Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   2   3   4   5   6   7   8   9   ...   22

11 

 

iqtisаdi  təbəqələşməni  güсləndirməsidir.  Rəqаbətin  nətiсəsində  iqtisаdi  сəhətdən 



zəif оlаnlаr sırаdаn çıхır, güсlülər isə dаhа dа vаrlаnır, güсlənir.  

nhisar  və  onun  formalari.  “ nhisar”  ərəb  dilindən  alinmiş  “monopoliya” 

sözünün  alternativi  kimi  işlədilir.  ” nhisar”  terminini  dilimizə  çevirsək,  hərfi 

mənada  “təkəl”,  ”təkəlçilik”  mənasini  verir  ki,  bu  da  inhisarin  mahiyyətini  ifadə 

edir. Çünki inhisar və inhisarçiliq çoxlu istehsal vasitələrinin və insan qüvvəsinin 

bir əldə cəmləşdirilməsidir.  

nhisar rəqabətin əksidir.  nhisarlar istehsal qüvvələrinin inkişafinin müəyyən 

səviyyəsində 

yaranir. 

Onlarin 


yaranmasinin 

əsas 


səbəbi 

istehsalin 

təmərküzləşməsidir.  

Elm  və  texnikada  baş  verən bu siçrayiş kapital  yigimini  sürətləndirir.  Çünki 

yeni,  mükəmməl  texnikani  tətbiq  etmək  böyük  pul  vəsaiti  tələb  edir.  Sahibkar 

müasir elmi, texniki yenilikləri istehsala tətbiq etməsə və yaxud geciksə rəqabətdə 

məğlub  ola  bilər.  Bundan  xilas  olmaq  məqsədilə  mənfəətin  daha  çox  hissəsini 

istehsalin  genişləndirilməsinə  yönəldirlər.  Bunun  nəticəsində  iri  müəssisələr 

yaranir.  

Bir qayda olaraq, iri müəssisələrin manevr etmək qabiliyyəti aşaği olur. Yəni 

kapitali bir sahədən digər sahəyə çətinliklə keçirirlər. Bu zaman onlar böyük itkilər 

verə bilərlər. Digər tərəfdən bu və ya digər məhsulun istehsalinin əsas hissəsi bir 

neçə  iri  sahibkarin  əlində  toplandiği  üçün  istehsalin  həcmi  qiymət,  xammal 

mənbələri, satiş bazarlarini bölmək haqqinda raziliğa gəlməyə imkan yaranir.  

Beləliklə  istehsalda  inhisar  bir  qrup  ən  iri  müəssisələr  firmalar  birliklər 

tərəfindən bu və ya digər məhsulun istehsali və satişinin böyük hissəsini öz əlində 

birləşdirməsidir.  Bununla  da  onlar  bazarda  hökmranliği  əldə  edirlər  və  qiymətlə 

təsir etmək yolu ilə yüksək inhisar mənfəətin götürülməsinə nail olurlar.  

nhisarlarin  meydana  gəlməsi  əmək  məhsuldarliğinin  yüksəlməsinə  mənfi 

təsir  göstərən  amillərdən  biridir.  Əgər  azad  sahibkarliğin  ilk  dövründə  üstəlik 

mənfəət  əldə  etmək  və  rəqabətdə  məğlub  olmaq  təhlükəsi  sahibkarlari  elmin  və 

texnikanin nailiyyətlərini istehsala tətbiq etməyə sövq edilirsə, azad sahibkarliğin 




12 

 

inhisarçi dövründə  elmin,  texnikanin  son nailiyyətlərini  texnikaya  tətbiq  etmedən 



qiymətləri artirmaq yolu ilə yüksək inhisar mənfəəti əldə etmək mümkün olur.  

Beləliklə  inhisarçiliq  –təsərrüfat  subyektlərinin  fəaliyyəti  daha  yüksək 

mənfəət  əldə  etmək  məqsədilə  sərbəst  rəqabətə  yol  verməmələri,  onun 

məhdudlaşdirilmasi və aradan qaldirilmasi fəaliyyətidir.  

Azad  rəqabətin  məhdudlaşdırılmasına  və  aradan  qaldrılmasına  yönəldilmiş 

inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar: 

1.  nhisarların  inkişafının  ilkin  mərhələsində  inhisara  daxil  olan  təsərrüfat 

subyektləri  üçün  qiymətqoymanın  razılaşdırılması,  xammal  və  satış  bazarlarının 

bölüşdürülməsi  və  mənfəət  götürmək  üçün  əlverişli  şərait  yarada  biləcək  digər 

məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər; 

2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti( aşağı 

inhisar  qiyməti,  yuxarı  inhisar  qiyməti)  vasitəsi  ilə  rəqibin  sıxışdırılmasına 

yönəldilmiş fəaliyyətlər.  

Bu  fəaliyyəti  nəticəsində  inhisarçı  müəssisə  istehsalda  və  satışda  əsassız 

surətdə  üstünlüyə  malik  olur.  Bu  cür  üstünlük  şəraitində  müəssisənin  davranışı 

inhisar  nəzəriyyəsi  ilə  izah  olunur.  nhisarçı  müəssisənin  istehsal  xərclərinin 

formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin 

müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir.  

nhisar  nəzəriyyəsinə  görə  inhisarın  maksimum  mənfəət  götürməsini  təmin 

edən məhsul buraxılışının həcmi rəqabət şəraitndə mövcud olan prinsipə, son hədd 

gəlirlərinin  və  son  hədd  xərclərinin  bərabərliyinə  əsaslanır.  qtisadiyyatda 

inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar.  

1.  stehsal  inhisarçılığı:  stehsal  inhisarçılığı  inhisarçılığın  elə  formasıdır  ki, 

bu  zaman  hər  hansı  məhsulun  istehsalının  və  realizəsinin  əsas  çəkisi  məhdud 

miqdarda  istehsalçının  sərəncamına  keçir.  Buna  müxtəlif  yollarla  nail  olunur. 

Birinci  yol  ondan  ibarıtdir  ki,  müəyyən  növ  məhsul  istehsalçıları  məqsədyönlü 

şəkildə  inhisarçılığa  meyl  etməyə  başlayır  və  yekunda  bu  meyl  hər-hansı  bir 

inhisarçı  ittifaqın  yaranması  ilə  nəticələnir.  kinci  yol  isə  bunun  əksinə  olaraq 




13 

 

kapitalın  öz-özünə  artması  nəticəsində  istehsalçı  müəssisənin  istehsal 



inhisarçılığına  nail  olmasından  ibarıtdir.  nhisarçılığın  nəzərdən  keçirilən  bu 

forması çox zaman iqtisadi inkişafın məntiqi nəticəsi kimi səciyyələnir.  

qtisadi  ədəbiyyatda  istehsalda  inhisarçılığın  mahiyyətini  üç  başlıca  cəhətlə 

səciyyələndirirlər: 

a.  stehsalın  əhəmiyyətli  hissəsinin  təmərküzləşməsi  sayəsində 

təsərrüfatın bir yaxud bir neçə sahəsində hökmranlığının təmin edilməsi; 

b.  Bazar qiymətlərini diktə etmək imkanına malik olması; 

c.  Yüksək inhisar mənfəətinin mənimsənilməsi.  

stehsal inhisarçılığının aşağıdakı formaları vardır: 

Kartel  –  bir  qrup  sahibkarın  inhisarçı  sazişi  və  uyğun  birlik  formasıdırş  Bu 

bazarın  inhisarlaşması  haqqında  əsas  sövdələşmələrdən  biridir.  Bir  qayda  olaraq, 

təsərrüfatın  sahəsində, 

əsasən  xammal  mənbələrinin,  satış  bazarının 

bölüşdürülməsi,  satışın,  işə  götürmənin  şərtləri,  ödəmələrin  müddəti,  inhisar 

qiymətlərinin  müəyyənləşdirilməsi,  patentlərin  istifadəsi  üzrə  meydana  gəlir. 

Konsern  və  trestlədən  fərqli  olaraq  kartellər  öz  iştirakçılarının  istehsal  və 

kommersiya müstəqilliyinə toxunmur.  

Kartellərin müvəffəqiyyətsizliyinə iki amil təsir edir : 

Birinci:  kartel  qiyməti  qaldıran  zaman  hər  bir  iştirakçı  müəssənin  marginal 

gəliri  onun  marginal  xərclərini  üstələyir.  Bu  isə  firmalar  üçün  sövdələşməni 

pozmaq üçün güclü stimul rolunu oynayaraq, hər-hansı firmanın sazişə zidd olaraq 

öz məhsullarının qiymətini azaltmaqla nəticələnir. Sözsüz ki, göstərilən vəziyyətdə 

bu firmanın həm satış həcmi, həm də gəliri artmış olacaq. Ona görə də yaxşı kartel 

bu  cür  pozuntuları  müəyyən  edən  və  cəzalandıran  effektiv  mexanizmə  malik 

olmalıdır.  

kinci:  kartelin  müvəffəqiyyətli  digır  formaları  bu  sahəyə  daxil  olmağa 

stimullaşdırır.  Ona  görə  də,  kartel  uzunmüddətli  dövr  üçün  özünə  yüksək  gəlir 

təmin etmək naminə rəqiblərin verilən sahəyə müdaxiləsini məhdudlaşdırmalıdır.  




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə