Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 
 
30
lazımdır ki, şagirdlərdə belə bir fikir formalaşsın: “Ali bitkilər ibtidai bitkilərdən orqanların 
olması ilə  fərqlənir. Hər bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqanlar bu 
funksiyaları  təmin edən toxumalardan təşkil olunub”. Müzakirə boyunca şagirdlər bitki 
orqanları  və onların funksiyaları haqqında biliklərini nümayiş etdirir. Dərsin məqsədlərini 
nəzərə alaraq müəllim aşağıdakı məsələlərə xüsusi diqqət yetirməlidir:  
  Mamırların yaşayış şəraiti;
 
 
  Yaşıl quş mamırının quruluş xüsusiyyətləri;  
  Sfaqnum mamırının quruluş xüsusiyyətləri; 
  Yaşıl quş mamırı və sfaqnum mamırının fərqli xüsusiyyətləri;  
  İbtidai və ali bitkilər arasında fərqli əlamətlər. 
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər. Mətn 
abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur. Mətnlə tanış olduqca belə bir 
cədvəl doldurula bilər:  
Müqayisə üçün xüsusiyyətlər Yaşıl quş mamırı Sfaqnum 
1. Gövdənin forması 
  
  
2. Gövdənin şaxələnməsi 
  
  
3. Yarpaqların gövdədə yerləşməsi 
  
  
4. Yarpaqların daxili quruluşu 
  
  
5. Sporların harada yerləşməsi 
  
  
6. Rizoidlərin olması 
  
  
7. Digər xüsusiyyətlər  
 
 
 Təqdim olunmuş tapşırıqda ibtidai və ali bitkiləri müqayisə edən  şagirdlər, onların 
fərqlərini, səciyyəvi xüsusiyyətlərini müəyyən edirlər.  
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqları yerinə yetirən 
şagirdlər dərslikdəki məlumatlara  əsaslanaraq yaşıl və  ağ mamırların xüsusiyyətlərini bir 
daha qeyd edirlər. 
İkinci tapşırıqda suallara cavab verən şagirdlər sfaqnum yarpaqlarının hüceyrəvi quruluşu 
haqqında məlumata əsaslanaraq səbəb-nəticə əlaqələrini qururlar. Yerinə yetirilən tapşırıqlar 
dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş 
bacarıqların formalaşması üçün imkan yaradır.  
Müəllim vaxt və şəraitdən asılı olaraq belə bir təcrübəni nümayiş etdirə bilər:  
  Tərəzidə quru sfaqnum mamırının çəkisi müəyyən edilir.  
  Həmin mamır 2–3 dəqiqə ərzində suya salınır.  
  Mamır çıxarılır və suyu süzülür.  
  Mamırın çəkisi təkrar tərəzidə çəkilir və əvvəlki çəkisi ilə müqayisə edilir.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yaşıl və ağ mamırların 
quruluş və həyat tərzi 
haqqında  fikirlərini mü-
əllimin və yoldaşlarının 
verdiyi sualların köməyi 
ilə  şərh edir.  
Yaşıl və ağ ma-
mırların quruluş 
və həyat tərzi haq-
qında  mülahizələ-
rini çətinliklə şərh 
edir.  
Yaşıl və ağ mamırla-
rın quruluş və həyat 
tərzi haqqında  müla-
hizələrini şərh edər-
kən səhvlərə yol ve-
rir. 
Yaşıl və ağ mamır-
ların quruluş və 
həyat tərzi haq-
qında  mülahizələri-
ni ətraflı  şərh edir.  


 
 
31
Elektron resurslar: 
http://biology-online.ru/video/moh-sfagnum-uchebnyi-rolik.html  
http://tana.ucoz.ru/load/229-2-2 
 
Dərs 9 / Mövzu 9:
 MAMIRLARIN ÇOXALMASI VƏ ƏHƏMİYYƏTİ 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və sualların 
müzakirəsini təşkil edir. Həyatı bilikləri və gündəlik müşahidələri əsasında şagirdlərin ver-
dikləri cavablar müzakirə oluna bilər. Praktik tapşırığa keçməzdən əvvəl müəllim mamırların 
quruluş xüsusiyyətlərini müzakirə edə bilər. Sonra müəllim “Mamırların böyüməsi (yaşama-
sı) üçün zəruri  şərait nədir” sualını verərək suyun mamırların həyatında zəruriliyini 
vurğulayır.  
 Laboratoriya işini təbii obyektlər üzərində aparmaq məqsədəuyğundur. Təbii 
obyektlər olmadıqda, tədqiqat hazır preparatlarla aparılır. Laboratoriya işi cütlərlə, kiçik 
qruplarla və ya bütün siniflə aparılır.
 
Nəzəri materialı izah etməzdən qabaq müəllim canlı 
orqanizmin çoxalma formaları (cinsiyyətli və cinsiyyətsiz), onların hər birinin xüsusiyyətləri 
barədə  şagirdlərə suallar verir. Аparılan müzakirələr  şagirdlərin növbəti mərhələyə 
hazırlanmasına xidmət edir.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq aşağıdakı suallar əsasında qurula bilər:  
1. Mamırlar necə çoxalır? 
2. Spor nədir? 
3. Sporlar harada yetişir? 
4. Spordan nə inkişaf edir? 
5. Spordan inkişaf edən orqanizm cinsiyyətli və ya cinsiyyətsiz nəsil sayılır? 
6. Çoxalma prosesində suyun rolu nədən ibarətdir? 
Yaşıl və ağ mamırlarda 
gedən həyati prosesləri 
fərqləndirməkdə çətinlik 
çəkir.  
Yaşıl və ağ  ma-
mırlarda gedən hə-
yati proseslərin az 
hissəsini 
fərqləndirir.  
Yaşıl və ağ mamır-
larda gedən həyati 
proseslərin çox his-
səsini fərqləndirir.  
 
Yaşıl və ağ mamır-
larda gedən həyati 
prosesləri dəqiq 
fərqləndirir.  
 
Alt 
STANDARTLAR
 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 
 Mamırların öyrənilməsi üçün mikroskopdan istifadə 
qaydalarına əməl edir. 
 Yaşıl mamırlarda çoxalma prosesinin səciyyəvi 
xüsusiyyətlərini  müəyyənləşdirir 
 


 
 
32
Bu dərsin izahı zamanı müəllimin  əyani vəsaitlərdən fəal istifadə tövsiyə olunur. 
Materialla tanış olduqdan sonra lövhədə “lal” sxem təqdim edilir. Şagirdlər boş çərçivələri 
doldururlar. Sxemi tamamlayan zaman şagirdlərdə mamırların çoxalması haqqında 
məlumatlar təkrarlanır və möhkəmləndirilir.  
 
Dərs zamanı  aşağıdakı internet saytında yerləşən videomaterialdan istifadə etmək 
mümkündür: http://my.mail.ru/video/mail/latica777/28/30.html#video=/mail/latica777/28/30 
Mamırların təbiətdə  və insan həyatında  əhəmiyyəti haqqında məlumatı  cədvəldə 
yerləşdirmək olar.  
Mamırların təbiətdə və insan həyatında rolu 
Mənfi təsir Müsbət təsir 
 
 
 Şagirdlər  şəkildə dişi və erkək bitkiləri, ayaqcıq və qutucuğu  göstərir, seçimlərini 
əsaslandırırlar (qutucuq yalnız dişi bitkisində əmələ gəlir). 
Verilmiş tapşırığın alternativ variantı:  Müəllim quş mamırının çoxalmasının mərhələ-
lərinə aid ayrı-ayrı kartoçkalar hazırlayıb  şagirdlərdən onları düzgün ardıcıllıqla yığmağı 
təklif edə bilər. Onları lövhədə maqnitlərlə, yaxud yapışqan lentlə bərkitmək mümkündür.  
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar “mamırlar” və 
“yosunlar” mövzularının ümumiləşdirilməsinə xidmət edir və  dərsin məqsədində qeyd 
olunmuş bacarıqların formalaşmasını yoxlamağa imkan yaradır.  
  
 
Qiymətləndirmə meyarları: əməletmə, fərqləndirmə 
Elektron resurs: 
http://my.mail.ru/video/mail/latica777/28/30.html#video=/mail/latica777/28/30 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Mamırların öyrənilməsi 
üçün mikroskopdan 
istifadə qaydalarına 
düzgün əməl etmir. 
 
Mamırların öyrə-
nilməsi üçün mik-
roskopdan istifadə 
qaydalarına qis-
mən əməl edir. 
Mamırların öyrənil-
məsi üçün mikros-
kopdan istifadə qay-
dalarına, əsasən, 
əməl edir. 
Mamırların öyrə-
nilməsi üçün mik-
roskopdan istifadə 
qaydalarına tam 
əməl edir. 
Yaşıl mamırlarda çoxal-
ma prosesinin səciyyəvi 
xüsusiyyətlərini  yalnız 
müəllimin köməyi ilə 
müəyyənləşdirir. 
Yaşıl mamırlarda 
çoxalma prosesi-
nin səciyyəvi xü-
susiyyətlərini  çə-
tinliklə müəyyən-
ləşdirir. 
Yaşıl mamırlarda ço-
xalma prosesinin sə-
ciyyəvi xüsusiyyət-
lərini,  əsasən, düz-
gün müəyyənləşdirir.  
Yaşıl mamırlarda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  müəyyən-
ləşdirir.  
mayalanma 

?
?
 bitki 
   bitki  
?
spermatozoid 
Mamırın qutucuğu 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə