Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə1/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
  1   2   3   4   5   6   7   8   9   ...   89


BABA BABAYEV 

 

 

 

 

 

 

 

 

ƏDƏBİYYAT 

MƏSƏLƏLƏRİ 

 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

“Müəllim” nəşriyyatı 

Bakı – 2015 




Elmi redaktor: filologiya üzrə fəlsəfə doktoru R.Məmmədov 

 

 



 

 

Enişli-yoxuşlu həyat və yaradıcılıq yolumda hər an yanımda 



olan, mənəvi arxa-dəstək duran, həyatım üçün iztirablara dözmüş 

ömür-gün yoldaşım Kamilə xanıma və  əziz övladlarım - oğlum 

Xəzriyə, qızım Burlaxatuna məhəbbət və ehtiramla uzun ömür, 

sağlam cansağlığı, xoş bəxt arzuları ilə Tanrı köməkləri olsun duası 

ilə onların adına bağışladım. 

Müəllif 

 

 



 

 

B.Babayev.  ƏDƏBİYYAT MƏSƏLƏLƏRİ.  Bakı: “Müəllim” 

nəşriyyatı, 2015. - 278 s. 

 

 



 

 

 



Kitaba tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru 

Baba Babayevin klassik və müasir Azərbaycan  ədəbiyyatının 

görkəmli simaları haqqında  ədəbi düşüncələri, məqalə  və  rəyləri 

daxil edilmişdir. 

 

 



 

 

ISBN 978-9952-435-64-1 

 

 B.Babayev, 2015 



 




ÖN SÖZ 

 

Həyatın görünən tərəflərinin içində olub yazıb-yaratmışam. 



Ömrüm çətinliklərlə keçib. Sadəcə Tanrıya güvəncim bu zülmətləri 

xırdalayıb ahəstə ah, ufdan pıcıltı ilə  səslənən oxxaya keçmişəm. 

Uzun illər arxivlərdə, kitabxanalarda kəsif qoxu verən qəzet-jurnal-

ların tozunu udmuşam. Canımı dişimə tutub Diabet xəstəliyi ilə 

döyüşə-döyüşə istədiyimi axtarıb tapmış, faktları  təhrif etməyim 

deyə, dönə-dönə diqqətli olmuş, mənə rahatlıq verməyən problemi 

təhlil süzgəcindən keçirib tədqiqata cəlb etmişəm. Fərq etməz qəzet

jurnal məqaləsidir, yoxsa kitab. Amma bütün bunların fövqündə 

sevgi, məhəbbət dayanıb. Yazmaq-yaratmaq sevgisi. Böyük ədə-

biyyata kiçik də olsa xidmət etmək sevgisi. Təbii, bilməmiş 

deyildim ki, bəşər tarixi böyük cinayətlər və cinayətkarlar tarixidir. 

Oğul deyim sənə, bu mənfur iki üzlü xainlərin, ev yıxıb qan 

tökməyi özünə hünər sayanların yanında olasan, lazımi məqamında 

onların zəhərli neştərinə tuş gəlməyəsən. 

Quranın 75-ci surəsi qiyamət adlanır. Orada Dəccal da var, 

fahişələrin idarəetmədə güclü rolu olması da qeyd olunur. Aqillərin 

nadanlar  əlində qalması zillət imiş.Yüngül həyat tərzi keçirənlərin 

rəhbərlərin qılığına girib saqqızlarını oğurlaması dəhşət imiş. İlahi 

bu ifritələr nələr etmir, utanmadan, adamın gözlərinə dik baxaraq nə 

oyunlardan çıxır bu əxlaqsızlar. Çəkdiyim zillətlərin bir, bəlkə  də 

böyük tərkib hissəsi o fahişələrin mənə hücumu ilə  əlaqədar 

olubdur. Həm də fahişələşmiş kişilərin. 

Sən demə ciddi əsərlər nigarançılıqla, bəzən  ətrafındakılara 

nifrətlə yazılırmış. Nitsşenin «...ən çox qanla yazılanı sevirəm...» 

aforizmi çox qiymətli, dəyərliymiş.  Əxlaqa toxunulanda mənəviy-

yatlıların  əxlaqının ləkələnməsi aksioma deyilmi? İdarəetmədə 

gördüm ki, əxlaqsızlar, neçə deyərlər, at oynadır. Elə libasa bürü-

nüblər ki, özləri-özlərinə  əhsən deyərək xumarlanırlar. Bir də  nə 

gizlədim, haqq sözünü gizli lentə alıb  şərəfsizlik edənə niyə belə 

etdin deyəndə, bu bizim siyasətimizdir – dedi. Başımdan tüstü 

qalxdı. Fəlakətdi bunlar. Mənəviyyatsızlıq baş alıb gedir. XX əsrin 

peyğəmbər yazıçısı, Nobel mükafatı laureatı R.Kamyun sanki bu 

günü görüb “Bəşəriyyətin xilası halallıq və təmizlikdir”demişdir. 



Kreslodan ötrü hər  şeydən keçərəm, hamı belə  işləyib, belə 

“işlərlə” dolanır, - dedilər.  İlk xainliyi görüb düşündüm ki, insana 

ən güclü zərbə gözləmədiyi yerdən, inandığından, yaxınından gəlir-

miş. Allahın insanlara qəzəbi o qədər çoxaldı ki, baxıb gördü bütün 

insanlar  şərin tərəfinə keçib. Təqiblər, təsirlər, qarayaxmalarım 

çoxaldıqca yazıq, xəstə canımla daha da mətinləşdim, kitablardan əl 

cəkmədim, ağır dərdimə  dərman loğmanlar yox, kitablar oldu. 

Allahı çağırıb imdad istədim. 

Bu da yazıb  ərsəyə  gətirdiyim kitabların biridir. Bir fikrimi 

deyim; həqiqəti, haqqı deyə-deyə elə bil insanlıq ölümə  məhkum 

oldu, bəlkə demokratiya tiranlığa yol açan bir nəsə imiş. Hər nə 

isə...!!?? Qanla yazmadım, qana bənzər,qana oxşar, qan törədən 

iftira-böhtanlar içində, göz yaşlarımı için-için içimə axıdaraq yaz-

dım. Yazdım, ancaq qalanı yazdım... 

Kitablardan oxumuşdum ki, hər quşun, heyvanın özünəməxsus 

anatomiyası var. Qızılquş yuvasını çox uca ağacların budaqları 

arasında qurur. Ata-ana qızılquş yemi körpələrə verib tamaşa edir-

lər. Yedikcə quşlar elə  qızışırlar ki, hətta ata-analarına da hücum 

edirlər. Bu məqamda ata-ana balalarına yaxın durmur, qacıb kə-

narda dayanırlar.  İşlədiyim az müddətdə kiçiklər elə  qızışdılar ki, 

birinci  şəxs də  məni “müdafiədə” çətinlik çəkdi. Vəhşi heyvan-

lardan bəhs edən fılmlərdəki kimi. 

Ailəlikcə, həyat yoldaşım da, mən də müəllim olmuşuq. Mək-

təbi bülbül yuvası sanmışam. Müəllim olub müəllimlərə  qənim 

kəsilənləri mənim elmim, dünyagörüşüm qəbul etmir. Bunun kö-

kündə cılız hisslərə qapılıb zəlil dilənçilikmi durur, yoxsa... mənim 

fəlsəfəmə görə belə çirkin, şərəfsiz məqamlarda sözü gedən insana 

bənzər məxluqlar sahib olduqları ülvülüklər zirvəsindən aşağı, adi 

canlılar səviyyəsinə doğru enir və alçaldıqca alçalır və  şərəfsiz-

ləşirlər. Görkəmli pedaqoq K.Paustovski yazırdı: «Ən böyük qələ-

bələrin, tarixi zəfərlərin taleyi döyüş meydanlarından  əvvəl insan-

ların ürəklərində  həll olunur. Çünki ən böyük qüdrət fəzilətdən 

doğur». Mən filosofluq etmək, insan xarakterini təhlil edib dəyər 

vermək fikrindən uzağam. Sadəcə bilməmiş deyiləm ki, fəzilət cə-

miyyət tərəfindən bəyənilmiş, təqdir edilmiş, təcrübədə yoxlanılmış, 

xeyir  əməlləri, müsbət  əxlaqi keyfiyyətləri özündə ehtiva edən 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə