Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   2   3   4   5   6   7   8   9   ...   22

17 

 

istehsal  etmiş  olduğu  hazır  məhsulların  buraxılmasına  kimi  bütün  texnoloji 



mərhələləri  əhatə  etməklə  istehsal  etmiş  olduğu  hazır  məhsulları  şəxsi  satış, 

nəqliyyat  və  ticarət  şəbəkəsi  vaitəsilə  istehlakçıya  çatdırır.  Ancaq  sırf  şaquli 

inteqrasiya  prinsipinə  uyğun  meydana  gəlmiş  konsernlərin  diversifikasiya  olmuş 

konsernlərə  nisbətən  bazarda  xüsusi  çəkisi  çox  deyil.  Diversifikasiya  olmuş 

konsernləri həm də Konqlomerat adlandırırlar.  

Tipik  müasir  konsernlər,  öz  növbəsində,  istehsalın  şaquli  inteqrasiyası  ilə 

diversifikasiya  olmuş  istehsalın  hər  ikisini  özündə  birləşdirir.  Bu  o  deməkdir  ki, 

onlar  eyni  zamanda  iqtisadiyyatın  müxtəlif  sahələrində  tam  texnoloji  dövriyyəyə 

məxsus olurlar.  

Ticarət sahəsində aradılan konsorsiumlar sifarişlər uğrunda mübarizə məqsədi 

ilə  yaradılır.  Maliyyə  konsorsiumlarının  iştirakçıları  isə,  öz  nöxbəsində,  çox  vaxt 

istiqrazların yerləşdirilməsi və digər bu kimi əməliyyatların həyata keçirilməsi ilə 

məşğul olan banklardır. Bundan əlavə sənayə, tədqiqat və s. konsorsiumlar olur.  

Sənaye konsorsiumları sənaye layihələrinin – müəssisələrin tikilməsini, neft-

qaz kəmərlərinin çəkilməsini, faydalı qazıntıların mənimsənilməsini həyata keçirir. 

Hal  hazırda  Azərbaycanda  bağlanmış  neft  müqavilələri  əsasında  neftin  hasili  və 

nəqli  ilə  bağlı  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  və  Şimali  Abşeron 

Əməlyyat şirkəti yaradılmışdır.  

qtisadiyyatda inhisarçılğı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq 

olar: 


Təbii  inhisarçılıq:  stehasl  miqyasının  artıtılmasının  böyük  həcmdə  qənaətə 

sahib  olduğu  hallarda  mümkündür.  Təbii  inhisarçılıq  təsərrüfat  subyektləri 

arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Təbii inhisara ən parlaq 

nümunələr yaşayış məntəqələrinin su, elektrik enerjisi, təbii qaz, telefon xidməti ilə 

təmin edilməsidir. Şəhərin əhalisinin su ilə təmin etmək üçün müəssisə onun əhatə 

etdiyi bütün binaları birləşdirən su kəməri şəbəkəsini tikməlidir. Əgər bu xidmətin 

göstərilməsində  rəqbət  aparan  iki  və  ya  daha  artıq  müəssisə  iştirak  etsəydi,  onda 

onların  hər  birisi  ayrılıqda  öz  kəmərinin  çəkilməsində  daimi  xərc  çəkməlidir.  Su 




18 

 

təminatının xərcləri o vaxt minimal olur ki, bütün su bazarına ancaq bir müəssisə 



xidmət  etsin.  Lakin  müasir  şəraitdə  ETT  inkişafı  ilə  əlaqədar  olaraq  sahədə  bir 

firmanın  mövcudluğu  ilə  bağlı  olan  xərclərə  qənaət  kriterisi  müəyyən  təshihlərə 

məruz qalır.  

Təbii inhisarçılığın başqa bir predmeti kimi rəqabət mübarizəsinin obyekti ola 

bilməyən  və  müstəsna  xüsusiyyətlərə  malik  əmtəələr  çıxış  edir.  Nümunə  kimi 

hərəkətin intensivliyi xüsusi seçilməyən körpünü misal göstərmək olar. Körpünün 

müstəsnalıq  xüsusiyyəti  vardır.  Çünki  körpüyə  haqq  toplayan  şəxs  kimisə  bu 

xidmətdən  istifadə  etmək  imkanından  məhrum  edə  bilər.  Lakin  körpü  rəqabət 

obyekti  deyildir.  Çünki  onun  hər  hansı  avtomobilçi  tərəfindən  istifadəsi  başqa 

avtomobilçilərin ondan istifadə etmək imkanı məhdudlaşdırmır. Deməli, körpü bir 

növ təbii inhisar ola bilər.  

  

Texnoloji  inhisarçılıq:  nhisarın  obyekti  bu  və  ya  digər  məhsulun 



hazırlanması  üsulu  olduğu  halda  yaranan  inhisarçılıq  texnoloji  inhisarçılıqdir. 

Texnoloji  inhisarçı  kimi  ETT-  nin  müəyyən  istiqamətində  liderliyi  ələ  keçırmiş 

müəssisələr çıxış edir.  nhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.  

stehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu 

sayda satıcı olur.  

Təşkilati  inhisarçılıq:  nhisarçılığın  bu  forması  istehlakçı  birliklərinin 

formalaşdırılması yolu ilə meydana gəlir.  stehlakçıların müxtəlif sahə, sahələrarası 

və  yaxud  da  regional  təşkilat  strukturlarını  yaratmaqla,  inhisarçı  meyllərini 

miqyaslarını  əhəmiyyətli  dərəcədə  genişləndirmək  mümkün  olur.  Bu  isə 

bütövlükdə  iqtisadiyyatın  inhisarlaşma  dərəcəsinin  artmasına,  texniki  texnoloji 

tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.  

darəetmə inhisarçılığı:  nhisarçılığın bu forması inzibati amirlik sisteminin 

xarakterik  xüsusiyyətlərindən  biridir.  Burada  inhisarçı  kimi  dövlət  çıxış  edir. 

Dövlət  bütövlükdə  sosialist  təsərrüfat  mexanizmi  vasitəsilə  iqtisadiyyatı  idarə 

etməklə  həm  müəssisələrin  müstəqilliyini  məhdudlaşdırır  və  məsuliyyətlərini 

olduqca azaldır.  




19 

 

dxal  inhisarçılığı:  Son  dövrdə  Respublikamızda  geniş  yayılmışdır.  Bu 



inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrı- 

ayrı  adamlar  tərəfindən  ələ  keçirilərək  öz  nəzarətləri  altında  dəyərindən  qat-  qat 

yüksək qiymətə satılması yolu ilə yaradılır.  

nhisarçılıq  elmi-texniki  tərəqqinin  inkişafına  ümumiyyətlə  mənfi  təsir 

göstərdiyinə  görə,  bütövlükdə  iqtisadiyyatın  mənafeyinə  zərər  vuran  hadisə  kimi 

çıxış  edir.  nhisarların  meydana  gəlməsi  əmək  məhsuldarlığının  yüksəlməsinə 

mənfi  təsir  göstərən  amillərdən  biridir.  “ nhisarçılıq  çox  hallarda-  məhsulun 

keyyfiyyət  xüsusiyyətləri  ilə  əlaqədar  olmadan,  onun  qiymətinin  süni  surətdə 

artırılmasına  və  məhsulun tələb  və  təklifin  təsiri  altında  yaranan bazar  qiymətləri 

ilə  deyil,  inhisar  qiyməti  ilə  satılmasına,  istehsalın  həcminin  azaldılmasına  səbəb 

olur.  Belə  bir  vəziyyət  bazar  iqtisadiyyatının  ən  vacib  bir  şərtinin-  istehlakçının 

məhsul  seçə  bilmək  hüququnun  pozulmasına  gətirib  çıxarır.  nhisarın  sosial-

iqtisadi  nəticələri  xalis  inhisar  baxımından  daha  qabarıq  şəkildə  təzahür  edir.  ” 

Belə şəraitdə əsasən aşağıdakı dörd amil diqqəti cəlb edir: 

a.  Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi; 

b.  Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında olan müqayisə ilə 

əlaqədar olan çətinliklər; 

c.  Sahəyə  daxil  olmağı  məhdudlaşdıran  hədlərin  hesabına  inhisarçı  daimi 

olaraq yüksək inhisar mənfəəti əldə edir; 

d.  Əsas  məsələlərdən  biri  də  gəlirlərin  bölgüsüdür.  Sahibkar  inhisarçı 

gəlirlərin bölgüsündə qeyri-bərabərliyi şərtləndirir.  

Dövlət birinci növbədə azad rəqabətə şərait yaratmalıdır. Bunun üçün bazarlar 

ardıcıl  olaraq  liberallaşdırılmalıdır.  Bunun  əksinə  olaraq  iri  firmalar  üçün 

inhisarlaşmaya  imkan  verməmək,  inhisar  təhlükəsi  yarada  bilən  məhsulların 

istehsalına mane olmaq üçün onu əvəz edə biləcək məhsulun istehsalını dövlət öz 

üzərinə  götürməlidir.  Bu  iqtisadi  tədbirdir.  Eyni  zamanda,  dövlət  inhisar  doğura 

bilən  məhsulların  qiymətinə  nəzarət  etməlidir.  Dövlətin  antiinhisar  siyasəti 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə