Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

 
28
Şagirdlər aşağıdakı cavablara istiqamətləndirilir: 
1. Yosun qidalana bilməzdi və bu səbəbdən məhv olardı.  
2. Yığılıb-açılan vakuol suyun artığının ifrazını  təmin edir. Onlar olmazsa, 
xlamidomonada partlaya bilər.
 
 
B. “Artıq” anlayışı seçin və cavabınızı əsaslandırın: 
xlorella               xlamidomonada          ulotriks 
(ulotriks çoxhüceyrəli yosun forması, qalanları isə birhüceyrəlidir)  
Tallom               xromatofor                  kök 
(yosunların kökü yoxdur) 
Qamçı         xromatofor        işığa həssas “gözcük”     xloroplast 
(yosunlarda  xloroplast yoxdur) 
Ulva            spirogira             ulotriks          laminariya 
(laminariya yaşıl yosun deyil) 
Bu müzakirələr növbəti tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur.  
 “Fəaliyyət” blokunda şəkildəki yosunları qruplaşdıraraq  şagirdlər nəticəyə  gəlirlər 
ki, göstərilən bitkilər rənginə, ölçüsünə, tallomun formasına görə fərqlənir. Eyni zamanda, 
qırmızı  və qonur yosunların adları ilə tanış olur, yosunların ibtidai bitkilərə aid olduqları 
haqqında mövcud bilikləri nümayiş etdirirlər.  
 Praktik işin müzakirəsindən sonra plakat, elektron təqdimat, videomaterial və digər 
əyani vasitələrdən istifadə edərkən nəzəri material  təqdim olunur. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər.
 
Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olunur. Fasilələr zamanı müəllim 
şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş və qabaqcadan hazırlanmış müvafiq suallar ve-
rir. Məsələn, “Qonur (qırmızı) yosunların hansı formalarına rast gəlinir?”, “Onların rəngi nədən 
asılıdır?”, “Çoxhüceyrəli qonur (qırmızı) yosunlar nəyin vasitəsilə substrata bərkidilir?” və s. 
Yeni məlumatla tanış olduqca şagirdlərə aşağıdakı cədvəli doldurmaq tapşırıla bilər.  
 
 
 
 
Qonur və qırmızı yosunların xüsusiyyətləri ilə tanış olarkən yaşıl yosunlarla müqayisə 
aparılır, onların oxşar və fərqli cəhətləri qeyd olunur.  
Müəllim şagirdləri yosunların əhəmiyyəti haqqında əlavə maraqlı faktlarla da tanış edə 
bilər. Məsələn: 

 
Bir ton qonur yosunların tərkibində bir neçə kq yod olur. XX əsrin 20-ci illərində 
Yaponiyada yosunlardan hər il 100 tona qədər yod əldə edirdilər.  

 
Dərin dəniz sularında yaşayan yosunlardan alınan maddələri Amerikanın bəzi 
ştatlarında meşə yanğınlarını söndürən zaman istifadə edirlər. Yosunlardan alınan 
qatılaşdırılmış maddəni suya əlavə edirlər. Bu zaman çox asta buxarlanan özlü maddə 
alınır. Yanan əşyaların üzərinə bu maddəni tökürlər. 

 
Laminariyadan Yaponiyada və Çində geniş istifadə olunur. Ondan tərəvəz kürüsü, püre, 
salat, konserv və hətta konfet düzəldirlər. 
Dərs zamanı aşağıdakı internet saytlarından istifadə etmək mümkündür: 
http://biology-online.ru/uroki-onlain/6-klass-biologija-bakterii-gribov-rastenii/urok-onlain-
vodorosli.html 
 Təqdim olunmuş tapşırıq dərsdə  mənimsənilən biliklərin yoxlanması üçün imkan 
yaradır.  Şagirdlər anlayış  və onların tərifini  əlaqələndirərək, yeni anlayış  və terminləri 
təkrarlayır, “Yosunlar” mövzusunda öyrəndikləri materialı ümumiləşdirirlər  (1F, 2D, 3C, 
4A, 5B, 6E). 
Yosun Xüsusiyyətləri 
Əhəmiyyəti 
Qonur yosunlar 
 
 
Qırmızı yosunlar   
 


 
 
29
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar dərsdə 
mənimsənilən biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş 
bacarıqların formalaşması üçün imkan yaradır.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurs: 
http://biology-online.ru/uroki-onlain/6-klass-biologija-bakterii-gribov-rastenii/urok-onlain-
vodorosli.html 
 
Dərs 8 / Mövzu 8:
 ALİ SPORLU BİTKİLƏR. MAMIRLAR ŞÖBƏSİ 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və 
sualların müzakirəsini təşkil edir. Həyatı bilikləri və gündəlik müşahidələri  əsasında 
şagirdlərin  cavabları  müzakirə oluna bilər.  
Praktiki tapşırığa keçməzdən əvvəl müəllim ali bitkilərin xüsusiyyətləri, onların sporlu və 
toxumlu bitkilər olması haqqında qısa məlumat verir. Müzakirə olunan suallar və  təqdim 
edilən məlumat növbəti tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur.  
 Təchizatdan və müəllimin seçimindən asılı olaraq praktik iş dərslikdə təklif olunan 
şəkil, herbari nümunələri, yaxud iri tablolar əsasında da aparıla bilər.  İş bütöv siniflə 
aparılır, müəllim yeni anlayışlara dair lazımi izahlar verir (rizoidlərin olması, sporlu qu-
tucuğun forması və s.). İşin nəticəsini müzakirə edərkən istiqamətləndirici suallar vasitəsilə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Qonur və qırmızı yo-
sunların quruluşu və 
həyat tərzi haqqında 
mülahizələrini 
çətinliklə şərh edir. 
Qonur və qırmızı yo-
sunların quruluşu və 
həyat tərzi haqqında 
mülahizələrini şərh 
edərkən səhvlər bu-
raxır. 
Qonur və qırmızı 
yosunların quruluşu və 
həyat tərzi haqqında 
mülahizələrini, əsasən, 
düzgün şərh edir. 
Qonur və qırmızı 
yosunların quruluşu 
və həyat tərzi haq-
qında mülahizələri-
ni dolğun şərh edir. 
Qonur və qırmızı 
yosunlarda gedən 
həyati prosesləri çə-
tinliklə fərqləndirir.  
Qonur və qırmızı 
yosunlarda gedən 
həyati prosesləri fərq-
ləndirərkən tez-tez 
səhvlərə yol verir. 
Qonur və qırmızı 
yosunlarda gedən 
həyati prosesləri, əsa-
sən, düzgün  fərqlən-
dirir. 
Qonur və qırmızı 
yosunlarda gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 
Alt 
STANDARTLAR
 
1.1.2. Canlıların müxtəlifliyi  haqqında mülahizələrini şərh edir.
 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 

 
Yaşıl və  ağ mamırların quruluş  və  həyat tərzi haqqında  
mülahizələrini şərh edir. 

 
Yaşıl və ağ mamırlarda gedən həyati prosesləri fərqləndirir. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə