Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   2   3   4   5   6   7   8   9   ...   56

 
4
DӘRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRӘ STRUKTURU 
 
 
Heç cür yerləşdirə bilmirəm hər şey qaçır 
FӘSİLLӘR 
MÖVZULAR 
1. CANLI ORQANİZMLƏR VƏ 
    ONLARIN ÖYRƏNİLMƏSİ 
1. Canlı orqanizmləri öyrənən elm sahələri  
2. Biologiyanın tədqiqat üsulları  
3. Mikroskopiya  
4. Canlı orqanizmlərin müxtəlifliyi 
3. ALİ TOXUMLU BİTKİLƏR 
12. Çılpaqtoxumlular şöbəsi 
13. Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti 
14.Örtülütoxumlular şöbəsi. İkiləpəlilər sinfi 
15. İkiləpəlilər sinfi. Xaççiçəklilər və gülçiçəklilər 
fəsiləsi 
16.  İkiləpəlilər sinfi. Paxlalılar və 
badımcançiçəklilər fəsiləsi 
17.  İkiləpəlilər sinfi. Mürəkkəbçiçəklilər fəsiləsi 
18. Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi 
19.  Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri 
və onlardan istifadə qaydaları 
20. Yaşadığınız diyarın dərman bitkiləri. Layihə  
2. İBTİDAİ VƏ ALİ SPORLU  
    BİTKİLƏR 
5. Yosunlar – ibtidai bitkilərdir.  
     Birhüceyrəli yaşıl yosunlar  
6. Çoxhüceyrəli yaşıl yosunlar  
7. Qonur və qırmızı yosunlar. Yosunların 
əhəmiyyəti 
8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi  
9. Mamırların çoxalması və əhəmiyyəti 
10. Qıjıkimilər. Qıjıların çoxalması 
11. Qatırquyruğular və plaunlar. Qıjıkimilərin 
əhəmiyyəti 
4. BAKTERİYALAR, 
GÖBƏLƏKLƏR, ŞİBYƏLƏR
21. Bakteriyaların müxtəlifliyi 
22. Göbələklər aləmi. Papaqlı göbələklər  
23. Göbələklərin müxtəlifliyi  
 24. Şibyələr 


 
 
5
FӘSİLLӘR 
MÖVZULAR 
8. XORDALI  HEYVANLAR. 
QUŞLAR VƏ MƏMƏLİLƏR 
48. Quşlar sinfi 
49. Quşların çoxalması və inkişafı. Quşların 
həyatında mövsümi hadisələr 
50. Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti 
51. Məməlilər sinfi 
52. Məməlilərin çoxalması, davranışı və onların 
həyatında mövsümi dəyişkənliklər  
53. Məmələrin ekiloji qrupları 
54. İnsan – məməlilər sinfinin nümayəndəsidir 
55. Biomüxtəliflik. Nadir və nəsli kəsilmək 
təhlükəsi olan yerli faunanın mühafizəsi 
6. ÇOXHÜCEYRƏLİLƏR  
    YARIMALƏMİ.  
    MOLYUSKLAR VƏ  
    BUĞUMAYAQLILAR 
35. 
Molyusklar tipi 
36. Molyuskların həyat fəaliyyəti 
37. Buğumayaqlılar tipi. Xərçəngkimilər sinfi 
38. Hörümçəkkimilər sinfi 
39. Həşəratlar sinfi 
40. Həşəratların müxtəlifliyi və təbiətdə rolu 
 
5. BİRHÜCEYRƏLİLƏR VƏ  
    ÇOXHÜCEYRƏLİLƏR  
    YARIMALƏMİ  
25. Birhüceyrəlilər yarımləmi. 
Sarkomastiqoforlar və infuzorlar tipi  
26. Birhüceyrəlilərin həyat fəaliyyəti və 
müxtəlifliyi 
27. Çoxhüceyrəlilər yarımaləmi. 
Bağırsaqboşluqlular tipi  
28. Bağırsaqboşluqluların həyat fəaliyyəti 
29. Yastı qurdlar tipi 
30. Yastı qurdların həyat fəaliyyəti 
31. Sap qurdlar tipi. Sap qurdların həyat fəaliyyəti 
32. İnsan üçün təhlükəli olan qurd xəstəlikləri 
33. Həlqəvi qurdlar tipi 
34. Həlqəvi qurdların həyat fəaliyyəti 
7. XORDALI  HEYVANLAR. 
KƏLLƏSİZLƏR, BALIQLAR, 
SUDA-QURUDA 
YAŞAYANLAR VƏ 
SÜRÜNƏNLƏR 
41. Xordalılar tipi. Kəlləsizlər yarımtipi. 
Başıxordalılar sinfi 
42. Kəlləlilər yarımtipi. Balıqlar 
43. Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının 
qorunması  
44. Suda-quruda yaşayanlar sinfi 
45. Suda-quruda yaşayanların müxtəlifliyi və 
təbiətdə rolu  
46. Sürünənlər sinfi 
47. Sürünənlərin müxtəlifliyi və əhəmiyyəti 
 


 
6
Dərsliyin bölmələr üzrə məzmunu 
 
“Canlı orqanizmlər və onların öyrənilməsi” adlanan birinci bölmədə  təqdim 
olunan materiallarda canlı orqanizmləri öyrənən  müxtəlif elm sahələri haqqında 6-cı 
sinifdə verilən biliklər genişləndirilir.  Müasir dövrdə bioloji elmlərin insanın praktiki 
fəaliyyətində əhəmiyyəti izah olunur. Canlıların quruluşunun öyrənilməsində müxtəlif 
üsullarla tanışlıq  şagirdlərdə  tədqiqatçılıq bacarıqlarının inkişafına yönəldilmişdir. 
Sadə təcrübələr qoymaq, müşahidələr aparmaq və nəticələri izah etmək onların praktiki 
bacarıqlarının inkişafında çox vacibdir. Eyni zamanda, canlı orqanizmlərin müxtəlifliyi 
barədə  təqdim olunan məlumatlar müqayisə  və analiz etmək qabiliyyətinin irəlilə-
məsinə müsbət təsir göstərir. 
 “İbtidai və ali sporlu bitkilər” bölməsi bitkilər aləminin yosunlar və mamırlar 
şöbəsinin  müxtəlifliyindən bəhs edir. İbtidai bitkilərin nümayəndəsi kimi yosunların 
səciyyəvi xüsusiyyətləri, tarixi inkişaf prosesində mürəkkəbləşmələri, müxtəlifliyi və 
təbiətdə əhəmiyyəti barədə məlumat verilir. Şagirdlər birhüceyrəli yosunlardan çoxhü-
ceyrəlilərə  qədər orqanizmin quruluş  səviyyəsinin mürəkkəbləşməsinin  əlamətlərini 
öyrənirlər. Quruda yaşamağa uyğunlaşmış ali sporlu bitkilərdən olan mamırların, qıjı-
kimilərin quruluşu, müxtəlifliyi haqqında verilən material orqanizmlərin mütəşəkkillik 
səviyyəsini dəyişməsini izləməyə imkan verir.    
“Ali toxumlu bitkilər” bölməsində şagirdlər çılpaqtoxumlular və örtülütoxumlu-
lar  şöbəsinin nümayəndələrinin quruluşu, çoxalma xüsusiyyətləri, müxtəlifliyi barədə 
məlumatlar alacaqlar. Toxumla çoxalma üsulunun sporla çoxalmadan fərqli və üstün 
cəhətlərini ayırd edəcəklər. Bitkilərin təsnifatı haqqında biliklər bitkilərin yetişdirilməsi 
və qorunması, düzgün qulluq edilməsi, dərman bitkilərinin tanınması və ondan istifadə 
və s. kimi bacarıqların inkişafı üçün vacibdir. Azərbaycanda rast gəlinən bitki forma-
larına xüsusi diqqət yetirilməsi ətraf təbiətə maraq hissini aşılamalıdır. 
 “Bakteriyalar,  göbələklər,  şibyələr” bölməsində bakteriyalar aləmi ilə tanışlıq 
davam edir. Bakteriyaların qidalanmasına görə  təsnifatı onların təbiətdə  əhəmiyyətini 
daha aydın anlamağa xidmət edir. Eyni zamanda, insanların yoluxduğu bakterial xəstə-
liklərdən qorunma yolları göstərilir. Göbələklər aləminin nümayəndələrinin quruluşu, 
müxtəlifliyi, yayılması, ekoloji əhəmiyyəti  haqqında məlumatlar verilir. Şibyələrin mi-
salında simbioz anlayışı dərinləşdirilir və onların ümumi xarakteristikası verilir. 
“Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi” bölməsində birhüceyrəli və 
onurğasız çoxhüceyrəlilərin quruluşu və müxtəlifliyi barədə  ətraflı  məlumat təqdim 
olunmuşdur. Birhüceyrəlilərin bir hüceyrə səviyyəsində bütöv orqanizm kimi fəaliyyəti 
izah olunur. Onların insanın sağlamlığına və  təsərrüfat fəaliyyətinə  təsiri aydınlaş-
dırılır. Çoxhüceyrəli heyvanlar quruluş səviyyəsinin yüksəlməsi ardıcıllığı ilə öyrənilir. 
Sərbəst yaşayan və parazit həyat tərzi keçirən canlılar müqayisə olunur. Parazit qurd-
ların bəziləri insanın sağlamlığına böyük zərər vurduğu üçün onların quruluşuna, 
yoluxma yollarına diqqət yetirilir.  
 “Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar”  bölməsində 
molyusklar və buğumayaqlılar tiplərinin nümayəndələrinin quruluşu, səciyyəvi xüsu-
siyyətləri, növ müxtəlifliyi barədə  məlumat verilir. Buğumayaqlılar tipinin nüma-
yəndələri həm təbiətdə, həm də insanın fəaliyyətində böyük rol oynayır. Bu səbəbdən 
onların geniş yayılmış növlərini təsnif etmək bacarıqları inkişaf etdirilir. Azərbaycanda 
rast gəlinən nümayəndələrinə misallar gətirilir.  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə