sənayenin inkişafı ilə əlaqədar çoxlu böyük su anbarları yaradıldı. XIX əsrdən
başlayaraq inkişaf etmiş ölkələrdə yeni bəndlər və su anbarları tikildi.
XX əsrdə , xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi
artmışdır.Hazırda dünyada milyona qədər insan tərəfindən yaradılmış müxtəlif
ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə(nohura)
kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000km
3
-i keçir,faydalı
həcmi isə 3000 km
3
təşkil edir. Həcmi 1 mln km
3
-i keçən iri su anbarlarının sayı
30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara çayında Bratski (169 km
3
)
,Zambezidə -Karib (160km
3
), Nildə-Nasir (157km
3
),Voltada-Volta (148km
3
) su
anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000kv.km təşkil edir.
Su anbarlarının səthindən 240 km
3
-a qədər su buraxılır. Afrika kontinenti
üçün belə su sərfinin miqdarı suvarma suyundan sonra ikinci yeri tutur və
sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə çoxdur.
Rusiyadakı su anbarlarının hamısı düzən ərazidə yerləşir. Bunun
nəticəsində subasarında və çay terraslarındakı kənd təsərrüfatı üçün ən qiymətli
torpaq sahələri itirilir. Bundan başqa su anbarları bir sıra ekoloji problemlər
yaradır:
ə
halinin
köçürülməsi,təsərrüfatın
ə
nənəvi
istiqamətinin
pozulması,suyun keyfiyyətinin pisləşməsi,bəndin aşağı byefində dayanıqsız -
ə
lverişsiz hidroloji rejimin yaranması ,axımın biogen elementlərinin (fosfor və
azot) tutulub (çöküb) saxlanması və buna müvafiq dənizlərin bioloji
məhsuldarlığının azalması, qurunt sularının səviyyəsinin qalxması və onunla
ə
laqədar təbii və antropogen landşaftların məhsuldarlığının dəyişməsi ,balıq
sənayesi üçün şəraitin pisləşməsi və s.
Su anbarlarının müsbət cəhəti – hidroelektrik stansiyaları ətraf mühiti
çirkləndirmir. Onlar həm də energetika sistemlərində mühüm rol oynayır.
Dünyanın bir çox rayonlarında su anbarları yaratmadan həyat qeyri-mümkündür.
ri çaylarda su anbarları naviqasiya şəraitini (gəmilərin hərəkətini) yaxşılaşdırır.
Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya
sistemləri,hidroelektrostansiyalar,şlüzlər və s.) birlikdə inkişaf etməkdə olan
ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir.Tropik şəraitdə mülayim
iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər
yaradır. Belə ki, su anbarlarının rejimi və onların ətraf mühitə təsiri yüksək
dərəcədə təbii şəraitdən asılıdır.Tropik regionda hər yeni su anbarı yaradıldıqda
xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş
olması,su biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun
keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu isə xəstəliklərin artmasına
səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə
nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır,bu isə
xəstəliklərin kəskin artmasına səbəb olur.
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə
yuxarıda göstərilənlərdən başqa əlavə yeni ekoloji problemlər yaradır. Bu
zonada ilk su anbarı və 8 mln. kvt. Gücündə SES Braziliyada Tukurui hesab
olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü
olduqca yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq
görünmür.Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş oksigeni sudan tam
udaraq nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli
hidrogen sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən
ensofalit xəstəliyinin bir növü də daha çox müşahidə olunmağa başladı.Belə
vəziyyət Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan
Brokopondo su anbarında hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES- də
operatorlar işlədiyi zaman əleyhqazdan istifadə edirlər.
Ümumiyyətlə böyük bənd və su anbarlarının iqtisadi, ekoloji-iqtisadi
effektini qiymətləndirmək mürəkkəbdir. Su anbarları öz vəzifəsini yerinə
yetirərək su ehtiyatlarını artırır, digər tərəfdən isə bir çox əlverişsiz nəticələr
yaradır.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların
gələcəkdə inkişaf etdirilməməsinə əsas verir. Lakin, yaddan çıxarılmamalıdır ki,
su anbarları bərpa olunan su ehtiyatlarının həcminin artırılması üçün mühüm
vasitədir.
RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan
bəndinin tikilməsinin ekoloji nəticələrinin dərin təhlilinə eynimənalı qiymət
vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar baş verərək
həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli rol oynayır. Belə ki,
daşqınların münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd
tərəfindən tutulub saxlanılır,odur ki, torpağın münbitliyi mineral kübrələr
verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında
toplanaraq mümkün su ehtiyatının həcmini nizamlayır, sonra isə ondan
suvarmada və elektrik enerjisi almaqda istifadə olunur. 1970-ci illərin sonlarında
Asuan su anbarı bir neçə olduqca yüksək və çox təhlükəli daşqınların suyunu
özündə saxladı. Əksinə,1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının
həcmi orta həcmdən də aşağı olmuşdur.Bu zaman az yağıntılı illərdə su qıtlığı
zamanı Misirdə tarlaların suvarılmasında Asuan su anbarının suyundan istifadə
edilmişdir.Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə
aclıqdan,iqtisadi çətinliklərdən və siyasi qeyri-sabitlikdən xilas edilmişdir.
Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması
1970-ci illərdən sonra özünün gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa
doğru meyli artmışdır. Bununla yanaşı Çində Yanszısyan çayı üzərində dünyada
ə
n böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və
1,7 mln ha ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması
layihəsi həyata keçirilir.
Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox
ölkələrdə bənd tikiləsi yerlərdən artıq istifadə olunmuş. Qalan yerlər isə iqtisadi
və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ da son 25 ildə su anbarı
Dostları ilə paylaş: |