Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə1/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
  1   2   3   4   5   6   7   8   9   ...   56



 
2
KİTABIN İÇİNDӘKİLӘR
 
DӘRSLİK KOMPLEKTİ HAQQINDA ...........................................................3 
DӘRSLİK KOMPLEKTİNİN STRUKTURU ....................................................3 
BİOLOGİYA FӘNN KURİKULUMU HAQQINDA ...........................................7
 
FӘNN ÜZRӘ MӘZMUN STANDARTLARININ  REALLAŞMA CӘDVӘLİ ..........9 
İLLİK PLANLAŞDIRMA NÜMUNӘSİ ...........................................................11 
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ...................................................12 
BİOLOGİYA DӘRSLӘRİNDӘ MÜASİR TӘLİM TEXNOLOGİYALARI...............13 
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘ 
PRİNSİPLӘRİ VӘ ÜSULLARI ....................................................................14 
 
MÖVZULAR ÜZRӘ TӘLİM MATERİALLARI İLӘ 
İŞ TEXNOLOGİYASININ ŞӘRHİ 
 
1. CANLI ORQANİZMLӘR VӘ ONLARIN ÖYRӘNİLMӘSİ ..................................16 
2. İBTİDAİ VӘ ALİ SPORLU BİTKİLӘR...........................................................23 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................37 
3. ALİ TOXUMLU BİTKİLӘR ..........................................................................39 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................54 
4. BAKTERİYALAR, GÖBӘLӘKLӘR, ŞİBYӘLӘR ...............................................56 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................64 
I YARIMİL ÜZRӘ ÜMUMİLӘŞDİRİCİ DӘRS
...............................................66
 
5. BİRHÜCEYRӘLİLӘR VӘ ÇOXHÜCEYRӘLİLӘR YARIMALӘMİ ........................68 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................85 
6. ÇOXHÜCEYRӘLİLӘR YARIMALӘMİ. MOLYUSKLAR VӘ BUĞUMAYAQLILAR ...87 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................100 
7. XORDALI HEYVANLAR. KӘLLӘSİZLӘR, BALIQLAR, SUDA-QURUDA  
    YAŞAYANLAR VӘ SÜRÜNӘNLӘR...............................................................102 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................104 
8. XORDALI HEYVANLAR. QUŞLAR VӘ MӘMӘLİLӘR ......................................116 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
.....................................................134 
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR ...................................136 
MӘNBӘLӘR .................................................................................... 144
 
 
 
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında hazırlanmışdır.  
Biologiya – 7. Müəllim üçün metodik vəsait.   
X.Əhmədbəyli, Y.Seyidli, N.Əliyeva. Bakı, “Bakınəşr”  – 2014, 144 səh. 
 
www.bakineshr.az 
ISBN 978-9952-8145-9-0 (2)  
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2014 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap 
etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
 
Dil redaktoru: S.Hüseynov  
Korrektor: K.Cəfərli 
_____________________________________________________________ 
 
Formatı: 70x1001/16. Ofset kağızı №1. Fiziki çap vərəqi 9.  
Çapa imzalanmışdır:  06.08.2014.  Tiraj: 6 900, pulsuz. 


 
 
3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
VII  sinif üçün “Biologiya” dərslik komplekti Azərbaycan Respublikası  Təhsil 
Nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün 
Biologiya fənni üzrə təhsil  proqramı (kurikulumu)” əsasında hazırlanmışdır. 
Biologiya fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından 
şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, 
fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması 
bacarıqlarının inkişafını ön plana çəkmişdir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, 
fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz vermək, referatlar hazırlamaq, 
təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək ba-
carığı formalaşdıracaq, ekoloji mədəniyyət, bioloji biliklərdən istifadə edə bilmək, 
nəticə çıxarma, layihələr irəli sürmə bacarıqları verəcəkdir. 
Dərsliklərin komplekt şəkildə  nəşr olunması  təhsil prosesində müəllim-şagird 
fəaliyyətinin  tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, 
müəllimin planlaşdırmadan qiymətləndirməyə  qədər bütün fəaliyyətini istiqamətlən-
dirir, təlim prosesində  şagirdlərin müstəqilliyinin və  tətbiq bacarıqlarının genişlən-
məsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara 
cəlb olunur, onlara fəal təlim  şəraiti yaradılır.  Şagirdlərin fərdi marağı  nəzərə 
alınmaqla, zəruri həyati bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı 
təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağı artırır. 
Dərslik komplektində Biologiya fənni üzrə  təhsil proqramında (kurikulumunda) 
nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi,  əya-
niliyin, müasirliyin, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim 
materiallarında sadədən mürəkkəbə  məntiqi və xronoloji ardıcıllıq nəzərə alınmışdır. 
Dərslikdə öz əksini tapmış  təlim materiallarının yaş  səviyyəsinə uyğun, sadə dildə, 
lakonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən ve-
rilmiş tapşırıqların şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.   
Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim 
blokları haqqında məlumat verilmişdir.  
 
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU 
Dərslik 3 tədris vahidindən və 8 fəsildən ibarətdir:  
I. CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ 
1. Canlı orqanizmlər və onların öyrənilməsi 
II. BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR  
ALƏMİNİN MÜXTƏLİFLİYİ 
2. İbtidai və ali sporlu bitkilər 
3. Ali toxumlu bitkilər 
4. Bakteriyalar, göbələklər, şibyələr 
III. 
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ
 
5. Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi  
6. Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar 
7. Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər  
8. Xordalı  heyvanlar. Quşlar və məməlilər 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə