Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   2   3   4   5   6   7   8   9   10   ...   63

~ 22 ~
əngəllər çıxıb. Qəzetə xəbər yazan müxbirlər də kifayət qədər olma-
yıb. Sonralar Həsən bəy Zərdabi yazıb ki, “köməyimiz az olduğun-
dan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən 
də  bəziləri bizə vaxtlı-vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə 
rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq”. 
Müxtəlif dillərdə yazılmış məqalə və xəbərləri isə Həsən bəy 
Zərdabi özü Azərbaycan dilinə tərcümə edirdi. Şəkillərin verilməsi 
isə poliqrafik şərait olmadığından bu işi həyata keçirmək mümkün 
olmurdu. 
Yeri gəlmişkən, bəzi məlumatlara görə, Həsən bəy Zərdabi 
“Əkinçi” qəzetinin vəziyyəti barədə düzgün təsəvvür yaratmaq üçün 
Avropa mətbuatı, xüsusilə, Londonda çıxan “Tayms”la öz qəzetini 
müqayisə edib. Böyük ədib yazırdı: “Dünyada hər qəzeti beş, ya on 
adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən 
başqa kəslər olur. Amma bu işlərin hamısını  gərək mən özüm gö-
rüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülmə-
yin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti 
də basdırmağa (nəşr etməyə) adamı yoxdur”. 
Təsadüfi deyil ki, o zaman Bakıya gəlmiş bir fransız jurnalisti 
“Əkinçi”nin çap olunduğu  şəraiti gördükdə  Həsən bəy Zərdabiyə 
deyib: “Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir 
yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə 
heyrət edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox sevirsiniz!” 
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, “Əkinçi” qə-
zetinin mütərəqqi ideyaları çar müstəmləkəçilərini ciddi şəkildə nara-
hat edib. Məhz buna görə  də, 1877-1878-ci illərin Rusiya-Türkiyə 
müharibəsinin başlanması  ərəfəsində  “Əkinçi”nin vəziyyəti daha da 
ağırlaşıb. Bu zaman çar senzurası qəzetin siyasi xarakterli məsələlərə 
toxunmasını qadağan edib. Belə bir şəraitdə 1877-ci ilin sentyabrında 
qəzetin nəşrini dayandırmaq haqqında hökumət sərəncamı verilib. 
Lakin “Əkinçi” qəzeti çox tez bağlansa da, xalqımızın mədə-
niyyət salnaməsində böyük ad qoyub. Bu qəzetin Azərbaycan milli 
mətbuat tarixində açdığı yol, yaratdığı  ənənələr çox uğurlu, uzun-


~ 23 ~
ömürlü olub. “Əkinçi” qəzetinin nəşri ilə Azərbaycan milli mətbuat 
tarixinin əsası qoyulub. 
Digər tərəfdən Azərbaycan ədəbiyyatı və mətbuatının bütün qa-
baqcıl xadimləri, hətta “Əkinçi” bağlanandan 20-30 il sonra da onun 
əhəmiyyətini itirməyən maarifçi ideyalarına sahiblənməyə ciddi fikir 
veriblər. Bu da təsadüfi deyil. Mətbuat tariximizi dərindən araşdıran 
mütəxəssislərin sözləri ilə desək, “Əkinçi” zəhmətkeş xalqa təmənna-
sız və sədaqətlə xidmətin, ictimai və milli zülmə qarşı mübarizəsinin, 
doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan çalı-
şıb. “Əkinçi” dünya elminin nailiyyətlərini yaymağın, xüsusilə, demo-
kratik mətbuatı inkişaf etdirməyin ilhamvericisi, gözəl bir nümunəsi 
olub. Əksər mütəxəssislərin də qeyd etdikləri kimi bunun ən parlaq sü-
butu məşhur “Molla Nəsrəddin” jurnalının, onun əsas müəlliflərinin 
“Əkinçi” və əkinçilərlə möhkəm ideya varislik əlaqəsidir. 
Eyni zamanda, “Əkinçi” həmin vaxt çar Rusiyasının əsarəti al-
tında olan xalqımızın sabahını düşünən hər kəs üçün bir cəsarət nümu-
nəsi olub. Bundan başqa, Azərbaycanda qəzetçilik ənənəsinin əsası qo-
yulub. Çünki “Əkinçi” işıq üzü görən cəmi 56 sayı ilə bir inqilab edib. 
Elə bir inqilab ki, “Əkinçi”dən sonra hər bir azərbaycanlıda qəzetə, 
oxumağa, məlumatlanmağa həvəs yaranıb. Məhz ortada olan nümunə 
və xalqın qəzet istəyini əsas götürən ziyalılarımız “Əkinçi”dən sonra 
bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar. 
Bir sözlə, 1875-1877-ci illərdə “Əkinçi” qəzetinin fəaliyyət gös-
tərməsi haqlı olaraq xalqımızın tarixində mühüm ədəbi hadisə kimi 
qiymətləndirilir. XX əsrin əvvəllərində Azərbaycanda onlarla qəzet və 
jurnal nəşr edilib və Azərbaycanın çox görkəmli yazıçıları, alimləri, 
sənət adamları bu mətbuat orqanlarında fəal iştirak ediblər. “Əkinçi” 
və XX əsrin əvvəllərində nəşr olunan qəzetlərdəki yazılar, senzuranın 
ələyindən keçmələrinə baxmayaraq, demokratiya və söz azadlığı 
ideyalarını təbliğ ediblər. Məhz buna görə də, çəkinmədən demək olar 
ki, Azərbaycan milli mətbuatının bünövrəsi sayılan “Əkinçi” qəzeti 
Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. 


~ 24 ~
Zərdabi başda olmaqla dövrün ən yaxşı  ədəbi qüvvələri 
(N.Vəzirov, S.Ə.Şirvani,  Əhsənül-Qəvaid,  Əsgər ağa Adıgözəlov, 
Gorani və s.) «Əkinçi» qəzetinin ətrafına toplanmışdı. 
Qeyd etdiyimiz kimi, cəmi 56 sayı  işıq üzü görən “Əkinçi” 
həmin vaxt çar Rusiyasının əsarəti altında olan xalqımızın sabahını 
düşünən hər kəs üçün bir cəsarət nümunəsi olub. Bundan başqa, 
“Əkinçi” ilə Azərbaycanda qəzetçilik  ənənəsinin  əsası qoyulub. 
Çünki “Əkinçi” işıq üzü görən cəmi 56 sayı ilə bir inqilab edib. Elə 
bir inqilab ki, “Əkinçi”dən sonra hər bir azərbaycanlıda qəzetə, oxu-
mağa, məlumatlanmağa həvəs yaranıb. Məhz ortada olan nümunə 
və xalqın qəzet istəyini  əsas götürən ziyalılarımız isə  “Əkinçi”dən 
sonra bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar. 
Bu sırada ilk olaraq “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzeti gəlir. 
Tarixi materiallardan da bəlli olduğu kimi, “Əkinçi”nin nəşri 
dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qə-
zet, “Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə işıq üzü görən bu qə-
zet “Əkinçi”nin ideya və ənənələrini davam və inkişaf etdirib. Belə 
ki,  əgər “Əkinçi” qəzeti yeni tipli məktəblərin açılması  və onlara 
uyğun dərsliklərin yazılması, müəllim kadrların hazırlanması məsə-
ləsini qaldırırdısa, “Ziya” qəzetinin naşiri (sonralar həm də redakto-
ru) Səid Ünsizadə bu tipli bir məktəbi Şamaxıda 1875-ci ildə açıb. 
İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və  həcmi 4-8 
səhifə olan qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunub. 
1880-cı ilə qədər 76 nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-
dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başlayıb. 
Özü də bu qəzet mətbəə üsulu ilə çap olunub. Onun nəşri 1884-cü il 
iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104 nöm-
rəsi çıxıb. “Ziyayi-Qafqasiyyə” qəzeti daha geniş proqram üzrə nəşr 
olunub. Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer veri-
lib. Lakin sözügedən qəzet öz sələfi ilə müqayisədə irəliyə doğru elə 
bir ciddi addım ata bilməyib. 
1880-ci ildə Tiflisdə Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə 
tərəfindən “Kəşkül” adlı yeni qəzet nəşr olunmağa başlayıb. “Kəş-
kül” qəzetdən çox jurnala oxşayıb. Məlumatlara əsasən, C.Ünsizadə 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə