Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

41 

 

və ya 1,8 faiz azalmışdır.  



stehlakçıların  hüquqlarının  müdafiəsi  və  istehlak  bazarının  keyfiyyətli  və 

təhlükəsiz  mallarla  təmin  edilməsində  maarifləndirmənin  xüsusi  rolunu  nəzərə 

alaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, aidiyyəti dövlət qurumlarının, 

ictimai  təşkilatların,  istehlakçıların  və  sahibkarların  iştirakı  ilə  Ağdaş,  Ucar, 

Qobustan, Zərdab, Qazax, Qax, Lerik, Samux,  mişlı, Hacıqabul, Füzuli və Salyan 

rayonlarında,  həmçinin  Ümumdünya  istehlakçı  hüquqlarının  müdafiəsi  Günü  ilə 

bağlı  Bakı  şəhərində  "Azərbaycanda  istehlakçı  hüquqları  qorunur"  mövzusunda 

Konfranslar  keçirilmişdir.  Konfranslarda  istehlakçı  hüquqlarının  qorunması 

sahəsində  mövcud  vəziyyət  və  qarşıda  duran  vəzifələr,  istehlakçıların  keyfiyyətli 

və  təhlükəsiz  mallarla  təmin  edilməsində  sahibkarların  vəzifələri,  qüsurlu  mal 

satılarkən  istehlakçıların  hüquqlarının  təmin  edilməsində  və  mövcud  ticarət 

qaydalarına əməl olunmasında sahibkarların vəzifələri, istehlakçıların hüquqlarının 

pozulmasına görə məsuliyyət və s. kimi aktual məsələlər müzakirə olunmuşdur.  

Yetişməkdə olan gənc nəslin maarifləndirilməsi məqsədilə 2013-cü il ərzində 

Bakı Asiya Universitetində, Qafqaz Universitetində, Xəzər Universitetində, Odlar 

Yurdu 


Universitetində, 

Bakı 


Avrasiya 

Universitetində, 

Bakı 

Qızlar 


Universitetində,  Azərbaycan  Universitetində,  Azərbaycan  Əmək  və  Sosial 

Münasibətlər Akademiyasında, 2 nömrəli Bakı Baza Tibb Kollecində, Azərbaycan 

Dövlət  Pedoqoji  Kollecində  və  Bakı  Texniki  Kollecində  “ stehlakçı  hüquqlarının 

müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda tələbə və müəllim heyətinin iştirakı 

ilə seminar keçirilmişdir. Seminarda istehlakçı hüquqları barədə ətraflı məlumatlar 

verilmiş,  bu  sahədə  dövlət  orqanları  ilə  istehlakçılar  arasında  əlaqələrin 

genişləndirilməsinin  əhəmiyyəti  vurğulanmış,  tələbələrin  istehlakçı  hüquqları  ilə 

bağlı sualları cavablandırılmışdır.  

stehlakçıların  maarifləndirilməsi  məqsədilə  istehlakçıların  hüquqlarına  dair 

16  adda  220  mindən  artıq  buklet,  6  adda  22  mindən  artıq  yaddaş  kitabçası  çap 

olunmuş və paylanmışdır.  

stehlakçı  hüquqlarının  müdafiəsinin  təmin  edilməsi  və  daha  geniş  əhali 




42 

 

kütləsinin  öz  hüquqları  barədə  maarifləndirilməsi  məqsədilə  son  zamanlar 



informasiya  texnologiyalarından  geniş  istifadəyə  başlanılmışdır.  Belə  ki,  Dövlət 

Xidməti  tərəfindən  hazırlanmış  maarifləndirici  məlumatlar  84  min  istifadəçinin 

elektron  poçt  ünvanına  və  respublikada  fəaliyyət  göstərən  mobil  operatorların  3 

milyon  600  mindən  artıq  abunəçisinə  göndərilmişdir.  “ stehlakçı  hüquqlarınızı 

tələb edin!” mövzulu sosial xarakterli reklam Bakı şəhərinin müxtəlif yerlərində 10 

ədəd bilbortda 3 ay ərzində yayımlanmışdır.  

Təsərrüfat  subyektlərini  və  istehlakçıları  maarifləndirmək  məqsədi  ilə 

hazırlanmış  məlumatların  istifadəçilərin  elektron  ünvanına  göndərilməsi  işlərinin 

təşkili  məqsədi  ilə  210  mindən  artıq  istifadəçi  ünvanının  bazası  yaradılmış  və 

hazırda  bu  bazanın  genişləndirilməsi  istiqamətində  işlər  davam  etdirilir.  Malların 

endirimli  satışının  təşkili  və  endirimli  qiymətlərlə  mal  alarkən  nələrə  diqqət 

edilməli olması barədə maarifləndiric i məlumat 210 mindən artıq elektron ünvan 

sahibinə göndərilmişdir.  

Bundan  başqa  istehlakçıların  maarifləndirilməsi  məqsədilə  gündəlik 

istehlakda  geniş  istifadə  olunan  müxtəlif  ərzaq  və  qeyri-ərzaq  məhsullarının 

istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən 

ticarət,  ictimai  iaşə  və  digər  xidmət  sahələrində  istehlakçıların  bilməli  olduqları 

məsələlərlə  bağlı  71  adda  maarifləndirici  məlumat  müxtəlif  kütləvi  informasiya 

vasitələrində yayımlanmışdır.  

Eyni  zamanda,  istehlakçıların  maarifləndirilməsi  məqsədilə  yayımlanan 

“Keyfiyyət  möhürü”  verilişinin  54  buraxılışının  hazırlanmasında  AzTV  ilə 

əməkdaşlıq edilmişdir.  

Dövlət  Xidmətinin  fəaliyyət  istiqamətləri  üzrə  həyata  keçirdiyi  tədbirlər  və 

onların  nəticələri  barədə  məlumatlar  kütləvi  informasiya  vasitələri  ilə  mütəmadi 

olaraq ictimaiyyətə çatdırılmışdır.  

Maarifləndirmə işləri sahəsində həyata keçirilən davamlı və çoxsaylı tədbirlər 

nəticəsində  istehlakçı  hüququ  ilə  bağlı  vətəndaşlardan  daxil  olmuş  müraciətlərin 

sayı  ötən  illə  müqayisədə  2,  74  dəfə  artmışdır.  Bundan  başqa  qeyri  hökumət 




43 

 

təşkilatları  vasitəsi  ilə  Dövlət  Xidmətinə  göndərilən  müraciətlərin  sayında 



azalmalar müşahidə edilmişdir. Belə ki, 2013-ci ildə Dövlət Xidmətinə istehlakçı 

hüquqları ilə bağlı daxil olmuş müraciətlərin tərkibində bu cür  müraciətlərin sayı 

2012-ci illə müqayisədə 48,1 faiz azalaraq 7,87% olmuşdur.  

2013-cü ildə  ərzaq  mallarının  keyfiyyət  və  təhlükəsizlik  göstəricilərinin 

qiymətləndirilməsi  ilə  bağlı  3553  laborator  müayinə  aparılmışdır.  Müayinə 

aparılmış mallar əsasən taxıl emalı məhsulları, süd və süd məhsulları, konservlər, 

ət və ət məhsulları, mineral sular və sərinləşdirici içkilər, tamlı məhsullar, yağlar 

və s. olmuşdur. Müayinə nəticəsində 63 halda malların keyfiyyət və təhlükəsizlik 

göstəricilərinin  normativ-texniki  sənədlərin  tələblərinə  uyğun  olmadığı  müəyyən 

edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.  

2012-ci illə müqayisədə aparılmış laborator müayinələrin sayı 1985 müayinə 

və ya 2,27 dəfə artmış, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki 

sənədlərin  tələblərinə  uyğun  olmayan  müyanələrin  xüsusi  çəkisi  isə  80  faiz 

azalmışdır.  Belə  ki,  2012-ci  il  ərzində  aparılan  laborator  müayinələrin  9,06 

faizində  malların  keyfiyyət  və  təhlükəsizlik  göstəricilərinin  normativ-texniki 

sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmişdirsə, 2013-cü ilin müvafiq 

dövründə bu göstərici 1,77 faiz olmuşdur.  

Hesabat  dövrü  ərzində  malın  mənşə  ölkəsini  təsdiq  edən  sertifikatların 

alınması  ilə  bağlı  Dövlət  Xidmətinə  elektron  qaydada  15143  müraciət  daxil 

olmuşdur. Daxil olmuş müraciətlərdən 650-si üzrə (daxil olan müraciətdə nöqsan 

olması, sahibkarın özü tərəfindən imtina olunması və s. səbəbdən) imtina olunmuş, 

14493  müraciət  üzrə  ümumilikdə  17331  mənşə  sertifikat  (MDB  üzvü  olan 

dövlətlərə ixrac olunan mallara 12447 ədəd, MDB üzvü olmayan dövlətlərə ixrac 

olunan  mallara  3229  ədəd,  Ümumi  Üstünlüklər  Sisteminə  (GSP+)  daxil  olan 

inkişaf  etmiş  dövlətlərə  ixrac  olunan  mallara  1655  ədəd)  verilmişdir.  Eyni 

zamanda 18 hüquqi şəxs tərəfindən real vaxt rejimində (online) 70 ödəniş həyata 

keçirilmişdir.  Hesabat  dövründə  verilmiş  sertifikatların  sayı  ötən  illə  müqayisədə 

1173 ədəd (MDB üzvü olan dövlətlərə ixrac olunan mallar 404 ədəd və ya 3, 35 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə