Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

 
 
15
Formativ qiymətləndirmə  fənnin məzmun standartları üzrə  təlim   məqsədləri 
əsasında müəyyənləşdirilmiş   qiymətləndirmə meyarlarına görə aparılır. Müəllim 
qiymətləndirmə meyarlarına uyğun 4 səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. 
Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər. 
"Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin 
formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim 
yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə  dəftəri"  əsasında  şagirdin 
yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.  
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarım-
ilin və ilin sonunda) şagirdlərin  əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. 
Summativ qiymətləndirmə  məzmun standartlarının mənimsəmə  səviyyəsinin etibarlı 
göstəricisidir. 
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir.  
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya bölmələrin sonunda  müəllim 
tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda məktəb 
rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın nəzarəti  ilə fənni tədris 
edən müəllim tərəfindən aparılır. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və  
keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. 
Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanılır:  
               
Y1 Y2 
İ
llik   Y1 
Y2 
İ
llik   Y1 
Y2 
İ
llik   Y1 
Y2 
İ
llik 
2 2 2    3 2 2    4 2 2    5 2 2 
2 3 3    3 3 3    4 3 3    5 3 4 
2 4 3    3 4 4    4 4 4    5 4 4 
2 5 4    3 5 4    4 5 5    5 5 5 
 
Şagirdin qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə 
uyğun müəyyənləşdirilir:  
 
№ 
Şagirdin yerinə yetirdiyi 
tapşırıqların faizlə miqdarı 
Şagirdin qiyməti
1    [0% - 40%]  
2 (qeyri-kafi) 
2    (40% - 60%]  
3 (kafi) 
3    (60% - 80%]  
4 (yaxşı) 
4    (80% - 100%]  
5 (əla) 
 
 
 


 
16
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ  
İŞ TEXNOLOGİYASININ ŞƏRHİ
 
 
 
 
F
Ə
S
İ
L ÜZR
Ə
 REALLA
Ş
DIRILACAQ ALT STANDARTLAR  
 
T
Ə
DR
İ
S VAH
İ
D
İ
 ÜZR
Ə
 ÜMUM
İ
 SAATLARIN M
İ
QDARI: 
11 saat 
K
İ
Ç
İ
K SUMMAT
İ
V Q
İ
YM
Ə
TL
Ə
ND
İ
RM
Ə

 
 
    1 saat
 
 
 
1. CANLI ORQANİZMLӘR VӘ ONLARIN ÖYRӘNİLMӘSİ 
 
Dərs 1 / Mövzu 1:
 CANLI  ORQANİZMLƏRİ ÖYRƏNƏN ELM  
                               SAHƏLƏRİ 
 
 
 
 
Dərslikdəki mətnlə tanış olduqdan sonra şagirdlər  əvvəlki biliklərindən faydalanaraq, 
sualı müzakirə edir və müxtəlif fikirlər irəli sürürlər. Müzakirə zamanı şagirdlərin fikrini ona 
yönəltmək lazımdır ki, canlı orqanizmlərin öyrənilməsi onların quruluş və həyat fəaliyyətinin 
ümumi qanunauyğunluqlarını müəyyən etməyə imkan verir. Bu zaman müəllim sual verə 
Alt 
STANDARTLAR
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini 
şərh edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Canlılar aləmindən  bəhs edən elm sahələrini sadalayır. 

 
Bioloji elmlər barədə fikirlərini şərh edir. 
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini şərh edir. 
1.1.2. Canlıların  müxtəlifliyi  haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından  istifadə 
qaydalarına əməl edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri 
ümumiləşdirir. 
CANLILAR AL
Ə
M
İ
N
İ
N MÜXT
Ə
L
İ
FL
İ
Y
İ
 V
Ə
 ONUN ÖYR
Ə
N
İ
LM
Ə
S
İ
 
T
Ə
DR
İ
S VAH
İ
D
İ

1


 
 
17
bilər: “Canlı orqanizmləri hansı bioloji elmlər öyrənir?” Dərsin bu mərhələsində şagirdlər 6-cı 
sinif biologiya kursundan öyrəndiklərini yada salar, bəzi bioloji elmləri və onların öyrənmə 
obyektlərini ümumiləşdirilmiş  cədvəldə qeyd edə bilərlər. Müzakirələr  şagirdlərin aşağı 
siniflərdən öyrəndikləri bilikləri fəallaşdırmağa və diaqnostikasını aparmağa xidmət 
edəcəkdir.  
Bioloji elm 
Tədqiqat obyekti 
Mikologiya 
  
Botanika 
  
Virusologiya 
  
Zoologiya 
  
Bakteriologiya 
  
 
Praktiki işi yerinə yetirən zaman şagirdlər belə bir nəticəyə gəlirlər ki, onların ve-
rilmiş orqanizmlər haqqında bilikləri tapşırığı tam yerinə yetirmək üçün kifayət etmir.  
Müəllim şagirdləri biologiyanın canlı orqanizmlərin ümumi xassələrinin qanunauyğun-
luqlarını, onların müxtəlifliyinin səbəblərini, onların quruluşunun  ətraf mühit şəraiti ilə 
əlaqəsini öyrənən kompleks elm olması nəticəsinə yönəltməlidir

 
  
 Mövzunun nəzəri hissəsi ilə tanışlığa “Canlı orqanizmlərin daxili quruluşunu (həyat 
fəaliyyətini) hansı bioloji elmlər öyrənir”sualı ilə başlamaq olar. Bu zaman şagirdləri mü-
zakirəyə cəlb etmək əhəmiyyətlidir. Şagirdlər nəzəri materialı öyrəndikcə cədvəlin doldu-
rulmasını davam edə bilərlər.
 
Şagirdlərin diqqətini cədvəlin “Tədqiqat obyekti” hissəsinə 
yönəltmək vacibdir. Cədvəldən görünür ki, bioloji elmlər təkcə tədqiqat obyektlərinə görə 
ayrılmır. Onların içərisində canlıların ümumi xüsusiyyətlərini – quruluşunu, həyat 
fəaliyyətini öyrənən elm sahələrinin olduğunu görmək olar. Şagirdlərə izah etmək lazımdır 
ki, elmin yüksək sürətlə inkişafı müxtəlif təbiət elmləri arasında qarşılıqlı  əlaqələrin 
artmasını  zəruri edir. Вelə ki, orqanizmlərin fiziki aspektlərini öyrənən biofizika elmi, 
bioloji obyektlərdə  həyati proseslərin kimyəvi  əsaslarını öyrənən biokimya və s. elmlər 
yaranmışdır.   
Nəzəri materialı öyrənən zaman bitkilərin, heyvanların xarici və daxili quruluşunu 
(anatomiya) göstərən plakatlardan, videomateriallardan (fiziologiya)  və s. istifadə etmək 
məqsədəuyğundur. 
 Tətbiq mərhələsində şagirdlər dərslikdən istifadə edərkən krossvordu tamamlayırlar.  
Krossvordu dolduran zaman şagirdlər bioloji elmlərin adı  və  tədqiq etdiyi sahələr barədə 
fikirlərini şərh edirlər. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində  şagirdlər  əvvəlki biliklərinə  əsaslanaraq, öz 
nümunələri ilə  cədvəli tamamlayırlar.  Əgər dərsdə  cədvələ  əlavələr olunmuşsa, həmin 
əlavələri bu cədvələ köçürmək olar. İkinci tapşırıqda  şagirdlər adıçəkilən obyektləri və 
prosesləri
 
öyrənən elm sahələrinin adını (fiziologiya, anatomiya) çəkirlər.  Şagirdlər 
arzularından asılı olaraq öz nümunələrini də əlavə edə bilərlər.  
Qiymətləndirmə meyarları: şərhetmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Canlılar aləmin-
dən  bəhs edən elm 
sahələri barədə fikir-
lərini  çətinliklə şərh 
edir. 
Canlılar aləmin-
dən  bəhs edən elm 
sahələri barədə fikir-
lərini şərh edərkən 
bəzi səhvlər buraxır.  
Canlılar aləmin-
dən  bəhs edən elm sa-
hələri barədə fikirlərini 
şərh edərkən  kiçik qey-
ri-dəqiqliyə yol verir.   
Canlılar aləmin-
dən  bəhs edən elm 
sahələri barədə fikir-
lərini ətraflı şərh 
edir.   


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə