Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə14/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

42 

cəmləşdirərək, bu xüsusiyyəti satirik psixologizmə  də öz təsirini 

göstərir”.  İnsanın daxili aləminə enmək, onu dialektik inkişafda 

göstərmək, psixologiyasını açmaq üslubundan S.M.Qənizadə 

“Gəlinlər həmayili”, C.Məmmədquluzadə “Danabaş  kəndinin 

əhvalatları”, N.Nərimanov “Bahadır və Sona” əsərində istifadəyə 

nail olmuşlar. Onların nəsr  əsərlərində ictimai həyat hadisələrinin 

özünəməxsus tərəfləri, real, həyati konflikt və süjetlər, fərdi 

psixologiyalar, obraz və xarakterlər istehza, satira və gülüş  hədəfi 

də olur. Satirik təsvirə nümunə üçün “Odabaşının hekayəsi”nə 

diqqət yetirək: “Fərman qabağa yüyürüb xanın atının başından və 

üzəngidən yapışdı. Fərman artıq xanın xoşuna gəldi. Hacı 

Kamyabla əl tutub xəbər aldı: 

-

 



Hacı, bu oğlan kimdir?”   

-

 



Qurban, bu mənim qardaşım oğludur. 

-

 



Afərin! Yaxşı və qoçaq oğlana oxşayır. Çox xoşuma gəldi. 

-

 



Nökərinizdir, Qurban! 

Xanın atlıları da atlarından endilər. 

Xan bir neçə saniyə Fərmanın üzünə baxıb, hacı ilə bahəm içəri 

daxil oldu. 

Bu kiçik dialoqda maraqlı səhnənin bütün məişət xırdalıqlarının 

və getdikcə  mənzərənin panoramını genişləndirən təfərrüatın 

mərkəzində  iş dayanır. Amma, xanın xoşuna gələn, diqqətindən 

yayınmayan fəal, dinamik, qaynar bir iş. Əslində qaynarlıq zahirən 

yeganə satirik mövqeli Hacı Kamyabın şüuru, daxili işgüzarlığı ilə 

bağlıdır. Bu kiçik epizodda satirik əşya aləminin də təfərrüata cəlb 

olunmasına az rast gəlinir və verilən təfərrüat  əksərən hərəkətdə 

göstərilir.  

Azərbaycan klassik nəsrində  sənətkarlarımız bu və ya digər 

dərəcədə daxili monoloqdan istifadə ediblər. Şübhəsiz ki, nəsr daxili 

monoloqa doğru inkişaf yolunu zaman-zaman, tədricən, birinci 

şəxsə aid təhkiyədən başlayıb. Klassik nəsrimizdə olduğu kimi, 

müasir nəsrdə  də daxili monoloqun meydana gəlib formalaş-

masında, aprıcı  bədii üsullar sırasına çıxmasında birinci şəxsə aid 

təhkiyənin rolu danılmazdır.  

Birinci  şəxsə aid təhkiyədə  qəhrəman (biz birinci şəxsə aid 

təhkiyənin o tipini nəzərdə tuturuq ki, orada təhkiyəçi məhz 



43 

qəhrəmanlardan biridir) gördüyü, duyduğu, iştirak etdiyi, yaxud 

eşitdiyi barədə oxucuya söhbət açır. Oxucuya söylənilən bir 

“monoloq” sadəliyə, aydınlığa, fikir ardıcıllığına  əsaslanmalı olur. 

Daxili monoloq isə sadə, aydın, ardıcıl olub, birinci şəxsə aid təh-

kiyəyə  bənzədiyi kimi, mürəkkəb, qeyri-ardıcıl və “məntiqsiz” də 

ola bilər. Daxili monoloqun mürəkkəb nümunələrində oxucu sanki 

unudulur, oxucunun asanlıqla başa düşəcəyi nizamlı nitq formasını 

müəllif semantik, sintaktik mürəkkəbliklə  əvəz edir. Çünki daxili 

monoloq öz təbiətinə görə qəhrəmanın nə barədəsə öz-özü ilə gizli 

danışığıdır. Realist sənət tarixində daxili monoloqun formaca birinci 

şəxsə aid təhkiyədən, eləcə də dialoqdan, dram əsərlərindəki mono-

loqdan fərqli  şəkildə meydana çıxması  həyatda daxili nitqin 

kommunikativ nitqdən fərqlənməsi faktına  əsaslanır. Tanınmış 

sovet psixoloqu L.S.Vıqotski yazır: “Biz daxili nitqə sadəcə olaraq 

danışıq forması kimi baxanlarla razılaşmırıq. Daxili nitq insanın özü 

üçün, zahiri danışıq nitqi isə başqaları üçündür. Daxili nitq danışıq 

dilinin qabaqcadan düşünülməsi və ya danışıq dilinin yaddaşda 

yenidən canlandırılması deyil, ondan tam fərqlidir”. 

XX  əsr dünya ədəbiyyatının uğurlarından biri də  “Əsrin 

draması” sayılan zaman problemlərinin  əsrin elmi kəşflərinin 

işığında tamam başqa yöndən bədii tədqiqata çevrilməsi və bunun 

eyni zamanda bədii təsvir vasitələri tutumunda əhatəli təsir göstər-

məsi ilə  əlaqədardır. C.Coys, M.Prust və başqa yaradıcıların bədii 

axtarışlarından başlayan “Şüur axını”  əsrin bədii tempinin inkişaf 

meylini dəyişdirdi. Lakin unutmaq olmaz ki, bu dəyişmə ilkin 

bünövrəsini təkcə Eynşteynin nisbilik nəzəriyyəsindən, A.Berqso-

nun zamanla bağlı fəlsəfi konsepsiyasından deyil, bəlkə də daha çox 

M.F.Dostoyevski, L.N.Tolstoy və başqa sənətkarların yaradıcı-

lığındakı daxili monoloqlarından götürür. Daxili monoloqun həm 

nəsr, həm dram əsərlərində tarixən  əsas poetik vasitə kimi işlənən 

ənənəvi monoloqun yeni dövrdə novatorcasına davamı olduğu bizə 

məlumdur. Ədəbiyyat tarixindən məlumdur ki, F.Kafka, Y.Folkner, 

A.Kamyu, E.Heminquey, Q.Markes kimi sənətkarların adı ilə bağlı 

müasir dünya nəsrində daxili monoloqun mürəkkəb formalarından, 

o cümlədən “şüur axını”ndan geniş istifadə olunur. Azərbaycan 

nəsrində daxili monoloqun sadədən mürəkkəbə doğru təkmil-



44 

ləşməsindən, birincili şəxsə aid təhkiyədən fərqli keyfiyyətlərə 

yiyələnməsindən xəbər verir. Göstərdiyimiz inkişaf mərhələsi 

Azərbaycan nəsri üçün də xarakterikdir: ənənəvi monoloq – daxili 

monoloq – şüur axını. Klassik Azərbaycan nəsrində monoloqun və 

daxili monoloqun həm inkişaf mərhələlərini, həm də tip və 

xarakterini araşdırmaq sahəsində A.Məmmədov, “Epik sözün bədii 

gücü” (B., 2000) monoqrafiyasında, filologiya elmləri doktoru, 

ədəbiyyatşünas M.İmanov (Kazımoğlu) isə “Müasir Azərbaycan 

nəsrində psixologizm” (B., 1991) monoqrafiyasında bəhs etmişlər. 

XX əsrin əvvəlləri yazıb-yaradan sənətkarlarımızda satirik nəsrin dil 

zənginliklərinə  dərindən bələd olan söz və ifadələri yerində 

işlətməyi bacaran, bədii dildə realizmin qorunub saxlanılmasına 

çalışan qələm ustaları olmuşlar. Professor Zaman Əsgərli yazır: 

“Bədii dil, eyni zamanda, yazıçı üçün tipikləşdirmə vasitəsidir. 

Yazıçı  təsvir etdiyi surətin fərdi və ümumiləşmiş  cəhətlərini 

göstərməkdə danışıqdan gözəl vasitə tanımır. Bədii surətin bütün 

səciyyəvi əlamətləri onun danışığından meydana çıxır. Monoloqlar 

fikir və hisslərin yığcam, dolğun ifadəsini verir. Surətin psixo-

logiyası, onun tipik cəhəti, səciyyəvi xüsusiyyətləri monoloqda 

sənətkarlıqla ümumiləşdirilir”. “Monoloq – bədii əsərdə bir adamın 

müsahibinə, səhnədəki digər surətlərə, yaxud öz-özünə müraciətlə 

söylədiyi nitq, dramaturji əsərdə monoloq bəzən surətin 

tamaşaçılara müraciəti  şəklində olur”. Nəsr  əsərində dialoq adətən 

üstünlük təşkil edir. Monoloq isə səhnə əsərlərində obrazların daxili 

aləminin açılmasına xidmət edir, bu aləmin mürəkkəbliyini aşkara 

çıxarır. Nəsr nümunələrində personaj monoloqu təklikdə  də 

yığıncaq-toplantıda da, iki-üç şəxsin yanında da deyir. N.Nəri-

manovun “Bir kəndin sərgüzəşti” hekayəsində  kəndxuda 

məhəlləsinin sakinləri haqqında düşüncələrə dalır. “Aldanmış 

kəvakib” (M.F.Axundov) povestində şahlığın məmurlarının çıxışları 

monoloq – təsviri yada salır. “Müsəlman arvadının sərgüzəşti” 

(Y.V.Çəmənzəminli) hekayəsində aparıcı surət hekayəçi kimi çıxış 

edir, sona qədər hadisələr onun dili ilə  nəql olunur. Biz demək 

fikrində deyilik ki, birinci şəxsin – qəhrəmanın dili ilə danışan 

bütün nitqləri monoloq saymaq lazımdır. Ola bilsin, hekayəçi 

özünün təhkiyəsini  şəraitdən, məkan-zaman uyğunluğundan asılı 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə