Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

23 

 

da  bazar  münasibətlərinə  keçidlə  əlaqədar  inhisarların  fəaliyyətini  tənzimləyən 



qanunlar qəbul edilmişdir.  

Antiinhisar  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 

inhisarçılıq  fəaliyyətinin  qarşısının  alınmasının,  məhdudlaşdırılmasının  və  aradan 

qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.  

Azərbaycan  Respublikasının  “Antiinhisar  fəaliyyəti  haqqında”  qanununa 

uyğun olaraq bir müəssisə satışın 33 %-ə, 3 müəssisə 50% -ə, 5 müəssisə 66, 6% -ə 

malik olduğu hallarda inhisarçı müəssisə hesab edilir.  

nhisarçılıq fəaliyyətinin qarşısının alınması aşağıdakı hərəkətləri özündə əks 

etdirir: 

1. Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat 

subyektlərinin yaradılmasının məhdudlaşdırılmasına tədbirləri; 

2.  cra  idarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin  birgə  fəaliyyəti 

haqqında 

sazişlər 

nəticəsində 

təsərrüfat 

subyektlərinin 

müstəqilliyinin 

məhdudlaşdırılmasına  və  iştirakçıların  mənafelərinin  pozulmasına  yönəldilən 

fəaliyyətin qarşısının alınması.  

3.  nhisarçı təsərrüfat subyektlərinin məhsullarının qiymətkəri üzərində dövlət 

nəzarəti qoymaqla onların bazardakı paylarına uyğun mütərəqqi vergi dərəcələrinin 

tətbiq  edilməsi,  təbii  inhisarların  öz  mövqelərindən  sui  istifadə  hallarında  aksiz 

vergilərinin  şərtləşdirilmiş  dərəcələrin  tətbiq  edilməsi,  kredit  veriləsi  şərtlərinin 

şərtləndiriləməsi  və  s.  ilə  inhisarçıların  fəaliyyətinin  məhdudlaşdırılmasından 

ibarətdir.  Antiinhisar  fəaliyyətinin  üçüncü  istiqamətində  inhisarçılar  tərəfindən 

rəqabətin  sıxışdırıldığı  hallarda  imkan  daxilində  səlahiyyətli  orqanlar  tərəfindən 

inhisarçı  müəssisələrin  bölüşdürülməsi  haqqında  qərarlar  qəbul  etməklə 

inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının həyata keçirilməsi nəzərdə tutulur.  

nhisar  ərəb  dilindən  götürülmüşdür.  Latıncada  bu  termin “monopolia” sözü 

kimi  qeyd  olunmuşdur.  Bu söz  Azərbaycan  dilində “təkəl”“təkəlçilik” mənasını 

verir.  Müxtəlif  monoqrafiyalarda,  dərsliklərdə  inhisara  müxtəlif  cür  anlayışlar 

verilir.  Bunlardan  bəziləri  ilə  tanış  olaq.  “ nhisarçılıq  təsərrüfat  subyektlərinin 



24 

 

yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi 



ilə  azad  rəqabətə  yol  verilməməsinə,  onun  məhdudlaşdırılmasına  və  aradan 

qaldırılmasına  yönəldilən  fəaliyyətidir.  ”  Anlayışdan  verilən  əsasa  görə  inhisar 

yüksək mənfəət götürmək məqsədi daşıyan fəaliyyətdir. Başqa bir anlayış: “ nhisar 

və  inhisarçılıq  çoxlu  sayda  istehsal  vasitələrinin  və  insan  qüvvəsinin  bir  əldə 

cəmləşməsidir.  ” Verilmiş  ikinci  anlayışda  insan,  işçi  qüvvəsinin  bir  əldə 

cəmləşdirilməsi  də  inhisarçılıq  hesab  olunur.  Daha  bir  anlayış  isə  aşağıdakı  kimi 

verilmişdir:  “ nhisar  iki  mənada  işlədilir:  birinci  halda  müəyyən  bir  obyektə 

şəriksiz  sahib  olmaq,  onu  mənimsəməkdir  (məsələn,  torpaq  mülkiyyəti  üzərində 

inhisar).  kinci halda isə müəyyən bir istehsal sahəsi üzərində, bazarda inhisarçılıq. 

Burada söhbət bazar inhisarçılığından gedir. ” 

nhisarın  yaranması  müxtəlif  səbəblərdən  dolayı,  istehsalın,  kapitalın 

təmərküzləşməsi  və  mərkəzləşməsinin  nəticəsində  baş  vermişdir.  Təmərküzləşmə 

və mərkəzləşmə istehsalın və kapitalın iriləşməsi, daha böyük həcmə çatması, daha 

az  əllərdə  toplanması  prosesidir  ki,  nəticədə  inhisarlaşmaya  səbəb  olur. 

Təmərküzləşmə, həmçinin elm və texnikanın inkişafı ilə əlaqədardır.  

qtisadiyyatda  inhisarçılıq  əsasən  XIX  əsrin  II  yarısından  etibarən  meydana 

gəlməyə başlamışdır. Tədricən inhisarın inkişafı elə bir səviyyəyə gəlib çıxmışdır 

ki,  o,  bütövlükdə  iqtisadiyyatı  əhatə  etməyə  başlamışdır.  Beləliklə,  XX  əsrin  30-

50-ci illərindən iqtisadiyyatda inhisarçılıq hakim bir mövqeyə malik olmuşdur.  

XX  əsrin  90-cı  illərinin  sonlarında  dünyanın  40-dan  çox  ölkəsi  antiinhisar 

qanunvericiliyi  aktları  qəbul  etməyə  başlamışdır.  Təbii  ki,  Azərbaycanda  da  bu 

sahədə  müəyyən  irəliləyiş  oldu  və  antiinhisar  fəaliyyəti  zamanı  ortaya  çıxan 

münasibətləri nizama salan qanunvericilik aktları qəbul olundu.  

Bu  sahədə  ilk  qanun  hesab  olunan  “Antiinhisar  fəaliyyəti  haqqında” 

Azərbaycan  Respublikasının 4  mart  1993-cü il  tarixli  Qanunu qəbul olunmuşdur. 

Həmin  Qanunun  1-ci  maddəsində  qanunun  məqsədləri  sadalanır.  Maddə 



1: “Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının 

və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. ” 




25 

 

 Ümumiyyətlə  Azərbaycan  Respublikasında  antiinhisar  qanunvericiliyi 



Azərbaycan  Respublikası  Konstitusiyasından  və  aşağıda  adları  sadalanan 

normativ-hüquqi aktlardan ibarətdir: 

1.  “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu; 

2.  “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu; 

3.  “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu; 

4.  Antiinhisar fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 

fərman və sərəncamları; 

5.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları; 

6.  Digər normativ-hüquqi aktlar.  

Azərbaycan  Respublikasının  Konstitusiyasının  “Dövlətin  əsasları”  adlı  II 

fəslinin 15-ci maddəsi “ qtisadi inkişaf və dövlət” adlanır. Həmin maddəyə görə: 

– 

Azərbaycan  Respublikasında  iqtisadiyyatın  inkişafı  müxtəlif  mülkiyyət 



növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.  

– 

Azərbaycan  dövləti  bazar  münasibətləri  əsasında  iqtisadiyyatın  inkişafına 



şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa 

və haqsız rəqabətə yol vermir.  

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-

ci maddəsində deyilir: 

1.  Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir 

və bütün hüquqi və fiziki şəxslərə şamil olunur.  

2.  Qanun  təsərrüfat  subyektlərinin,  icra  hakimiyyəti  və  idarəetmə 

orqanlarının xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları sazişlərin və 

müqavilələrin  milli  bazarda  rəqabətin  məhdudlaşdırılmasına  gətirib  çıxardığı 

hallarda da tətbiq edilir.  

3.  Qanun  təsərrüfat  subyektlərinin  ixtira,  ticarət  nişanları  və  müəlliflik 

hüquqlarından irəli gələn münasibətlərinə, onların bu hüquqlardan qəsdən rəqabəti 

məhdudlaşdırmaq məqsədilə istəfadə etməsi halları istisna olmaqla, şamil edilmir.  



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə