Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

57 

 

bostan məhsulları istehsalı 0.4 %, meyvə və giləmeyvə istehsalı 5.3 %, üzüm istehsalı 



2.1 %, şəkər çuğunduru 3.2 % çox toplanmışdır. 44.8 min ton xam pambıq və 3.5 min 

ton tütün yarpağı yığılmışdır Cədvəl 2.9.-da 2003-2013-cü illər ərzində Azərbaycan 

Respublikasında kənd təsərrüfatı üzrə ümumi məhsulun dinamikası verilmişdir. 

Cədvəl 2.9. 

Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı  üzrə  ümumi  məhsulun 

dinamikası (carı qiymətlərlə, mln. manatla) 

Göstəricilər 

2003 


2005 

2008 


2009 

2010 


2011 

2012 


2013 

Bütün təsərrüfat 

kateqoriyaları 

1450,5 


1844,8 

3505,9 


3805,5 

3877,7 


4525,2 

4844,6 


5244,6 

o cümlədən: 

bitkiçilik 

807,0 


988,2 

2084,9 


2106,0 

1999,2 


2339,8 

2458,2 


2629,6 

heyvandarlıq 

643,5 

856,6 


1421,0 

1699,5 


1878,5 

2185,4 


2386,4 

2615,0 


Kənd təsərrüfat 

müəssisələrində 

cəmi 

41,6 


68,8 

186,0 


227,9 

192,6 


236,0 

319,4 


363,9 

o cümlədən 

bitkiçilik 

10,3 


13,9 

41,0 


70,0 

60,0 


82,2 

97,3 


120,5 

heyvandarlıq 

31,3 

54,9 


145,0 

157,9 


132,6 

153,8 


222,1 

243,4 


Fərdi sahibkarlar, 

ailə-kəndli və ev 

təsərrüfatları cəmi  1408,9 

1776,0 


3319,9 

3577,6 


3685,1 

4289,2 


4525,2 

4880,7 


o cümlədən: 

bitkiçilik 

796,7 

974,3 


2043,9 

2036 


1939,2 

2257,6 


2360,9 

2509,1 


heyvandarlıq 

612,2 


801,7 

1276,0 


1541,6 

1745,9 


2031,6 

2164,3 


2371,6 

Mənbə: ARDSK. 

http://www.stat.gov.az

 . 

 

Cədvəl  2.9.-dan  göründüyü  kimi,  ümumi  məhsul  artımı  2003-2013-cü  illər  il 



ərzində 3,6 dəfə təşkil etmişdir. Bitkiçilik üzrə artım 3,25 dəfə və heyvandarlıq üzrə 

isə ümumi məhsulun artım tempi 4,06 dəfə olmuşdur. Ümumiyyətlə, ölkədə son illər 

kənd  təsərrüfatı  məhsullarının  istehsalının  həcminin  və  çeşidinin  artırılması 

istiqamətində  aparılan  tədbirlər  növbəti  illərdə  bu  mühüm  qeyri-neft  sektorunda 

mövcud potensialın yüksəldilməsinə imkan verə bilər.  



58 

 

Qeyri-neft sektorunun təhlili və tədqiqi üzrə araşdırmalar bu qənaətə gəlməyə 



imkan verir ki, sektorun potensialının daha ciddi arqumentlərlə qiymətləndirilməsi və 

təhlili üçün bir qrup strateji meyarlar ciddi nəzərə alınmalıdır: 

-ilk  növbədə,  qeyri-neft  sektorunun  priortetliyi  nəzərə  alınmaqla,  ölkə 

iqtisadiyyatının inkişaf tendensiyalarına adekvat istiqamətlərin müəyyənləşdirilməsi, 

mövcud resurslardan səmərəli istifadə olunması və onların bazasında müxtəlif qeyri-

neft sektorlarının inkişafının əsaslandırılması və təşkili; 

-təbii  ehtiyatlar  hesabına  emal  müəssisələrinin  yaradılması  prosesləri  ilə  əmək 

ehtiyatlarının  məhsuldar  yerləşdirilməsi  baxımından  uzlaşdırılması,  regionlarda 

sənaye  zonalarının,  sənaye  məhəllələrinin,  aqrar  şəhərciklərin,  aqrar  komplekslərin, 

elm-innovasiya  və  klaster  təyinatlı  kənd  təsərrüfatı  və  aqrar  holdinqlərin  təşkilinə 

baxılmalı; 

-kənd  təsərrüfatı  və  aqrar  sektora  dövlət  dəstəyi  mexanizmlərinin  bu  sektorun 

qarşısında  duran  müasir  vəzifələr  baxımından  təkmilləşdirilməsi  proseslərinin 

intensivləşdirilməsi və s. 

Azərbaycanda  qeyri-neft 

sektorunun 

müasir  vəziyyəti  bu 

sahənin 


diversifikasiyalaşdırılmasının intensivləşdirilməsi ilə xarakterizə edilsə də, təəssüf ki, 

bu  proseslər  sektorun  potensialının  cüzi  bir  hissəsi  kimi  çıxış  edir.  Qeyri-neft 

sektorunun ölkə ÜDM-dəki və digər makroiqtisadi göstəricilərdə artım dinamikasının 

intensivləşdirilməsi  üçün,  ilk  növbədə,  bu  sahənin  ixrac  potensialının 

genişləndirilməsi  zəruridir.  Bu  halda  ölkənin  qeyri-neft  sektoru  sahələrinə  xarici 

investisiyaların cəlb edilməsi sürətlənə bilər, müxtəlif ölkələrdən investorların gəlişi 

artar,  ölkəyə  gətirilən  müasir  texnologiyalar  və  idarəetmə  metodları  qeyri-neft 

sektorunda  ədalətli  rəqabəti  artırar,  istehsal  standartlarını  yüksəldər,  real  məhsul 

artımına  ciddi  zəmin  yaradar.  Bu  kimi  amillər  nəzərə  alınmaqla,  müasir  dövrdə 

Azərbaycanın  qeyri-neft  sektorunun  ixrac  potensialı  və  onun  qiymətləndirilməsinin 

araşdırılmasını məqsədəuyğun bilmişik.  

 



59 

 

III Fəsil. Azərbaycanda qeyri neft sektorunda ixrac potensialından 



istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri 

3.1. Qeyri neft sektorunun ixrac potensialının tənzimlənməsinin 

qanunvericilik bazası və onun təkmilləşdirilməsi 

  Hər  bir  iqtisadi  prioritet  mənsub  olduğu  dövlətin  iqtisadi  siyasətində  ilk 

növbədə  dayanıqlı  və  etibarlı,  işlək  qanunvericilik  bazasına  malik  olmalıdır. 

Qanunvericilik  bazası,  müvafiq  ölkə  qanunları,  normativ  sənədlər,  iqtisadi  rejimlər, 

qaydalar 

olmadan 


prioritet 

iqtisadi 

siyasət 

istiqamətlərinin 

inkişafının 

intensivləşdirilməsi,  sahənin  problemlərinin  öyrənilməsi  və  baxılması  qeyri 

mümkündür. Hələ, neft strategiyasının reallaşdırılmağa başladığı ilk illərdən etibarən 

Azərbaycanda  ayrı-ayrı  qeyri-neft  sektoru  prioritetləri  üzrə  ölkə  tədbirlərinə  start 

verilmiş,  ilk  növbədə  bu  sektorun  müxtəlif  sahələri  üzrə  qanunvericilik  aktlarının 

işlənib  hazırlanması,  baxılması  və  qəbul  edilməsi  prosesləri  sürətləndirilmişdir. 

Şübhəsiz, qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsinin qanunvericilik 

bazasının formalaşdırılması və onun zərurət yarandıqca təkmilləşdirilməsi məsələləri 

daha  çox  diqqət  mərkəzində  olmuşdur.  Bu  sahədə  qanunların  mükəmməlliyi  və 

işləkliyi  mühüm  şərtlər  kimi  çıxış  etmişdir.  Bu  prinsiplərin  əsasında  aşagıdakı 

meyarlara üstünlük verilmişdir: 

− 

Xarici iqtisadi əlaqələrin genişləndirilməsinə şərait yaradılmalı; 



− 

Xarici  ticarət  iştirakçılarının  beynəlxalq  bazara  çıxışını  məhdudlaşdıran 

baryerlərin  azaldılması  və  süni  müdaxilələrə  adekvat  mexanizmlərin  işlənilməsinin 

təmin edilməsi; 

− 

Ixrac prosedurlarının sadələşdirilməsi və ixracın stimullaşdırılması; 



− 

Ixracın həvəsləndirilməsi, bu sahənin inkişafına imkan verən dövlət dəstəyi 

mexanizmlərinin qanunlar vasitəsi ilə tənzimlənməsi; 

− 

Ixrac  proseslərinin  əsas  iştirakçıları  kimi  xarici  investorların  hüquqlarının 



qorunması, fəaliyyətlərinin tənzimlənməsi; 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə