Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

~ 28 ~
Tarixi məlumatlara  əsasən, “Molla Nəsrəddin”ə onun elə ilk 
nömrələrindən çox yerlərdən yazıblar. Bakıdan, Lənkərandan, Sal-
yandan, Qarabağdan, Aşqabaddan, Dərbənddən, Tiflisdən, Moskva-
dan, Peterburqdan ünvanlanan məktublarda çox ciddi problemlər 
qoyulub. Həmin problemlərin hamısı mütləq xalqın bir millət kimi 
formalaşmasına əngəl olan faktlarla zəngin olub. 
Onu da qeyd edək ki, XX əsrin əvvəllərində “Dəvət”, “Hüm-
mət”, “Təkamül”, “Zənbur”, “Babayi-Əmir” kimi qəzet və jurnal-
larla yanaşı, uşaqlar, valideynlər və maarif işçiləri üçün “Dəbistan”, 
“Məktəb”, “Rəhbər” jurnalları da çap edilib. 
Bu bölmədə son olaraq bir daha vurğulamaq yerinə düşər ki, 
Azərbaycan mətbuatı inkişafının ilkin dövrlərində xeyli maneələr və 
çətinliklərlə üzləşib. Belə ki, çar hakimiyyətinin sərt senzurası ölkə-
də nəşr olunan qəzet və jurnalların sayının sürətlə artmasına imkan 
verməyib. A.Zeynalzadənin “Azərbaycan mətbuatı və çar senzurası: 
1850-1905” adlı kitabında da qeyd edildiyi kimi, XIX əsrin ikinci 
yarısı – XX əsrin əvvəllərində yaşamış Azərbaycan ziyalılarının öl-
kədə  mətbuatın inkişafı  və genişləndirilməsi istiqamətində göstər-
dikləri cəhdlər çox zaman çar hökumətinin yaratdığı süni maneələr-
lə üzləşib. Məsələn, Məmmədağa Şahtaxtinskinin 1896-cı ildə “Tif-
lis” adlı qəzetin açılması üçün etdiyi müraciəti daxili işlər naziri bir 
ildən sonra rədd edib. 
Nəriman Nərimanovun çapına çalışdığı “Tazə  xəbərlər” 
(“Novoye vesti”) qəzetinin və “Məktəb” jurnalının, eləcə  də, onun 
müəllim dostu Sultan Məcid Qənizadə ilə birlikdə çıxarmaq istədiyi 
“Sovqat” jurnalının nəşrinə  də icazə verilməyib. Bundan əlavə, 
S.M.Qənizadə və H.Mahmudbəyovun aylıq “Nübar” jurnalının nəşri 
üçün verdikləri ərizə də çox keçmədən Baş mətbuat işləri idarəsi tərə-
findən rədd edilib. Yeni qəzet nəşrlərinə başlanılmasına icazə almaq 
üçün çar hökumətinə ünvanlanan digər müraciətlərin də çoxuna mən-
fi cavab alınıb. Tarixi materillardan və mətbuat tarixini araşdıran mü-
təxəssislərin yazdıqlarından da bəlli olduğu kimi Cəlal və Kamal 
Ünsizadə qardaşlarının “Azərbaycan”, K.Ünsizadənin Klimovski ilə 
birlikdə “Uçan yarpaq”, Əhməd bəy Ağayevin “Məşriq” və başqa 


~ 29 ~
qəzetlərin nəşri ilə bağlı müraciətlərinin taleyi də  əvvəlkilər kimi 
mənfi həll edilib. Yerli mətbuatın inkişafına qarşı yönələn təzyiqlər 
yeni mətbu orqanlarının ərsəyə gəlməsinə yaradılan süni maneələrlə 
yanaşı, artıq dərc olunmağa başlayan qəzet və jurnalların bağlanması 
şəklində də özünü göstərib. “Əkinçi” qəzetinin nəşrini dayandırması-
na da səbəb məhz mütləqiyyətin Azərbaycan xalqının maariflənməsi-
nin, ölkədə milli oyanışın qarşısını almaq məqsədi daşıyıb. Xalqımı-
zın mütərəqqi düşüncəli ziyalılarının nəşr etdirdiyi demokratik, libe-
ral mətbuata qarşı  təzyiqlər sonrakı illərdə  də davam etdirilib və 
1884-cü ildə  cəmi 104 nömrəsi çıxan “Ziyayi-Qafqasiyyə”, 1891-ci 
ildə isə “Kəşkül” bağlanıb. Lakin bütün çətinliklərə baxmayaraq ölkə 
ziyalıları ana dilində  qəzet və jurnalların nəşri istiqamətində yorul-
maz fəaliyyətlərini davam etdiriblər. Məsələn,  Əhməd bəy Ağayev, 
Əli bəy Hüseynzadə,  Əlimərdan bəy Topçubaşov, Nəcəf bəy Vəzi-
rov, Məhəmməd  Əmin Rəsulzadənin yaxından iştirakı  və  rəhbərliyi 
ilə 1905-1918-ci illər  ərzində ölkəmizdə  nəşr olunan “Həyat”, 
“İrşad”, “Tərəqqi”, “Nicat”, “İşıq”, “Qurtuluş”, “Dirilik”, “Füyuzat”, 
“Təzə  həyat”, “Yeni füyuzat”, “Şəlalə”, “İqbal”, “Açıq söz” və s. 
qəzet və jurnal səhifələrində millətin taleyüklü problemləri müzakirə 
edilib, dövrün feodal geriliyi, kəndlilərin ağır həyatı  təsvir olunub, 
mədəniyyət, ədəbiyyat, dil məsələlərinə diqqət verilib. 
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan 
sonra Üzeyir bəy Hacıbəyovun nəşr etdirdiyi “Azərbaycan” qəzeti 
müstəqil mətbuatın inkişafında mühüm hadisə olub. Lakin Cümhu-
riyyətin ömrünün uzun olmaması müstəqil milli mətbuatın tam for-
malaşmasına imkan verməyib. Buna baxmayaraq, qeyd etməliyik 
ki, ölkədə Sovet hakimiyyəti bərqərar olunanadək Azərbaycan milli 
mətbuatı çox böyük və zəngin inkişaf yolu keçib. 
Sovetlər dövründə nəşr edilməsinə baxmayaraq, bir sıra qəzet-
lər var ki, onların ümumilikdə Azərbaycan mətbuatının inkişaf tari-
xində böyük xidmətləri olub. Belə  mətbuat orqanlarından biri də 
“Ədəbiyyat qəzeti”dir. Tarixi məlumatlardan da bəlli olduğu kimi, bu 
qəzetin çap edildiyi ərəfədə, yəni, 1933-cü ildə  mətbuat sahəsində 
müəyyən geriləmələr müşahidə edilib. Belə ki, Sovet hökumətinin tə-


~ 30 ~
kidi ilə “Hücum”, “Kommunist maarifi”, “Allahsız”, “Mədəni hü-
cum” jurnallarının nəşrinin dayandırılması, “Firqə işçisi”, “İnqilab və 
mədəniyyət”, “Müəllimə kömək” jurnallarının isə il ərzində cəmi 2-3 
sayının çıxması yazıçıların narahatlığına səbəb olub. 
Məhz belə bir vəziyyət, yəni, mətbuat həyatında olan bu uğur-
suzluq hər şeydən əvvəl Azərbaycan yazıçılarını yeni bir ədəbi orqan 
yaratmaq haqqında düşünməyə vadar edirdi. Beləliklə, Azərbaycan 
Sovet Yazıçıları İttifaqının İdarə heyəti və yazıçılar uzun müzakirə-
lərdən sonra daha operativ bir orqan – “Ədəbiyyat qəzeti” yaratmaq 
qərarına gəldilər. Ümumi rəyə  əsasən Hacıbaba Nəzərli redaktor, 
Əvəz Sadıq məsul katib təsdiq olundu. Qəzetin birinci nömrəsinin 
çıxması 1933-cü il dekabr ayının 5-də  nəzərdə tutulmuşdu. Lakin 
mətbəədə texniki çatışmazlıq üzündən qəzet nəzərdə tutulduğu vaxt-
da çıxa bilmədi. Təxminən bir aydan sonra, 1934-cü il yanvarın 1-də 
xalqımızın həyatında böyük təsiredici mənəvi dayağa çevrilmiş 
“Ədəbiyyat qəzetəsi” adlı  qəzetin yaranması oxucuların rəğbəti ilə 
qarşılandı. “Ədəbiyyat qəzetəsi”nin redaksiya heyəti tərkibinə 
M.Hüseynov, M.Cuvarlı, H.Nəzərli, M.S.Ordubadi, H.Mehdi, 
S.Hüseyn və A.Popov daxil idilər. Ədəbi mühitdə meydana çıxan son 
yeniliklərdən xəbər verən qəzet  ədəbiyyat aləminin, eləcə  də, bədii 
dilin zənginləşməsində böyük rol oynayıb. Azərbaycan ədəbiyyatının 
ən görkəmli nümayəndələri olan və daha sonra “Ədəbiyyat qəzeti” 
adlanan mətbu orqanın ən fəal əməkdaşlarına çevrilən Ü.Hacıbəyov, 
Y.V.Çəmənzəminli, S.Hüseyn, Ə.Əbülhəsən, M.İbrahimov, Ə.Cəmil, 
Z.Xəlil, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, H.Cavid C.Cabbarlı, 
M.S.Ordubadi, S.Vurğun, R.Rza, M.Müşfiq, M.Rahim, Ə.Vəliyev, 
İ.Qasımov,  Ə.Məmmədxanlı, S.Rüstəm, S.Rəhimov, Mir Cəlal, 
S.Rəhman, N.Rəfibəyli, M.Dilbazi, İ.Əfəndiyev və onlarla yazıçı, 
şair və dramaturqların, rəssam və heykəltəraşların, sənətşünasların 
yeni əsərləri çox zaman bu qəzetin səhifələrində öz əksini tapırdı. 
Bu qəzet həm də yeni-yeni yazarların  ədəbi mühitə daxil ol-
ması, yaradıcılıqlarının ilk məhsullarının qəzetin səhifələrində yer 
alması üçün meydan funksiyasını yerinə yetirirdi. “Azərbaycan mət-
buat tarixi” adlı kitabda qeyd edilir ki, 1934-1957-ci illərdə “Ədə-
biyyat qəzeti”, 1957-ci ilin aprelindən etibarən isə  “Ədəbiyyat və 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə