Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
137
В. pomidor, badımcan, istiot, vəzəri 
С. bat-bat, tütün, akasiya, dəlibəng və s.  
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyar 
cədvəli hazırlayır. Cədvəli lövhənin bir hissəsində bərkidir. Dərsin bütün mərhələlərində bu 
meyarlara uyğun olaraq  şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
Dərs 37/ Mövzu 32:
 İNSAN ÜÇÜN TƏHLÜKƏLİ OLAN QURD 
XƏSTƏLİKLƏRİ 
 
DƏRSİN GEDİŞİ 
MOTİVASİYA  
Lövhədə göstərilmiş xətlər üzrə hissələrə bölünmüş (kəsilmiş) şəkil nümayiş etdirilir. 
 
 
 
Müəllim şəkli “bərpa” etməyi  tapşırır. Şəkil yığılandan sonra növbəti tapşırıq verilir: 
– Yumurtadan başlayaraq qaraciyər sorucusunun inkişaf mərhələlərini ardıcıllıqla düzün. 
а) quyruqlu sürfə; b) kiçik gölməçə ilbizinin bədənində inkişaf; с) yumurta; 
d) kirpikli sürfə;  e) sista; f) əsas sahibin bədənində inkişaf                
(düzgün cavab: c, d, b, a, e, f). 
– Qaraciyər sorucusu və insan arasında hansı münasibətlər mövcuddur? (parazitizm) 
Alt  
STANDARTLAR 
 
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəbləri-
ni  sadalayır. 
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi 
xəstəlikləri və onların əlamətlərini fərqləndirir. 
 
 
Təlim NƏTİCƏLƏRİ 
  İnsanlarda və heyvanlarda qurd xəstəliklərinin yaranması 
səbəblərini sadalayır.  
  Parazit  qurdların insan orqanizmində törətdiyi xəstəlikləri 
və onların əlamətlərini fərqləndirir. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI
 
Bütün siniflə iş, cütlərlə iş 
 
 
İstifadə olunan 
İŞ ÜSULLARI
 
Beyin həmləsi, təqdimat, cütlərdə müzakirə 
 
 
İNTEQRASİYA 
Coğ.-2.1.7,  H-b.-4.1.1 
 
 
RESURSLAR 
Dərslik,  şəkillər, kompüter, proyektor, elektron təqdimatlar, 
yapışqan, rəngli karandaş və flomasterlər.   


 
 
138
– Parazitizm nədir?
 
(sahib adlanan digər orqanizmlərin hesabına həyat fəaliyyəti, müvəqqəti 
və ya daima onların üzərində, daxilində yaşayış)  
– Parazit qurdlar harada yaşayır və necə ziyan vurur? 
– Qurdların parazitizmə hansı uyğunlaşmaları ola bilər? (sormac, qarmaqcıqlar və s.) 
     
Tədqiqat sualı:
 Parazit qurdların həyat tsikli necədir?  İnsan öz orqanizmini necə qoruya 
bilər?
  
TƏDQİQATIN APARILMASI 
Tədqiqat işi cütlərlə aparılır.  Şagirdlər dərslikdəki məlumatla tanış olduqca (15 dəqiqə 
ərzində) cədvəli doldururlar: 
 Aralıq 
sahib 
Əsas 
sahib 
Yoluxmuş 
orqan 
Parazitizmə necə 
uyğunlaşmışlar? 
Yoluxma 
yolları 
Qaraciyər 
sorucusu 
 
 
 
 
 
Öküz soliteri 
 
 
 
 
 
Exinokokk 
 
 
 
 
 
İnsan askaridi 
 
 
 
 
 
Uşaq bizquyruğu 
 
 
 
 
 
Tamamlanmış  cədvəllərin dərsdən sonra yoxlanması, qiymətləndirilməsi mümkündür. Bu 
halda nəticələr tapşırığın düzgün, dolğun yerinə yetirilməsi nəzərə alınmaqla növbəti dərsdə 
elan edilir.  
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Müəllim tədqiqat işinin nəticələrini müzakirə edir. Müzakirələr zamanı “Askaridin həyat 
dövriyyəsi”, “Öküz soliterinin həyat dövriyyəsi” və s. animasiya filmlərinin nümayişi 
məqsədəuyğun olardı.  
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim məlumatı  ümumiləşdirir və şagirdlərlə birlikdə nəticə çıxarır. 
Qurdların zərərli və təhlükəli təsiri: 
  Parazit qurdların ifrazat məhsulları sahib orqanizm üçün zərərlidir, zəhərlidir və insanın 
zəifləməsinə, başağrılarına, işgörmə qabiliyyətinin, yaddaşın zəifləməsinə  səbəb olur; 
  Parazitlər məhv olduqdan sonra da sormaclar və qarmaqcıqlar boşalmadığına görə 
orqanizmi onlardan təmizləmək çətindir; 
  Parazitlər insanın iştirakı olmadan da təbii  şəraitdə  fəaliyyət göstərə bildiyinə görə 
onlardan tamamilə təmizlənmək mümkündür. 
Bu ünvanlardakı videomaterialları nümayiş etdirmək olar:  
http://danilchenko97.ucoz.ru/flesh/zoologia/ascarida.swf 
http://danilchenko97.ucoz.ru/flesh/zoologia/sosalshik.swf 
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı 
ilə qazanılmış biliklərlə müqayisə edir. 
YARADICI TƏTBİQETMƏ   
Təchizatdan asılı olaraq böyük vərəqlərdə, elektron lövhədə, MİMİO qurğusu, interaktiv 
lövhədə  tərtib olunmuş tapşırıqlar bütün siniflə yerinə yetirilir. Şagirdlər tamamlanmış 
cədvəllərə əsaslanaraq tapşırıqları yerinə yetirirlər.  
1. Yumurtadan başlayaraq öküz soliterinin inkişaf mərhələlərini ardıcıllıqla düzün. 
а) aralıq sahibin bədəninə düşmə; b) altıqarmaqlı rüşeym; c) yumurta; d) insan; e) finna; f) 
sürfə. Müəllim əlavə şəkil də verə bilər. 


 
 
139
 
2. Şəkildə hansı parazit qurdun inkişaf tsikli 
təsvir olunub? 1-6 rəqəmləri ilə  nə  işarə 
olunmuşdur? 
 
 
3. Şəkildə hansı parazit qurdun inkişaf tsikli 
təsvir olunub? Bu qurda necə yoluxmaq 
olar? 
 
4. Şəkildə göstərilən parazit qurdların adlarının qarşısında uyğun  nömrələri  yazın: 
 
Exinokokk  –    , öküz soliteri  –    , qaraciyər sorucusu  –    , insan askaridi  –     
Ev tapşırığı kimi müəllim şagirdlərə “Parazit qurdlarla mübarizə aparmaq üçün nə etməli?” 
adlı siyahı tərtib etməyi tapşırır.  
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  meyar 
cədvəli hazırlayır. Cədvəli lövhənin bir hissəsində bərkidir. Dərsin bütün mərhələlərində bu 
meyarlara uyğun olaraq  şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 
Dərs 51/ Mövzu 43:
 BALIQLARIN MÜXTƏLİFLİYİ. BALIQ 
EHTİYATLARININ QORUNMASI 
 
 
Alt  
STANDARTLAR 
 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir. 
 
 
Təlim NƏTİCƏLƏRİ 
  Balıqlar  sinfinin  dəstələrinə aid heyvanları  fərqləndirir. 
  Yerli  şəraitdə balıqların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI
 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan 
İŞ ÜSULLARI
 
Beyin həmləsi, təqdimat, kiçik qruplarda müzakirə 
 
 
İNTEQRASİYA 
H-b.-1.2.1,  Coğ.-2.1.7,  Kim.-4.2.1 
 
 
RESURSLAR 
Dərslik, mətnlər,  şəkillər, təqdimat formaları, yapışqan, 
rəngli karandaş və flomasterlər.   
1                  2                        3                                4 


 
 
140
DƏRSİN GEDİŞİ 
MOTİVASİYA. Lövhədə cədvəl nümayiş etdirilir: 
Sinfin əlamətləri 
? ? 
Skelet qığırdaqdan ? 
Qəlsəmə qapaqları - 

Ağızın yeri 
Başın alt hissəsi ? 
Üzmə qovuğu ? 

Nümayəndələri Akulalar
skatlar, 
ximerlər ? 
Kürünün ölçüləri iri 
xırda 
Növ müxtəlifliyi 600-ə yaxın 25000-ə yaxın 
Qidalanma ? 
Yırtıcı, hərşeyyeyən, bitkiyeyən 
Yaşayış mühiti 

Dəniz və şirin su hövzələri 
 Müəllim sinfə müraciət edir: 
– Cədvəldə nə əks olunub(sümüklü və qığırdaqlı balıq siniflərinin əlamətləri) 
Əvvəlki biliklərinə əsaslanaraq şagirdlər cədvəlin boş xanalarını tamamlayırlar. 
– 
Balıqların ayrı siniflərə bölünməsinin əsasında hansı əlamətlər durur?   

 Hansı əlamətlərinə görə sümüklü balıqları təsnif etmək olar?  (xarici görünüşünə, qidalan-
ma xarakterinə, yaşayış yerinə görə və s.)  
 
Tədqiqat sualı:
 Sümüklü balıqların müxtəlif dəstələrinin nümayəndələrinin hansı əlamətləri 
var? Balıqların müxtəlifliyini necə saxlamaq olar? 
TƏDQİQATIN APARILMASI  
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri aşağıdakı adlarla 5 kiçik qrupa bölür: “Pəncəüz-
gəclilər”, “Nərəkimilər”, “Qızılbalıqkimilər”, “Siyənəkkimilər”, “Çəkikimilər”. Qrup-
lara dərslikdəki mətnin müvafiq hissəsi, əlavə mətn, şəkillər  və tədqiqat planı paylanılır.  
Tədqiqat planı: 
1.
 
Dəstənin adı 
2. Yaşayış mühiti 
3. Nümayəndələri 
4. Səciyyəvi xüsusiyyətləri (quruluşu, qidalanması və s.). 
5. Balıq ehtiyatlarının azalma səbəblərini söyləyin.  
6. Balıqların qorunma tədbirlərindən üç ən əhəmiyyətlisini söyləyin. 
 
Pəncəüzgəclilər.   Müasir  dövrdə yalnız bir növü olan latimeriya mövcuddur. Öyrənilən 
zaman məlum olmuşdur ki, onların iki tərəfi açıq burun dəlikləri yoxdur, ağciyərləri yağla 
doludur. Suyun dibində  hərəkət etməyə  və üzməyə xidmət edən cüt üzgəclər qədim
 
pəncəüzgəclilərdə olan quruluş xüsusiyyətlərini saxlamışdır. Latimeriya dərin sularda 
yaşayan yırtıcı balıqdır. Uzunluğu 180 sm, çəkisi 180 kq-a qədər olur.  
 
Nərəkimilər. Həm dənizdə, həm də şirin sularda yaşayır. Mənşəyinə görə sümüklü balıqların 
arasında ən qədim balıqlardır. Bədənləri uzunsov olub, köpəkbalığını xatırladır. Bədənin ox 
skeleti bütün ömrü boyu qalan xordadan təşkil olunmuşdur. Onlarda sümükləşmiş  qəlsəmə 
qapaqları  və üzmə qovuğu olur. Nərəkimilərin bədəninin kənarında 5 cərgədə düzülmüş 
sümük pulcuqlar yerləşir. Yastılaşmış başın alt hissəsində aypara şəkilli ağız və kənarlarında 
bir cüt bığcıq yerləşir. Nərəkimilərə bölgə, nərə balığı, uzunburun balıq və cökə aiddir. 
Xəzərdə nərələrin ən irisi bölgə, ən kiçiyi isə uzunburun balıqdır. 


 
 
141
 
Qızılbalıqkimilər.  Həm dənizdə, həm də  şirin sularda yaşayır. Bunların səciyyəvi 
xüsusiyyəti bədənin bel hissəsində piy üzgəci deyilən törəmənin olmasıdır. Pulcuqları qızılı 
rəngdə olur. Bunlar keçici balıqlar olub, kürüsünü çayların mənsəbində qum və  çınqılların 
arasına tökür. Xəzər dənizində ən iri qızılbalıq ağ qızılbalıq, ən çoxsaylı isə Xəzər qızılbalı-
ğıdır. Azərbaycanın dağ çaylarında forel adlanan qızılxallı balığa rast gəlinir. Qızıl-
balıqkimilərin əksəriyyəti vətəgə əhəmiyyətinə malikdir. Onları təkcə dadlı ətinə görə deyil, 
həm də qırmızı kürüsünə görə ovlayırlar. 
 
Siyənəkkimilər.  Bədənləri bel hissəsində tünd yaşıl, qarın hissədə isə  ağ olub, gümüşü 
çalarlıdır. Siyənəklərdə yan xətt orqanı  zəif inkişaf etmişdir, başda pulcuq örtüyü yoxdur, 
üzgəcləri yumşaqdır. Üzmə qovuğu ömrünün axırına qədər bağırsaqla əlaqəlidir. 
Siyənəkkimilərin əksəriyyəti dənizlərdə yaşayır, su qatlarında sürü ilə gəzir. Bunlar, əsasən, 
planktonla, bəzi növləri isə  yırtıcı olub, kiçik balıqlarla qidalanır. Vətəgə  əhəmiyyəti olan 
300-ə yaxın növü var. Azərbaycanda ovlanan balıqların 90%-ni təşkil edirlər. Kilkələr 
siyənəkkimilərin ən kiçik nümayəndələri olsa da, vətəgə əhəmiyyətinə malikdir. 
  
Çəkikimilər. Həm dənizdə, həm də şirin sularda yaşayır. Yumşaq üzgəcləri və üzmə qovuğu 
olur. Çəkikimilərə kütüm, külmə,  şamayı, çapaq, çəki, karp, xəşəm və s. balıqlar aiddir. 
Əksəriyyəti dinc balıqlardır. Çənələrində dişlər olmasa da, qidasını xırdalayaraq udur. Qidanı 
xırdalamaq üçün udlaq dişləri deyilən xüsusi törəmələrdən istifadə edir. Bitkilər və müxtəlif 
onurğasız heyvanlarla qidalanır. Əksər növləri vətəgə əhəmiyyətlidir. 
Şagirdlər plana uyğun olaraq məlumatları qeyd edir və  təqdimata hazırlaşırlar. Tədqiqatın 
nəticələri müəllimin seçdiyi formada təqdim oluna bilər: divar qəzeti, buklet, kub və s. 
Nəticələri təqdim etmək üçün müəllim əvvəldən yardımçı ləvazimat hazırlamalıdır. Şagirdlər 
onların üzərində  nəticələri qeyd edir və plandakı ardıcıllıq üzrə  rəngarəng təqdimat 
hazırlayırlar.  
 
А) “Kub”  (ölçüsü  20×20 sm).   
 
В) “Açılan buklet” (15×21 –  А4 yarısı 
boyda) 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Hər qrupdan 1, yaxud 2 nəfər nümayəndə qrupun işini təqdim edir. Qruplar bir-birinin işləri 
ilə tanış olurlar.  
Müəllim şagirdlərlə aşağıdakı sualları müzakirə edir: 
1. Nərəkimilər digər sümüklü balıqlardan nə ilə fərqlənir?  
2. Hansı  səciyyəvi  əlamətlərinə görə  çəkikimiləri (siyənəkkimiləri, qızılbalıqkimiləri və s.) 
fərqləndirirlər?  
3. Pəncəüzgəclilərin xüsusiliyi nədədir? 
4. Gördüyünüz balıqların adlarını sadalayın.  
5. Balıqların və digər suda yaşayan orqanizmlərin qidalanmasında qarşılıqlı əlaqələrə misal 
göstərin.  
6. Sümüklü balıqların qorunmasına ehtiyac varmı?  


 
 
142
7. Balıqların sayının azalmasının səbəblərini söyləyin.  
8. “Qırmızı kitab”a hansı balıqların adı salınmışdır? 
9. Balıqların sayının bərpa olunması üçün hansı tədbirlər görmək lazımdır? 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim  şagirdlərə verdiyi müxtəlif suallar əsasında cavabları ümumiləşdirir və onlarla 
birlikdə nəticə çıxarır: 
Sümüklü balıqlar dənizlərdə və şirin sularda yaşayır. Onların skeleti sümükdən və ya qismən 
sümükləşmiş olur. Qəlsəmə yarıqları qapaqlarla örtülmüşdür. Adətən, üzmə qovuqları olur. 
Balıqların əksəriyyəti sümüklü balıqlar sinfinə aiddir. Onlar Yer kürəsində geniş yayılmışlar. 
Müxtəlif mühit şəraiti ilə  əlaqədar  əlamətlərinə görə  fərqlənirlər.  Hal-hazırda vətəgə 
balıqlarının sayının azalması su hövzələrinin çirklənməsi, qanunsuz ovlama, su-elektrik 
stansiyalarının, su anbarlarının  tikilməsi və s. ilə əlaqədardır. 
Balıqların qorunması ilə əlaqədar tədbirlər: 
1) Ovlamanın miqdarının tənzimlənməsi. 
2) Ovlamada mövsümiliyin nəzərə alınması. 
3) Ovlama zamanı partlayıcı maddələrdən istifadənin qadağan olunması. 
4) Balıqların süni çoxaldılması.  
5) Çirkab sularının filtrdən keçirilməsi və s. 
 
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı 
ilə qazanılmış biliklərlə müqayisə edir. 
YARADICI TƏTBİQETMƏ   
Müəllim dərsin bu mərhələsində şagirdlərə hər hansı yaradıcı iş təklif edə bilər. Məsələn:  
1. Açar sözlərdən istifadə edərkən cümlələri tamamlayın. 
Sənaye tullantıları, Qırmızı kitab, motorlu qayıqlar, vətəgə balıqları 
 
Balıqların qorunması məqsədilə aşağıdakılar qadağandır: 
1. Adları .......... düşən balıqların ovlanması;  
2. …………………. suya axıdılması;  
3. ............................ kürüləmə yerlərində hərəkət etmək.  
4. ....................  normadan artıq ovlanması.  
 
2. Mövzu ilə bağlı 6-7 sözdən ibarət krossvord tərtib edin.  
Bu tapşırıqlar evə də verilə bilər. 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  meyar 
cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  şagirdlərin 
fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 


 
 
143
Tövsiyə olunan mənbələr
 
 
1.  Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Z.A.Veysova. Birləşmiş Millətlər Təşkilatının 
Uşaq Fondu (UNICEF) 
2.  Düşünən sinif üçün öyrətmə  və öyrənmə üsulları. A.Krouford, E.Vendi Soul, S.Metyu, 
C.Makinster 
3.  Zoologiya – 7-8. Heyvanlar aləmi. Y.Seyidli, Q.Quliyev, X.Əhmədbəyli. “Bakı” nəşriyyatı, 
2012. 
4.  Самостоятельные  работы  учащихся  по  биологии.  Растения.  Пособие  для  учителей. 
Москва, «Просвещение», 1988 г. 
5.  Сухова Т.С. Контрольные и проверочные работы по биологии 6-8 класс. Издательский 
дом «Дрофа». Москва, 1996 г. 
6.  Дроздова  И.В.  Удивительная  биология.  О  чем  умолчали  учебники.  Москва,  Изда-
тельство «НЦ ЭНАС», 2006 г. 
7.  Контрольно-измерительные  материалы.  Биология: 8 класс/  Сост.  Е.В.  Мулловская.- 
М.:ВАКО, 2011, 112 с. 
8.  Касаткина Н.А. Биология 6-7 класс. Нестандартные уроки и внеклассные мероприятия:- 
Волгоград: Учитель, 2005, 154 с. 
9.  Попова  Л.  А.  Открытые  уроки:  Природоведение.  Биология: 5-8 классы. – М.:  ВАКО, 
2009, 192 с. 
10.  Бодрова Н.Ф. Биология. 7 класс. Животные. Рабочая тетрадь. Воронеж: ИП Лакоценина 
Н.А., 2011, 128 с. 
11.  Филиппова  М.В.  Биология.  Тематические  кроссворды  для  уроков  и  внеклассной 
работы. 6-9 кл.- М.: ЭНАС, 2007, 72 с. 
12.  Я  иду  на  урок  биологии:  Зоология:  Рыбы  и  земноводные:  Книга  для  учителя. – М.: 
Издательство «Первое сентября», 2000, 224 с. 
13.  Учебник под ред. Латюшина В.В., Шапкина В. А. Биология. 7 класс. 
14.  Журнал «Биология» (приложение к газете «Первое сентября»), № 42, 2004 год. 
15.  Биология. 6-11 классы:  секреты  эффективности  современного  урока/авт.-сост. 
Н.В.Лященко и др. –Волгоград: Учитель, 2013, 189 с. 
16.  Биология. 7 класс: учебно-методическое пособие к учебнику В.Б.Захарова, Н.И.Сонина. 
«Биология.  Многообразие  живых  организмов. 7 класс»/сост.  Г.М.  Пальдяева. – М.: 
Дрофа, 2010, 446 с. 
17.  Наталья Бодрова: Биология. 7 класс. Животные. Методическое пособие для учителя. – 
Воронеж: ИП ЛакоценинаН.А., 2011, 240 с. 
18.  Сергей  Суматохин:  Биология.  Животные. 7 класс:  методическое  пособие.  М.: 
Мнемозина, 2011.  
19.  Н.И.Сонин,  Е.Т.Бровкина.  Биология.  Многообразие  живых  организмов. 7 класс. 
Рабочая тетрадь для учителя – М.: Дрофа, 2001. 
20.  Козлова  Т.А.  Биология  в  таблицах.  6–11 кл:  Справ.  пособие.- М.:  Дрофа,  2004. 
21.  Дмитриева  Т.А.,  Суматохин  С.В.  Биология.  Растения,  бактерии,  грибы,  лишайники, 
животные. 6-7 кл.: Вопросы. Задания, Задачи. – М.: Дрофа, 2002. 
22.   http://kayzen.az/blog/flora.html 
23.  http://cografiya-eko.blogspot.com/p/ismayll-80-illik_21.html 
24.  http://www.alakbarli.aamh.az/index.files/164.htm 
25.  www.biology.ru  
26.  http://www.zemnovodik.ru 
27.  http://www.ecosystema.ru 
28.  http://search.icq.com     
29.  http://www.virtulab.net/ 
30.  http://bio.1september.ru/ 


 
 
144
BURAXILIŞ MƏLUMATLARI 
 
 
 
 
 
Biologiya – 7 
Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün 
Biologiya 
fənni üzrə dərsliyin metodik vəsaiti 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər:  
Xumar Elçin qızı Əhmədbəyli  
   Yaşar Mədət oğlu Seyidli  
   Nailə İlyas qızı Əliyeva  
 
 
Nəşriyyat redaktoru  
 Kəmalə Abbasova 
Texniki redaktor  
 Zaur İsayev 
Dizayner  
Taleh Məlikov  
Korrektor  
 Aqşin Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:  
2018-  
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018 
 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun  
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron  
informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
 
 
Hesab-nəşriyyat həcmi 6,8. Fiziki çap vərəqi 9. Səhifə sayı 144. 
Kağız formatı 70x100 1/16. Tiraj 6245. Pulsuz. Bakı – 2018 
 
“BAKI” nəşriyyatı 
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə