Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

26 

 

Bu  Qanuna  uyğun  olaraq  1  müəssisə  satışın  33%-nə,  3  müəssisə  50%-nə,  5 



müəssisə 66, 6%-nə malik olduğu hallarda inhisarçı hesab olunur.  

Yuxarıda  göstərildiyi  kimi  antiinhisar  fəaliyyətinin  ilkin  istiqaməti  olan 

inhisarçılıq  fəaliyyətinin  qarşısının  alınması  aşağıdakı  hərəkətləri  özündə  əks 

etdirir: 

– 

Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat 



subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri; 

– 

cra,  idarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin  birgə  fəaliyyəti 



haqda 

sazişlər 

nəticəsində 

təsərrüfat 

subyektlərinin 

müstəqilliyinin 

məhdudlaşdırılmasına  və  istehlakçıların  mənafelərinin  pozulmasına  yönəldilən 

fəaliyyətinin qarşısının alınması.  

Antiinhisar  fəaliyyətinin  digər  istiqaməti  inhisarçı  təsərrüfat  subyektlərinin 

məhsullarının  qiymətləri  üzərində  dövlət  nəzarəti  qoymaqla,  onların  bazardakı 

paylarına  uyğun  mütərəqqi vergi  dərəcələrinin  tətbiq  edilməsi,  təbii  inhisarçıların 

öz  mövqelərindən  sui-istifadə  hallarının  aksiz  vergilərinin  sərtləşdirilmiş 

dərəcələrinin  tətbiq  edilməsi,  kredit  verilməsi  şərtlərinin  sərtləşdirilməsi  və  s.  ilə 

inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından ibarətdir.  

Antiinhisar  fəaliyyətinin  üçüncü  istiqamətində  inhisarçılar  tərəfindən 

rəqabətin sıxışdırıldığı hallarda təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi 

şəraitdə,  səlahiyyətli  orqanlar  tərəfindən  inhisarçı  müəssisələrin  bölüşdürülməsi 

haqqında qərarlar qəbul edilməklə inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının 

həyata keçirilməsi nəzərdə tutulur.  

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-

cü 

maddəsinə 



görə: 

“ nhisarçılıq 

fəaliyyətinin 

qarşısının 

alınması, 

məhdudlaşdırılması  və  aradan  qaldırılması  üzrə  dövlət  siyasətini,  digər  dövlət 

orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  yeridən  Azərbaycan 

Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanı  həyata  keçirir.  Azərbaycan 

Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən  Azərbaycan  Respublikası 




27 

 

mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası 



məcburi  olan  göstərişlər  verə  bilər  və  qanunvericiliklə  müəyyən  olunmuş  digər 

səlahiyyətləri yerinə yetirə bilər. ” 

Bu Qanunun “ nhisarçılıq fəaliyyəti” adlı II bölməsinin konkret maddələrində 

inhisarçılığın növləri sadalanır. Belə ki, onlar aşağıdakılardan ibarətdir: 

– 

Dövlət inhisarçılığı (maddə 5) 



– 

Sahə inhisarçılığı (maddə 6) 

– 

Yerli inhisarçılıq (maddə 7) 



– 

Təsərrüfat subyektlərinin inhisarçılığı (maddə 8) 

– 

Maliyyə-kredit inhisarçılığı (maddə 9) 



– 

Bazar  subyektlərinin  üfiqi  və  şaquli  sazişləri  nəticəsində  yaranan 

inhisarçılıq (maddə 10) 

– 

Təbii inhisarçılıq (maddə 11) 



– 

Patent- lisenziya inhisarçılığı (maddə 12) 

– 

Yerin təkindən istifadə inhisarçılığı (maddə 12-1) 



“Antiinhisar  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanununda 

antiinhisar  tənzimləmə  vasitələri,  inhisarçılıq  fəaliyyətinin  məhdudlaşdırılması  və 

aradan  qaldırılması,  qanunun  pozulmasına  görə  nəticələr  (maddə  17),  qanunun 

pozulmasına  görə  məsuliyyət  (maddə  18)  müəyyən  olunmuşdur.  Bu  Qanun 

ümumilikdə 19 maddədən ibarətdir.  

Antiinhisar qanunvericiliyi sırasında digər qanun “Təbii inhisarlar haqqında” 

Azərbaycan Respublikasının Qanunudur. Bu Qanun 15 dekabr 1998-ci ildə qəbul 

olunmuşdur.  Qanunun  məqsədi  Azərbaycan  Respublikasında  təbii  inhisarlarla 

bağlı  dövlət  tənzimlənməsinin  təşkilati  və  hüquqi  əsaslarını  müəyyən  etməkdən 

ibarətdir.  Qanun  təbii  inhisar  subyektləri  ilə  istehlakçıların  maraqlarının 

uzlaşdırılmasını  təmin  etməyə  yönəldilmişdir  (“Təbii  inhisarlar  haqqında”  AR 

Qanunu, maddə 1). Bu Qanun təbii inhisar subyektlərinin, istehlakçıların, müvafiq 

icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının  iştirak  etdiyi  məsul  iş, 



28 

 

xidmət  bazarlarında  yaranan  münasibətləri  tənzimləyir…  (maddə  2).  Bu  Qanun 



ümumilikdə 13 maddədən ibarətdir.  

Öyrəndiyimiz  qanunvericiliyə  daxil  olan  digər  qanun  “Haqsız  rəqabət 

haqqında”  Azərbaycan  Respublikasının  2  iyun  1995-ci  il  tarixli  Qanunudur.  Bu 

Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-

hüquqi  əsaslarını  müəyyən  edir,  sahibkarlıq  fəaliyyətinin  ədalətli  üsullarla 

aparılmasına  hüquqi  zəmin  yaradır,  bazar  subyektlərinin  haqsız  rəqabət 

metodlarından  istifadəyə  görə  məsuliyyətini  nəzərdə  tutur.  Qanun  Azərbaycan 

Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün  bazar  subyektlərinə  şamil 

edilir.  Qanunda  haqsız  rəqabətin  müxtəlif  formalarına  dair  norma  öz  əksini 

tapmışdır (maddə 3). Bu Qanun ümumilikdə 15 maddədən ibarətdir.  

Antiinhisar qanunvericiliyinin qorunması məqsədilə Azərbaycan Respublikası 

digər ölkələrlə birgə araşdırmalar aparır, bu cür niyyətlərlə təşkil olunmuş tədbir, 

konfranslarda  bilavasitə  iştirak  edir.  Keçən  aylardan  birində  Azərbaycan 

nümayəndə 

heyəti 

Vaşinqtonda 



keçirilən 

Amerika 


Hüquqşünasları 

Assosiasiyasının 55-ci yaz toplantısında iştirak edib. Azərbaycanın  qtisadi  nkişaf 

Nazirliyinin  yaydığı  məlumata  əsasən  ölkəmizi  bu  tədbirdə 

N  yanında 

Antiinhisar  Dövlət  Xidmətinin  rəisi  Samir  Dadaşov  və  xidmətin  analitik-

informasiya sektoru müdiri Elşad Məmmədov təmsil edib. Toplantıda 40-dan çox 

ölkənin  nümayəndəsi,  o  cümlədən,  ABŞ  Federal  Ticarət  Komissiyasının  büro  və 

komissiya  üzvləri,  qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatı,  ABŞ  Ədliyyə 

Departamenti  və  Avropa  Komissiyasının  təmsilçiləri  iştirak  edib.  ştirakçılar 

arasında  MDB  ölkələrindən  yalnız  Azərbaycan  və  Rusiyanı  təmsil  edən  şəxslər 

olub.  Tədbir  ABŞ`ın  antiinhisar  hüququnun  bütün  aspektlərini,  o  cümlədən, 

istehlakçı hüquqlarının müdafiəsinə dair qanunvericiliyi əhatə edən 50 sessiyadan 

ibarət idi. Sessiyalarda telekommunikasiya sferasında antiinhisar qanunvericiliyinə 

əməl  olunmasına  nəzarət,  intellektual  mülkiyyətin  qorunması  və  piratçılıqla 

mübarizə,  birləşmə  və  qarışmalara  nəzarət  və  s.  məsələlər  müzakirə  olunub. 

Antiinhisar  qanunvericiliyinin  pozulması  hallarının  qarşısını  almaq  məqsədilə 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə