Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   2   3   4   5   6   7   8   9   ...   22

14 

 

Kartellər  çox  zaman  həm  milli  iqtisadiyyat,  həm  də  beynəlxalq  səviyyədə 



fəliyyət  göstərirlər.  Buna  uyğun  olaraq  onları  daxili,  ixrac,  idxal  və  beynəlxalq 

kartellərə bölürlər.  

Kartellər  bazar  mexanizmlərini  əngəlləyir  və  bununla  da  antiinhisar 

qanunvericiliyinin təsiri altına düşür. Lakin əksəriyyət ölkələrdə kartellərə qadağan 

qoyulmasına  baxmayaraq,  bəzi  ölkələrdə  onlar  qanunla  qorunur  və  məcburi 

qeydiyyata  düşməlidir.  Bir  sıra  hallarda  dövlət  onlardan  tamamilə  leqal  şəkildə 

sənaye  siyasətini həyata  keçirmək  üçün bir  alət kimi  istifadə  edir.  Belə  ki,  ikinci 

dünya  müharibəsindən  sonra  Yaponiya  hökməti  sənayenin  yenidən  qurulması, 

materialların və dəstləşdiricilərin standartlaşması, xırda təchizatı firmalar arasında 

rəqabətin  məhdudlaşdırılması,  onların  diversifikasiyası  səviyyəsini  azaltmaq  və 

müasir  texniki  səviyyəyə  keçmək  məqsədilə  “kartel  rasionallaşdırılmasını” 

dəstəkləyirdi.  80-cı  illərin  əvvəllərində  Yaponiyada  hətta  depressiv  sahələrdə  də 

belə, kartellərin yaradılması müsbət qarşılanırdı.  

Kartellər  Almaniyada  daha  çox  yayilmişdir.  ABŞ  da  zəhmətkeş  kütlələrin 

kartellər əleyhinə mübarizəsi yuridik qaydada rəsmiləşdirilmiş kartel sazişinə qarşi 

yönəldilmiş trestlər əleyhinə qanunvericiliyin əmələ gəlməsinə səbəb olmuşdur.  

Sindikat  –  yekcins  əmtəələr  istehsal  edən  müəssisələrin  elə  birliyidir  ki, 

burada  istehsal  vasitələri  sindikat  iştirakçılarının  öz  mülkiyyətində  qalır,  istehsal 

olunmuş  məhsul  isə  sindikatın  mülkiyyəti  olur  və  yaradılmış  xüsusi  idarə 

tərəfindən  reallaşdırılır.  Karteldə  olduğu  kimi  əsasən  eyni  sahənin  müəssisələri 

arasında  bağlanır.  Lakin  ondan  fərqli  olaraq,  sindikat  müəssisələrin  arasında 

bağlanır.  Lakin  ondan  fərqli  olaraq,  sindikat  müəssisələrin  kommersiya 

müstəqilliyini  inkar  edir,  başqa  sözlə  iştirakçı  müəssisələrin  istehsal  etmiş 

olduqları  məhsulların  satışı və həmin  meəssisələrə  xammalın  alınması  ilə  məşğul 

olur.  Eyni  zamanda,  iştirakçı  müəssisələrin  istehsal  və  hüquqi  müstəqilliyi 

kommersiya müstəqilliyinin əksinə olaraq qalmaqda davam edir.  

Üzvlərinin  kommersiya  fəliyyətini  həyata  keçirən  sindikat  öz  işini  vahid 

orqan  –  satış  kontoru  vasitəsilə  görür.  Satış  kontorunun  əsas  vəzifəsi  iştirakçı 




15 

 

müəssisələr  tərəfindən  istehsal  edilmiş  bütün  yekcins  məhsulu  toplamaq  və  onu 



müəyyənləşdirilmiş  inhisar  qiyməti  üzrə  satmaqdan ibarətdir. Bunula  yanaşı  satış 

kontoru  verilən  sifarişlərin  yığılması,  sonra  isə  onların  müəyyənləşdirilmiş 

kvotalara  uyğun  olaraq  iştirakçılar  arasında  bölüşdürülməsini  də  həyata  keçirə 

bilər.  


Beləliklə  ticarət  əməliyyatlarının  təmərküzləşməsi  sindikat  üzvlərinə  aşağı 

qiymətlərlə xammal  almaq,  yüksək  qiymətlərlə  məhsul  satmaq,  eləcə də, bazarda 

qiymətləri diktə etmək və əmtəə dempinqi həyata keçirmək imkanını verir.  

Sindikatlar  adətən  səhmdar  cəmiyyətlər  şəklində  əmələ  gəlir.  Onun  üzvləri 

arasında  ayrı-ayrı  müəssisələrlə  yanaşı  nəhəng  trestlər  vəkonsernlər  də  ola  bilər. 

Sindikat üzvləri tərəfindən istehsal olunmuş məhsul sindikatın mülkiyyəti olur.  

Ən  çox  XX  əsrin  əvvələrində  Rusiya,  Almaniya  və  Fransada  yayılmışdır. 

Daha sonra isə sindikatlar bir sahəvi inhisarçı ittifaq kimi əhəmiyyətini itirmiş və 

öz mövqelərini daha mürəkkəb və çevik formalara vermişdir.  

Rusiyada artıq XX əsrin əvvəllərində sindikatlar geniş yayılmışdır. Rusiyanın 

metallurgiya sənayesinin bütün məhsulunun 4/ 5 – nü inhisarlaşdıran “ Prodamet” 

sindikatı 30 metallurgiya zavodunu birləşdirmişdir. “ Mis” sindikatı mis məhsulları 

satışının 90%- nə sərəncam verirdi. 1909- cu ilin əvvəlində Rusiyada sənayenin 45 

sahəsində fəaliyyət göstərən 140 inhisar birliyi mövcud idi.  

Trest – bir və ya bir neçə sahənin müəssisələrini özündə birləşdirən inhisarçı 

ittifaq  forması.  Yuxarıdakı  formalardan  fərqli  olaraq  trestin  üzvü  olmuş  hər  bir 

təsərrüfat subyekti özünün həm kommersiya, həm də istehsal müstəqilliyini itirir. 

Trestin əsas təşkilati-hüquqi forması sindikatda olduğu kimi səhmdar cəmiyyətdir.  

Trestin  başında  idarə  heyəti durur.  O,  iştirakçı  müssisələrin  maliyyə  istehsal 

və  ticarət  fəalyyətinə  mərkəzləşdirilmiş  qaydada  nəzarət  edir.  Eyni  zamanda 

ittifaqa  yeni  üzvlərin  qəbul  edilməsi  və  ya  iştirakçılardan  kimin  xaric  edilməsi 

məsələləri  də  bu  orqan  tərəfindən  həll  edilir.  Trestin  hər  bir  iştirakçısı  təqdim 

etdiyi  kapitalın  payına  uyğun  olaraq  müəyyən  miqdarda  səhm  paketi  almaq, 

idarəetmədə iştirak və gəlirin müəyyən hissəsinə yiyələnmək hüququnu qazanır.  




16 

 

Qeyd  olunduğu  kimi  trestlər  həm  eyni,  həm  də  müxtəlif  sahələrin 



müəssisələrini  birləşdirməyə  bilər.  Eyni  sahədə  olduqda  “üfüqi”  trestləşmə, 

müxtəlif sahələrdə olduqda isə “şaquli” trestləşmə adlanır. “Şaquli” trestləşmə çox 

vaxt kombinatların meydana gəlməsi ilə nəticələnir.  

Konsern  –  vahid  maliyyə  nəzarəti  altında  olan  və  müxtəlif  sahələri  təmsil 

edən  müəssisələrin  könüllü  inhisarçı  ittifaq  formasıdır.  Maliyyə  nəzarətinin 

bərqərar  olması  iri  firmalar,  çox  vaxt  konsernin  başında  duran  holdinqlər 

tərəfindən səhmlərin alınması ilə həyata keçirilir.  

Konsernin  tərkibinə  sənaye  müəssisələrindən  başqa,  ticarət  və  nəqliyyat 

müəssisələri,  banklar  və  digər  maliyyə  idarələri  də  daxil  olur.  Bununla  da, 

konsrenlər bank və sənaye kapitalının birləşməsini əyani surətdə əks etdirirlər.  

Konserndə  dominant  mövqe  tutan  müəssisənin  xarakterindən  asılı  olaraq 

konsernləri  sənaye,  ticarət,  bank  və  s.  növlərə  bölürlər.  Ancaq bu  cür  bölgü  şərti 

səciyyə daşıyır.  

Kombinatlar- mahiyyətcə  trestlərin  bir  növü  sayılır.  nhisarlaşma  prosesi 

inkişaf etdikcə üfiqi istiqamətdə trestləşmə, yəni eyni bir sahənin müəssisələrinin 

birləşdirilməsi  tez-tez  şaquli  istiqamətdə  trestləşmə  ilə  tamamlanır  ki,  bu  zaman 

texnoloji proseslərlə öz aralarında əlaqədə olan sənaye sahələri də trestin tərkibinə 

daxil  olur.  Bu  cür  trestlərə  ona  daxil  olan  müəssisələrin  xarakterinə  görə 

kombinatlar deyilir.  

Konqlomerat- aralarında  istehsal  və  digər  funksional  əlaqə  olmayan  bir  çox 

firmaların iri bir inhisar birliyi tərəfindən özünə tabe edilməsi yolu ilə udulmasıdır.  

Konsorsium- son  zamanlar  inhisarın  daha  geniş  yayılmış  bir  formasıdır.  Bu 

forma  bir  qayda  olaraq  irimiqyaslı  layihələrin  həyata  keçirilməsi  üçün  yaradılır. 

Konsorsium  iştirakçıları  qismində  həm  şəxsi,  yəni  sahibkar  mülkiyyətində  olan 

firma və ya müəssisələr, həm dövlət təşkilatları, həmçinin bilavasitə dövlətin özü 

çıxış edə bilər.  

Şaquli  inteqrasiya  prinsipi  üzrə  qurulmuş  konsernlər  də  vardır.  Qapalı 

texnoloji  zəncir  formasında  olan  bu  bank  xammalın  mərhələləri  əhatə  etməklə 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə