Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə1/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
  1   2   3   4   5   6   7   8   9   ...   32




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 1 –––  

 

БУЛУДХАН ХЯЛИЛОВ 

 

 

 

 

БЯХТИЙАР 

ВАЩАБЗАДЯНИН  

PEDAQOJİ 

ЭЮРЦШЛЯРИ 

 

 

 

 

 

 

 

БАКЫ – 2014 


BULUDXAN  XƏLİLOV 

 

––– 2 –––

  

ELMİ REDAKTOR: 

 

Əjdər Ağayev, 

pedaqogika üzrə elmlər doktoru, professor, 

Əməkdar müəllim 

 

RƏYÇİLƏR: 

 

Rüfət Hüseynzadə, 

pedaqogika üzrə elmlər doktoru, professor, 

Əməkdar müəllim 

 

Məhərrəm Hüseynov

filologiya üzrə elmlər doktoru 

 

 

Buludxan Xəlilov. “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri”. 

Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2014, 128 səh. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

ISBN 978-995-377-916-4 

© 

Buludxan Xəlilov



 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 3 –––  

 

 

TƏLİM, TƏRBİYƏ, TƏHSİL:  

MÜƏLLİMƏ BORC VƏ 

EHTİRAM 

 

 

Bəxtiyar Vahabzadənin özünü borclu saydığı adam-

lardan biri də ustad şairimiz Səməd Vurğundur. Böyük 

Vətən müharibəsi illərində  ədəbiyyata gəlmiş onlarca 

gənc  şairin püxtələşməsində, yetişməsində  Səməd Vur-

ğunun böyük rolu olmuşdur. Səməd Vurğun Bəxtiyar 

Vahabzadənin yaradıcılığında öz fikir və ideyaları ilə 

bir mayak rolunu oynamışdır. Bu da bir alın yazısıdır ki, 

Bəxtiyar Vahabzadə “Səməd Vurğunun poeziyası” 

mövzusunda dissertasiya yazmışdır. Bəxtiyar Vahabza-

də bununla Səməd Vurğundan sənətin sirlərini öyrənmiş 

və elmi dərəcə almışdır. Ali məktəbdə uzun müddət dərs 

demiş (Azərbaycan Dövlət Universitetində - indiki Bakı 

Dövlət Universitetində), nüfuzlu müəllim kimi tələbələri 

tərəfindən sevilmişdir. Çox yaxşı bir nümunədir ki

Bəxtiyar Vahabzadə onun taleyində mühüm rol oynamış 

Səməd Vurğunu heç vaxt unutmamış  və özünü ona 

borclu hesab etmişdir

1

. O, 1956-cı ildə yazdığı “Mən 



ona borcluyam” məqaləsində etiraf edirdi: “...Səməd 

Vurğunun göstərişləri biz gənclərə həmişə fayda vermiş 

və bizim inkişafımıza kömək etmişdir. Mən bir şair kimi 

yetişməyimdə, Səməd Vurğunun məruzələrinə, onun 

                                                            

1

 Bax: Mən ona borcluyam. – Bəxtiyar Vahabzadə. Sənətkar və za-



man. Bakı, Gənclik, 1976, s.65-67 


BULUDXAN  XƏLİLOV 

 

––– 4 –––

  

alovlu şeirlərinə və bizimlə olan şəxsi söhbətlərinə çox 

borcluyam”

1

. Deməli, bu etiraf onu göstərir ki, Səməd 



Vurğun Bəxtiyar Vahabzadə üçün əsl ustad və müəllim 

olmuşdur.  

Bəxtiyar Vahabzadə onun həyatında az-çox rol oy-

nayan, onun xeyirxahı olan, onun barəsində xoş söz de-

yənlərin hər birinə hörmət və  rəğbətlə yanaşmışdır. 

Bunlardan biri də Mehdi Hüseyn olmuşdur. Mehdi Hü-

seyn görkəmli ədib olmaqla yanaşı, nəinki Azərbaycan-

dakı, hətta dünyadakı ədəbi-bədii prosesləri izləyən, ye-

rindəcə bunları yüksək səviyyəli elmi-nəzəri məqalələri 

ilə  təhlil edən vicdanlı bir ədəbiyyatşünas – tənqidçi 

olmuşdur. Əslində dünya gör-götür dünyasıdır. Hər kəs 

görür, öyrənir və yetişir. Görkəmli  şəxsiyyətlərin hər 

biri bu cür yetişmişdir. Bu mənada Bəxtiyar Vahabzadə 

Mehdi Hüseyndən  ədəbi mühitdə qaynamaq qabiliy-

yətini, ədəbi mühitə biganə qalmamağı, ədəbiyyatla, sə-

nətlə yaşaması, iradəli olmağı, ədəbi və ictimai hadisə-

lərə öz ağlı ilə baxmağı, mərdanəliyi, həqiqi dost olmaq 

keyfiyyətini və digər keyfiyyətləri öyrənmişdir. Yaxşı 

bir misal var: “Azın qədrini bilməyən çoxun da qədrini 

bilməz”. Bəxtiyar Vahabzadə öz qədirbilənliyini həmişə 

mövqe kimi nümayiş etdirmişdir.  Əlbəttə kim ona nə 

yaxşılıq edibsə, onun heç birini unutmamışdır. Bu cür 

qədirbilənlik keyfiyyəti onu daha da sevdirmiş, geniş 

ictimaiyyətin dərin hörmət və məhəbbətini qazanmışdır. 

Bəxtiyar Vahabzadə 1969-cu ildə “Döyüşən  ədib” 

məqaləsində yazır: “Bu gün Mehdi Hüseynin 60 illiyini 

                                                            

1

 Bax: Mən ona borcluyam. – Bəxtiyar Vahabzadə. Sənətkar və za-



man. Bakı, Gənclik, 1976, s.67 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə