üzeyir bəy Hacıbəyov ..................................................................................... 144
Həsən bəy Fətəlibəyov ................................................................................... 158
Yusif Vəzir Çəmənzəminli ............................................................................. 159
Cəlil bəy Bağdadbəyov ................................................................................... 160
Salman bəy Tahirov ........................................................................................ 165
Mirzə Xosrov Axundov ................................................................................... 167
Mir Həsən bəy Vəzirov ................................................................................... 170


~ 212 ~
Ceyhun bəy Hacıbəyli ..................................................................................... 170
Xudadat bəy Əzizbəyov ................................................................................. 175
Xəlil İbrahim ....................................................................................................... 177
Mirzə Həsən Əlizadə ....................................................................................... 178
Mirzə Yəhya Əliyev .......................................................................................... 178
Sürəyya xanım Vəlibəyova ........................................................................... 179
Zülfüqar Abdullayev ....................................................................................... 180
Qulamrza bəy Qasımbəyli ............................................................................. 181
Mir Fəttah Musəvi ............................................................................................ 182
Hilal Münşi .......................................................................................................... 185
Hüseyn Baykara ................................................................................................ 186
Cahangir Zeynaloğlu ....................................................................................... 192
Feyzulla Əliquluzadə ...................................................................................... 196
Əfrasiyab Bədəlbəyli ....................................................................................... 196
Məhərrəm Əlizadə ........................................................................................... 203
Teymur Elçin ...................................................................................................... 204




Rəşad Nəsirov 
Azərbaycan milli mətbuatının inkişafında  
Şuşalı ziyalıların rolu 
(1875-1935) 
Bakı – Mütərcim – 2018 


Kitab «Mütərcim» Nəşriyyat‐Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.
Çapa imzalanıb: 26.02.2018.
Format: 60x84 1/16. Qarnitur: Times.
Həcmi: 13,5 ç.v. Tiraj: 200. Sifariş № 56.
Qiyməti müqavilə ilə.
TƏRCÜMƏ
VƏ NƏŞRİYYAT‐POLİQRAFİYA MƏRKƏZİ
Az 1014, Bakı, Rəsul Rza küç., 125/139b
Tel./faks 596 21 44; (055) 715 63 99
e‐mail: mutarjim@mail.ru
www.mutercim.az

Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə