ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət
göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası
vətəndaşı olması tələb olunur.
Maddə 46. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi
(müddətinin
uzadılması)
üçün
tələb
olunan
sənədlər
46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün
aşağıdakı sənədləri təqdim etməlidirlər:
46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-
anket;
46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər
sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin
müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin
notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan
şəxslər üçün);
46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların
mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən
sənəd;
46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu
xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması
haqqında arayış;
46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti
yaşama hüququ verən sənədin surəti;
46.1.7. iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə
yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri
Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış
vəsatəti;
46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,
order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış
sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan
şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
46.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
46.3. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15
yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun
olaraq əl-barmaq izləri götürülür.
Maddə 47. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi
(müddətinin uzadılması) qaydası
47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud
olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti
yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün
müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
47.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni
nümayəndələri vasitəsi ilə müraciət edirlər.
47.3. 18 yaşına çatmamış uşağın Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin
müraciəti əsasında alınır.
47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin
verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət
formasında təqdim edilə bilər.
47.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə
müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, 20 iş günü ərzində
baxılır.
47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir.
47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy
bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan
Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz
olunmadığı kimi qəbul edilir.
47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin
müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata
keçirilir.
47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin
müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti
uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk
etməlidirlər.
47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə
verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması,
müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi,
habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə
verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti
yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o