Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə2/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   2   3   4   5   6   7   8   9   ...   89

ümumi etik kateqoriyadır. Təhsilə, elmə,  ədəbiyyat və incəsənətə

əsasən də müəllim mənəviyyatına qənim kəsilib onları alçaldanlar, 

bəzi məmurların özbaşınalıq edərək vəzifələrindən sui-istifadə 

etmələri, təbii ki, bunlar heç bir əxlaqa sığmır, nə vaxtsa onlar xalq 

tərəfindən mənfur  əməllərinə görə cavablarını alır və alacaqlar... 

Rəzalət, qəbahət cəmiyyət tərəfindən pislənən,  şər  əməlləri, mənfi 

əxlaqi sifətləri ifadə edən ümumi anlamdır. Bir hərəkətin, dav-

ranışın, xarakterin, mənəvi sifətin fəzilət və ya rəzalət olmasını 

söyləmək həmin hərəkət və  mənəvi sifətə  əxlaqa qiymət vermək 

deməkdir. Keçirdiyim ömür yolu, yaşadığım 63 il, yazıb-yaratdığım 

44 il (ilk dəfə onuncu sinifdə demişəm ki, qəşəng gözlərinin 

maviliyindən, könlümə od düşüb odlanıram mən, o qədər gözəldir 

mavi gözlərin, üzünə baxmağa utanıram mən..) mənə belə deməyə 

əsas verir ki, dünyada bircə  həqiqi xəzinə vardırsa, o da yaxşı 

ürəkdir. Bu ürəklə klassikləri və müasirlərimizi XXI əsrin  ədəbiy-

yatşünaslığı prizmasından təhlil edib işıqlı ürəyimdən keçirib ağ 

vərəqələr üzərinə tökmüşəm. Akademiklər Bəkir Nəbiyev haqqında 

«Nurlu sima»nı oxuyub nurlanın, akademik, akademiyanın vitse 

prezidenti Teymur Kərimlinin «Hicran ömrü» kitabından bəhs edən 

«Ayrılığın üzü dönsün»ü oxuyub istəklilərinizdən ayrılmayın, 

dünya  şöhrətli  şairimiz Rəsul Rza haqqında «Gələcəyin poeziyası, 

fıkir poeziyası»nı oxuyub dərin-dərin düşünün, fikirləşin ki, alimə, 

elmə qarşı düşmənçilik xalqına, tarixinə,  əxlaqına, ailənə düşmən-

çilikdir. Fiziki durumuma görə, mən bu şərəfsizlərə qarşı haqq 

səsimi qaldırsam da faydası olmadı. 20 ildir ağır diabet xəstəsiyəm, 

fəqət həyatım da, canım da ağrıya-ağrıya bu ön söz əvəzini yazıram, 

təbii ki, başa düşənlərə. Bu dələduzların «xəstəliyi» vicdanı elə 

mənəvi  əzablara,  əziyyətlərə düçar edir ki, cəhənnəm  əzabları on-

lara nisbətdə  cənnət nemətləri kimi olur. Fikirlərimi çox böyük 

Mövlanənin məsnəvisi ilə bitirirəm. 

 

... Get bırinci sən tozu sil güzgüdən, 



Sonra gəl dərk et bu nuru, güzgüdən! 

 

Müəllif  

25 noyabr 2015-ci il

 





Klassiklər və müasirlər elmi tədqiqat müstəvisində 

Klassik və müasir Azərbaycan  ədəbiyyatının araşdırılıb təhlil 

süzgəcindən keçirilməsi, ayrı-ayrı  ədəbi növ və janrların poeti-

kasının, tematik-üslubi xüsusiyyətlərinin ümumi ədəbi kontekst 

məcrasında dəyərləndirilməsi, bədii sözün ağırlığını çiynində daşı-

yanların yaradıcılıq yolunun tədqiqi çağdaş ədəbi tənqid və ədəbiy-

yatşünaslığın qarşısında duran başlıca vəzifələrdəndir.  

Bu mənada ədəbiyyatımızın ümumi-nəzəri problemləri fonunda 

çağdaş poetik fikrin keçib gəldiyi yolun səciyyələndirilməsi ilə 

yanaşı, onun M.F.Axundov,  Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, 

Yusif Vəzir Çəmənzəminli, Mehdi Hüseyn, Rəsul Rza, İlyas Əfən-

diyev,Həsən Seyidbəyli, Anar, Cabir Novruz və başqa nümayən-

dələrinin yaradıcılıq yolunun öyrənilməsinə ciddi ehtiyac duyul-

maqdadır.  

Azərbaycan  ədəbiyyatının ümumi-nəzəri problemlərini öyrən-

mədən onu yaradanların  ədəbi mövqeyini müəyyənləşdirmək 

mümkün olmadığı kimi, ayrı-ayrı  sənətkarların yaradıcılıq irsini 

təhlil və  tədqiq etmədən söz sənətimizin ümumi mənzərəsini can-

landırmaq olmaz. Bu baxımdan klassik və müasir ədəbiyyatımızın 

tanınmış nümayəndələrinin yaradıcılıq yolunun araşdırılması  ədəbi 

prosesin inkişaf meyilləri və hazırkı durumu barədə dolğun təsəvvür 

yaratmağa imkan verir.  

Bundan  əlavə söz sənətinin yeni metodologiya və  ədəbi-bədii 

təfəkkür işığında, mövcud reallıqlar müstəvisində  araşdırılması, 

təkcə bu və ya digər sənətkarın yaradıcılığını  təhlil etmək, incələ-

mək baxımından deyil, bütövlükdə    ədəbiyyatımızın təkamülünü 

izləmək baxımından da əhəmiyyət daşımaqdadır.  

Oxuculara təqdim edilən bu kitabda tanınmış  ədəbiyyatşünas 

alim, filologiya üzrə elmlər doktoru Baba Babayevin ədəbiyyatı-

mızın aktual problemləri, söz sənətimizin tanınmış nümayəndə-

lərinin yaradıcılığı üzrə uzun illər  ərzində apardığı elmi araşdır-

maların nəticələri, rəy və müsahibələri toplanmışdır.  

Həmçinin qeyd etmək lazımdır ki, B.Babayevin tədqiqatları 

milli məfkurəyə söykəndiyi, yeni metodoloji prinsiplər  əsasında 

yazıldığı üçün burada ədəbi irsin qiymətləndirilməsində sovet 



ideoloji sisteminin formalaşdırdığı  ənənəvi stereotiplərdən imtina 

edilmişdir. O, tədqiqata cəlb etdiyi əsərlərin ilk növbədə məzmun və 

mündəricəsinə, obraz və motivlər sisteminə, poetik quruluşuna, 

süjet və kompozisiyasına, bədii dilin semantik məna aləminə  və s. 

diqqət yetirmiş, ilk növbədə ideya-mənəvi problematika və poetik-

lik baxımından dəyərli fikirlər söyləmiş, elmi mülahizələr irəli 

sürmüşdür. 

Kitabla tanışlıq zamanı bir daha əmin olursan ki, B.Babayev 

böyük  ədəbiyyatın mənəvi təsir gücünə, işığına, cazibəsinə, səmi-

miyyətinə və kəsərinə inanan, həyatını bədii sözün yaranma sehrinin 

araşdırılmasına həsr edən tədqiqatçıdır. O, tədqiqlərini  ədəbiy-

yatımızın bu və ya digər mərhələsi ilə  məhdudlaşdırmır, minillik-

lərin sınağından çıxmış  zəngin  şifahi xalq ədəbiyyatımızın, söz 

sənəti tarixində özünəməxsus iz qoymuş, yeni yol açmış klassik-

lərimizin, müasir sənətkarlarımızın yaradıcılığına müraciət edir, 

Azərbaycan ədəbiyyatını, mədəniyət və mənəviyyat xəzinəmizi zən-

ginləşdirmiş böyük şəxsiyyətlər haqqında öz sözünü deyir, onların 

ədəbi fikir tariximizdə mövqeyi barədə düşüncələrini oxucu ilə 

bölüşür. 

Azərbaycan xalqının yüz illər boyu yaratdığı  şifahi xalq 

ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-

ənənələri haqqında zəngin  məlumat verən əsas qaynaqlardan  hesab 

olunur. Azərbaycan folkloru öz kökləri, tarixi etibarilə ümumtürk 

folklorunun mühüm tərkib hissəsidir.  Şifahi xalq ədəbiyyatı insanı 

dünyaya göz açandan ömrünün sonuna kimi müşayiət edir. Ana hələ 

dil açmamış körpəsinə layla deyir, onu ürəkaçan oxşamalarla 

əzizləyir, nazlandırır. Müdrik ağsaqqallarımız, ağbirçəklərimiz, 

aşıqlar, ozanlar, dədələr insan şəxsiyyətinin formalaşmasında şifahi 

ədəbiyyatın  əhəmiyyətini yüksək qiymətləndirmiş, xalqın mənəvi 

sərvətinə çevrilmiş nadir söz sənəti incilərini yaratmışlar. 

Bu bir həqiqətdir ki, müasir ədəbiyyat öz uğurları ilə  həm də 

folklor və klassik ədəbi-bədii irsin ənənələrinə, yaratdığı özülə 

borcludur. Yüz illər  ərzində xalqımızın yaratdığı  şifahi  ədəbiyyat 

onun mənəviyyatını, dünyagörüşünü, tarixini, poetik düşüncəsini 

əks etdirən  əsas qaynaqlardandır. Yığcam, kiçik həcmli folklor 

janrlarından başlamış  ən iri həcmli nümunələrə – bahadırlıq 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə