Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

~ 25 ~
təhsilli, Avropa və rus mədəniyyəti ilə tanış olan bir adam olub. 
“Kəşkül” öz ideya istiqamətinə görə  “Əkinçi”yə yaxın olub. Bu 
qəzetdə siyasət, ticarət, sənaye, sənətkarlıq və mədəniyyət məsələlə-
rinə toxunulub. Bəzi məlumatlara görə, Azərbaycan dilində nəşri ilə 
yanaşı, bir müddət bu qəzet ərəb və fars dillərində də çap edilib. 
1884-cü il yanvarın 1-dən “Kəşkül” həftəlik qəzetə çevrilib və 
1891-ci ilədək nəşr edilib. “Kəşkül”də publisistik məqalələr, dil, 
ədəbiyyat, incəsənət, ictimai-siyasi məsələlər üzrə yazılar, orijinal 
ədəbi parçalar, Avropa, Şərq və rus ədəbiyyatından tərcümələr çap 
olunub. Qəzet “Əkinçi”nin demokratik ənənələrini davam etdirərək, 
Şərq despotizmini, geriliyi, mədəni inkişaf yollarını göstərib. Eyni 
zamanda “Kəşkül” mütərəqqi Azərbaycan ziyalılarının köməyinə 
ümid bəsləyib, onlara arxalanıb. Qəzet yazırdı: “Yeni başlanmış hə-
yat, yeni köməyə və təlimata möhtacdır. Ümid edirik ki, bizimlə ya-
naşı, millətimiz yaradılmış bu vərəqin nəşrinə kömək edəcəklər”. 
Məlumatlara  əsasən, Rusiyanın mərkəzi  şəhərlərində, Qori 
Müəllimlər Seminariyasında və başqa yerlərdə  təhsil almış  gənclər 
“Kəşkül” qəzetinin mütərəqqi təşəbbüslərini müdafiə edərək, onun 
ətrafına toplaşıblar. “Kəşkül”ün başladığı hərəkatda Tiflisin rus ziyalı-
ları, tərəqqipərvər Tiflis müəllimləri də  iştirak ediblər. S.Ə.Şirvani, 
F.Köçərli, M.Şahtaxtlı, A.Qayıbov və başqaları  qəzetlə  fəal surətdə 
əməkdaşlıq ediblər. Qəzetin Bakı, Quba, Qarabağ və İrəvanda öz mü-
vəkkilləri olub. Onlar qəzetin oxucularla əlaqəsinin möhkəmləndiril-
məsində az rol oynamayıblar. Qəzet Cənubi Qafqaz, Rusiya, Avropa 
və Asiya xalqlarının mədəni irsinin təbliğ edilməsinə böyük diqqət ve-
rib. Onun səhifələrində A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və 
başqalarının yaradıcılığına geniş yer ayrılıb. Redaksiya inkişaf etmək-
də olan yeni demokratik ədəbiyyatın nümunələrinin çapına böyük diq-
qət yetirib. “Kəşkül” realist ədəbiyyatın əhəmiyyətini yüksəyə qaldırıb, 
köhnə mədrəsələrdə islahat keçirilməsinə, yeni məktəblərin, kitabxana 
və teatrların açılmasına, digər milli mədəniyyət ocaqlarının təsis edil-
məsinə tərəfdar çıxıb. Qəzet öz oxucularını həmçinin rus klassiklərinin 
əsərləri ilə tanış edib, Azərbaycan dilində rus ədəbiyyatından tərcümə-


~ 26 ~
lər çap edib. Qəzet klassiklərin təbliğində müəyyən rol oynayıb, 
Xəyyam, Sədi, Hafiz və başqalarının irsinə böyük əhəmiyyət verib. 
Tarixi materiallardan o da aydın olur ki, “Kəşkül”ün bu istiqa-
mətdəki addımlarını 1881-ci ilin yanvarından 1919-cu ilin martına 
qədər işıq üzü görən “Kaspi” qəzeti davam etdirib. Daha doğrusu, 
“Kəşkül”ün ideyaları “Kaspi” qəzetinin səhifələrində M.Şahtaxtlı, 
Ə.Ağayev və başqaları tərəfindən daha geniş təbliğ olunaraq, milli 
mənlik şüurumuzun formalaşmasında Azərbaycanın Avropaya, bü-
tövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı  əsaslar üzərində 
qurulmasına öz töhfəsini verib. 
XIX əsrin sonları XX əsrin əvvəllərinə doğru ölkədə siyasi dər-
nəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi 
fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi bir ab-hava 
daxil olmağa başlayıb. Bütün bunlar demokratiyanın, milli hüquqi 
azadlıqlar uğrunda mübarizənin getdikcə güclənməsinə səbəb olub. 
Ölkədə çap olunan rusdilli qəzetlər içərisində ən uzunömürlü 
olan “Kaspi”nin naşirliyini 1897-ci ildən etibarən Hacı Zeynalabdin 
Tağıyev öz üzərinə götürüb, elə həmin dövrdən qəzetin redaktorulu-
ğunu Əlimərdan bəy Topçubaşov, sonralar isə Əli bəy Hüseynzadə 
icra edib. 
Mətbuat tarixinin araşdırmaçılarının qeyd etdikləri kimi Məm-
mədağa  Şahtaxtlının 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, 
iqtisadi, elmi, ədəbi yönlü “Şərqi-rus” qəzeti XX əsrdə Azərbaycan 
dilində  çıxan ilk qəzet kimi tarixə yazılıb. Məmmədağa  Şahtaxtlı 
Qərbi Avropaya və  Mərkəzi Rusiya qəzet və jurnallarında səmərəli 
fəaliyyət göstərərək jurnalistikanın Qərb standartlarına da kifayət 
qədər bələd olub. Odur ki, o, “Əkinçi”  ənənələrinə sadiq qalaraq 
xalqın maariflənməsi, qadın azadlığı, fanatizmin tənqidi, cəmiyyətdə 
demokratik prinsiplərin formalaşması, yeni ədəbi normaların möh-
kəmlənərək geniş şəbəkəni əhatə etməsi və s. uğrunda əzmlə müba-
rizə aparıb. Məlumatlara  əsasən, M.Şahtaxtlı M.F.Axundovun ərəb 
əlifbasının islahı sahəsində başladığı  işi həm də dilçi bir alim kimi 
inkişaf etdirib özünün hazırladığı Məhəmmədağa xəttini “Şərqi-rus” 
vasitəsilə əməli şəkildə tətbiq edib. M.Şahtaxtlı jurnalistikanın demo-


~ 27 ~
kratik prinsiplərini də öz qəzetinin səhifələrində əməli şəkildə tətbiq 
edib, o, həm özünün əlifba layihəsi, həm də qəzetdə qaldırılan digər 
sosial-mədəni problemlər haqda “Şərqi-rus”un səhifələrində açıq 
polemik diskussiyalara meydan verib. 
Bu zaman özünün tənqidinə həsr edilən materialları çap etmək-
dən də qorxmayıb. “Şərqi-rus” azad və demokratik sözün, fikir, ideya 
və mövqelər mübarizəsinin meydanına çevrilib. 1903-1905-ci illərdə 
işıq üzü görən və Mirzə  Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, 
Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, 
Hüseyn Cavid, Əliqulu Qəmküsar,  Əli Nəzmi kimi maarifçiləri öz 
ətrafında birləşdirən “Şərqi-rus” qəzeti Azərbaycanda mətbuatın inki-
şafında yeni mərhələnin başlanğıcını qoyub. Həmin qəzetdə çalışdığı 
müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil Məmmədquluzadənin 
yazıçı  və publisist istedadı  əsasını qoyduğu ilk milli satirik “Mola 
Nəsrəddin” jurnalında daha parlaq şəkildə üzə çıxıb. 
1906-cı il aprel ayının 7-də Tiflisdə “Molla Nəsrəddin”in işıq 
üzü görməsi milli mətbuatın inkişafında əlamətdar hadisəyə çevrilib. 
1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921-
1931-ci illərdə isə Bakıda çap olunub. “Molla Nəsrəddin” jurnalı 
müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəs-
kin tənqid edib. Qısa bir zamanda oxucu dairəsi genişlənən jurnalın 
şöhrəti Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, 
Yaxın və Orta Şərqə yayılıb. Eyni zamanda, bütün təqib və təzyiqlərə 
baxmayaraq, jurnal 25 il müddətində fəaliyyət göstərə bilib. Bu jur-
nalın nəşri müddətində formalaşan “Mollanəsrəddinçilik” ictimai-
ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük 
təsir göstərib. Jurnalın yaradıcıları olan Cəlil Məmmədquluzadə  və 
Ömər Faiq Nemanzadə tezliklə şair Mirzə Ələkbər Sabir, realist ədə-
biyyatın nümayəndələri  Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, 
Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Salman Mümtaz və s. 
kimi onlarca istedadı redaksiya ətrafına toplayıblar. 
“Molla Nəsrəddin” məcmuəsinin birinci sayında verilmiş 
“Sizi deyib gəlmişəm” başlıqlı məqalə bütün mollanəsrəddinçilərin 
fəaliyyət proqramı kimi böyük əhəmiyyətə malik olub. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə