Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   2   3   4   5   6   7   8   9   10   ...   22

20 

 

çoxşaxəli və uzunmüddətli prosesdir. Ona görə də dövlət bu siyasəti qanunvericilik 



aktları ilə möhkəmləndirməlidir.  

Demokratik  və  hüquqi  dövlətlərdə  inhisarların  təhlükəli  addımları  inhisarlar 

əleyhinə  mübarizəyə  səbəb  olur.  nhisarlar  əleyhinə  mübarizə  aparan  qüvvələr 

çoxsaylı  xırda  istehsalçılar  və  istehlakçılardır.  Onlar  inhisarlar  tərəfindən  qarət 

olunur.  Dövlət  və  hüquq  iqtisadiyyatda  mövcud  olan  bu  münaqişələrin  həllində 

mühüm rol oynayır.  

Dövlət inhisarçı fəaliyyəti tənzimləməyə çalışır. Bu cür halları nəzərə alaraq, 

hələ  XIX  əsrin  axırlarında  ABŞ`da  antiinhisar  qanunu  qəbul  edilmiş,  qüvvəyə 

minmişdir.  Bununla  əlaqədar  olaraq,  hökumət  səmərəli  bazar  iqtisadiyyatı 

fəaliyyətini  təmin  etmək  üçün  onun  hüquqi  bazasını  və  atmosferini 

möhkəmləndirmişdir.  nhisar fəaliyyətini tənzimləyən aktlar elə bu dövrdən qəbul 

olunmağa  başlamışdır.  Bu  cür  fəaliyyəti  tənzimləmə  əsasən  dörd  istiqamətdə 

aparılır: 

1.  Bazarın  inhisarlaşması  məhdudlaşdırılır.  Bazarda  başqasının  ziyanına  ola 

bilən inhisarçılıq qadağan edilir.  

2.  Tənzimləmənin  ikinci  istiqaməti  rəqabət  aparan  kompaniyaların 

birləşməsini qadağan etməkdir.  

3.  Tənzimləmənin  üçüncü  istiqaməti  inhisar  qiymətlərinin  qoyulmasını 

qadağan  edir.  ABŞ`da  bu  prosesə  1914-cü  ildə  yaradılmış  Federal  Ticarət 

Komissiyası  nəzarət  edir.  1914-cü  ildən  1977-ci  ilə  qədər  komissiya  qiymətlərdə 

inhisar sövdələşməsinə dair 1400 əmr vermişdir.  

4.  Tənzimləmənin dördüncü istiqaməti rəqabətin saxlanılması və onun milli 

formasının müdafiə edilməsidir. Bu qeyri-sağlam rəqabət əleyhinə yönəldilmişdir.  

“ nhisarın mənfi cəhətlərini aradan qaldırmaq və rəqabəti gücləndirmək üçün 

dövlət  antiinhisar  siyasəti  yeridir,  antiinhisar  qanunvericiliyi  qəbul  edir  və  onun 

tətbiqi və icrası üzərində nəzarəti həyata keçirir. ” 

Dünya təcrübəsinə antiinhisar qanunvericiliyinin iki əsas sistemi məlumdur: 

– 

Qadağanedici sistem 




21 

 

– 



Tənzimləyici sistem 

Qadağanedici sistem inhisara tam qadağa şərtini irəli atır, rəqabətlə bir araya 

sığmayan inhisarı aradan çıxarmağı tələb edir. Bu sistemi əsasən Yaponiyanın və 

ABŞ`ın antiinhisar qanunvericiliyi rəhbər tutur.  

Tənzimləyici  sistem  inhisarın  olmasına  qarşı  çıxmır,  lakin  onun  mənfi 

nəticələrinin büruzə verdiyi zaman tənzimetmə mexanizmini işə salır. Tənzimləyici 

sistem  əsasən  Avropa,  xüsusilə  də  Şərqi  və  Cənub-Şərqi  Avropa  ölkələrinin 

qanunvericiliyində öz  əksini tapmışdır.  Bu  sistem  inhisarda  sui-istifadə hallarının 

əleyhinə çıxış edir.  

Antiinhisar qanunvericiliyini tənzimləyən qanunlar sırasındə ilk yeri 1890-cı 

ildə  qəbul  olunmuş  “Şerman  Qanunu”  tutur.  Bu  qanunla  ticarətin  gizli 

inhisarlaşması, bu və ya digər sahədə təkbaşına nəzarətin əldə edilməsi, qiymətlər 

haqqında  razılaşma  qadağan  edilir.  Qanunda  göstərilir  ki,  bir  neçə  ştat  və  ya 

ölkələrarası  ticarəti  inhisarlaşdıran  və  ya  inhisarlaşdırmağa  cəhd  göstərən  hər  bir 

şəxs hüququ pozmuş hesab olunur və qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq 

maddələrinə  uyğun  olaraq  50  min  dollara  qədər  cərimələnə  və  ya  bir  il 

müddətinədək  azadlıqdan  məhrum  edilə  bilər.  Bu  qanuna  görə  bazarda  60%-dan 

çox paya malik olmaq bazarın inhisarlaşması hesab olunur.  

Bu  sahədə  digər  bir  qanun  1914-cü  ildə  qəbul  olunmuşdur.  Bu  qanun 

“Kleyton Qanunu” adlanır. Bu qanunda satış sferasında məhdud işgüzar praktikanı, 

qiymət  diskriminasiyasını,  uyğunlaşmanı  müəyyən  edən  maddələr  öz  əksini 

tapmışdır.  1950-ci  ildə  bu  qanuna  “Seller-Kefover “  düzəlişi  edildi.  Düzəlişə 

əsasən  qeyri-qanuni  uyğunlaşma  anlayışı  dəqiqləşdirildi.  Belə  ki,  aktivlərin 

alınması  yolu  ilə  olan  uyğunlaşma  qadağan  olunurdu.  Əgər  düzəlişdən  öncə  iri 

firmaların  horizontal  yolla  uyğunlaşmasına  icazə  verilirdisə,  adı  çəkilən düzəlişlə 

bu cür uyğunlaşma məhdudlaşdırıldı.  

Daha  bir  qanun  isə  1936-cı  ildə  qəbul  olunmuş  “Robinson-Petmen 

Qanunu”dur. Bu qanunda ticarət sahəsində məhdud işgüzar praktikanın olmasına, 

yəni  qiymət  qayğısına,  qiymət  diskriminasiyasına  qadağa  qoyulmuşdu.  Qərbin 



22 

 

böyük iqtisadçılarından biri olan Keyns vaxtilə antiinflyasiya məsələləri ilə məşğul 



olmuş  və  məqbul  ideyalar  irəli  sürmüşdür.  Bu  ideyalar  iqtisadi  ədəbiyyatda 

“Keynsin  antiinflyasiya siyasəti”  kimi  öz  ifadəsini  tapmışdır.   Bu  siyasəti  sxem 

şəklində aşağıdakı kimi göstərmək olar: 

 

1. 2. Antiinhisar qanunvericiliyi, antiinhisar siyasətin hühuqi əsasları, i



nhisarçılıq 

və onunla mübarizə 

nhisarçılıq  çox  hallarda  məhsulun  keyfiyyətinin  aşağı  düşməsinə  və 

qiymətlərin  sürətlə  artmasına  səbəb  olur.  Belə  vəziyyət  bazar  iqtisadiyyatı 

şəraitndə istehlakçılara mənfi təsir göstərir.  

nhisarın  sosial-  iqtisadi  nəticələri  xalis  inhisar  baxımdan  daha  qabarıq 

şəkildə özünü göstərir. Bu zaman aşağıdakı 3 amil diqqəti cəlb edir: 

a. Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi. Rəqabət aparan 

və inhisarçı firmaların xərcləri arasında müqayisə ilə əlaqədar olan şətinliklər; 

b. Sahəyə  daxil  olmağı  məhdudlaşdıran  hədlərin  hesabına  inhisarçı 

müəssisələrin  daimi  olaraq  yüksək  inhisar  mənfəəti  əldə  etməsi.  Bu  inhisarçı 

firmanın rəqabət aparan firmalara nisbətən ETT- nin imkanlarından geniş istifadə 

etməsi etməsi hesabına yaranır; 

c. Gəlirlərin  bölgüsü.  Sahibkar  inhisarçı  gəlirlərin  bölgüsündə  qeyri- 

bərabərliyi  şərtləndirir.  Öz  bazar  hökmranlığının  sayəsində  inhisarçı  firmalar 

rəqabət firmalara nisbətən daha yüksək qiyməti təsbit edir.  

Bazar  iqtisadiyyatının  inkişafının  müəyyən  mərhələsində  inhisarçılıq  elə  bir 

səviyyəyə gəlib çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır.  

1. Müvafiq  strukturlar  tərəfindən  rəqabətin  inkişafı  üçün  əlverişli  mühitin 

yaradılması.  

2. Müvafiq  orqanlar  tərəfindən  inhisarçı  mövqeyə  malik  olan  təsərrüfat 

subyektlərinin fəliyyətinin hüququ aktlarla tənzimlənməsi.  

nhisar  fəaliyyətini  tənzimləyən  ilk  hüquqi  aktlar  hələ  XIX  əsrin  ortalarında 

ABŞ- da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə