Microsoft Word Az?rbaycan?n fiziki cografiyas? proqram magist



Yüklə 32,39 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü32,39 Kb.
#39786


Qələndərov Ç.S. 

Azərbaycanın fiziki coğrafiyası 

İzahat vərəqəsi 

 

Azərbaycanın fiziki coğrafiya fənni fiziki coğrafiya fənləri arasında  ən mühüm 

fən  olmaqla  coğrafiya  fakultəsinin  magistr  pilləsi üzrə  I kursda  48  saat müha-

zirə və 16 saat məşğələ olmaqla  64 saat həcmində tədris olunur. Azərbaycanın  fi-

ziki coğrafiyası fənni respublikamızın coğrafi mövqeyi sahəsi, sərhədləri, relyefi, 

geoloji-geomorfoloji quruluşu,faydalı qazıntıları,mineral suları,iqlimi, daxili suları, 

torpaq-bitki örtüyü,hey-vanlar aləmi, landşaft-ekoloji xüsusiyyətləri haqqında 

hərtərəfli müfəssəl məlumat ve-rir. 



Mövzuların satlar üzrə paylanması 

 

№ 

 

Mövzuların paylanması 

Saatların miqdarı 

Cəmi Müb  Lab

1.  Coğrafi mövqeyi,sahəsi, sərhədləri 

2 2 

 

 2.  Relyefi və oroqrafiyası 

4 2 



 3.  Geoloji quruluşu 

4 2 



 4.  Faydalı qazıntıları, mineral suları 

2 2 

 

 

 5. 

İqlimə təsir edən amillər.Günəş radiasiyası və hava 

kütlələri 

4 2 



 6.  Atmosfer təzyiqi və küləklər 

2 2 

 

 

 7. 

Atmosfer yağıntıları, havanın temperaturu, iqlim tip-

ləri 

2 2 

 

 8.  Daxili suları.Çayları və onların hidroloji 

xüsusiyyətlə-ri 



4 2 



 9.  Gölləri, süni su tutarları, yeraltı suları və buzlaqları 

4 4 

 

10.  Xəzər dənizi və onun problemləri 

2 2 

 

11.  Torpaq örtüyü 

4 2 



12.  Bitki örtüyü.Əsas bitki tipləri və onların yayılma qa-

2 2 

 


nunauyğunluqları 

13.  Heyvanlar aləmi və onların yayılma qanunauyğunluq 

ları 


2 2 

 

14.  Landşaftları və onların şaquli differensiasiyası 

4 2 2 

15.  Azərbaycanda təbiəti mühafizənin əsas problemləri. 

Torpağın mühafizəsi 



4 2 2 

16.  Atmosferin və suların mühafizəsi 

2 2  

17.  Bitki örtüyünün mühafizəsi.Qoruqlar və yasaqlıqlar 

2 2  

18.  Azərbaycanın fiziki-coğrafi rayonlaşması 

4 2 2 

19.  Böyük Qafqaz vilayəti 

2 2  

20.  Kiçik Qafqaz vilayəti 

2 2  

21.  Kür çökəkliyi vilayəti 

2 2  

22.  Lənkəran vilayəti 

2 2  

23.  Orta Araz vilayəti 

2 2  

 

Cəmi 


64 48 16 

 

1.Coğrafi mövqeyi 

Azərbaycanın əlverişli fiziki-coğrafi mövqeyi, Xəzər dənizinin Azərbaycanın fiziki 

-coğrafi  mövqeyində  əhəmiyyəti, Azərbaycanın  şərq-qərb və  şimal-cənub dövlətləri 

arasında nəqliyyat dəhlizi rolunu oynaması, qədim “İpək yolu”, onun bərpasının iqtisa 

di  və geosiyasi əhəmiyyəti. Təbii şəraitinin rəngarəngliyinin və təbii ehtiyatlarını zən-

ginliyinin sənayenin, kənd  təsərrüfatının və turizm-rekreasiya təsərrüfatının inkişafın-

da rolu. 

2.Geoloji quruluşu 

Azərbaycanın təbii landşaftlarının bünovrəsini təşkil edən yaşına, mənşəyinə, tərki-

binə və quruluşuna görə fərqlənən süxur kompleksləri. Paleozoy, Mezozoy (Trias, Yu-

ra, Təbaşir)  və Kaynazoy (Paleogen, Neogen, Dördüncü dövr)  eralarının  çöküntüləri 

və onların yayıldığı regionlar. Azərbaycanın geoloji-tektonik inkişaf tarixi.Əsas tekto-

nik  strukturlar. Neotektonik və seysmik hərəkətlər. Azərbaycan ərazisinin tektonik ra-

yonlaşdırılması. 



3. Faydalı qazıntıları 

Azərbaycanda  mövcud  olan əsas faydalı qazıntılar və onların yayılmasının coğrafi 

xüsusiyyətləri.Enerji daşıyıcıları:neft və qaz. Filiz və qeyri-filiz faydalı qazıntıları. Ti-

kinti materialları. Mineral suları. Azərbaycanın faydalı qazıntılarından səmərəli  istifa-

də problemləri. 

4. Oroqrafiyası 

Relyefin  ümumi səciyyəsi və ərazinin hipsometrik xüsusiyyətləri. Relyefin inkişaf 

tarixi  və əsas relyef formaları. Böyük Qafqaz, Kiçik Qafqaz, Arazyanı silsilələr, Talış 

dağlarının və Kür-Araz dağarası  çökəkliyini, Samur-Dəvəçi  ovalığı və Arazboyu  dü-

zənliklərin  oroqrafik və hipsometrik  xüsusiyyətləri. Azərbaycan  ərazisində  mövcud 

olan əsas morfostruktur  və morfoskulpturların qısa səciyyəsi. 



5. İqlimi 

Azərbaycanda  əsas  iqliməmələgətirən  amillər: coğrafi enlik-günəş radiasiyası, at-

mosfer sirkuliyasiyası-hakim hava kütlələri, oroqrafiya, səth örtüyünün xarakteri, dağ-

ların  sədd  effekti, Xəzər dənizi. Havanın temperaturunun və yağıntıların coğrafi pay-

lanma  xüsusiyyətləri, atmosfer  təzyiqi, küləklər, mümkün  buxarlanma, rütubətlənmə 

şəraiti, iqlim ehtiyatları və əsas iqlim tipləri. 



6. Daxili suları və Xəzər dənizi 

Hidroqrafik xüsusiyyətlərin ərazinin oroqrafiyası, hipsometriyası, süxurların litolo-

giyası və  iqlimilə əlaqəsi. Ərazidə  hidroqrafik şəbəkə sıxlığının dəyişilmə qanunauy-

ğunluğu və onu müəyyən edən amillər. Əsas çaylar və onların hidroloji xüsusiyyətləri. 

Çayların hövzələr üzrə qruplaşdırılması. Çayların əsas qidalanma mənbələri və onların 

bu əlamətə görə təsnifatı. Axımın paylanması və su rejimi. Orta illik axım və onun ilin 

isti və soyuq yarısında dəyişmə xüsusiyyətləri. Sülb axımın illik rejimi və dəyişmə qa-

nunauyğunluğu.Selli çayların səciyyəsi.Çay sularının kimyəvi tərkibi.Hidroloji rayon-

laşma.Göllər və onların genetik təsnifatı. Su anbarları, kanallar, yeraltı suları. Buzlaq-

ları, çoxillik qarları və bataqlıqları. Xəzər dənizi, onun canlılar aləmi və problemləri. 



7. Torpaq örtüyü 

Azərbaycan ərazisində torpaqəmələgəlmənin xüsusiyyətləri. Əsas torpaqəmələgəti-

rən amillər və onların  şaquli qurşaqlar üzrə dəyişməsi. Relyef, geoloji  quruluş, iqlim, 



bitki örtüyü, mikroorqanizmlər, antropogen  amil - əsas torpaqəmələgətirən amillərdir. 

Azərbaycan  torpaqlarının  genetik təsnifatı. Azərbaycanın düzənlik və dağ  torpaqları, 

onların diaqnostik əlamətləri və morfogenetik xüsusiyyətləri. Zonal, azonal, intrazonal 

və inversion torpaq tipləri. 



8. Bitki örtüyü 

Azərbaycanın bitki örtüyünün IV dövr ərzində inkişaf tarixi.Azərbaycanın əsas bit-

ki-ekolji qrupları və onların ərazinin iqlimi və oroqrafiyası ilə əlaqəsi. Bitkilərin şaquli 

qurşaqlar yayılma xüsusiyyətləri.Azərbaycanın əsas oroqrafik vahidlərində:Böyük Qaf 

qaz dağlarında, Kiçik Qafqazda, Talış dağlarında və Naxçıvan MR-da bitkilərin şaquli 

qurşaqlar üzrə yayılmasında fərqli və oxşar cəhətləri. Böyük və Kiçik Qafqaz dağ  me-

şələrinin  spesifik əlamətləri və insanların təsərrüfat fəaliyyəti  nəticəsində  dəyişikliyə 

məruz qalması. Ərazidə əsas bitki  tiplərinin yayılması: düzənlik  və dağətəyi  zonanın 

yarımsəhra-quru çöl və çöl  bitkiləri, meşə və meşə-kol bitkiləri, aran və dağ meşələri, 

dağ kserofit bitkiləri, dağ-çəmən bitkiləri, çala-çəmən bitkiləri.Bitki örtüyünün forma-

laşmasında azonallıq, intrazonallıq və inversiya onların yaranma səbəbləri.Tipoloji va-

hidlərə görə bitkilərin regional  xüsusiyyətləri, endemik və relikt bitki növləri, onların 

ərazidə yayılması. Geobotaniki rayonlaşma. 

9. Heyvanlar aləmi 

Azərbaycanın faunasının müxtəlifliyini müəyyən edən fiziki-coğrafi şərait.Heyvan-

lar  aləminin formalaşma tarixi. Müxtəlif landşaft qurşaqlarında (yarımsəhra quru-çöl; 

arid-denudasion  alçaq dağlıq; tuqay və aran  meşələri; hidromorf  landşaftlar, dağ-çə-

mən qurşağı, yüksək dağ çəmənləri, dağ çölləri və qayalıqlar) yayılmış fauna qruplaş-

maları: məməlilər, sürünənlər, quşlar, balıqlar və s. 



10. Landşaftları 

Azərbaycan  landşaftlarının təkamül tarixi. Azərbaycan  ərazisinin  landşaft-ekoloji 

xüsusiyyətləri.Müasir landşaft komplekslerinin  ərazi differensasiyasının əsas xüsusiy-

yətləri və qanunauyğunluqları. Landşaftın  differensasiyasınna təsir  edən əsas  amillər 

(relyef, iqlim, geoloji süxurlar və s.).Landaşftın tipoloji və taksonomik təsnifatı. Azər-

baycan  ərazisində  yaranmış əsas  landşaft  tip və yarımtipləri, onların qısa  səciyyəsi. 

Əsas təbii və antropogen landşaft kompleksləri. 



11. Təbiəti mühafizə 

Təbii sərvətlərdən səmərəli istifadə olunması və təbii ehtiyatların qorunması proble 

mi. Qiymətli  fauna və flora  növlərinin  qorunması bərpası, inkişafı. Su  və atmosferin 

çirklənməsinə  qarşı mübarizə tədbirləri. Səhralaşma və  ona qarşı mübarizə. Ayrı-ayrı 

bölgələrdə təbiətin mühafizəsinin səciyyəsi xüsusiyyətləri.Respublikada təbiətin müha 

fizəsinə yönəldilən başlıca tədbirlər. Təbiəti mühafizə təşkilatları. Azərbaycanın “Qır-

mızı kitabı”, Azərbaycan ərazisində yaradılan milli parklar,qoruqlar,yasaqlıqlar və on-

ların  qısa səciyyəsi. Kənd təsərrüfatı və təbiəti mühafizə. Xəzərin  çirklənməsi  və ona 

qarşı mübarizə tədbirləri.  

12. Fiziki-coğrafi rayonlaşma 

Fiziki-coğrafi  rayonlaşdırmanın elmi-nəzəri əsasları. Mövcud fiziki-coğrafi rayon-

laşdırma sxemlərinin təhlili. Fiziki-coğrafi rayonlaşdırmanın taksonomik vahidləri sis-

temi. Azərbaycan  Respublikası ərazisinin fiziki-coğrafi vilayətləri və rayonları sxemi. 

Əsas fiziki-coğrafi vahidlərin səciyyəsi. 

 

ƏDƏBİYYAT 

 

1.

 



Геология СССР. Том 47, «Азерб ССР», Недра, 1972. 

2.

 



Klimat Azerbaydjana. Baku, 1968. 

3.

 



Müseyibov M.A, Quliyev R.Y, Azərbaycanın geomorfologiyası, Bakı, 1974. 

4.

 



Müseyibov M.A Azərbaycanın fiziki coğrafiyası. Maarif, Bakı, 1998. 

5.

 



Rüstəmov Ə.M. Azərbaycan SSR-in fiziki coğrafiyası, Bakı, 1981. 

6.

 



Прилипко Л.И. Растительный покров Азербайджана. Баку 1970. 

7.

 



Салаев М.А. Диагностика и классификация почв Азербайджана, 1991. 

 

 



 

Yüklə 32,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə